Cümhuriyyətində sözü azərbaycan dilində

Cümhuriyyətində

Yazılış

  • Cümhuriyyətində • 96.9388%
  • cümhuriyyətində • 3.0612%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan Xalq Cümhuriyyətində Naxçıvan
Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan — Azərbaycan Xalq Cümhuriyyəti bugünkü Naxçıvan Muxtar Respublikasının tarixində. == Ümumi məlumat == "Azərbaycan parlamentinin yaradılması haqqında qanun"da göstərilirdi ki, Azərbaycan ərazisini təşkil etdiyinə görə, parlamentə Zəngəzurdan iki və İrəvan quberniyasının Azərbaycan hissəsindən (Naxçıvan, Şərur, Ordubad nəzərdə tutulur) üç nəfər millət vəkili seçilməlidir. Azərbaycan parlamentinin 1919-cu il yanvarın 8- də və 25-də keçirilmiş iclaslarında Naxçıvan bölgəsinin və ümumiyyətlə, keçmiş İrəvan quberniyasının azərbaycanlı əhalisinin vəziyyəti ilə bağlı məsələlər müzakirə edilmiş, Ermənistan hökumətinin Naxçıvan və digər qəzaların azərbaycanlı əhalisinə qarşı yeritdiyi etnik təmizləmə siyasəti qətiyyətlə pislənmişdi. Azərbaycan hökuməti 28 fevral 1919-cu il tarixli qərarı ilə Naxçıvan General-Qubernatorluğunu yaradaraq Behbud xan Naxçıvanskini ora general-qubernator təyin etmiş və cari xərclər üçün 2 milyon manat vəsait ayırmışdı. 1919-cu ilin martında Araz-Türk Cümhuriyyətinin süqutundan sonra Naxçıvan bölgəsinin ingilislərin köməyi ilə erməni idarəçiliyinə keçəcəyi barədə xəbərlərin yayılması Azərbaycan hökuməti tərəfindən ciddi etirazla qarşılanmış və yerli əhalinin dəstəyi ilə bu idarəçiliyə son qoyulması üçün təsirli tədbirlər görülmüşdü. Naxçıvan bölgəsi əhalisinin fəal müqaviməti sayəsində iyul ayında erməni idarəçiliyi ləğv edildi. Naxçıvan erməniləri diyarın təkləndiyindən və daxildəki ziddiyyətlər, habelə hakimiyyətsizlik məngənəsində boğulduğundan istifadə edərək Naxçıvanın ən yaxın vaxtlarda Ermənistana birləşdiriləcəyi barədə şayiələr yayır, bu yerlərin Ermənistanın bir hissəsi olduğunu iddia edirdilər. Erməni qüvvələri vəziyyətin mürəkkəbliyindən, qarışıqlıqdan istifadə edərək Böyük Ermənistan yaratmaq üçün ərazi iddiaları irəli sürürdü. Ermənilər torpaq iddialan ilə bağlı layihə hazırlamış və bunu Ənvər paşaya təqdim etmişdilər. Bu layihəyə görə Naxçıvan və Ordubadla birlikdə Sürməli, Axalkələk, Eçmiədzin, İrəvan (qəzası), Borçalı, Qazax, Şərur-Dərələyəz, Qarabağ və Zəngəzur qəzaları Ermənistana verilməli idi.
