Gəray sözü azərbaycan dilində

Gəray

Yazılış

  • Gəray • 99.3243%
  • GƏRAY • 0.3378%
  • gəray • 0.3378%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gəray
Gəray — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun Alpan kənd Sovetindən Gəray kəndi Susay kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Girey olmuşdur. Keçən əsrin 20-ci illərinə qədərki ədəbiyyatlarda Gerey variantına da təsadüf olunur. Tədqiqatçılara görə, oykonim türk dillərindəki girə (əkilən, şumlanan yer) sözündəndir. Əslində, oykonim gəraybəyli nəslinin adını əks etdirir, etnotoponimdir. == Əhalisi == 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Susay kənd cəmiyyəti tərkibinə daxil olan Gəray kəndində 16 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycanlılardan) ibarət 244 nəfər (117 nəfəri kişilər, 127 nəfəri qadınlar) əhali yaşayırdı. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 149 nəfər əhali yaşayır. == Coğrafiyası və iqlimi == Kənd Qusar maili düzənliyində yerləşir. == Din == Kənddə Gəray kənd məscidi dini icması fəaliyyət göstərir.
Gəray Fəzli
Gəray Fəzli (14 noyabr 1925, Dağıstan – 26 dekabr 1995) – Azərbaycan şairi, nasir, publisisti, radio-telejurnalist. == Həyatı == 1925-ci il noyabrın 14-də Qax rayonunun İlisu kəndində anadan olmuşdur və İlisu kəndində boya-başa çatmışdı. Dünyaya payızda göz açsa da, ad gününü baharda, mayın 9-da qeyd edərdi. Səbəbi isə o idi ki, II Dünya Savaşında dəfələrcə ağır yaralansa da sağ qala bilmişdi. Müharibənin sonuna yaxın sağ qolundan və boğazından ağır yaralanır, və bununla məktəb illərində məlahətli səsi ilə ürəkləri fəth edən gəncin təkcə bədəni yox, səsi də gülləbaran edilir. Müharibədən sonra Azərbaycan Pedaqoji İnstitutuna daxil olur. Soyadı Alimov olan kənd müəllimi, atası Fəzli kişinin adını özünə təxəllüs götürür. 1956-cı ildə Azərbaycan Dövlət Nəşriyyatı cəbhəçi-şairin "Mənim səsim" şeirlər kitabını çap etdi. Çox keçməyir ki, sözügedən kitabdakı "Mənim səsim" şeiri şairin ömür payının ən ağrılı məqamları haqqında ballada kimi dillərə düşür. Sonralar xalq şairi Nəriman Həsənzadə Gəray Fəzli haqqında "İtirilmiş səs" adlı poema da yazır...
Gəray Gəraybəyli
Gəray Gəraybəyli (29 iyun 1967, Bakı) — Azərbaycan Tibb Universitetinin rektoru, Azərbaycan psixiatrı, tibb elmləri doktoru (2007), professor (2012), əməkdar müəllim. == Həyatı və fəaliyyəti == Gəraybəyli Gəray Çingiz oğlu 1967-ci il 29 iyun tarixində Bakı şəhərində anadan olub. 1984-cü ildə orta məktəbi qızıl medalla, 1992-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildən 1993-cü ilədək Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında baş laborant, 1993-cü ildən 1996-cı ilədək assistent, 1996-cı ildən 2007-ci ilə qədər dosent vəzifələrində çalışıb. 2007-ci ilin dekabr ayından indiyə qədər Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri vəzifəsində çalışır. Professor Gəray Gəraybəyli 1995-ci ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə edib. 1997-ci ildə dosent, 2012-ci ildə professor elmi adına layiq görülüb. 60-dan çox elmi əsərin, 1 tədris vəsaitinin, 2 tədris-metodik, 3 metodik tövsiyənin, 4 tətbiqetmə aktının və 1 səmərələşdirici təklifin müəllifidir. Dəfələrlə xarici ölkələrdə elmi konfrans və konqresslərdə elmi məruzələrlə çıxışlar edib. 2001-ci ildə ABŞ Dövlət Departamentinin Fulbright Programı çərçivəsində Cənubi Kaliforniya Universitetində elmi ezamiyyətdə olub.
Gəray Mantaşov
Mantaşov Gəray Sultan oğlu (1913, İlisu, Qax rayonu, Azərbaycan) — İkinci dünya müharibəsi illərində Almaniyada yaradılmış Azərbaycan legionunun üzvü. == Həyatı == Gəray Sultan oğlu Mantaşov 1913-cü ildə Qax rayonunun İlisu kəndində anadan olub. II Dünya savaşı dönəmində – 1941-ci ilin dekabrında müharibəyə yollanıb. Əsasən Ukrayna ərazisində gedən döyüşlərdə, Krımda və Ukraynanın digər cənub ərazilərində aparılan savaşlarda iştirak edib. Müharibə illərində almanlara əsir düşdükdən sonra Azərbaycan legionuna qəbul olunmuş. Müharibənin sonuna qədər legionun tərkibində olmuş və ober-leytenant rütbəsinə kimi yüksəlmişdir. Müharibənin sonunda sovet ordusu tərəfindən həbs olunaraq hərbi tribunala verilmiş. Möcüzə şəklində güllələnmə qərarı Sibirə sürgünlə əvəzlənmiş. Sibirdə daş kömür şaxtasında işləmiş və burda baş vermiş uçqun nəticəsində uzun müddət hərəkət qabiliyyətini itirmişdir. Möhkəm dözümlülük və əzim nəticəsində yenidən ayağa durmağa bacaran Gəray 1955-ci ildə həbsdən qayıtmışdır.
