Cümhuriyyətin sözü azərbaycan dilində

Cümhuriyyətin

Yazılış

  • Cümhuriyyətin • 75.1790%
  • cümhuriyyətin • 24.8210%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cümhuriyyətin 9 şəkli
Cümhuriyyətin 9 şəkli — Azərbaycan Xalq Cümhuriyyəti haqqında çəkilmiş bədii-sənədli film. Ssenaristi Orxan Fikrətoğlu, rejissoru Elxan Cəfərov, baş prodüseri isə Əliağa Məmmədovdur. == Haqqında == Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş "Veysəloğlu" Şirkətlər Qrupunun maliyyə dəstəyi və təşəbbüsü ilə ərsəyə gələn "Cümhuriyyətin 9 şəkli" bədii-sənədli filmində baş rolu Azərbaycan Respublikasının Xalq artisti Rasim Balayev ifa edib. === Sujeti === Filmin ssenari müəllifi bir insanın taleyində cümhuriyyət dövrünün oynadığı rolu təsvir etməyə çalışıb. Burada Azərbaycan kinosunda ilk dəfə olaraq rəngkarlıq nümunələrinin canlanmasından istifadə edilib. Bu şəkillər vasitəsilə Azərbaycan Xalq Cümhuriyyətinin doqquz fərqli sahədə əldə etdiyi uğurlar təsvir edilir. Baş vermiş tarixi hadisələrə bədii qəhrəmanların vasitəsilə şərhlər verilir. Vizual mətnin əsas məqsədi iki illik tarixi bir insanın düşüncə süzgəcindən keçirə bilməsi, tamaşaçıya sadə dildə tarixin çatdırılmasıdır. İki ildə dövlət quruculuğu prosesinin bir çox sahələrə uğurla şaxələnməsi, hüquq-mühafizə, məhkəmə, bank, poçt-teleqraf sistemlərinin yaradılması, ordu quruculuğu və mədəniyyət sahəsində əldə edilmiş nailiyyətlər xüsusi olaraq filmdə vurğulanır. Film baba ilə nəvənin timsalında iki müxtəlif baxış bucağının, iki nəslin Azərbaycan Xalq Cümhuriyyətinə olan oxşar münasibətidir.
Türkiyə Cümhuriyyətin Baş nazirlərinin siyahısı
== Müvəqqəti İcra Əncüməni Rəisi (1920) == == İcra Vəkilləri Heyyəti Rəisi (1920-1923) == == Türkiyə Cümhuriyyəti Baş Nazirləri (1923–2018) == CXP ANAP Refah DP Hərbi Bitərəf AP DYP DSP CGP AK Parti === Qeydlər === Daxili İşlər naziri Əhməd Fikri Tüzər, Rəfiq Saydamın iş başında vəfat etməsi üzərinə, Şükrü Saracoğlu 9 iyul 1942-ci ildə 13-cü hökuməti qurmadan önce 12-ci hökumətdə bir günlüyünə baş nazir vəzifəsini icra etdi. Emin Fəxrəddin Özdilək, 26 oktyabr 1961-ci ildə Camal Gürsəlin Prezident vəzifəsi başladığı üçün Baş Nazirlik vəzifəsini 27 oktyabr 1961–20 noyabr 1961 tarixləri arasında keçici olaraq icra etdi. Əli Bozər, Turqut Özalın 31 oktyabr 1989 tarixində Prezidentliyə seçilməsindən sonra boşalan vəzifəyə 9 noyabr 1989 tarixinədək vəkalət etdi. Ərdal İnönü, Süleyman Dəmirəlin Prezidentliyə seçilməsindən sonra boşalan yerinə 16 may 1993–25 iyun 1993 tarixləri arasında vəkalət etdi.
Cümhuriyyətin 9 şəkli (film, 2018)
Cümhuriyyətin 9 şəkli — Azərbaycan Xalq Cümhuriyyəti haqqında çəkilmiş bədii-sənədli film. Ssenaristi Orxan Fikrətoğlu, rejissoru Elxan Cəfərov, baş prodüseri isə Əliağa Məmmədovdur. == Haqqında == Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş "Veysəloğlu" Şirkətlər Qrupunun maliyyə dəstəyi və təşəbbüsü ilə ərsəyə gələn "Cümhuriyyətin 9 şəkli" bədii-sənədli filmində baş rolu Azərbaycan Respublikasının Xalq artisti Rasim Balayev ifa edib. === Sujeti === Filmin ssenari müəllifi bir insanın taleyində cümhuriyyət dövrünün oynadığı rolu təsvir etməyə çalışıb. Burada Azərbaycan kinosunda ilk dəfə olaraq rəngkarlıq nümunələrinin canlanmasından istifadə edilib. Bu şəkillər vasitəsilə Azərbaycan Xalq Cümhuriyyətinin doqquz fərqli sahədə əldə etdiyi uğurlar təsvir edilir. Baş vermiş tarixi hadisələrə bədii qəhrəmanların vasitəsilə şərhlər verilir. Vizual mətnin əsas məqsədi iki illik tarixi bir insanın düşüncə süzgəcindən keçirə bilməsi, tamaşaçıya sadə dildə tarixin çatdırılmasıdır. İki ildə dövlət quruculuğu prosesinin bir çox sahələrə uğurla şaxələnməsi, hüquq-mühafizə, məhkəmə, bank, poçt-teleqraf sistemlərinin yaradılması, ordu quruculuğu və mədəniyyət sahəsində əldə edilmiş nailiyyətlər xüsusi olaraq filmdə vurğulanır. Film baba ilə nəvənin timsalında iki müxtəlif baxış bucağının, iki nəslin Azərbaycan Xalq Cümhuriyyətinə olan oxşar münasibətidir.
Azərbaycan Cümhuriyyətinin Sərhədləri
Azərbaycan Xalq Cümhuriyyətinin sərhədləri — == Şimal == Azərbaycanın şimal sərhədləri Solak çayının Qara dənizə töküldüyü nöqtədən (Gürcüstan sərhəddindən) başlanır. Sərhəd xətti çay boyunca Acar dağların qədər uzanır. Bu dağların zirvəsi ilə irəliləyən sərhəd xətti Kino (8522 fut yüksəkliyində), Taşnaur (8735 fut), Qotimeriya (8769 fut) zirvələrinə, Zekar keçidinə, Naqueva dağlarına və Sağalotlobaçi zirvəsinə çatır. Buradan sərhəd xətti cənub-şərqə yönəlir, Kürün qolu olan Keyda-su boyunca gedir. Çayı keçdikdən sonra o, Tusselbaya tərəf, Çitis-Kibey (8554 fut) zirvəsinə doğru irəliləyir, Kür çayının qollara ayrıldığı istiqamətdə uzanır, sonra Axaşen kəndinin yanında Kürün axını istiqamətində cənuba dönür, daha sonra Kür boyunca üzüaşağı, Kurtanakev kəndinə qədər düz cənuba gedir. Sonra sərhəd xətti keçmiş Rusiya imperiyasının inzibati bölgüləri əsasında mövcud olan sinirlər boyunca şərqə dönür (Axalkələk vilayəti, Qars ərazisi, Aleksandropol (Gümrü) vilayəti, İrəvan quberniyası.) və Çəri dağın (9152 fut), Üç təpənin (9783 fut), Örtülü dağın (8030 fut), Öküz dağın (8018 fut), Akçalanın (10500 fut) zirvələrindəni keçir. Bu nöqtədən sərhəd xətti Axalkələk və Borçalı vilayətləri arasındakı keçmiş inzibati sərhəd boyunca cənuba gedir, sonra Yemlikli (10017 fut), Ağrıkar (9765 fut) dağ zirvələrindən, Pavakaran dağ silsiləsindən keçir və Dəlidağın (8624 fut) zirvəsinə qədər gəlib çatır. Bu nöqtədən sərhəd xətti şərqə istiqamət götürür, İnardağın (6636 fut), Bulaq dağın (6317 fut) zirvələrindən keçir və Aleksanderhiff kəndinə qədər uzanır. Bu kəndin arxasından sərhəd xətti Xramçayın boyunca şimal-şərq istiqamətində Arixli kəndinə və Böyük Tkiatam təpəsinə tərəf yönəlir, Aleksandropol-Tiflis dəmir yolu xəttinə paralel olaraq üç verst qərb istiqamətinə irəliləyir, Naftuluq dəmir yolu stansiyasının 6 kilometrliyində Yelizavetpol-Tiflis dəmir yol xəttini bir qədər keçir. Buradan sərhəd xətti yenidən şərqə tərəf dönür, Qara dərə, Sarıyer, Karvan təpə, Naomeri (3185 fut) dağ zirvələrindən, Muğanlı və Tullar kəndlərindən, Ləmbəli (2537 fut) zirvəsindən, Katari aşırımından, Milatis, nəhayət, Bilenta (3052 fut) və Nikoratcixa (3290) zirvələrindən keçir.