Azərbaycan Xalq Cümhuriyyətində mətbuat
Mətbuat AXC dövründə — Azərbaycan mətbuatı tarixində 1918–20 illər bütün əvvəlki dövrlərə nisbətən ən yüksək inkişaf mərhələsidir. Bu dövrün mətbuatı həm keyfiyyət, həm də kəmiyyət baxımından milli mədəniyyətin mühüm tərkib hissəsi kimi Azərbaycan həyatının canlı salnaməsinə çevrildi. İki il içərisində ölkədə 100-ə yaxın adda qəzet və jurnal çıxmışdır. Cümhuriyyət dövrü mətbuatının səciyyəvi xüsusiyyəti təkcə onun say göstəricisində deyil, hər şeydən əvvəl ideya-məzmun zənginliyində idi. == İdeya istiqaməti == 1918–20 illər mətbuatın ideya isitiqaməti baxımından təxminən aşağıdakı kimi qruplaşdırmaq olar: Azərbaycan Xalq Cümhuriyyəti ideyalarını təbliğ edən milli mətbuat, Cümhuriyyət Hökumətinə müxalifətdə olan bolşevik mətbuatı, bolşevik mətbuatı ilə müxalifətdə olan eser-menşevik mətbuatı, ermənilərin Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq üçün canfəşanlıq edən erməni-daşnak mətbuatı, özünü bitərəf adlandıran və heç bir siyasi partiyaya mənsub olmayan informatik qəzetlər, jurnallar. Lakin onların içərisində daha real həyat qüvvəsinə və geniş oxucu auditoriyasına malik olanı Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını təbliğ edən və dəstəkləyən mətbuat idi.Cümhuriyyət Hökuməti dövründə Bakı, Gəncə, Şuşa, Tiflis, İrəvan və digər mədəni-inzibati mərkəzlərdə çıxan mətbuat nümunələri təkcə Azərbaycan-türk dilində deyil, rus, gürcü, erməni, polyak, fars, alman və qeyri dillərdə də nəşr edilirdi. == Yaradılması == Azərbaycan Xalq Cümhuriyyətinin bütün digər ictimai-siyasi qurumları kimi onun dövri mətbuatı da birdən-birə yaranmamışdı. Hələ XIX əsrin 1-ci yarısında Azərbaycanda milli və ümumbəşəri idealların məfkurəçiləri və təbliğatçıları olmuş Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə kimi yazıçı, mütəfəkkir və ictimai xadimlər tərəqqinin başlıca yolunu, milli istiqlalın təntənəsini dövri mətbuat nəşr etməkdə mənəvi və əxlaqi qurumları inkişaf etdirməkdə görürdülər. Bu yolun davamçısı olan Həsən bəy Zərdabi öz böyük sələflərinin arzularını yerinə yetirmiş, 1875 ildə "Əkinçi" qəzetinin timsalında ilk milli mətbuatı yaratmışdır. "Əkinçi" qəzetinin milli maarifçilik ənənələrinin davamı olaraq, XIX əsrin sonlarında Tiflisdə Cəlaləddin və Səid Ünsizadə qardaşlarının "Ziya" (1879–80), "Ziyayi-Qafqaziyyə" (1880–84) və "Kəşkül" (1883–91), XX əsrin ilk illərində isə Məhəmməd ağa Şahtaxtlının "Şərqi-rus" (1903–05) qəzetləri meydana çıxmışdır.
Azərbaycan Xalq Cümhuriyyətində aqrar məsələ
Azərbaycan Xalq Cümhuriyyətində aqrar məsələ, Azərbaycan Xalq Cümhuriyyətinin torpaq mülkiyyəti formaları, torpaqdan istifadə qaydaları və bu sahədə istehsal münasibətlərinin yenidən qurulması sahəsində həllinə çalışdığı islahatlar proqramı. == Cümhuriyyətə qədərki dövrdə aqrar məsələ == Onun həlli həm sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına, həm də ölkə əhalisinin əksəriyyətini təşkil edən kəndlilərin yeni hakimiyyətə etimadının artmasına səbəb olardı. Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ərəfəsində ölkədə kapitalist münasibətləri genişlənməkdə idi. Kənddə təbəqələşmə gedirdi. 1917 ildə Şimali Azərbaycan kəndində yoxsul təsərrüfatları 54,4, ortabablar 34, qolçomaqlar 6% təşkil edirdi. Dövlət və mülkədar torpaq sahibliyi üstün idi. Bütün kənd təsərrüfatının 29,5%-i mülkədarlara, 68,7%-i dövlətə məxsus olduğu halda, yalnız 1,8%-i kəndlilərin payına düşürdü. Torpaqsız və aztorpaqlı kəndlilər mülkədarlardan icarəyə torpaq götürməyə və ya muzdur kimi işləməyə məcbur idilər. İcarə bütün qəzalarda torpaqdan istifadənin əsas forması idi. Mülkədar təsərrüfatlarında muzdur əməyindən geniş istifadə olunurdu.