Gəray Məmmədov
Gəray Soltanov
Gəray Vəlibəyov
Gəray Vəlibəyov — müharibə zamanı üç dəfə ağır yaralanmış, 3 orden və medallarla təltif edilmişdir. == Həyatı == Gəray İldırım bəy oğlu Vəlibəyov 1918-ci ildə Ağdam rayonunda anadan olub. Orta təhsilini Ağdam rayonunda alıb. Hərb sənətinə olan marağı onu Gürcüstanda yerləşən Hərbi məktəbdə təhsilini davam etdirməsinə səbəb olub. Məktəbdə fiziki hazırlığı və hərb sənətinə həvəslə yiyələnməsi atası tərəfindən sevinclə qarşılanmışdır. Sonra atası İldırım bəy Vəlibəyovun məsləhəti ilə Gürcüstanda təhsilini leytenant rütbəsində başa vuran Gəray təhsilini davam etdirmək üçün Moskva şəhərinə gedib və orada yerləşən M. V. Frunze adına Moskva Hərbi Akademiyasına daxil olub. 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda Akademiyanın son kursunda təhsil alan gənc zabit Gəray Vəlibəyov hərbi mütəxəssis kimi müharibəyə göndərilib. 1945-ci il müharibəni qələbə ilə başa vuran podpolkovnik Gəray Vəlibəyov müharibə zamanı üç dəfə ağır yaralanmış, 3 orden və medallarla təltif edilmişdir. Müharibədən sonra Moskvaya, təhsilini davam etdirmək üçün M. V. Frunze adına Moskva Hərbi Akademiyasına qayıdib. 1947-ci ilin iyul ayında Akademiyanı bitirməsi və polkovnik rütbəsi alması ilə əlaqədar tədbirdən sonra, məzunlarla Moskva çayında çimərkən faciəli surətdə həlak olub.
Gəray bəy
Gəray bəy — 1931-ci ildə şair Səməd Vurğunun "Komsomol poeması"nın əsas qəhrəmanlarından biri. Azərbaycan ərazilərində sovet hakimiyyəti qurmağa çalışan bolşeviklərə qarşı döyüşən köhnə bəy və qaçaq. == Personajın təsviri == Gəray bəy sovet hökumətinə, gənc kommunist Bəxtiyar və onun komsomol dəstəsinə qarşı çıxır. Köhnə quruluşun tərəfdarıdır. Peykanlıda söz sahibidir və geniş torpaq mülklərinə sahib bəydir. Bir mülkədar kimi onun özünəməxsus əqidəsi var və Gəray bəy bu əqidəyə sadiqdir. Bütün varlılar kimi sovet hökuməti Gəray bəyin də var dövlətini əlindən alıb. Bu səbəbdən də o, yaxın adamları ilə birlikdə dağlara çəkilərək qaçaqlıq edir və yeni qurulan hökumətə qarşı barışmaz düşmənçilik edir. Humay adlı qızı var və Humay, komsomol Bəxtiyarın dəstəsində vuruşan Şəkər bəyin oğlu gənc komsomol Cəllala sevgilidir. == Personajın ətrafında cərəyan edən hadisələr == Gəray bəy Dikdaş dağının ətəyində bolşevik dəstəsi ilə vuruşan zaman komsomol Bəxtiyarın açdığı atəşlə qolundan yaralanıb və elə həmin gündən bir qolu topal qalıb.
Gəray Əlibəyov
Gəray Ayaz oğlu Əlibəyov (29 mart 1955, Dədəli, Füzuli rayonu, Azərbaycan SSR) — Azərbaycanlı aktyor. == Həyatı == Füzuli rayonunun Dədəli kəndində 29 mart 1955-ci ildə doğulub. Səkkizilliyi həmin kəndə, 1970–72-ci illərdə isə orta məktəbi Füzuli rayonu B. Sərdarov adına məktəbdə təhsil almışdır. 1973–1977-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstutunda təhsil alıb. Sumqayıt Dövlət Teatrında aktyor, Veteran klubunda direktor (1986–1988), Araz kinoteatrında müdir müavini (1988–1990), Araz kinoteatrında direktor (1990–1993), "Sinema" kiçik dövlət müəssisəsində direktor (1988–1993) "Elşad K" şirkətinin prezidenti (1996–2000), Mədəni İnkişaf Mərkəzi ictimai birliyinin sədri (2007), ULUS FİLM prodüser mərkəzinin direktoru (2008), Simurq.info saytının baş redaktoru (2017) vəzifələrində çalışır. "Cavad xan" filminin təbliğatına və yayımına rəhbərlik edərək Moskvada, Tehranda, Budapeştdə, Varşavada, Kiyevdə və Nyu-York şəhərlərində təqdimatınin keçrilmisinə nail olmuşdur. 2005-ci il tarixdən 565 №-li Şəhadətnamə ilə Azərbaycan Respublikası Əsilzadələr Məclisinin üzvüdür. 2021 — il iyul ayından Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədridir.
Gəray Əsədov
Əsədov Gəray Lətif oğlu (1923, Şahsevən[d], Qaryagin qəzası – 12 oktyabr 1944) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Gəray Lətif oğlu Əsədov Karyagin qəzasının (indiki Beyləqan rayonu) Şahsevən kəndində anadan olmuşdur. Kənddəki yeddiillik kənd məktəbini bitirdikdən sonra bir müddət kolxozun pambıq tarlalarında çalışmışdır. 1942-ci ildə hərbi xidmətə getmişdir. Mozdok şəhərinin yaxınlığındakı dağların ətəklərindən uzaq Rumıniyayadək şanlı döyüş yolu keçmiş Serjant Gəray Əsədov 27-ci ordunun tərkibində məşhur Kursk əməliyyatında döyüşmüş: Ukrayna, Moldaviya və Rumıniyanın azad edilməsinə fəal iştirak etmişdir. 1941-ci ilin payızında könüllü olaraq əsgərliyə yollanıb. Əvvəlcə Naxçıvanda yeni formalaşan diviziyanın tərkibində qısamüddətli kiçik komandirlər kursunu keçib. 1942-ci ilin yayınadək İranda sovet qoşun hissələrinin tərkibində xidmət edib və Qafqaz təhlükədə olduğu vaxtlarda döyüşlərə yollanıb. Avtomatçılar bölməsinin komandiri kimi ilk döyüşlərdən qorxmazlığı və cəsurluğu ilə fərqlənib. Onlarla düşməni məhv edib, əsir götürüb.
