Cəbhəsi sözü azərbaycan dilində

Cəbhəsi

Yazılış

  • Cəbhəsi • 85.9448%
  • cəbhəsi • 13.9965%
  • CƏBHƏSİ • 0.0587%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Atmosfer cəbhəsi
Atmosfer cəbhəsi — müxtəlif fiziki xassəyə malik olan qonşu hava kütlələrini bir-birindən ayıran və meteoroloji elementlərin kəskin dəyişməsi ilə xarakterizə olunan səthə deyilir. Hava kütlələri bir-birindən öz fiziki xassələrinə görə fərqlənir. Bir hava kütləsi digərindən atmosfer cəbhəsilə ayrılır. Cəbhə xətti yer səthində kiçik bucaq altında (1°-dən az) meyilli olur.Cəbhə xəttinə müxtəlif fiziki xassəli hava kütlələri həm yan-yana,həm də biri digərinin üzərində yerləşərək hərəkət edir.Cəbhə eni bir neçə kilometrədək,uzunluğu isə min kilometrlərlə ölçülən atmosfer cəbhəsi zolağı əmələ gətirir.Atmosfer cəbhəsi əksər hallarda 12–15 km hündürlüyədək,bütün troposferi tutur.Atmosfer cəbhəsi zolağında geniş əraziləri əhatə edən buludlar əmələ gəlir və yağıntı düşür.Bu yağıntılar cəbhə yağıntıları adlanır. Hava kütləsinin atmosfer cəbhəsinin hansı tərəfinə daha fəal hərəkət etməsindən asılı olaraq,isti və soyuq atmosfer cəbhəsi ayrılır.İsti hava kütləsi daha fəal hərəkət edib,soyuq hava kütləsini geri çəkilməyə məcbur edirsə,bu kütlələr arasında cəbhə İsti cəbhə adlanır.İsti cəbhə zolağında lələkli,lələkli-laylı,yüksək laylı,laylı yağışlı buludlar əmələ gəlir və yağıntı düşür. Soyuq hava kütləsi daha fəal olub isti hava kütləsinə doğru hərəkət edib onu sıxışdırarsa,bu kütlələr arasında yaranan atmosfer cəbhəsi Soyuq cəbhə adlanır.Soyuq cəbhədə lələkili-laylı,yüksək laylı,laylı yağışlı və yüksək topa buludlar sistemi yaranır,küləyin güclənməsi və yağıntıların düşməsi müşahidə edilir.Atmosfer cəbhəsinin tipindən asılı olmayaraq cəbhə zolağında baş verən proseslərə cəbhə prosesləri deyilir.Hava kütlələrinin əsas coğrafi tiplərini bir-birindən ayıran səthəplanetar cəbhə zonası və ya 'iqlim cəbhəsi deyilir. Planetar cəbhə zonaları aşağıdakılardır: Arktika ('Antarktida) cəbhələri Arktika (Antarktika) havası ilə mülayim enliklər havasını ayıraraq təxminən 65° şm.və c.e. yaxınlığında yerləşir; Mülayim (və ya qütb) cəbhələr mülayim enliklər havasını tropik hava kütlələrindən ayıraraq,yayda 50°,qışda 30° enliklərdə yerləşir; Tropik cəbhələr tropik hava kütlələri ilə ekvatorial hava kütlələri arasında mövcud olub,iyulda 10° şm.en,yanvarda isə təxminən 10°Cənub enliyindən keçir.4. Isti və soyuq atmosfer cəbhələri Isti cəbhə zonasinda havanin xarakteri və uçuş şəraiti orada layli buludlar və onlardan yağan yağintilar zonasi ilə xarakterizə olunur. Bulud sistemi cəbhə xəttindən qabaqda, cəbhə səthindən yuxarida yerləşir və 800 – 1000 km eni olan bir ərazini əhatə edir.
Okean cəbhəsi
Okean cəbhəsi — okeanda iki müxtəlif fiziki kimyəvi xassəli su kütlələrini bir-birindən ayıran maili müstəviyə deyilir. Okean cəbhəsində temperaturun, şorluluğun, sıxlığın və s. xassələrin kəskin dəyişməsi müşahidə edilir.
Albaniya Demokratik Cəbhəsi
Albaniya Demokratik Cəbhəsi (alb. Fronti Demokratik i Shqipërisë) — 1942-ci ildə yaradılmış Albaniya Əmək Partiyasının rəhbərlik etdiyi kommunist siyasi təşkilat. Təşkilat partiyanın bütün digər kütləvi təşkilatlarını özündə birləşdirmiş, partiyanın mədəni-ictimai proqramlarının xalqa həyata keçirilməsinə və seçkilərə namizədlərin irəli sürülməsinə cavabdeh olmuşdur.