Azərbaycan Xalq Cümhuriyyətində arxiv işi
Arxiv işi - Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət və hökumət orqanlarının sənədlərin saxlanması məqsədilə gördükləri tədbirlər. == Yaradılması == Çarizm dövründə Şimali Azərbaycanda vahid arxiv sistemi yox idi. Çar hökumətinin süqutu və 1917-18 illərdə baş verən mürəkkəb hadisələr dövlət və hökumət idarələrinin, sahibkarlara məxsus fabrik, zavod və digər müəssisələrin sənəd və materiallarının toplanması və saxlanması işini çətinləşdirmişdi. Bu vəziyyət Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin nəzərindən yayınmadı. Dövlət nəzarəti idarəsi 1918 il noyabrın 3-də Azərbaycan dövləti ərazisindəki, demək olar, bütün dövlət təşkilatlarının kargüzarlıq və qeydiyyat işinin müharibə və inqilabi şəraitlə əlaqədar olaraq bərbad vəziyyətə düşdüyünü və əsaslı surətdə qaydaya salınmalı olduğunu bildirdi. Azərbaycan Hökuməti çətin şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, bu məsələyə xüsusi diqqət yetirirdi. Hökumətin Tiflisdə yaradılması, bir müddət orada fəaliyyətdən sonra Gəncəyə köçürülməsi, nəhayət, Bakıda fəaliyyətə başlaması formalaşmaqda olan dövlət hakimiyyəti orqanlarının kargüzarlıq sənədlərinin mühafizəsində çətinlik yaradırdı. Lakin bu sahəyə qayğı işin təşkilinə müsbət təsir göstərirdi. 1918 ilin oktyabrında sığorta cəmiyyəti idarələrindən biri binasını dəyişərkən keçmiş hərbi-sənaye kompleksinin atılmış arxiv sənədləri aşkar edilmişdi. Onların siyahısı dərhal tutulmuş, pərakəndə sənədlər yığılıb rəflərə qoyulmuş, bir hissəsi bağlanıb ayrıca otağa yerləşdirilmişdi.
Azərbaycan Xalq Cümhuriyyətində fəhlə məsələsi
Azərbaycan Xalq Cümhuriyyətində fəhlə məsələsi — Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən mürəkkəb məsələlərindən biri. == Fəhlə sinfi == Azərbaycanda fəhlələr müstəqil sosial zümrə kimi 19-cu əsrin son qərinəsində formalaşmışdır. Əsas hissəsi Bakı neft mədənlərində çalışanlar idi. 1901-ci ildə onların sayı 28 minə çatmışdı, Bakının bütün sənaye sahələrində çalışan fəhlələrin sayı, bütövlükdə 65–70 min nəfər idi. Fəhlələrin sayı qəzalarda da artırdı. Azərbaycan fəhlələrinin tərkibi çoxmillətli, əsas fərqli cəhətlərindən biri isə yüksək dərəcədə təmərküzləşməsi idi. Bəzi hesablamalara görə, Birinci dünya müharibəsi ərəfəsində (1913) Azərbaycanda bütün fəhlələrin sayı 570 min nəfərə çataraq, əhalinin 14,3%-ni, digər bir hesablamaya görə isə 305 min nəfər olmaqla, əhalinin 12,4%-ni təşkil etmişdir. Fəhlələrin tərkibində azərbaycanlıların sayı üstünlüyə malik idi. Müharibə ərəfəsində Bakı fəhlələrinin 37,6%-i (42,4 min nəfər) azərbaycanlılar, 24,7%-i ruslar və digər millət və xalqların nümayəndələri idi. Birinci dünya müharibəsi fəhlələrin say və tərkibində ciddi dəyişikliklər yaratdı.
