* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 qoş. [fars.] köhn. Ötrü, üçün. Bərayi-ehtiyat (ehtiyat üçün). – [Ocaqqulu:] Təbrizdənəm, – dedi. – Buraya bərayi-ziyarət gəldim, yenə vətənə qayıdacağam, əhli-əyalım oradadır. Çəmənzəminli.
Azərbaycan dilinin izahlı lüğəti / bəray2 f. izafət birləşməsinin «üçün, ötrü» mənasında birinci tərəfi, məs.: Bərayi-mən mənim üçün, məndən ötrü; bərayi-ehtiyat ehtiyat üçün.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / bəray