Azərbaycan Sovet Şura Cümhuriyyətinin üçüncü ildönümü (film, 1923)
Azərbaycan Xalq Cümhuriyyətinin II Nazirlər Kabineti
II Xoyski hökuməti, İkinci hökumət kabineti və ya Müsavat-Bitərəflər hökuməti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 2-ci, Fətəli xan Xoyskinin başçılığı ilə 17 iyun 1918 tarixindən 7 dekabr 1918-ci ilədək fəaliyyət göstərmiş, müsavatçılar, müstəqillər və bitərəflərdən ibarət müvəqqəti koalisya hökuməti. == Zəmin == Azərbaycan Milli Şurası və Hökumətinin həyata keçirmək istədiyi tədbirlərin "həddindən çox demokratik" istiqamətindən narazı qalan Azərbaycan burjuaziyası və mülkədarlarının müəyyən dairələrinin təsirilə Nuru Paşa Azərbaycan Milli Şurası və Hökumətini şübhə ilə qarşıladı. İyunun 16-da Gəncəyə gələn Azərbaycan Milli Şurasının iyunun 17-də Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə iki iclası keçirildi. Birinci qapalı iclas iyunun 17-də saat 12-də şəhər idarəsinin binasında toplandı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin sədri Fətəli xan Xoyski söz alaraq bildirdi ki, Məhəmməd Əmin Rəsulzadə və Məmməd Həsən Hacınski ilə birlikdə onlar Qafqazdakı türk ordusunun komandanı Nuru Paşanın yanında olmuş və Tiflisdə yaradılmış Milli Şura və Azərbaycan Hökuməti haqqında ona məlumat vermişlər. Nuru Paşa cavabında bildirib ki, bir əsgər kimi o, mülki işlərlə kifayət qədər tanış deyil, ona görə də bu barədə onun mülki işlər üzrə müşaviri Əhməd bəy Ağaoğluna müraciət etsinlər. Əhməd bəy Ağaoğlu ilə görüşlərindən bəhs edən Fətəli xan Xoyski məlumat verdi ki, danışıq zamanı Əhməd bəy Ağaoğlu Türkiyə hökumətinin və onun Gəncədəki nümayəndəliyinin Azərbaycanın daxili işlərinə qarışmayacağını bildirdi, lakin Milli Şuranın yeni Hökumət yaradaraq özünü buraxmasını tələb etdi. İyunun 17-də saat 2-də Milli Şuranın çox gərgin şəraitdə keçən ikinci iclasında Fətəli xan Xoyski Tiflisdə təşkil etdiyi Hökumətin fəaliyyəti barədə qısaca məlumat verərək Şura üzvlərindən onun Hökumətinin istefasını qəbul etməyi xahiş etdi. Uzun və gərgin müzakirədən sonra iclas Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin yeni yaradılacaq Azərbaycan Müvəqqəti Hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul etdi. Milli Şuranın buraxılması haqqındakı birinci sənəddə göstərilirdi ki, həm daxili, həm də xarici siyasət sahəsində Azərbaycanda yaranmış ağır vəziyyəti nəzərə alaraq, Azərbaycan Milli Şurası bütün hakimiyyəti Fətəli xan Xoyskinin sədrliyi ilə təşkil olunmuş Müvəqqəti Hökumətə həvalə edir və ona tapşırır ki, öz hakimiyyətini tezliklə çağırılacaq Müəssislər Məclisindən başqa kimsəyə güzəştə getməsin.
Azərbaycan Xalq Cümhuriyyətinin IV Nazirlər Kabineti
I Yusifbəyli hökuməti və ya Dördüncü hökumət kabineti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 4-cü, Nəsib bəy Yusifbəylinin başçılığı ilə 14 aprel 1919 tarixindən 22 dekabr 1919 tarixinədək fəaliyyət göstərmiş, müsavatçılar, bitərəflər, sosialistlər, slavyan-rus cəmiyyəti üzvləri və daşnaklardan ibarət koalisya hökuməti. == Zəmin == Fətəli xan Xoyski öz hökumətinin istefası barədə parlamentə məktub göndərir. Parlamentin fevralın 25-də keçirilmiş iclasında Xoyski Hökumətinin istefası qəbul olunur və yeni hökumət təşkilinə qədər onlardan öz fəaliyyətlərini davam etdirmək xahiş olunur. 1919-cu ilin aprelində qurulacaq IV hökumət kabinetinin qurulması isə Nəsib bəy Yusifbəyliyə tapşırılır. == Tərkibi == 1919 il aprelin 14-də Nəsib bəy Yusifbəyli yeni yaratdığı kabinənin üzvlərini parlamentə təqdim etdi: == Fəaliyyəti == Parlamentin 14 aprel tarixli iclasında çıxış edən Nəsib bəy Yusifbəyli elan etdi ki, xarici siyasət sahəsində onun kabinetinin başlıca məqsədi Azərbaycanın istiqlaliyyətinin böyük dövlətlər tərəfindən tanınması və dövlətin ərazi bütövlüyünü qoruyub saxlamaq uğrunda mübarizə, daxili siyasət sahəsində isə hər bir mədəni və demokratik ölkə üçün zəruri olan söz, mətbuat, yığıncaq və başqa azadlıqların təminatı, fəhlələrin əməklə, kəndlilərin torpaqla təminatı olacaqdır. Milli məsələdən bəhs edən Nəsib bəy Yusifbəyli qeyd etdi ki, Hökumət bütün qüvvəsini Azərbaycanın və onun ərazisində yaşayan bütün millətlərin sevimli vətəni olmasına sərf edəcəkdir. Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi Hökumət öz fəaliyyəti dövründə xaricdən Denikin ordusu, daxildən isə bolşeviklərin Azərbaycana qarşı törətdikləri təhlükələrlə üzləşmişdi. Belə ki, 1919 il mayın 6-da bolşeviklərin gizli təşkilatının təşəbbüsü ilə Bakı Fəhlə Konfransı tərəfindən hazırlanan tətil şəhəri bürümüşdü. Parlamentin həmin gün keçirilmiş iclasında hökumət adından çıxış edən Nəsib bəy Yusifbəyli demişdi: 1919-cu ilin mayında Şimali Qafqazı və Dağıstanı ələ keçirən Denikin ordusu Cənubi Qafqazı, xüsusilə Azərbaycan və Gürcüstanı işğal təhlükəsi altında qoymuşdu. Yaranmış təhlükəli vəziyyət Azərbaycan Parlamentinin və Hökumətinin iclaslarında dəfələrlə müzakirə olunmuşdu.