Azərbaycan Xalq Cümhuriyyətində qaçqınlar məsələsi
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar məsələsi — XX əsrin əvvəllərində erməni millətçilərinin azərbaycanlılara qarşı dəfələrlə törətdikləri soyqırımları nəticəsində yaranmış və beynəlxalq səciyyə kəsb etmiş problem. == Baş vermiş hadisələr == 19-cu əsrin əvvəllərindən başlayaraq çar Rusiyası tərəfindən cənubi Qafqaza — Azərbaycan torpaqlarına köçürülmüş ermənilər yerli aborigen əhali olan azərbaycanlılara qarşı aramsız kütləvi qırğınlar həyata keçirmiş, onları öz ev-eşiklərindən məhrum etmiş, ata-baba torpaqlarından sıxışdırmışlar. Azərbaycan xalqnın üzləşdiyi belə fəlakətlərdən biri də 1917–1920-ci illərdə baş vermişdir. Bu dövrdə yüz minlərlə azərbaycanlı Qərbi Azərbaycandan, həmçinin Naxçıvan, Qarabağ və digər bölgələrdən didərgin salındılar. 1917–18-ci illərdə təkcə Yeni Bayazid, Eçmiədzin və İrəvan qəzalanndan olan qaçqınların sayı 200 minə çatmış, İrəvan quberniyasında azərbaycanlılar yaşayan 211 kənd viran edilmişdi. Ümumiyyətlə, erməni qəddarlığı və təcavüzü nəticəsində 1918–20-ci illərdə İrəvan, Zəngəzur, Şuşa və Şamaxıdan 300 mindən çox azərbaycanlı qaçqın düşmüşdü. Azərbaycanın əlverişli geostrateji mövqedə yerləşməsi, zəngin sərvətlərə malik olması, Birinci dünya müharibəsi zamanı bir-biri ilə döyüşən bloklardakı iri dövlətlərin, Azərbaycana yiyələnmək və buranı həmişəlik olaraq özünün bir quberniyasına çevirmək istəyən Rusiyanın Azərbaycana münasibətdə təcavüzkar siyasəti, Azərbaycan xalqının müsəlman, xüsusilə türk olması və Rusiyanın müstəmləkə siyasətindən narazılığı, ermənilərin "dənizdən-dənizə" "Böyük Ermənistan" yaratmaq kimi sərsəm ideyalarını həyata keçirmək məqsədilə Azərbaycanın əzəli torpaqlarını zəbt etmək arzusu, ümumən, türklərə qarşı düşmən münasibəti, onların öz məkrli niyyətlərini həyata keçirmək üçün böyük dövlətlərin, xüsusilə Rusiyanın əlində alətə çevrilmələri və s. o zaman Azərbaycanın düçar olduğu fəlakətin əsas səbəbləri idi. Azərbaycan xalqının öz doğma yurd-yuvalarından qaçqın düşməsi prosesi Avropa dövlətlərinin cənubi Qafqaza müdaxiləsindən sonra da dayanmadı. Həmin dövrdə təkcə İrəvan quberniyasından şərqi Azərbaycana 150 mindən çox qaçqın gəlmişdi.