Azərbaycan Xalq Cəbhəsi
Azərbaycan Xalq Cəbhəsi və ya qısaca AXC — Azərbaycan Milli Azadlıq hərəkatının və 1993-cü ilə qədərki dövrün aparıcı ictimai-siyasi təşkilatı. 1995-ci il parlament seçkilərinə siyasi partiya kimi qatılmaq məqsədiylə 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) olaraq təsis edilərək tarixə qovuşmuşdur. Ötən əsrin 80-ci illərinin ortalarından etibarən Sovet İttifaqı hüdudları daxilində bir sıra iqtisadi, siyasi, o cümlədən sosial islahat hərəkatlarının start götürməsi nəticəsində keçmişdə tabu hesab olunan bir sıra ictimai debatların geniş vüsət alması, müstəqillik nöqteyi-nəzərindən müttəfiq respublikaların vətəndaşları üçün yeni perspektivlər vəd edirdi. SSRİ-nin demək olar ki, əksər bölgələrində elmi cəmiyyətlərdə və siyasi klublarda cəmlənmiş ziyalı seqmenti daha sonra "Xalq cəbhələri" olaraq adlanacaq siyasi qurumların inzibati aparatlarının, habelə ideoloji əsaslarının özəyini formalaşdırırdı. Azərbaycan SSR-də də bu hal "Perestroyka" və "Qlastnost" dalğasının gətirdiyi yeni mühitdə özünü aşkar büruzə verməyə başladı. Artıq müxtəlif tələbə təşkilatlarında, elmi və siyasi diskusiya klublarında SSRİ çərçivəsində Azərbaycanın suverenliyi məsələləri də müzakirə olunurdu. Belə bir şəraitdə, Estoniya Xalq Cəbhəsi modelində Azərbaycan Xalq Cəbhəsini formalaşdırmaq üçün 1988-ci ildə Bakı Alimlər klubunda bir qrup ziyalı tərəfindən Təşəbbüs qrupu yaradıldı. Ardınca təbliğat prosesi başladı və "Varlıq", "Çənlibel" kimi yarımleqal təşkilatlar da təşəbbüs qrupuna qoşuldular. Azərbaycan Xalq Cəbhəsi 16 iyul 1989-cu ildə təsis olunmuş və "Elçibəy" təxəllüslü Əbülfəz Əliyev sədr seçilmişdir. 5 oktyabr 1989-cu ildə isə təşkilat rəsmən dövlət qeydiyyatına alınmışdır.
Braziliya Qara Cəbhəsi
Braziliya Qara Cəbhəsi (port. Frente Negra Brasileira) — Braziliyada zənci hərəkatının bir hissəsi olub, ölkənin ilk qara siyasi partiyası. == Yaranması üçün zəmin == 1920-1930-cu illərdə Braziliyada kapitalizmin inkişafı aqrar əsaslara zərbə vurdu. Artan milli hisslər, tədricən baş verən sənayeləşmə və urbanizasiya siyasi transformasiyalara səbəb oldu. Bu yeniliklərdən biri də yerli zəncilərin ilk qəzeti olan "Klarim d`Alvorada"nın (Clarim d’Alvorada) idi. Afro-braziliyalılar hələ 1888-ci ildə ləğv edilmiş quldarlığın nəticələri ilə mübarizə aparırdı. İqtisadi imkanların, təhsil səviyyəsinin və hüquqların aşağı səviyyədə olması isə onların cəmiyyətdə tam iştirakına maneçilik törədirdi. == Yaranması == Braziliya Qara Cəbhəsi 16 sentyabr 1931-ci ildə San-Pauloda yaradılmış və zəncilərin cəmiyyətdə tam iştirak hüquqlarını tələb edən ilk afro-braziliya təşkilatı olmuşdur. Mənzil-qərargahı San-Pauloda yerləşən təşkilatın şəbəkəsi tezliklə ölkə ərazisinə yayılmışdır. Onun mürəkkəb strukturuna prezident, sədr, katib və köməkçi şura aid idi.
Latviya Xalq Cəbhəsi
Latviya Xalq Cəbhəsi (latış. Latvijas Tautas fronte‎) — 1988-1993 illərin arasında öncə Latviya SSR-də, sonra isə müstəqil Latviyada fəaliyyət göstərən siyasi qurum. O, əvvəl Perestroykayı dəstək etmək üçün yaradılıb, sonra isə Latviyanın SSRİ-dən müstəqilliyi üçün fəaliyyət göstərirdi. == Mənşəyi == 1940-cı ildə Latviya, Litva və Estoniya SSRİ tərəfindən işğal olunub. Bundan təxminən eyni zaman meşə qardaşları adı altında partizanların silahlı müqaviməti başlayıb. 1986-cı ildən başlayaraq latviyalılar konkret məqsədlərin ətrafında təşkil olmağa başlayıblar. Moskvaya qarşı ilk qələbələrindən biri Dauqavpils şəhərin yanında, Latviyanın əsas Dauqava çayının üzərində dördüncü hidroelektik dambasının quraşdırmasının dayandırması idi. Bu Ətraf Mühitin Müdafiə Klubunun yaradılmasını ilhamlandırıb. Klub Sovet rejiminə qarşı daha geniş şəkildə mübarizə aparmaq üçün ətraf mühitlə bağlı etirazları vasitə kimi sayırdı. == Tarixi == 1988-ci ildə Latviyada məqsədi demokratiya və müstəqillik olan qurumların arasında Latviya Xalq Cəbhəsi də var idi.