Azərbaycan Xalq Cümhuriyyətinin I Nazirlər Kabineti
I Xoyski hökuməti, Birinci hökumət kabineti və ya Müsavat-Sosialistlər hökuməti— Azərbaycan Xalq Cümhuriyyətinin sayca 1-ci, Fətəli xan Xoyskinin başçılığı ilə 28 may 1918 tarixindən 17 iyun 1918 tarixinədək fəaliyyət göstərmiş, müsavatçılar, bitərəflər, sosialistlər və hümmətçilərdən ibarət koalisya hökuməti. == Zəmin == Cümhuriyyət Hökuməti son dərəcə ağır tarixi şəraitdə formalaşmışdı. Zaqafqaziya Seymi buraxıldıqdan sonra 1918 il mayın 27-də seymin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Mayın 28-də Zaqafqaziya Seyminin fəaliyyət göstərmiş olduğu Tiflisdə — keçmiş Qafqaz canişininin iqamətgahında özünün ilk iclasına toplanan Azərbaycan Milli Şurası uzun və hərtərəfli müzakirələrdən sonra Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini qəbul etdi. Bəyannamənin 6-cı maddəsində göstərilirdi ki,"Məclisi-Məbusan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arayi-ümumiyyə ilə intixab olunmuş Şurayi-Milli və Şurayi-Milliyəyə qarşı məsul Hökuməti-müvəqqəti durur". == Tərkibi == Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsini təşkil etməyi Milli Şuranın üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Bir saatlıq fasilədən sonra yığılan Milli Şuranın iclasında Fətəli xan Xoyskinin başçılığı ilə Cümhuriyyətin ilk Hökuməti təsdiq edildi. == Fəaliyyəti == Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 30-da radioqram vasitəsilə Azərbaycanın öz istiqlaliyyətini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə -London, Paris, Vaşinqton, İstanbul, Berlin, Madrid, Tehran, Moskva,Roma, Vyana, Buxarest, Sofiya, Tokio, Haaqa, Kopenhagen, Kiyev, Kristianiya (Oslo) və Stokholma rəsmi bəyanatlar göndərdi. Həmin radioqramda yeni yaradılmış Hökumətin müvəqqəti olaraq Yelizavetpolda (Gəncə) yerləşdiyi bildirilirdi. Tiflisdə yeni müstəqil dövlətin yaradılması ilə əlaqədar ən ümdə təşkilati tədbirləri həyata keçirdikdən və bu haqda bütün dünyaya məlumat verdikdən sonra, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası və Hökuməti öz nüfuz dairəsini bütün Azərbaycan ərazisində yaymaq məqsədilə 1918 il iyunun 16-da Gəncəyə köçdü.
Azərbaycan Xalq Cümhuriyyətinin Krımdakı diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin Krımdakı diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətinin Krım hökuməti və Krım türkləri ilə əlaqə saxlamaq üçün təsis etdiyi elçilik. == Haqqında == Krım hökuməti 1918-ci il iyunun 25-də Simperopolda yaradılmışdı. Baş naziri general-leytenant Süleyman bəy Sulkeviç, xarici işlər naziri Cəfər əfəndi Seyid Əhməd idi. Azərbaycan hökuməti 1918-ci il oktyabrın 23-də Krım hökuməti yanında diplomatik nümayəndəlik təsis etməyi qərara aldı. 1918-ci il, noyabrın 1-dən Azərbaycan Ukraynadakı diplomatik nümayəndəsi Miri bəy Vəzirova (Yusif Vəzir Çəmənzəminlinin qardaşı) Azərbaycan Xalq Cümhuriyyəti Krımda da təmsil etmək tapşırıldı. Öz növbəsində, Krım hökuməti də qarşılıqlı əlaqələr yaratmaq, Qara dəniz hövzəsi, xüsusən də limanları ilə bağlı razılaşdırılmış siyasət məsələlərini müzakirə etmək üçün öz nümayəndəsi Əli Aleksandroviçi 1918-ci il noyabrın əvvəllərində Azərbaycana göndərdi. Azərbaycan Xalq Cümhuriyyətinin Krıma göndərdiyi nümayəndələr bölgədə fəaliyyət göstərən hökumətlərlə, xüsusilə də Krım türkləri ilə sıx əlaqələr qurmaq məqsədidaşıyırdılar. 1918-ci il noyabrın 16-da Süleyman bəy Sulkeviçin başçılıq etdiyi Krım hökuməti istefa verdi. Keçmiş duma üzvü S.S. Krım yeni hökumət yaratdı. Konstitusiyalı Demokratiya Partiyası üzvlərindən təşkil edilmiş bu hökumət 1919-cu ilin əvvəllərində Denikin ordusu Krıma daxil olduqdan sonra yerli müsəlmanlara — türk-tatar əhalisinə qarşı repressiyaları gücləndirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Kuban və Donda diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin Kuban və Donda diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətinin Kuban hökuməti və Şimali Qafqaz xalqları ilə əlaqə saxlamaq üçün təyin etdiyi diplomatik nümayəndəlik. == Nümayəndəliyin açılması == Rusiyada bolşeviklər hakimiyyəti ələ keçirəndən sonra Kuban Qanunverici Radası və Kuban hökuməti yaradılmışdı. Mərkəzi Yekaterinodar (indiki Krasnodar) şəhəri idi. Cəfər bəy Rüstəmbəylinin hökumətin qərarı ilə Azərbaycan Respublikasının Kuban və Krımda diplomatik nümayəndə və ticarət müvəkkili təyin edilməsi haqqında məlumat 23 mart 1919-cu il tarixli 61№-li "Azərbaycan" qəzetində də dərc edilmişdir. 1919-cu il iyunun 26-da C. Rüstəmbəyova Azərbaycan Xalq Cümhuriyyətini Don hökuməti yanında da təmsil etmək mandatı verildi. == Nümayəndəliyin fəaliyyəti == C. Rüstəmbəyov Azərbaycan Xarici İşlər Nazirliyinə ünvanladığı raportda 1919-cu il iyunun 1-də Yekaterinodarda ingilis hərbi missiyasının rəisi general Briqqslə görüşməsi, ingilis komandanlığının Azərbaycanla Cənubi Rusiya Silahlı qüvvələri (Könüllü ordu) baş komandanı general Denikin arasında normal münasibət qurulmasında maraqlı olması, iyunun 3-də Briqqsin vasitəçiliyi ilə Denikinlə görüşməsi və onun Azərbaycanla diplomatik nümayəndəlik mübadiləsinə hazır olması haqqında məlumat vermişdi. Azərbaycanın diplomatik nümayəndəsinin 1919-cu il iyunun 11-də göndərdiyi raportda Kuban Radasında federasiya və müstəqillk tərəfdarları ilə Denikin arasında münasibətlərin gərgin olması, Kuban hökumətinin Denikinə qarşı mübarizə məsələlərini müzakirə etmək üçün Rusiyanın cənubunda yeni yaranmış dövlətlərin, o cümlədən Cənubi Qafqaz respublikaları nümayəndələrinin iştirakı ilə konfrans çağırmaq haqqında xəbər verilirdi. Raportda kubanlıların Denikinə inanmamaları, kazakları öz tərəflərinə çəkməklə müstəqilliklərini qorumağa çalışmaları, yalnız Ukrayna hüdudlarında bolşeviklərə qarşı mübarizə aparmaq istəmələri də qeyd olunmuşdu. 1919-cu il iyunun 26-da Azərbaycan Xarici İşlər Nazirliyinin C. Rüstəmbəyova göndərdiyi təlimatda Azərbaycan Hökumətinin Denikinlə diplomatik nümayəndəlik mübadiləsinə razılıq vermədiyi, Denikin ordusu hissələrinin Dağıstandan çıxarılması tələbi əks olunmuşdu. Azərbaycan Hökuməti Kuban və Donla iqtisadi əlaqələr yaratmağa çalışır, ağ neft və digər neft məhsulları əvəzində taxıl almağı planlaşdırırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin Ləvazimat İdarəsi