Heydər Gəray
Heydər Gəray (bilinmir – 1487) — Krım xanlığının və Gəraylar sülaləsinin banisi Hacı Gərayın böyük oğlu. Müxtəlif vaxtlarda 2 dəfə Krım taxtı uğrunda ayaqlanmış, bu səbəblə tarixi mənbələrdə xan olaraq qeyd edilmir. == Həyatı == Heydər Gəray xanlığın və ailənin banisi Hacı Gərayın ən böyük oğlu idi. Anasının kim olduğu bilinmir. Doğum tarixi və gənclik illəri barədə məlumat yoxdur. Ancaq atası Hacı Gəray xan olduqca sərt daxili siyasət yeridirdi. Bu səbəblə yerli əyanları özündən narazı salmışdı. Digər yandan Osmanlılarla ittifaq quraraq Kəfə qalasını mühasirəyə almış, qalanı ala bilməsə də genuyalıları vergi verməyə məcbur etmişdi. Məhz bu hadisədən 2 il sonra 1456-cı ildə Heydər Gəray genuyalıların və yerli əsilzadələrin dəstəyini alaraq atasına qarşı ayaqlandı və taxt mübarizəsinə başladı. Xarici dəstəyə baxmayaraq bu mübarizəsi cəmi 2 ay davam etdi və ələ keçirilərək Sudak qalasına həbs edildi.
Adil Gəray
Adil Gəray (13 may 1919, Bakı – 13 dekabr 1973, Bakı) — Azərbaycan tarzəni, pedaqoq, dirijor, bəstəkar, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Adil Gəray Heybətqulu oğlu Məmmədbəyli 13 may 1919-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1940-cı ildə Azərbaycan Dövlət Musiqi Texnikumunun tar sinfini bitirmiş, 1940–1948-ci illərdə, fasilələrlə Azərbaycan Dövlət Konservatoriyasının Azərbaycan xalq musiqisi şöbəsində, Üzeyir Hacıbəyovun sinfində təhsil almışdır. Muğam dərslərini Əhməd Bakıxanovdan almışdır. 1938-ci ildən Üzeyir Hacıbəyovun təşkil etdiyi Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində konsertmeyster işləmişdir. O tar ilə fortepiano üçün "Bağçakürd" (1957) pyesini Ü. Hacıbəyova ithaf etmişdir. 1937-ci ildən Hüseynqulu Sarabskinin sinfində müşayiətçi, 1939-cu ildən 1962-ci ilə qədər Azteleradio orkestrində konsertmeyster kimi çalışmışdır. 1940-cı ildən, eyni zamanda, Azərbaycan Dövlət Musiq Məktəbində tar ixtisası üzrə müəllim kimi fəaliyyət göstərmişdir. O, bir çox məşhur tarzənlərin müəllimi olmuşdur. Tar üçün bir sıra əsərlərin, o cümlədən, "Tar üçün etüdlər"in, "Bağçakürd", "Qaytağı", "Cəngi", "Səfi-kürd", "Şahnazsayağı", "Gülüstan" pyeslərinin, mahnıların, "İbtidai məktəblər üçün nəğmələr məcmuəsi"nin və s.
Nurdövlət Gəray
Nurdövlət Gəray (bilinmir – təq. 1503) — 3. Krım xanı və 3. Qasım xanı. Fərqli vaxtlarda 3 dəfə Krım taxtına çıxmış, qardaşı Məngli Gərayla taxt mübarizəsi aparmışdır. Nurdövlət Gəray xanlığın və ailənin banisi Hacı Gərayın ikinci oğlu idi. Anasının kim olduğu bilinmir. Doğum tarixi və gənclik illəri barədə məlumat yoxdur. Böyük qardaşı Heydər Gəray atasına qarşı üsyan etdiyi üçün xain kimi həbs edilmiş, bu səbəblə atasının vəfatının ardından böyük vəliəhd olaraq Krım taxtına oturmuşdur. Ancaq buna razı olmayan kiçik qardaşı Məngli Gəray Kəfəyə qaçdı və genuyalılara sığındı.
Safa-Gəray
Safa-Gəray (tatar Safa Gäräy, Сафа Гәрәй, صفا گرای‎; krımtat. Safa Geray; 1510, Baxçasaray — 1549, Kazan) — Kazan xanı (1524—1531, 1536—1546, iyul 1546—mart 1549). Krım çarı Fetih Gəray və noqay mirzə Xədicənin nəvəsi Cəlal Sultanın oğlu, Sahib Gərayın (1521—1524) bacısı oğlu və xələfi 1524-ci ildə dayısı sahib Gərayın Krıma getdikdən sonra o 13 yaşında taxta çıxıbdı. Bulat Şirinin himayəsi altında ölkəni idarə edibdi. Özünü osman sulatnın vassalı elan edib və Moskva əlehinə vuruşub (1536—1537, 1541—1542, 1548). 1531-ci ildə Kazandan sürgün edilib. Hakimiyyətə Can Əli gəlib. 1535-ci ildə isə krım hərbiçilərin köməyi ilə yenidən hakimiyyətə qayıdıb. O Can Əlinin arvadı, noqayın qızı Sümbullə evlənir (1549—1554). 1546-cı ildə qaynatası Yusiflə müharibə edir.Yusifin qardaşı Yunisin köməkliyi ilə Noqayı alır.
Satılqan Gəray
Satılqan Gəray (ö. 1506) — Qasım xanlığının 4. xanı. Bulat Rakhimzi︠a︡nov (2009). Kasimovskoe Khanstvo : 1445-1552 : Ocherki Istorii. Kazan: Tatarskoe knizhnoe izd-vo. ISBN 9785298017213. Рахимзянов Б. Р. Крымская династия в Касимовском царстве // Точка зрения: Сборник научно-исследовательских статей. — Казань: Мастер Лайн, 2000. — С. 69—88.