İranın Azərbaycan Xalq Cümhuriyyətində diplomatik nümayəndəliyi
İranın Azərbaycanda diplomatik nümayəndəliyi — İranı Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti yanında təmsil edən elçilik. == Tarixi == İranın Bakıda konsulluğu 19-cu əsrin 70-ci illərindən fəaliyyət göstərirdi. Çarizmin devrilməsindən (1917) sonra konsulluğun fəaliyyəti daha da canlandı. Lakin İran hökuməti Azərbaycanın istiqlaliyyətini elan etməsini dərin narahatlıqla qarşıladı. Çünki İranın hakim dairələri Azərbaycanın şimalında müstəqil dövlətin yaranmasına Cənubi Azərbaycanın əldən çıxması təhlükəsi kimi baxırdılar. Buna görə də, İran hökuməti Azərbaycan Xalq Cümhuriyyətini tanımağa və onunla diplomatik əlaqələr yaratmağa tələsmirdi. 1918-ci ilin yayında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması haqqında istiqlal bəyannaməsinin surəti İstanbuldakı Azərbaycan nümayəndə heyəti tərəfındən oradakı İran konsulluğuna təqdim olunduqda, konsulluq Azərbaycan adlı dövlətin müstəqilliyini tanımadığını bildirdi və bu sənədi qəbul etmədi. İranın Azərbaycana münasibətində 1918-ci ilin axırından — Azərbaycan Xalq Cümhuriyyətinin qonşu dövlətlərin, o cümlədən, İranın ərazi bütövlüyünə hörmətlə yanaşdığını yəqin etdikdən sonra başladı. İranın Bakıdakı baş konsulu Azərbaycan Parlamentinin açılış mərasimində (1918, 7 dekabr) iştirak etdi. 1918-ci ilin sonunda Paris sülh konfransına gedən İran xarici işlər naziri Əliqulu xan Ənsari yolüstü 2 gün Bakıda qalaraq, Azərbaycan hökuməti ilə danışıqlar apardı.
Azərbaycan Xalq Cümhuriyyətində Avstriya-Macarıstanın hərbi heyəti
Azərbaycan Xalq Cümhuriyyətində Avstriya-Macarıstanın hərbi heyəti — Avstriya-Macarıstan imperiyasının, Bakının azad edilməsindən sonra buraya göndərdiyi nümayəndə heyəti nəzərdə tutulur. == Fəaliyyəti == Avstriya-Macarıstan hərbi heyəti polkovnik-leytenant Paulun yanındakı bir zabit, bir neçə əsgər və əlavə olaraq əsir məsələləri ilə məşğul olan iki-üç zabitdən ibarət idi. Polkovnik-leytenant Paul müəyyən müddət Bakıda qaldıqdan sonra Tiflisə qayıtdı. Yalnız əsir məsələləri ilə məşğul olanlar Bakıda qalmağa davam edirdi. Avstriyalılar Rusiyadan gələn Avstriya əsirləri arasında bəzilərinin ordu adından mülki şəxs kimi zavod və müəssisələrdə işləməsinə icazə vermişdilər.Avstriyalılar almanlardan fərqli olaraq heç nəyə müdaxilə etmirdilər. Ancaq Bakının işğalı zamanı uşaq evi, xəstəxana və yetimxanalarda baş verən təcavüz, zərər və ziyan haqqında təhqiqat aparılmasının zəruriliyinə dair Avstriyanın Tiflisdəki nümayəndəsi Baron de Franket Şitabet tərəfindən bir məktub göndərilmiŞdi. Bununla yanaşı, Baron 1918-ci il oktyabr ayının 12-də Tiflisdən öz ölkəsinə qayıdarkən mədəni şəkildə vidalaşaraq oradan yola düşmüşdü.
