Cümhuriyyətinə sözü azərbaycan dilində

Cümhuriyyətinə

Yazılış

  • Cümhuriyyətinə • 98.3051%
  • cümhuriyyətinə • 1.6949%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dağıstanın Azərbaycan Xalq Cümhuriyyətinə birləşməsi
Dağıstanın Azərbaycan Xalq Cümhuriyyətinə birləşməsi — Dağıstanın Azərbaycanla birləşmək uğrunda mübarizəsi. == Zəmin == 1919-cu il aprelin əvvəlində Denikinin Könüllü ordusu Terek vilayətinin işğalını əsasən başa çatdırdı. Bundan sonra Dağıstanda Dağlılar Respublikasından ayrılıb Azərbaycana birləşmək ideyası sürətlə yayılmağa başladı. Dağıstanın ictimai xadimləri Azərbaycan Xalq Cümhuriyyətinin Dağlılar Respublikasındakı diplomatik nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevə müraciətlər edərək, bu haqda Azərbaycan hökumətinin prinsipial razılıq verməsini xahiş etdilər. Haqverdiyevin aprelin 15-də xarici işlər naziri Məmməd Yusif Cəfərova göndərdiyi məlumatda bildirilirdi ki, Dağıstanın 10 dairəsindən 4-ü açıq şəkildə Azərbaycana birləşmək tərəfdarıdır, qalanları isə gizlicə bunu arzu edirlər. Dağıstanlı zabitlər, o cümlədən Dağlı Respublikasında hərbi nazirin müavini olmuş general H.M.Xəlilov da bu mövqedən çıxış edirdilər. Könüllü ordunun cənuba doğru irəliləməsi ilə əlaqədar Dağıstanda Azərbaycanla birləşmək tərəfdarları sürətlə artırdı. Kürə, Qaytaq, Tabasaran, Avar və Dərbənd bölgələrini təmsil edən nümayəndələr tarixən, həm də iqtisadi cəhətdən Azərbaycanla sıx bağlı olduqlarını bildirir və siyasi ittifaq yaradılmasını zəruri sayırdılar. Aprelin 29-da Dağıstanın Azərbaycana birləşdirilməsi məsələsi Dağlılar Respublikası parlamenti üzvlərinin, zabitlərinin, ruhanilərinin və ziyalılarının birgə iclasında müzakirə edildi. Zabitlər Könüllü orduya qarşı mübarizənin davam etdirilməsini və hərbi əməliyyatlar başa çatdıqdan sonra Dağıstanla Azərbaycanın federasiya və ya konfederasiya formasında birləşməsini təklif etdilər.
Azərbaycan Xalq Cümhuriyyətinə Ermənistanın ərazi iddiaları
Azərbaycan Xalq Cümhuriyyətinə Ermənistanın ərazi iddiaları - Azərbaycanın və Gürcüstanın tarixi torpaqlarını ələ keçirmək üçün erməni-daşnak hökuməti tərəfindən irəli sürülmüş əsassız ərazi iddiaları. == Arxa plan == Rusiya imperiyasının dağılmasından sonra CənubiQafqazda yaranmış Ermənistan (Ararat) Respublikası Azərbaycan və Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladı. 1918-ci il may ayının 29-da İrəvan AXC rəhbərliyi tərəfindən Ermənistana siyasi mərkəz kimi güzəşt edildi. Bu erməniləri daha da şirnikləndirdi. == İddialar == Ermənilər Göyçə bölgəsinə (Yeni Bəyazid qəzasının şərq hissəsi), Naxçıvan bölgəsinə (Naxçıvan, Şərur-Dərələyəz qəzaları və İrəvan qəzasının bir hissəsi), Qazax qəzasının dağlıq hissəsinə, Qarabağa və Zəngəzura qarşı ərazi iddiaları qaldırır, xəritələr tərtib edirdilər. Lakin onlar bununla da kifayətlənməyərək, AzərbaycanRespublikasını və dünya ictimaiyyətini fakt qarşısında qoymaq məqsədilə, Azərbaycanın göstərilən tarixi torpaqlarında soyqırımlarına başladılar. Azərbaycan Xalq Cümhuriyyəti olduqca mürəkkəb daxili və beynəlxalq şəraitdə Ermənistanın ərazi iddialarını rədd edir, Cümhuriyyətin ərazi bütövlüyünü təmin etmək üçün hərtərəfli iş aparır, mümkün olan bütün tədbirləri görürdü. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Ermənistan Demokratik Respublikası == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, 2004.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.93 dəfə / 1 mln.
2003 ••••••••••• 1.97
2004 •••••••• 1.35
2007 •••• 0.63
2008 •••••• 0.97
2009 •••••• 0.96
2010 •••• 0.64
2011 ••• 0.43
2012 •••• 0.69
2013 •• 0.29
2014 ••••••• 1.20
2015 0.17
2016 •••• 0.69
2017 •• 0.33
2018 •••••••••••••••••••• 3.75
2019 ••• 0.56
2020 ••••••••••••• 2.39

Oxşar sözlər

#cümhuriyyətinə nədir? #cümhuriyyətinə sözünün mənası #cümhuriyyətinə nə deməkdir? #cümhuriyyətinə sözünün izahı #cümhuriyyətinə sözünün yazılışı #cümhuriyyətinə necə yazılır? #cümhuriyyətinə sözünün düzgün yazılışı #cümhuriyyətinə leksik mənası #cümhuriyyətinə sözünün sinonimi #cümhuriyyətinə sözünün yaxın mənalı sözlər #cümhuriyyətinə sözünün əks mənası #cümhuriyyətinə sözünün etimologiyası #cümhuriyyətinə sözünün orfoqrafiyası #cümhuriyyətinə rusca #cümhuriyyətinə inglisça #cümhuriyyətinə fransızca #cümhuriyyətinə sözünün istifadəsi #sözlük