Şahin Gəray
Şahin Gəray (1745, Ədirnə – 7 avqust 1787, Rodos) — Krımın sonuncu xanı. Birinci dəfə 1777–1782, ikinci dəfə isə 1782–1783-cü illərdə hakimiyyətdə olmuşdu. Gəraylardan şahzadə Topal Əhmədin (ö. 1750) oğlu və Krım xanı II Dövlət Gərayın nəvəsi idi. Şahin Gəray 1745-ci ildə Ədirnədə anadan olmuşdur. Yunanıstan və İtaliyada təhsil almış, Krım tatarcası və osmanlıcayla yanaşı yunanca və italyancanı da öyrənmişdi. Şahin Gərayın gənclik illərinə təsadüf edən Rus-türk müharibəsi (1768-1774) Krım tatarları üçün büyük itkilərlə nəticələnmişdi. Xüsusilə, 21 iyul 1770-ci il tarixində baş vermiş Qartal döyüşündə Osmanlı-Tatar ordusu ağır məğlubiyyətə uğradı. Bü döyüş nəticəsində ruslar Krımdakı bütün strateji qalaları ələ keçirdilər. Döyüşün sonunda — 21 iyul 1774-cü il tarixində, imzalanmış Kiçik Qaynarca sülh müqaviləsinə görə isə Krım Osmanlı dövlətinin nüfuz dairəsindən çıxdı və Rusiyanın nəzarətinə keçdi.
Arslan Gəray
Arslan Gəray (1692 – 1767, Kavuşan[d]) — XXXIX Krım xanı. Krım xanı II Dövlət Gərayın oğludur. Əmisi I Qaplan Gərayın səltənətində 1734-cü ildə nurəddin, qardaşı II Fateh Gərayın səltənətində isə kalqay ünvanı aldı. Əmisi oğlu II Səlimin ani ölümünün ardından Krım xanlığına təyin olundu (29 may 1748). Qardaşı Krım Gərayı nurəddin, əmisi II Fatehin oğlu Səlim Gərayı isə kalqay təyin etdi. Rus işğallarının ardından darmadağın edilən Krımı abadlaşdırmağa çalışdı. Xan sarayına yeni bölümlər inşa etdirdi. Perekop, Arabat və digər mühüm qalaları gücləndirdi. Məscidlər, mədrəsələr və bulaqlar inşa etdirdi. Sərhəd boylarında ruslara qarşı ani basqınlar tərtibləmiş, rusların onu Osmanlı sarayına şikayət etməsinin ardından bu basqınlar sonlanmışdır.
Canıbəy Gəray
Canıbəy Gəray (1568 – 1636, Rodos) — XVIII Krım xanı. Krım xanı I Dövlət Gərayın nəvəsi, nurəddin Mübarək Gərayın oğludur. Əmisi II Qazi Gərayın hakimiyyətə gəlişinin ardından atası bütün ailəsiylə birlikdə Şimali Qafqaza qaçdı və burada vəfat etdi. Atasının vəfatının ardından qardaşı Dövlət Gərayla birlikdə əmiləri Fateh Gəray və Səlamət Gərayın himayəsində böyüdüldü. 1609-cu ildə kalqay Mehmed Gəray və nurəddin olan qardaşı Şahin Gəray (II Səadət Gərayın oğlanları) ayaqlandılar və bu səbəblə vəzifədən alındılar. Onların yerinə Canıbəy Gəray kalqay, qardaşı Dövlət Gəray isə nurəddin təyin edildilər. Bu vəzifədə ikən Moskva knyazlığı üzərinə tərtiblənən səfərlərdə iştirak etdilər. 1610-cu ildə əmisi Səlamət Gərayın vəfatıyla Canıbəy taxta çıxdı. Kiçik qardaşı Dövlət Gərayı kalqay, mərhum əmisinin oğlu Əzəmət Gərayı isə nurəddin təyin etdi. Vəzifədə ikən Osmanlı sultanının ən yaxın dəstəkçilərindən biri olan Canıbəy Gəray Səfəvilər və Lehistan üzərinə tərtiblənən səfərlərə qatıldı.
Həlim Gəray
Həlim Gəray (1689 – 1759, Türkiyə) — XXXX Krım xanı. Krım xanı IV Səadət Gərayın oğludur. Əmisi II Məngli Gərayın hər iki səltənətində nurəddin ünvanı almışdır. 1756-cı ilin martında bilinməyən bir səbəblə vəzifədən alınan Arslan Gərayın yerinə xan təyin edildi. Qardaşlarından Dövlət Gərayı kalqay, Mehmed Gərayı isə nurəddin təyin etdi. Vəzifəyə gəldikdən sonra öz yaxın adamlarını və qohumlarını yüksək saray rütbələrinə təyin etdi. Ancaq təyin edilən şəxslərin bir çoxu yaxşı idarəçi deyildi və bu saray əyanlarıyla xanın münasibətlərini pisləşdirdi. Ayaqlanan saray əyanları və xidmətçilər Həlim Gərayı saraydan qovdular. Məsələyə Osmanlıların müdaxiləsi ilə əvvəlcə Arslan Gəray xanlığa gətirilmək istənilsə də, yerli tatar bəyləri bunu qəbul etmədi və onun yerinə qardaşı Krım Gərayı xan seçdilər. Olduqca yaşlı olan Həlim Gərayın İstanbul yaxınlığında Saracelində yaşamasına icazə verildi.
Krım Gəray
Krım Gəray (1717, Bağçasaray – mart 1769, Krım) — XXXXI Krım xanı. Krım xanı II Dövlət Gərayın oğludur. Qardaşı Arslan Gərayın səltənətində nurəddin ünvanı aldı. Qardaşının taxtdan endirilərək əmisi oğlu Həlim Gərayın taxta çıxarılması, cəmi 2 il sonra isə Həlim Gərayın devrilməsi nəticəsində 1758-ci ildə Krım xanlığına gətirildi. Oğlu Səlim Gərayı nurəddin, qardaşı Hacı Gərayı isə kalqay təyin etdi. Ancaq 7 il davam edən ilk səltənətində bu ünvanlar bir neçə dəfə əl dəyişdirdi. Onun xanlığa gətirilməsindən narazı olan noqaylarla mübarizə aparmaq məqsədilə paytaxtı tərk etdi və Yedisan bölgəsinə çəkildi. Burada güclü bir ordu topladı və Osmanlı sultanından aldığı dəstəklə hakimiyyətini gücləndirdi. Bölgədə artan rus təzyiqinə qarşı müttəfiq axtarışına çıxan Krım Gəray Osmanlı sarayından azad olaraq Prussiya kralı II Fridrixlə müzakirələrə başladı. Ancaq onun bu cəhdi uğursuzluqla nəticələndi.
