Buynuzla sözü azərbaycan dilində

Buynuzla

Yazılış

  • Buynuzla • 57.1429%
  • buynuzla • 42.8571%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Buynuzcuqlu buynuzlalə
Buynuzcuqlu buynuzlalə (lat. Glaucium corniculatum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin buynuzlalə cinsinə aid bitki növü. Birillik, bəzən ikiillik, göyümtül, qıvrım tüklü bitkidir. Gövdəsi düz, küncvari şırımlı, budaqlanan, (5) 10-40 sm hündürlükdədir. Yarpaqları dərin lələkvari yarılmış, uzunsov qeyri-bərabər dişli hissələrlə, gövdə yarpaqları oturaq, gövdəni yarım bürüyəndir. Ləçəkləri tərsyumurtavari və ya dairəvi, çox vaxt şərab-qırmızı, çəhrayı və ya sarı, 1-3 sm uzunluğunda olur. Yumurtalıq sıx ağ tüklüdür. Meyvə saplağı düz, yoğunlaşmış qısa, 5 sm uzunluğundadır. Buynuzmeyvə düz və ya azacıq əyilmiş, düzduran, 25 sm uzunluğunda, 3-4 mm qalınlıqda, cavan buynuzmeyvələr sıx yarım sıxılmış nazik ağ tüklərlə örtülmüşdür, yetişmişlər az tüklü olur. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Buynuzlalə
Buynuzlalə (lat. Glaucium) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki cinsi.
Sarı buynuzlalə
Sarı buynuzlalə (lat. Glaucium flavum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin buynuzlalə cinsinə aid bitki növü. İkiillik ot bitkisi olub, hündürlüyü 50sm-ə qədər olur. Gövdəsi düz, dəyirmi olub, budaqlanandır. İnkişafının birinci ilində çətiri böyük liraşəkilli-lələkvari yarılmış, yarpaqları sıxtükcüklü olmaqla, uzunluğu 35 sm-ə qədərdir. Gövdəyəbənzər yarpaqları çoxsaylı, şişkin, göyümtül, oturaq, yuxarı hissəsi qısa, oval, demək olar ki, kənarları bütövdür. Çiçəkləri tək, iri, diametri 1,5-3sm, ləçəkləri 4, böyük tərsyumurtaşəkilli və ya dairəvi, uzunluğu 3,5 sm, parlaq-sarı və ya tünd-sarıdır. Toxumları böyrəkşəkilli, qəhvəyi və ya qaradır. Bitkinin bütün hissələri şirəli soka malik olub, şirəsi çıxarıla bilir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr ayında isə meyvələri yetişir.

"buynuzla" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#buynuzla nədir? #buynuzla sözünün mənası #buynuzla nə deməkdir? #buynuzla sözünün izahı #buynuzla sözünün yazılışı #buynuzla necə yazılır? #buynuzla sözünün düzgün yazılışı #buynuzla leksik mənası #buynuzla sözünün sinonimi #buynuzla sözünün yaxın mənalı sözlər #buynuzla sözünün əks mənası #buynuzla sözünün etimologiyası #buynuzla sözünün orfoqrafiyası #buynuzla rusca #buynuzla inglisça #buynuzla fransızca #buynuzla sözünün istifadəsi #sözlük