Litva Aktivistləri Cəbhəsi
Litva Akivistləri Cəbhəsi və ya LAF ( lit. Lietuvių Aktivistų Frontas) — Litvanın Sovet İttifaqına daxil olmasından sonra 1940-cı ildə yaradılmış qısamüddətli, ifrat sağçı gizli müqavimət təşkilatı idi. Təşkilatın məqsədi Litvanı azad etmək və onun müstəqilliyini bərpa etmək idi. İyun üsyanını planlaşdırdı və həyata keçirdi, qısamüddətli Litva Müvəqqəti Hökumətini qurdu. Hökumət sonradan öz-özünə dağıldı və LAC 1941-ci ilin sentyabrında nasist hakimiyyətləri tərəfindən qadağan edildi. LAC antisemit və anti-Polşa mövqelərinə görə mübahisəli olaraq qalır. == SSRİ dövründə == LAC 17 noyabr 1940-cı ildə yaradılmışdır . Litvanın Almaniyadakı keçmiş hərbi attaşesi Kazis Škirpa tez-tez təsisçi kimi tanınır. LAC Litvanı Sovet İttifaqının və ya Nasist Almaniyasının bir hissəsi kimi deyil, müstəqil ölkə kimi görmək istəyən müxtəlif siyasi əqidəli insanları birləşdirmək məqsədi daşıyırdı. Skirpa tərəfindən yaradılmış Berlin bölməsi əsasən Almaniyadakı keçmiş Litvalı mühacirləri və diplomatları birləşdirdi.
Milli Qurtuluş Cəbhəsi
Milli Qurtuluş Cəbhəsi (fr. Front de libération nationale, FLN; ərəb. جبهة التحرير الوطني لجزائرية‎, Jabhat al-Taḩrīr al-Waţanī‎‎) — Əlcəzairdə milliyətçi siyasi partiya. Əlcəzair müharibəsi zamanı əsas milliyətçi hərəkat olmuşdur. Bu, 1989-cu ildə digər partiyalar qanuniləşdirilənə qədər Əlcəzair dövlətinin yeganə hüquqi və hakim siyasi partiyası idi. == İstinadlar == == Əlavə ədəbiyyat == Derradji Abder-Rahmane, The Algerian Guerrilla Campaign: Strategy & Tactics, Lewiston, New York: Edwin Mellen Press, 1997. Derradji Abder-Rahmane, Concise History of Political Violence in Algeria in Arms: Brothers in Faith, Enemies in Arms, Vol. 1, Lewiston, New York: Edwin Mellen Press, September 2002. Derradji Abder-Rahmane, Concise History of Political Violence in Algeria in Arms: Brothers in Faith, Enemies in Arms, Vol. 2, Lewiston, New York: Edwin Mellen Press, November 2002.
Mozambik Azadlıq Cəbhəsi
FRELİMO (pol. Frente de Libertação de Moçambique adından; mənası – Mozambik Azadlıq Cəbhəsi) — Mozambikdə siyasi partiya. Ölkədə yeganə hakim partiya kimi qiymətləndirilir. 1977-ci ildə kütləvi-siyasi Mozambik Azadlıq Cəbhəsi təşkilatı əsasında yaradılmışdır. 1989-cu ilə qədər fəaliyyətində marksizm-leninizm prinsipləri rəhbər tutulurdu, o dövrdən partiya demokratik sosializm istiqamətində fəaliyyət göstərir. == İstinadlar == == Əlavə ədəbiyyat == Basto, Maria-Benedita, "Writing a Nation or Writing a Culture? Frelimo and Nationalism During the Mozambican Liberation War" in Eric Morier-Genoud (ed.) Sure Road? Nationalisms in Angola, Guinea-Bissau and Mozambique (Leiden: Brill, 2012). Bowen, Merle. The State Against the Peasantry: Rural Struggles in Colonial and Postcolonial Mozambique.