Maqsud Gəray
Maqsud Gəray (1720, Osmanlı imperiyası – 1780, Türkiyə) — XXXXIII Krım xanı. Krım xanı II Səlamət Gərayın oğludur. Əmisi oğulları Arslan Gərayın səltənətində 1750-ci ildə nurəddin, Krım Gərayın səltənətində isə 1762-ci ildə kalqay ünvanları aldı. İkinci dəfə xan təyin edilib Krıma yola salınan əmisi oğlu Arslan Gərayın yolda ikən anidən vəfat etməsi ilə dərhal İstanbula çağırıldı və burada xan təyin edildi (iyun 1767). Ancaq onun bu ilk səltənəti cəmi 1 il davam etdi. Belə ki, apardığı təcavüzkar siyasət səbəbilə qısa zamanda Rusiya və Osmanlı imperiyaları qarşı-qarşıya gəlmiş, nəticədə 6 il davam edən yeni bir Rusiya-Osmanlı müharibəsinə səbəb olmuşdur. İmperiyanı gücsüz bir dönəmdə ruslarla müharibəyə girməyə məcbur qoyması səbəb göstərilərək 1768-ci ilin noyabrında vəzifədən alındı. 1771-ci ildə yenidən xanlığa gətirilmək istənilsə də, rusların bölgəni işğal etməsi, Maqsud Gərayın Krımdan qaçaraq Osmanlı sarayına sığınması və IV Dövlət Gərayın rus işğalına qarşı xalq hərəkatına başlaması bu təyinata mane oldu. Maqsud Gəray 1780-ci ildə İstanbul yaxınlığındakı malikanəsində vəfat etdi.
Murad Gəray
Murad Gəray (1627 – 1696, Yambol[d]) — XXVI Krım xanı. Krım xanı I Səlamət Gərayın nəvəsi, nurəddin Mübarək Gərayın (ö. 1632) oğludur. IV Mehmed Gəray səltənətində nurəddin olan Murad Gəray daha sonra bu vəzifədən alındı və İstanbula girov olaraq göndərildi. Çehrin qalasının azad olunmasında uğur qazana bilməyən əmisi oğlu I Səlim Gərayın yerinə Krım xanlığına gətirildi (dekabr 1677). Əmisi Səfa Gərayın oğlu Toxtamışı kalqay, digər əmisi Krım Gərayın oğlu Səadəti isə nurəddin təyin etdi. O əsnada davam edən Osmanlı-Rusiya müharibəsinə dəvət olundu. 1678-ci ildə Çehrin qalasının azad olunmasında sədrəzəm Mərzifonlu Mustafa Paşayla birlikdə vuruşdu. Hər iki tərəf arasında bağlanan Bağçasaray sülhünün danışıqlarında iştirak etmişdir. Ancaq daha sonra sədrəzəmlə münasibətləri pozuldu.
Səfa Gəray
Səfa Gəray (1637 – 1703, Karnobat[d]) — XXIX Krım xanı. Krım xanı I Səlamət Gərayın nəvəsi, nurəddin Səfa Gərayın (ö. 1637) oğludur. Əmisi oğlu I Səlim Gərayın səltənətində nurəddin, Murad Gərayın səltənətində isə kalqay ünvanları almışdır. Avstriya cəbhəsində gedən döyüşlər əsnasında vəzifədən alınan III Səadət Gərayın yerinə xanlığa gətirilmişdir (dekabr 1691). Əmisi Adil Gərayın oğlu Dövləti kalqay, digər əmisi III İslam Gərayın oğlu Şahini isə nurəddin təyin etdi. Vəzifəyə gəldikdən sonra ağır vergilər təyin etmiş, sarayda rüşvət həddindən çoxalmışdır. Yerli tatar əsilzadələrinə təyin etdiyi ağır vergilər ona qarşı ayaqlanmalarına səbəb oldu. Avstriya cəbhəsinə yollanmaq üzrə ordu toplamağa çalışan Səfa Gəray əsilzadələrin ayaqlanması ilə taxtdan çəkilməyə məcbur oldu. Beləcə, əsilzadələrin dəvəti və Sultan Əhmədin də istəyilə Səlim Gəray üçüncü dəfə Krım xanlığına gətirildi (21 oktyabr 1692).
Toxtamış Gəray
Toxtamış Gəray (1589 – 1608) — XVI Krım xanı. Krım xanı II Qazi Gərayın oğludur. Atasının ölümünün ardından Osmanlı sultanının razılığını almadan saray əyanlarının köməyilə özünü xan, kiçik qardaşı Səfər Gərayı isə kalqay elan etdi. O əsnada Toxtamış Gərayın 18 yaşı var idi və İstanbulda özündən dəfələrlə böyük əmisi Səlamət Gəray taxt sırası gözləyirdi. İstanbuldakı tərəfdarlarının da dəstəyini alan Səlamət Gəray 1608-ci ildə xan elan edildi və xanlıq fərmanı alaraq gəmiylə Krıma yola düşdü. Bunu xəbər alan Toxtamış Gəray kiçik qardaşı Səfər Gərayı da yanına alaraq quru yoluyla İstanbula qaçdı. Ancaq bədbəxtlikdən yolda ikən Osmanlı sultanı tərəfindən yeni kalqay təyin edilən Mehmed Gərayla qarşılaşdılar. Çıxan silahlı toqquşmada Toxtamış və qardaşı qətlə yetirildi.