Azərbaycan Xalq Cümhuriyyətinin Ləvazimat İdarəsi — Azərbaycan ordusunun ərzaq və əsya təminatı ilə məşğul olan orqanı. == Yaradılması == Əsası 1918-ci il noyabrın 15-də Ümumi qərargahın şöbəsi kimi qoyulmuşdur. Polkovnik Seyfulla Mirzə hərbi nazirin əmri ilə ləvazimat şöbəsinin rəisi təyin edilmişdi. Qoşun hissələrinin təşkili sürətləndikcə, həmin şöbənin üzərinə düşən məsuliyyət də artırdı. Ona görə tezliklə ləvazimat şöbəsinin strukturu və səlahiyyətləri genişləndirildi, ümumi gərargahın tərkibindən çıxarılaraq idarə kimi hərbi nazirə tabe etdirildi. İdarənin rəisi vəzifəsinə polkovnik Serebrennikov təyin olundu. == Fəaliyyəti == Qoşun hissələrinin milli geyim formasına keçirilməsi, gündəlik iaşənin milli kulinariya əsasında təkmilləşdirilməsi hərbi ləvazimat idarəsinin qarşısında dayanan başlıca vəzifələr idi. Bu vəzifələri həll etmək üçün hərbi ləvazimat idarəsinin nəzdində əlbəsə (paltar) anbarı, dəri aşılayan zavod, geyim və çəkmə emalatxanası açıldı, Azərbaycanın toxuculuq fabriklərinə hərbi xarakterli sifarişlər verildi, ərzaq təminatının yaxşılaşdırılması üçün yeni sistem tətbiq edildi. Müsabiqə yolu ilə alınmış ərzaq yeni yaradılmış Gəncə, Ağdam, Hacıqabul, Bakı, Zaqatala, Xankəndi, Qusar və Lənkərandakı ərzaq anbarlarına toplanır və buradan hissələrə paylamrdı. Polkovnik Serebrennikov 1919-cu ildə istefaya çıxdıqdan sonra, hərbi ləvazimat idarəsinin rəisi vəzifəsini bir müddət polkovnik Əlibəyov icra etdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu
Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu — 1918-ci ildə, Şimali Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı milli ordu Azərbaycan Xalq Cümhuriyyəti Silahlı Qüvvələrinin təşkilinə Cümhuriyyətin elan edildiyi gündən başlanmışdı. 1918-ci ildən başlayaraq Ermənistan yaranmış gərgin vəziyyətdən istifadə edərək və bolşeviklərin dəstəyi ilə zorla Azərbaycanın Zəngəzur, Dağlıq Qarabağ və Naxçıvan bölgələrini işğal etmək məqsədilə onun sərhədlərini pozur və sərhədyanı rayonlarda hərbi toqquşmalar yaradırdı. Belə bir şəraitdə ölkənin ərazi birliyini, müstəqilliyini müdafiə etmək üçün güclü ordu yaratmaq dövlətin birinci dərəcəli vəzifəsi idi. 1914-cü ilin yayında Birinci Dünya müharibəsi başladı və dörd il davam etdi və bu da cox pis bir hadisəyə çevrilmişdir. == Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu == Hələ Türkiyə hərbi qüvvələri Azərbaycanda olarkən başlamış ordu quruculuğunu yenidən canlandırmaq və onu daha səmərəli aparmaq üçün 1918-ci il oktyabrın 23-də respublika hökumətinin iclasında Hərbi Nazirliyin yaradılması qərara alındı. Nazirlər Şurası tərəfindən belə bir qərar 1918-ci il noyabrın 1-də imzalandı. Yeni şəraitdə Azərbaycanın ərazi bütövlüyünün qorunması tamamilə Hərbi Nazirliyin üzərinə düşməli idi. Bu struktur hökumətin qarşısında dayanan tarixi vəzifələrin həllində çox mühüm rol oynadığından ona rəhbərliyi ilk vaxtlar Nazirlər Şurasının sədri Fətəli Xan Xoyski öz üzərinə götürdü. Tam artilleriya generalı Səməd bəy Mehmandarov nazir müavini təyin edildi və nazirliyin formalaşdırılması ona tapşırıldı. Cəmiyyət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğunun da özünəməxsus obyektiv qanunauyğunluqları vardır və bu qanunauyğunluqlara riayət edilməməsi ordunun formalaşdırılmasında ciddi çətinlik yarada bilər.
Azərbaycan Xalq Cümhuriyyətinin Mətbuat haqqında nizamnaməsi
Mətbuat haqqında nizamnamə — Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat məsələlərini təmzimləyən sənəd. == Nizamnamənin hazırlanması == 1919-cu ilin oktyabrın 30-da Parlament tərəfindən qəbul olunmuşdu. Hökumətin 1919-ci il 30 aprel tarixli qərarına əsasən, nizamnamə layihəsini hazırlamaq Ədliyyə Nazirliyinə tapşırılmışdı. Lakin 1919-cu il iyunun 20-də hökumət Daxili İşlər Nazirliyinin təqdim etdiyi qanun layihəsini bəyəndi və onu Parlamentin müzakirəsinə çıxardı. Nizamnamə söz və mətbuat azadlığı prinsiplərinə əsaslanırdı. Sənəddə deyilirdi ki, insan fəaliyyətinin hər bir sahəsi kimi, mətbuat da azadlıqla anarxiya arasında sərhədi müəyyən edən qanunlara tabe olmalıdır. == Mətbuat haqqında müzakirələr == Mətbuat azadlığına yekdilliklə tərəfdar olan parlament üzvləri bu qanun layihəsini ən ciddi sənədlərdən biri hesab edirdilər. Bununla belə, layihəsinin Parlamentdə hər üç oxunuşu qızğın müzakirələrlə keçdi. "Hümmət" partiyası və sosialist fraksiyası layihəsinin əleyhinə çıxır və bildirirdilər ki, mətbuatı heç bir qanunla məhdudlaşdırmaq olmaz, Nizamnamə demokratiya və müstəqil dövlətçilik prinsiplərinə ziddir. Maddələrin ayrı-ayrılıqda müzakirəsi zamanı mətbuata ümumi nəzarət və rəhbərlik haqqında, redaktorun təbəəliyi, təhsili, yaş senzi, mətbəə yaradılmasına icazə verilməsi barədə maddələr geniş diskussiya doğurdu.
Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası və ya Azərbaycan Cümhuriyyəti Heyəti-vükəlası (az.-əski. آذربایجان جمهوریهتی هیئت وکلاسی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illərdə ölkədə ali icraedici hakimiyyət orqanı. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası Tiflis, Gəncə və Bakıda fəaliyyət göstərdiyi dövrdə 642-dən artıq hüquqi akt qəbul etmişdir. == Haqqında == === Böyük Nazirlər Şurası === 1918 il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildikdən sonra bəyannamənin 6-cı bəndinə uyğun olaraq, elə həmin gün Müəssislər Məclisi çağırılana qədər Milli Şura qarşısında məsul olan Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti hökuməti kimi yaradılmışdı. Böyük Nazirlər Şurasına hökumət başçısı sədrlik edirdi. Fətəli xan Xoyski 11 nazirlikdən ibarət olan ilk müvəqqəti Nazirlər Şurasının sədri təsdiq olunmuşdu. Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra burada Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci müvəqqəti Hökumətin tərkibinə yenə də 11 nazirlik daxil idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1918 il dekabrın 7-də açılan 1-ci iclasında Fətəli xan Xoyski öz hökumətinin fəaliyyəti barədə hesabat verərək, hökumətin istefasını qəbul etməyi xahiş etmişdi. Parlament müvəqqəti hökumətin istefasını qəbul edərək, 3-cü hökumətin də təşkilini F.Xoyskiyə tapşırmışdı. Həmin il dekabrın 26-da F.Xoyski 14 nazirlikdən ibarət yeni hökumət kabinəsi təşkil etmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının Sədri
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası və ya Azərbaycan Cümhuriyyəti Heyəti-vükəlası (az.-əski. آذربایجان جمهوریهتی هیئت وکلاسی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illərdə ölkədə ali icraedici hakimiyyət orqanı. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası Tiflis, Gəncə və Bakıda fəaliyyət göstərdiyi dövrdə 642-dən artıq hüquqi akt qəbul etmişdir. == Haqqında == === Böyük Nazirlər Şurası === 1918 il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildikdən sonra bəyannamənin 6-cı bəndinə uyğun olaraq, elə həmin gün Müəssislər Məclisi çağırılana qədər Milli Şura qarşısında məsul olan Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti hökuməti kimi yaradılmışdı. Böyük Nazirlər Şurasına hökumət başçısı sədrlik edirdi. Fətəli xan Xoyski 11 nazirlikdən ibarət olan ilk müvəqqəti Nazirlər Şurasının sədri təsdiq olunmuşdu. Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra burada Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci müvəqqəti Hökumətin tərkibinə yenə də 11 nazirlik daxil idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1918 il dekabrın 7-də açılan 1-ci iclasında Fətəli xan Xoyski öz hökumətinin fəaliyyəti barədə hesabat verərək, hökumətin istefasını qəbul etməyi xahiş etmişdi. Parlament müvəqqəti hökumətin istefasını qəbul edərək, 3-cü hökumətin də təşkilini F.Xoyskiyə tapşırmışdı. Həmin il dekabrın 26-da F.Xoyski 14 nazirlikdən ibarət yeni hökumət kabinəsi təşkil etmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı dövlətində diplomatik nümayəndəliyi
Azərbaycanın Türkiyədə Diplomatik Nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətini Osmanlı dövlətində təmsil edən elçilik. Azərbaycanla Türkiyə arasında ilk diplomatik təmaslar 1918-ci ilin yazında Trabzon və Batum sülh konfranslarından başlandı. 1918-ci il iyunun 18-də isə Azərbaycan Hökuməti İstanbula ilk nümayəndə heyəti göndərdi. Türkiyə hökuməti və rəsmi dairələrində yaxşı tanınan Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi nümayəndə heyətinə Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfikürdski daxil idilər. Nümayəndəlik İstanbulda keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransda iştirak etməli idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti nümayəndə heyətinə, həmçinin, Osmanlı dövləti ilə hərbi, iqtisadi, nəqliyyat və maliyyə sahələri üzrə müqavilələr bağlamaq üçün etimadnamə vermişdi. İyunun 24-də İstanbula çatan Azərbaycan nümayəndələri Osmanlı hökumətinin başçısı Tələt paşa və digər hökumət üzvləri ilə görüşlər keçirməyə, Azərbaycan Xalq Cümhuriyyəti haqqında türk ictimaiyyətinə məlumatlar çatdırmağa başladılar, mətbuata çoxsaylı müsahibələr verdilər. Nümayəndələr Azərbaycanın öz müstəqilliyini elan etməsini beynəlxalq aləmə bildirmək üçün də mühüm addımlar atdılar. İstiqlal bəyannaməsinin tam mətnini İstan-bulda olan bütün səfirlik və konsulluqlara təqdim etdilər, Almaniya, Avstriya-Macarıstan və Bolqarıstan diplomatları ilə görüşlər keçirdilər. 1918-ci ilin yayında Birinci dünya müharibəsi (1914–18) cəbhələrində Dördlər ittifaqının uğursuzluqları İstanbul konfransının başlanmasına imkan verməsə də, Azərbaycan nümayəndəliyi Osmanlı hökuməti üzvləri ilə çox əhəmiyyətli razılaşmalara nail oldu.
Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransındakı Nümayəndə Heyəti
Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransındakı Nümayəndə Heyəti — 1918-ci ilin dekabr ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Paris Sülh Konfransına göndərilməsi üçün formalaşdırdığı heyət. == Haqqında == 1918-ci ilin dekabr ayının 28-də isə parlament Paris Sülh Konfransına gedəcək nümayəndə heyətinin tərkibini seçdi. Bu tərkibə Əlimərdan bəy Topçubaşov (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Əkbər ağa Şeyxülislamov, Əhməd bəy Ağayev, Məhəmməd Məhərrəmov, Ceyhun Hacıbəyli və Mir Yaqub Mehdiyev daxil oldu. Nümayəndə Heyəti hələ İstanbulda ikən ciddi təşkilatlanmış və dəqiq iş bölgüsü aparmışdı. Heyətin tərkibində üç bölmə - siyasət və milli məsələlər, iqtisadiyyat və kommersiya, təbliğat və məlumat bölmələri yaradılmış və üzvlər ixtisas və maraq səviyyələrinə uyğun şəkildə həmin bölmələrdə fəaliyyətə cəlb olunmuşdular. Bununla bir sırada Nümayəndə Heyətinin hər bir üzvünün görəcəyi konkret iş, məsuliyyət daşıyacağısahə də müəyyənləşdirilmişdi. 1919-ci il yanvarın 20-də Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyəti İstanbula gəldi. Lakin Fransa hökuməti onların Parisə gəlməsinə viza vermədi. Topçubaşovun və onun başçılıq etdiyi nümayəndə heyətinin Parisə buraxılmaması onlarda və Azərbaycan hökumətində narahatlıq yaradırdı. Bu zaman Əlimərdan bəy Topçubaşov Türkiyə, İran, Rusiya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa diplomatları və nümayəndələri ilə görüşlər keçirmiş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumat vermiş, Azərbaycanın bir müstəqil dövlət kimi öz ölkələri tərəfindən tanınmasına köməklik göstərmələrini xahiş etmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin Praporşiklər Məktəbi
Azərbaycan Xalq Cümhuriyyətinin Praporşiklər Məktəbi — Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordu üçün zabit kadrları hazırlayan ilk hərbi təhsil müəssisəsi. == Yaradılması == 1918-ci il dekabrın 1-də Gəncə hərbi məktəbinin əsasında yaradılmışdı. == Strukturu == Yeni şəraitdə məktəbin statusu da genişləndirildi. Belə ki, praporşiklər məktəbinin məzunu buraxılış imtahanlarım uğurla verdikdə dərhal ilk zabit rütbəsinə — praporşik rütbəsinə layiq görülürdü. 1918-ci il dekabrın 24-də polkovnik Şirin bəy Kəsəmənli Praporşiklər məktəbinin rəisi təyin olundu. Hərbi nazirin 1919-cu il 8 aprel tarixli 186 saylı əmri ilə Şirin bəy Kəsəmənli 2-ci Bakı piyada alayının komandiri təyin olunduğundan həmin əmrlə 1-ci qaubitsa-topçu divizionunun komandiri polkovnik Rüstəm Şıxlinski Praporşiklər məktəbinin rəisi təyin edildi. 1919 ilin aprelində Praporşiklər məktəbinin yeni statusda ilk buraxılışı oldu. Azərbaycan Parlamenti sədrinin müavini Həsən bəy Ağayev və digər rəsmi şəxslər bu əlamətdar hadisə münasibətilə Gəncəyə gəldilər. İlk buraxılışda Praporşiklər məktəbinin 135 məzunu zabit rütbəsinə layiq görüldü. Məktəbin 1919-cu ilin sentyabrındakı ikinci buraxılışında isə onu 119 nəfər bitirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynada diplomatik nümayəndəliyi
Azərbaycanın Ukraynada diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətini Ukraynada təmsil edən elçilik. Azərbaycan Cümhuriyyətinin Nazirlər şurası 1918-ci il sentyabrın 12-də Ukraynaya işlər vəkilinin göndərilməsi haqqında qərar qəbul etdi. Qərara uyğun olaraq, 1918-ci il noyabrın 1-də Mir Yusif Vəzirov (Yusif Vəzir Çəmənzəminli) Azərbaycan Hökumətinin Ukraynada diplomatik nümayəndəsi təyin edildi. Elə həmin ay M.Y.Vəzirov Kiyevdə diplomatik fəaliyyətə başladı. Birinci dünya müharibəsində (1914–1918) "Dördlər ittifaqının məğlub olması" , Ukraynadan Almaniya, Azərbaycandan isə Osmanlı qoşunlarının geri çəkilməsi və hər iki ölkəyə Antanta qoşunlarının yeridilməsi, keçmiş Rusiya imperiyası ərazisində yaranmış hər iki yeni dövlətin həm bolşevik hakimiyyəti, həm də Denikin tərəfindən təhdid olunması onların beynəlxalq aləmdə oxşar mövqedən çıxış etmələrini zəruriləşdirdi. Buna görə Ukrayna hökuməti də Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx diplomatik əlaqə qurmaq məqsədilə 1919-ci il fevralın 8-də Azərbaycana göndərilmək üçün keçmiş daxili işlər naziri İvan Kraskovskinin başçılığı ilə xüsusi diplomatik missiya yaratdı. 1919-cu ilin martında Azərbaycan və Ukrayna nümayəndəlikləri Antanta dövlətlərinin İstanbuldakı hərbi rəhbərliyinə müraciət edərək onlara Paris sülh konfransında (1919–1920) iştirak etmək üçün şərait yaradılmasını xahiş etdilər. Həmin vaxt Odessa şəhərində müttəfiqlərarası komissiya fəaliyyətə başlamışdı. Azərbaycan Hökuməti bu komissiyada ölkənin mənafeyini təmsil etmək üçün 1919-cu il martın 14-də Rüstəm bəy Sultanovu nümayəndə təyin etdi. 1919-cu ilin yazında Ukraynanın Denikin ordusu tərəfindən tutulması nəticəsində Azərbaycanın Kiyevdəki diplomatik nümayəndəliyinin normal fəaliyyət göstərməsi pozuldu.
Azərbaycan Xalq Cümhuriyyətinin V Nazirlər Kabineti
II Yusifbəyli hökuməti və ya Beşinci hökumət kabineti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 5-ci, Nəsib bəy Yusifbəyli başçılığında təşkil olunan, müsavatçılar, ittihadçılar, müstəqillər, bitərəflər, əharçılar və hümmətçilərdən ibarət koalisiya hökuməti. == Zəmin == 22 dekabr 1919-cu ildə kabinetdaxili münaqişələrə görə IV hökumət kabineti istefa verdi. == Tərkibi == 1919-cu il dekabrın 24-də özünün ikinci, Cümhuriyyətin isə sayca beşinci hökumət kabinəsini təşkil edən Nəsib bəy Yusifbəyli həmin hökumətə 1920-ci il martın axırına qədər başçılıq etdi. == Fəaliyyəti == Nəsib bəy Yusifbəyli baş nazir olduğu dövrdə Azərbaycan xalqının tarixində ən mühüm hadisə Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi nümayəndə heyətinin Paris Sülh Konfransındakı gərgin əməyi sayəsində 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqilliyinin böyük dövlətlər tərəfindən de-fakto tanınması olmuşdur. Bu dövrdə həmçinin Bakı Dövlət Universiteti açıldı. Müxtəlif ixtisaslar üzrə ali təhsil almaq üçün 100 nəfərə yaxın azərbaycanlı gənc Avropanın müxtəlif ali məktəblərinə göndərildi. Torpaq islahatları haqqında 29 maddədən ibarət qanun layihəsi hazırlanaraq, 1920-ci ilin fevralında ümumxalq müzakirəsinə verildi. Savadsızlıqla mübarizə üçün müvəqqəti pedaqoji kurslar açıldı, ibtidai və orta məktəblər üçün dərsliklərin hazırlanması və nəşri işinə başlanıldı. 1920-ci ilin əvvəllərində Şimali Qafqaz və Dağıstanda Denikin qüvvələrini məğlub edən Qırmızı Ordu Azərbaycan sərhədlərinə yaxınlaşaraq Sovet Rusiyasının çoxdan ələ keçirmək arzusunda olduğu Bakını təhlükə altına aldı. Diplomatik əlaqələr yaratmaq haqqında Azərbaycan Hökumətinin bütün təkliflərini cavabsız qoyan Sovet Rusiyası ölkə daxilində bolşeviklərin vasitəsilə müdaxilə üçün zəmin hazırlayırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin Zakaspidə konsulluğu
Azərbaycan Xalq Cümhuriyyətinin Zakaspidə konsulluğu — Azərbaycan Xalq Cümhuriyyətinin Zakaspi müvəqqəti höküməti yanında nümayəndəliyi. == Yaradılması == Azərbaycan höküməti 1919-cu il aprelin 2-də Əkbər ağa Sadıqovu Zakaspi müvəqqəti höküməti yanında konsul təyin etdi. İyunun 5-də Azərbaycan diplomatik missiyası Aşqabadda fəaliyyətə başladı. Konsulluq Zakaspi müvəqqəti höküməti yanında Azərbaycan Xalq Cümhuriyyətinin maraqlarını təmsil etməli idi. == Fəaliyyəti == Konsulluq 1918-ci ildə Bakıda mart soyqırımı və bolşevik-daşnak ağalığı dövründə Türkmənistana qaçmış Azərbaycan vətəndaşlarına da, imkan daxilində, kömək edirdi. Azərbaycan höküməti 1919-cu il 24 iyul tarixli qərarı ilə qaçqınlara yardımı təşkil etmək üçün konsulluğa 75 min manat vəsait və 50 pud un ayırmışdı. Bu vəsait və ərzaq Qızıl Arvadda yemək məntəqəsinin təşkili, Krasnovodskda bundan əvvəl açılmış gecələmə və yeməkxana məntəqəsinin fəaliyyətinin davam etdirilməsi üçün nəzərdə tutulmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti həmin dövrdə Mərkəzi Asiyanın digər bölgələrinin türk-müsəlman əhalisinə də yardım göstərirdi. 1919-cu il iyunun 20-də Azərbaycan höküməti Türküstan Xalq Şurasına 500 min manat məbləğındə faizsiz borc vermişdi. Türküstan Xalq Şurasının üzvü Mircəlilovla imzalanmış müqaviləyə görə, Türküstan tərəfi bu borcu 2 il ərzində qaytarmalı idi.