Azərbaycan Xalq Cümhuriyyətindəki diplomatik nümayəndəliklər
Azərbaycan Xalq Cümhuriyyətindəki diplomatik nümayəndəliklər — Azərbaycan Xalq Cümhuriyyəti dövründə xarici dövlətlərin Azərbaycandakı diplomatik heyətləri. == Bakıda == Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda xarici diplomatik nümayəndəliklər fəaliyyətə başladılar. Faəliyyət göstərən diplomatik nümayəndəliklər və nümayəndələrinin siyahısı: Böyük Britaniya Vitse konsul - Gevelke Yerləşdiyi ünvan - Kladbişenskaya küçəsi 11 ünvanındakı Rus-Asiya bankının dəftərxanası Belçika Konsul - Ayvazov Yerləşdiyi ünvan - Qorçakovskaya küçəsi 19 Yunanıstan Konsul-Kusis Yerləşdiyi ünvan - Qoqolevskaya və Molokanskaya küçələrinin tinində Gürcüstan Demokratik Respublikası Diplomatik nümayəndə - N.S.Alşibay Yerləşdiyi ünvan - Telefonnaya (indiki Yusif Məmmədəliyev) küçəsi Qrifonlu ev Ermənistan Diplomatik nümayəndə - Q.A.BekzadyanYerləşdiyi ünvan - 28 May küçəsi, 5 Danimarka Konsul - E.F.Biyerinq Yerləşdiyi ünvan - Birjevaya küçəsi, 32. Elektriçeskaya Sila şirkətinin binası İtaliya Konsul - L.Qrikurov Yerləşdiyi ünvan - Molokanskaya küçəsi, 35. Litva Konsul agent - V.İ.Miskeviç Yerləşdiyi ünvan - Pozenovskaya küçəsi, 15 İran Baş konsul - Səədül-Vəzir Yerləşdiyi ünvan - Qubernskaya küçəsi Polşa Konsul-agent - S.Rılski Yerləşdiyi ünvan - Politseyskaya küçəsi, 15 ABŞ Vitse-konsul - Randolf Yerləşdiyi ünvan - Krasnovodskaya küçəsi, 8 Ukrayna Vitse-konsul - Qolovan Yerləşdiyi ünvan - İstiqlaliyyət küçəsi, 8. Mirzəbəyov qardaşlarının evi Finlandiya Konsul-agent - Vegelius Yerləşdiyi ünvan - Balaxanı ərazisi. Nobel qardaşlarının ofisi Fransa Konsul-agent - Yemelyanov Yerləşdiyi ünvan - Vodovoznaya küçəsi İsveçrə Konsul - Klottyu Yerləşdiyi ünvan - Birjevaya küçəsi, 14 İsveç Konsul - R.K.Vanderpluq Yerləşdiyi ünvan - Qubernskaya küçəsi == Digər dövlətlər == Yaponiya hökuməti Azərbaycanla diplomatik münasibətlər yaratmağa hazır olduğunu bildirmiş, Antuan Delabus başda olmaqla Vatikan da öz nümayəndələrini Bakıya göndərmişdi. == Qeydlər == == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyətinin xaricdəki nümayəndəlikləri == Ədəbiyyat == Aзepбaйджанская Pecnублика (1918-1920), Документы и материалы. 1918-1920 rr., Б., 1998; Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.71 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 1.97
2005 ••••••• 0.67
2007 ••••••• 0.63
2008 •••••••• 0.73
2009 •••• 0.32
2010 •••••••••• 0.91
2011 •••••••• 0.77
2012 •••••• 0.52
2013 •••••••••••••••••••• 1.90
2014 •••• 0.34
2016 •••• 0.35
2017 ••••••• 0.65
2018 ••••••••••••• 1.20
2019 ••• 0.28
2020 •••••••••••••• 1.33

"cümhuriyyətində" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cümhuriyyətində nədir? #cümhuriyyətində sözünün mənası #cümhuriyyətində nə deməkdir? #cümhuriyyətində sözünün izahı #cümhuriyyətində sözünün yazılışı #cümhuriyyətində necə yazılır? #cümhuriyyətində sözünün düzgün yazılışı #cümhuriyyətində leksik mənası #cümhuriyyətində sözünün sinonimi #cümhuriyyətində sözünün yaxın mənalı sözlər #cümhuriyyətində sözünün əks mənası #cümhuriyyətində sözünün etimologiyası #cümhuriyyətində sözünün orfoqrafiyası #cümhuriyyətində rusca #cümhuriyyətində inglisça #cümhuriyyətində fransızca #cümhuriyyətində sözünün istifadəsi #sözlük