İnayət Gəray
İnayət Gəray (1597 – 1 iyul 1637) — XX Krım xanı. Krım xanı II Qazi Gərayın oğludur. Atasının ölümünün ardından qardaşı Toxtamış Gəray taxta çıxmış, ancaq Osmanlı sultanı tərəfindən səltənəti tanınmamışdır. Əmisi Səlamət Gərayın hakimiyyətə gəlişi və qardaşları Toxtamış Gərayla Səfər Gərayın qətlə yetirilməsinin ardından İnayət Gəray kiçik qardaşları Hüsam, Səadət və Eyvazla birlikdə İstanbula girov olaraq göndərildi. Canıbəy Gərayın İrəvan səfərinə qatılmaqdan imtina etməsi ilə İstanbulda olan İnayət Gəray xan elan edildi. Vəzifədən alınan Canıbəy Gəray isə Rodosa sürgün olundu. Vəzifəyə gəldikdən sonra qardaşları Hüsam və Səadət Gərayı varisi elan etdi. Bundan başqa Osmanlı ordusuna dəstək verməkdən imtina edən İnayət Gəray muzdlu kazak dəstələri toplayaraq Kəfədən Osmanlı birliklərini çıxardı. Osmanlı ordusunun İrəvan səfərini tamamlamasının ardından donanma 13 iyun 1637-ci ildə Kəfəyə yollandı. Burada əmisi oğlu Bahadur Gəray xan təyin edildi.
Gəray bəy Vəkilov
Gəray bəy Vəkilov (d.1884) - (v.1952, Bakı ş.) — 1918-ci ildə yeni yaranan süvari rotalarının təşkilatçısı, Gəncədə I süvari alayının komandiri, 1920-ci ilin əvvəllərində isə Bakıdakı I kadet korpusunda hərbi təhsil idarəsinin rəisi, polkovnik. Birinci süvari alayının komandiri kimi Gəncə, Tərtər və Bakıda xidmət edib. Abbasqulu bəy Vəkilovun oğludur. “Müqəddəs Georgi” ordeninin üçüncü dərəcəsilə təltif olunub. == Həyatı == Polkovnik Gəray bəy 1884-cü ildə Abbasqulu bəy Məmmədhəsən oğlu Vəkilovun ailəsində anadan olub. Tiflisdəki kadet korpusunu bitirib. Rus-Yapon və I Cahan savaşlarında döyüşən orduda iştirak edib. Döyüş xidmətlərinə görə “Müqəddəs Georgi” ordeninin üçüncü dərəcəsilə təltif olunub. Iyirminci ildən sonra Şəkidə yerləşən ikinci qırmızı kadet korpusunda xidmət edib. Çar və Müsavat zabiti olduğuna görə şübhəli şəxs kimi dəfələrlə həbs edilib.
Gəraybəyli
Gəraybəyli — Azərbaycan soyadı və təxəllüsü, toponim. == Bu soyadı olan tanınmışlar == Ağasadıq Gəraybəyli — Azərbaycan aktyoru. Gəray Gəraybəyli — Azərbaycan alimi. == Toponim == Gəraybəyli (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Gəraybəyli (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd.
Gəraybəyli (Ucar)
Gəraybəyli (əvvəlki adı: Qarabəyli) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Ucar rayonunun Qarabörk kənd inzibati ərazi dairəsi tərkibindəki Qarabəyli kəndi Gəraybəyli kəndi adlandırılmışdır. == Toponimikası == Gəraybəyli kənd yaşayış məntəqəsi Gəraybəyli nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Toponim Gəraybəy adlı şəxsin adı ilə əlaqədə yaradılmışdır. Digər adı isə Müskürlü olmuşdur. Müskürlü tayfa adıdır. Müskürlü kənd sakinlərinin təmsil olunduğu tayfanın adıdır. Həqiqətən də kəndin şimal-şərq qonşuluğunda indi də Müskürlü kəndi vardır. Toponim "Gəraybəylilər", "Gəraybəyligillər" mənasındadır. Kənd İsmayıllı rayonunun Gəraybəyli kəndindən köçüb gəlmiş ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır.
Gəraybəyli (İsmayıllı)
Gəraybəyli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Gəraybəyli kəndi Qubaxəlilli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi bu kənd olmaqla, Gəraybəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Əhalisi 776 nəfərdir ki, onun da 382 nəfəri kişi, 394 nəfəri qadındır.
Gəraybəyli bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gəraylar
Gəraylar (Geraylar, Giraylar (əski ərəb əlifbası ilə: كرایلر; tək halda: (Gəray) كراى) — Krımda, XV əsrin əvvəllərindən 1783-cü ilə qədər — Krım xanlığının Rusiya imperiyası tərəfindən işğalına qədər, hakimiyyətdə olmuş hökmdar sülaləsi. Sülalənin banisi Krımın ilk xanı olmuş I Hacı Gəraydır. O, uzun müddət Krımın Qızıl Ordadan ayrılması və müstəqilliyi uğrunda mübarizə aparmışdır. I Hacı Gərayın nəsil şəcərəsi barədə bir neçə versiya mövcuddur ki, bu da tarixçilər arasında mübahisələrə yol açır. Gərayların özlərinin rəsmi açıqlamalarına görə onlar Çingiz xanın nəslindəndirlər. Amma ehtimal var ki, əslində I Hacı Gəray heç də Çingiz xan nəslindən yox, əslində məşhur monqol-türk mənşəli gəraylar nəslindən idi və onun Çingiz xan nəslindən olması sonradan uydurulmuşdur. Bu sülələnin bəzi nümayəndələri isə Kazan, Həştərxan və Qasım xanlıqlarında hakimiyyətdə olmuşlar. Sülalənin nümayəndələrində biri - Dövlət Gəray, tarixdə daha çox, Rus çarı İvan Qroznı ilə etdiyi müharibələri ilə yadda qalmışdır. Hal-hazırda bu nəsildən olan və Londonda yaşayan Cəzzar Pamir Gəray Krım taxtının qanuni varisi hesab edilir. == "Gəray" sözü haqqında == Bu söz, sülalənin banisi olan I Hacı Gərayın adı idi və I Hacı Gərayın 6-cı oğlu olan I Mənqli Gəray tərəfindən soyadı kimi qəbul edilmişdir, - mənası "doğru", "ədalətli" deməkdir.