Azərbaycan Xalq Cümhuriyyətinin aksiz idarələri
== Tarixi == Dövlətin müstəqil maliyyə-iqtisadi mexanizminin yaradılması məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918 il oktyabrın 8-də qəbul etdiyi qərar. Həmin qərara əsasən Zaqafqaziya Aksiz İdarəsinin Azərbaycandakı müvafiq qurumları ləğv edilmiş, əvəzində üç aksiz idarəsi yaradılmışdı: biri Gəncədə yerləşməklə, Gəncə quberniyası və Zaqatala mahalı üzrə, ikisi isə Bakıda yerləşməklə Bakı quberniyası üzrə ümumi aksiz və neftdən rüsumlar toplayan aksiz idarələri. Baş Aksiz İdarəsi Maliyyə Nazirliyinin nəzdində idi. Hökumətin həmin qərarına əsasən, Azərbaycan ərazisinə aid olan bütün ümumi və özəl işlər Tiflisdə yerləşən Zaqafqaziya Aksiz İdarəsindən alınaraq, Cümhuriyyətin müvafiq idarələrinin səlahiyyətinə verildi. Ölkənin öz aksiz idarələrinin yaradılması barədə qərar və bu qərarın yerinə yetirilməsi Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində həyata keçirdiyi mühüm addımlardan biri idi. == Qurumlar == === Bakı Aksiz İdarəsi === Azərbaycan Xalq Cümhuriyyətində gəlir mənbələrini möhkəmləndirmək məqsədilə yaradılmış qurum. Hökumətin qərarı ilə 1918 il oktyabrın 8-də, Zaqafqaziya Aksizlər İdarəsinin ləğv olunmuş 3-cü dairəsinin əvəzində yaradılmışdı. 3 sahəyə, sahələr isə rayonlara bölünürdü. İdarə yaradılana qədər spirtli içkilərin satışı və istehlakı qadağan olunmuşdu. 1919 il avqustun 24-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə qadağan götürüldü və Azərbaycan ərazisində spirtli içkilərin sərbəst satışına icazə verildi.
Azərbaycan Xalq Cümhuriyyətinin açılışı münasibətilə siyasi amnitsiya haqqında qanun
Azərbaycan Xalq Cümhuriyyətinin açılışı münasibətilə qanunsiyasi amnitsiya haqqında — Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətə başlaması münasibətilə həyata keçirilmiş humanizm aktı. == Qəbul edilməsi == Bu barədə qanun 1918 il dekabrın 7-də Parlamentin birinci iclasında qəbul olunmuşdu. == Həyata keçirilməsi == Amnistiya keçirmək məqsədilə Aslan bəy Qardaşov, Həmdulla Əfəndizadə, Ağa Zeynal Tağıyev, Aslan bəy Səfikürdski, S. Ağamalıoğlundan ibarət xüsusi heyət — "Əfvi-ümumi" komissiyası yaradılmışdı. Komissiya dekabrın 11, 13, 17 və 25-də keçirdiyi iclaslarda "Azərbaycan Cümhuriyyəti Parlamentinin açılışı münasibətilə siyasi amnistiya haqqında" qanun layihəsini hazırlayaraq Parlamentin 1919 il yanvarın 8-də keçirilən 7-ci iclasının müzakirəsinə vermişdi. Qanuna görə 1918 il dekabrın 7-nə qədər həbs edilmiş və ölkədə qüvvədə olan keçmiş Rusiya qanunlarının həm cinayət, həm də mülki məcəllələrinin bir sıra maddələri ilə təqsirli bilinən şəxslər bağışlanırdı. Bu qanuna əsasən həmin il dekabrın 7-nə qədər törədilmiş və icraatda olan məhkəmə işlərinə də xitam verilirdi. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Azərbaycan Xalq Cümhuriyyətinin açılışı münasibətilə qanunsiyasi amnitsiya haqqında qanun maddəsi.
Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh Konfransına Memorandumu
Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh Konfransına Memorandumu — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Paris Sülh Konfransına təqdim etdiyi tarixi sənəd. == Tarixi == 1918-ci il dekabrın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti parlamentin üzvlərinin iştirakı ilə Paris Sülh Konfransına göndəriləcək Azərbaycanın nümayəndə heyətinin tərkibini müəyyən etdi. Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinə Məmməd Həsən Hacınski, Əhməd bəy Ağayev, Əkbər ağa Şeyxülislamov, Məhəmməd Məhərrəmov, Mir Yaqub Mehdiyev və Ceyhun bəy Hacıbəyli daxil idilər. İstanbula gedən nümayəndə heyəti üç ay orada gözlədik sonra, nəhayət, 1919-cu il aprelin 22-də İtaliya ilə gəmisi Fransaya yola düşdü və mayın əvvəllərində Parisə çatan nümayəndə heyəti hələ İstanbulda ikən Ə.Topçubaşov Ə.Ağayev və C.Hacıbəyli tərəfindən hazırlanmış "Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh Konfransına memorandumu" adlı sənəd üzərində yenidən işləyərək, onu daha da təkmilləşdirdi. Məqsəd memorandumu Paris Sülh Konfransının keçirildiyi ingilis və fransız dillərində kitabça şəklində hazırlayıb konfrans iştirakçılarına paylamaq Ə.Topçubaşov 1919-cu il iyunun 8-10-da Azərbaycan Cümhuriyyəti Nazirlər Şurası sədrinə yazdığı məktubda memorandum üzərində gedən gərgin iş barədə məlumat verərək bildirirdi ki, "indi nümayəndə heyətinin bütiin üzvləri həmin məsələ ilə məşğuldurlar. Ümid edirik ki, memorandumu tezliklə başa çatdırıb lazımi yerlərə və şəxslərə təqdim edəcəyik". Həmin il iyulun 8-9-da yazdığı digər məktuda isə o, memorandumun iyunun 12-də, ümumən, yazılıb başa çatdırıldığını, onun nümayəndə heyəti üzvlərinin təklif əlavə və düzəlişləri əsasında yenidən təshih olunub fransız dilinə tərcümə edildiyini bildirirdi. Azərbaycan Hökumətinin memorandumu, hələ kitabça şəklində çap edilməzdən əvvəl, ingilis və fransız dillərində əlyazması şəklində Sülh Konfransının katibliyinə təqdim olunmuşdu. == Müddəaları == "Qafqaz Azərbaycam Cümhuriyyətinin Paris Sülh Konfransına memorandumu" on dörd bölmədən ibarət idi. "Azərbaycanın mənşəyi-müstəqil xalqlar və onların tənəzzülü" adlanan 1-ci bölmədə Azərbaycan xalqının mənləyi və formalalma prosesi, Azərbaycanın qədim coğrafı hüdudları, müstəqil xanlıqların yaranması və onların Rusiya imperiyası tərəfindən işğalı barədə Sülh Konfransı iltirakçılarına, Avropa və Amerika ictimaiyyətinə qısa məlumat verilirdi.
İranın Azərbaycan Xalq Cümhuriyyətində diplomatik nümayəndəliyi
İranın Azərbaycanda diplomatik nümayəndəliyi — İranı Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti yanında təmsil edən elçilik. == Tarixi == İranın Bakıda konsulluğu 19-cu əsrin 70-ci illərindən fəaliyyət göstərirdi. Çarizmin devrilməsindən (1917) sonra konsulluğun fəaliyyəti daha da canlandı. Lakin İran hökuməti Azərbaycanın istiqlaliyyətini elan etməsini dərin narahatlıqla qarşıladı. Çünki İranın hakim dairələri Azərbaycanın şimalında müstəqil dövlətin yaranmasına Cənubi Azərbaycanın əldən çıxması təhlükəsi kimi baxırdılar. Buna görə də, İran hökuməti Azərbaycan Xalq Cümhuriyyətini tanımağa və onunla diplomatik əlaqələr yaratmağa tələsmirdi. 1918-ci ilin yayında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması haqqında istiqlal bəyannaməsinin surəti İstanbuldakı Azərbaycan nümayəndə heyəti tərəfındən oradakı İran konsulluğuna təqdim olunduqda, konsulluq Azərbaycan adlı dövlətin müstəqilliyini tanımadığını bildirdi və bu sənədi qəbul etmədi. İranın Azərbaycana münasibətində 1918-ci ilin axırından — Azərbaycan Xalq Cümhuriyyətinin qonşu dövlətlərin, o cümlədən, İranın ərazi bütövlüyünə hörmətlə yanaşdığını yəqin etdikdən sonra başladı. İranın Bakıdakı baş konsulu Azərbaycan Parlamentinin açılış mərasimində (1918, 7 dekabr) iştirak etdi. 1918-ci ilin sonunda Paris sülh konfransına gedən İran xarici işlər naziri Əliqulu xan Ənsari yolüstü 2 gün Bakıda qalaraq, Azərbaycan hökuməti ilə danışıqlar apardı.
Azərbaycan Xalq Cümhuriyyətinin ABŞ-də lobbiçilik cəhdləri
Azərbaycan Xalq Cümhuriyyətinin ABŞ-də lobbiçilik cəhdləri — Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə özünə tərəfdaş toplaması, ABŞ-la yaxınlaşmaq və beynəlxalq ictimamiyyət tərəfindən müstəqil dövlət kimi tanınmaq üçün etdiyi cəhdlərdən biri. Ən mühüm məqsədlərdən biri isə dövlət müstəqilliyinin ABŞ tərəfindən tanınmasına nail olmaq idi. == Arxa fon == Azərbaycan Respublikası və onun Parisdə olan nümayəndələri ABŞ-la iqtisadi və siyasi əlaqələr yaradılmasına, xüsusilə, Birləşmiş Ştatlar tərəfindən tanınmağa böyük səy göstərirdilər. Bu xeyli dərəcədə onunla bağlı idi ki, ənənəvi Avropa dövlətləri ilə yanaşı, Birinci dünya müharibəsindən sonra ABŞ iqtisadi cəhətdən çox qüvvətlənmiş və əslində dünya siyasətini müəyyən edən dövlətlərdən birinə çevrilmişdi. Müharibədən sonrakı ilk illərdə Birləşmiş Ştatlar dünyanın əsas bankiri rolunu oynayırdı, yaxud ABŞ dövlət katibi Lansinqin dili ilə desək, Amerika dünyanı iqtisadi cəhətdən idarə edirdi və siyasi cəhətdən də onu idarə etməyə hazırlaşırdı. Bundan əlavə, prezident Vudro Vilson dünya müharibəsindən sonra yaranan dünya sisteminin əsas memarı, yeni yaranmış dövlətlərin müdafiəçisi, kiçik xalqların dostu kimi tanınırdı. Paris Sülh konfransı dövründə Vilsonun Qafqaz respublikalarına soyuq münasibəti onunla bağlı idi ki, bir növ bu respublikalar Polşa, Finlandiya, Çexoslovakiya, Yuqoslaviya və digərlərindən fərqli olaraq, "gözlənilmədən" yaranmışdılar, yaxud Vilsonun 1918-ci ilin yanvarında elan edilmiş on dörd sülh prinsipində kiçik xalqların təyini müqəddəratı hüququ təsbit edilsə də, həmin prinsiplərdə Rusiya imperiyasının dağılması nəzərdə tutulmamışdı. Bir növ Vilson üçün Rusiyanın dağılması və onun hüdudlarında Gürcüstan və Azərbaycan adlı respublikaların yaranması tamamilə gözlənilməz bir hadisə idi. Qafqazda "qəflətən" meydana çıxan bu respublikalar haqqında, nəinki Amerika prezidentinin və siyasi dairələrinin, eləcə də Birləşmiş Ştatların ictimaiyyətinin məlumatı çox az idi. Bunu nəzərə alaraq Ə. M. Topçubaşov Azərbaycan və Gürcüstanı ABŞ-də təbliğ etməyi, onları siyasi cəhətdən tanıtmağı öz üzərinə götürmüş, Nyu-York şəhərindən ABŞ Konqresinin nümayəndələr palatasının üzvü, vəkil Valter Çandler vasitəsilə sentyabr ayının 26-da prezident V. Vilsona məktub və bir sıra materiallar göndərmişdi.

"cümhuriyyətin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cümhuriyyətin nədir? #cümhuriyyətin sözünün mənası #cümhuriyyətin nə deməkdir? #cümhuriyyətin sözünün izahı #cümhuriyyətin sözünün yazılışı #cümhuriyyətin necə yazılır? #cümhuriyyətin sözünün düzgün yazılışı #cümhuriyyətin leksik mənası #cümhuriyyətin sözünün sinonimi #cümhuriyyətin sözünün yaxın mənalı sözlər #cümhuriyyətin sözünün əks mənası #cümhuriyyətin sözünün etimologiyası #cümhuriyyətin sözünün orfoqrafiyası #cümhuriyyətin rusca #cümhuriyyətin inglisça #cümhuriyyətin fransızca #cümhuriyyətin sözünün istifadəsi #sözlük