Gəraylı
Aşıq şeirinin geniş yayılmış növlərindən biridir. Hər bəndi dörd misradan, hər misrası səkkiz hecadan ibarət olan 3–5 bəndlik şeirə gəraylı deyilir. Qafiyə quruluşu belədir: a b c b, ç ç ç b, d d d b, e e e b, ə ə ə b. Son bəndin misralarının birində aşıq öz təxəllüsünü söyləyir. Bu bənd möhürbənd adlanır. Gəraylı formasında yazılmış şeirlərdə gözəllik, sevgi, təbiət, dostluq kimi mövzular çoxluq təşkil edir. Bir gözəl keçdi qarşıdan, Sallandı, yana yeridi. Kiprik çaxdı, oğrun baxdı, Od saldı cana, yeridi. Ovçu tək bərədə durdu, Qaşlarından kaman qurdu, Müjganın sinəmə vurdu, Qəmzəsi qana yeridi. Hanı belə huri, qılman?!
Hacı Gəray türbəsi
Hacı Gəray türbəsi — Krımın ilk xanı I Hacı Gəray üçün tikilmiş türbə. Türbəni onun oğlu I Məngli Gəray tikdirib. 1466-cı ildə Hacı Gəray, 1515-ci ildə isə I Məngli Gəray burada dəfn olunublar. Hər ikisi bu türbədə dəfn ediliblər. 2007-ci ildə Türkiyə hökuməti tərəfindən Zəncirli Mədrəsə və Hacı Gəray türbəsinin yenidən qurulması üçün 2.75 milyon dollar pul ayrılıb. 2008-ci ilin payızında türbənin altından krım xanlarının və yaxınlarının qalıqları olan 18 qəbir aşkarlanıb.
II Mehmed Gəray
II Mehmed Gəray və ya Semiz Mehmed Gəray (1532-1584) — 1577-1584-cü illərdə hakimiyyətdə olan Krım xanı. == Həyatı == II Mehmed Gəray atası Krım xanı I Dövlət Gərayın Rusiya və Reç Pospolita üzərinə etdiyi bir çox yürüşlərdə iştirak etmişdir. 1555-ci ildə böyük qardaşı kalga Sultan Əhməd Gərayın ölümündən sonra kalga təyin edilmiş və atasından sonra taxtın varisi təyin edilmişdir. Atasının hakimiyyəti dövründə Mehmed Gəray kalga vəzifəsini tutdu. 1558-ci ilin qışında, böyük Krım tatar ordusunun başında olan kalga Mehmed Gəray Or bərzəxidən Cənubi Rusiya torpaqlarına yürüş etdi. 1570-ci ildə böyük orduya (50-60 min nəfər) rəhbərlik edən Mehmed və Adil Gəray Ryazan və Kəşir ərazilərinə yürüş etdilər. 1571-1572-ci illərdə kalga Mehmed Gəray atası ilə birlikdə Rusiyaya qarşı iki böyük yürüşdə iştirak etdi. 1566-cı ildə kalga Mehmed Gəray Krım ordusunun əsas qüvvələri ilə Macarıstana qarşı yürüşə başladı və burada Osmanlı ordusu ilə birlikdə Avstriya-Macarıstan İmperiyasına qarşı hərbi əməliyyatlarda iştirak etdi. == Hakimiyyətə gəlməsi == 29 iyun 1577-ci ildə Krım xanı I Dövlət Gəray Bağçasarayda öldü. Atasının ölümündən sonra 45 yaşlı Mehmed Gəray Krım taxtına çıxdı.
II Qazi Gəray
II Qazi Gəray (1551 – mart 1608, Temrük) — Krım xanlığının hakimi, şair, bəstəkar. == Həyatı == II Qazi Gəray I Dövlət Gərayın (1551–1577) oğludur. Birinci dəfə 1588-ci ildən 1596-cı ilədək, ikinci dəfə 1596-cı ildən 1607-ci ilədək Krım xanlığının hakimi olmuşdi. 1596-cı ildə I Fateh Gəray taxtı ələ keçirmişdi. Böyük qardaşı Məhəmməd Gərayın hakimiyyəti (1577–1584) dönəmində tatarların başında Səfəvilər dövlətinə yürüş etmişdi. 1579-cu ildə Krım tatarları yenidən Şirvan üzərinə yürüş edirlər. Bu dəfə buranı viran etdikdən sonra geri qayıdırlar. 1580/81-ci ildə üçüncü yürüşə gəlirlər. Lakin bu dəfə qızılbaş döyüşçüləri nisbətən asanlıqla tatarları Şirvandan sıxışdırıb çıxarırlar. Ancaq tezliklə Azərbaycanda tüğyan edən aclıq və qıtlıq üzündən Şirvanın müdafiə gücü zəifləyir və osmanlılar onu yenidən ələ keçirirlər.
II İslam Gəray
II İslam Gəray — 1584–1588-ci illər arasında hakimiyyətdə olan Krım xanı. Uzun müddət Osmanlıda qalması, ilahiyyat təhsili alması, bəlkə də yaşı onun güclü hökmdar olmasına mane olmuşdur. Döyüşlərin çoxunu qardaşı Alp Gəray aparmışdır. Hakimiyyətdə olduğu vaxtın əsas hissəsini qardaşı oğlu ilə münəqişədə keçirmişdir. == Həyatı == Doğulduğu il bilinmir. Atası Dövlət I Gəray 1551-ci ildə taxta çıxdıqdan sonra İslam Sultan sarayına girov olaraq göndərilmişdir. Ömrünün 30 ildən çoxunu Osmanlıda keçirmişdir. Sultan məhkəməsindən ayrılaraq ilahiyyat təhsili almaq və Sufilərin mövləvilik nişanı üçün Konyaya getmişdir. 1584-cü ildə böyük qardaşı II Məhəmməd Gəray xan Osmanlının krımlalıları Səfəvilərin üzərinə göndərmək əmrindən imtina etdi. Sultan III Murad İslamı Krıma göndərdi və onu yeni Krım xanı olaraq təyin etdi.
I Bahadır Gəray
I Bahadır Gəray — Krım xanı. I Səlamət Gərayın oğludur. Atasının Krım xanı olaraq təyin edilməsindən sonra adəti üzrə Osmanlı İmperiyasına girov olaraq Yanboluya göndərildi. 4 iyun 1637-ci ildə Krım xanı İnayət Gərayın edam edilməsindən sonra Osmanlı sultanı IV Murad tərəfindən 7 iyun 1637-ci ildə Krım xanı olaraq təyin edildi. Hökmdarlığının ilk illərində noqayların Mansuroğlu qəbiləsi ilə mübarizə aparmışdır. Bu mübarzə nəticənsində onların çoxunu öldürmüşdür. 1637-ci ildə Don kazakları tərəfindən ələ keçirilən Azov qalasını geri almaq üçün 1638-ci ildə Osmanlı ordusu ilə birgə etdiyi hücum müvəfqiyyətsizliklə nəticələndi. Xanlığı dövründə ruslar və polşalılarla münasibətləri nisbətən müharibəsiz idi. Xırda basqınlar edilsə də, ciddi qarşıdurma olmadı. IV Murad 1639-cu ildə Bağdadı yenidən ələ keçirib İstanbula qayıtdıqdan sonra Azov qalasını yenidən almaq məsələsini gündəmə gətirdi.
I Dövlət Gəray
I Dövlət Gəray (1512 – 1577, Krım) — 1551-1577-ci illər arasında xanlıq edib. I Dövlət Gəray dövründə Krım xanlığı Osmanlı İmperiyası ilə birlikdə yüksəliş dövrünü yaşadı. Əsas siyasətini Moskvanın mərkəzli bir inkişaf siyasətini izləyərək rusların Qara dənizə çıxmalarına qarşı mübarizə təşkil edirdi. == Osmanlı ilə münasibətləri == Qanuni Sultan Süleyman dövründə uzun illər İstanbulda yaşadığı üçün dönəmin Osmanlı sarayı ilə olduqca yaxşı münasibətləri vardı. Qanunu ilə eyni dövrdə xanlıq edən Dövlət Gəray ondan böyük dəstək aldı. Harzem Xanının Osmanlı sultanından Rus yayılmasına qarşı yardım istəməsi isə Osmanlı, İdil (Volqa) ilə Don çayları arasında bir kanal açmaq və Həştərxanı yenidən zəbt etmək üçün hərəkətə keçdi. 1569-cu ildə Kefe bəylərbəyi Çərkəz Qasım bəy üç min yeniçəri və 20 min süvari Osmanlı qoşunu, Dövlət Gərayın 30 min Tatar əsgərindən ibarət ordusu ilə birlikdə bölgəyə girdi. Bundan başqa, 5 min yeniçəri və üç min dənizçi də Azaka 15 döyüş gəmiləri ilə hücum etdilər. Ancaq sədrəzəm Sokollu Mehmet Paşa dövründə başlanan kanal başa çatdırılmadı. Krım və Osmanlı hərbi Ruslar və hava şərtləri tərəfindən qırılaraq geri çəkilmək məcburiyyətində qaldı.
I Hacı Gəray
I Hacı Gəray (30 noyabr 1397, Trakay – avqust 1466, Bağçasaray) — Krım xanlığının birinci xanı və Gəraylar sülaləsinin banisi. Sülalənin adı Hacı Gəray xanın adından götürülüb. == Həyatı == Ailəsi Çingiz xanın oğlu Cucinin soyuna mənsub olub, şəcərəsi tarixçilər tərəfindən fərqli variantlarda izah olunur. Krımın müstəqilliyi üçün ilk dəfə Hacı Gərayın babası Daşdəmir xan mübarizə aparmışdır. Belə ki, Daşdəmir xan bu mübarizədə müvəqqəti də olsa, qalib gəlmiş, öz adına pul kəsdirib müstəqilliyini elan etmişdi. Ondan sonra oğulları Qiyasəddin və Dövlət Bərdi xanlar, Qızıl orda imperiyası parçalandıqdan sonra Qazan bölgəsini ələ keçirən Uluq Məhəmmədə qarşı bu mübarizəni davam etdirdilər. Əmisi Dövlət Bərdi, 1426-cı ildə xan ünvanıyla Misir sultanına elçi göndərərək səltənətini leqallaşdırmağa çalışdı. Ancaq bu mübarizədə məğlub olan atası və əmisi Litva knyazlığına sığındı. Polyak tarixi mənbələrinə görə, Qiyasəddinin burada dünyaya gələn oğlu məhz Hacı Gəraydır. Hacı Gərayın Krım bölgəsini nə vaxt zəbt etdiyi bilinmir.

gəray sözünün leksik mənası və izahı

  • 1 igid, qəhrəman; güclü, qüvvətli; y. və l. dilinə "geraus", r. dilinə isə "geroy", ingilis dilinə “hero” şəklində keçmişdir (Krım xanlığında 364 (1428-1792) il hakimiyyət sürmüş Gərayilər sülaləsinin adı "gəray" etnonimi ilə bağlıdır).

    Azərbaycan kişi adlarının izahlı lüğəti / gəray

"gəray" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#gəray nədir? #gəray sözünün mənası #gəray nə deməkdir? #gəray sözünün izahı #gəray sözünün yazılışı #gəray necə yazılır? #gəray sözünün düzgün yazılışı #gəray leksik mənası #gəray sözünün sinonimi #gəray sözünün yaxın mənalı sözlər #gəray sözünün əks mənası #gəray sözünün etimologiyası #gəray sözünün orfoqrafiyası #gəray rusca #gəray inglisça #gəray fransızca #gəray sözünün istifadəsi #sözlük