Naxçıvan Xalq Cəbhəsi
Azərbaycan Xalq Cəbhəsi və ya qısaca AXC — Azərbaycan Milli Azadlıq hərəkatının və 1993-cü ilə qədərki dövrün aparıcı ictimai-siyasi təşkilatı. 1995-ci il parlament seçkilərinə siyasi partiya kimi qatılmaq məqsədiylə 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) olaraq təsis edilərək tarixə qovuşmuşdur. Ötən əsrin 80-ci illərinin ortalarından etibarən Sovet İttifaqı hüdudları daxilində bir sıra iqtisadi, siyasi, o cümlədən sosial islahat hərəkatlarının start götürməsi nəticəsində keçmişdə tabu hesab olunan bir sıra ictimai debatların geniş vüsət alması, müstəqillik nöqteyi-nəzərindən müttəfiq respublikaların vətəndaşları üçün yeni perspektivlər vəd edirdi. SSRİ-nin demək olar ki, əksər bölgələrində elmi cəmiyyətlərdə və siyasi klublarda cəmlənmiş ziyalı seqmenti daha sonra "Xalq cəbhələri" olaraq adlanacaq siyasi qurumların inzibati aparatlarının, habelə ideoloji əsaslarının özəyini formalaşdırırdı. Azərbaycan SSR-də də bu hal "Perestroyka" və "Qlastnost" dalğasının gətirdiyi yeni mühitdə özünü aşkar büruzə verməyə başladı. Artıq müxtəlif tələbə təşkilatlarında, elmi və siyasi diskusiya klublarında SSRİ çərçivəsində Azərbaycanın suverenliyi məsələləri də müzakirə olunurdu. Belə bir şəraitdə, Estoniya Xalq Cəbhəsi modelində Azərbaycan Xalq Cəbhəsini formalaşdırmaq üçün 1988-ci ildə Bakı Alimlər klubunda bir qrup ziyalı tərəfindən Təşəbbüs qrupu yaradıldı. Ardınca təbliğat prosesi başladı və "Varlıq", "Çənlibel" kimi yarımleqal təşkilatlar da təşəbbüs qrupuna qoşuldular. Azərbaycan Xalq Cəbhəsi 16 iyul 1989-cu ildə təsis olunmuş və "Elçibəy" təxəllüslü Əbülfəz Əliyev sədr seçilmişdir. 5 oktyabr 1989-cu ildə isə təşkilat rəsmən dövlət qeydiyyatına alınmışdır.
Nusra Cəbhəsi
Nusra Cəbhəsi və ya Cəbhət ən-Nüsrə (ərəb. جبهة النصر‎ Cəbhət ən-Nusrə) — 2011-ci ilin sentyabrında yaradılmış Əl-Qaidənin Suriya qolu. == Mahiyyəti == ABŞ və bir çox ölkə tərəfindən də terror dəstəsi siyahısına alınmışdır.Suriyadakı ən böyük üçüncü silahlı qrupdur. Aprel 2013-cü ildə Əl-Qaidəyə bağlılığını açıqladı. Qrupun ən az 5000 savaşçıdan meydana gəldiyi sanılır. Radikal İslamçı silahlı bir qrupdur. Bəşər Əsədi devirmək və bu yolla öz ideoloji məqsədlərini uyğulamaq və yaymaq istəyir. Rusiya Xaricu İşlər naziri Sergey Lavrovun açıqlamalarına görə, Ən-Nüsrə döyüşçüləri Suriyanın şimalında 120-si uşaq olmaqla 450 kürdü öldürüb.
Okklüziya cəbhəsi
Okklüziya cəbhəsi (lat. occlusio - qapanmaq, gizlənmək) — soyuq və yavaş hərəkət edən atmosfer cəbhələrinin qovuşması nəticəsində yaranan mürəkkəb quruluşlu atmosfer cəbhəsi. Okklüziya cəbhəsində iki soyuq atmosfer cəbhəsinin məcbur hava kütlələri birləşərək, isti hava kütləsini yuxarı qalxmağa məcbur edirlər. Birləşən soyuq kütlələrin bir-birinə nisbətən isti və ya soyuq olmasından asılı olaraq, okklüziya soyuq və isti tip üzrə baş verir.
İtaliya cəbhəsi
Şərq cəbhəsi
Birinci dünya müharibəsi dövründə Şərq cəbhəsi
Mesopotamiya cəbhəsi
Mesopotamiya cəbhəsi (ing. Mesopotamian campaign) — Birinci Dünya müharibəsi zamanı Mesopotamiya (müasir İraq) ərazisində Britaniya imperiyası (əsasən Britaniya Hindistanı ordusu) qoşunları ilə Osmanlı imperiyasının ordusu arasında baş vermiş döyüşlər. Britaniya komandanlığı Yaxın Şərqin neft yataqlarını qorumağa və Osmanlı Mesopotamiyasını tutmağa ümid edirdi. Osmanlı komandanlığı bu bölgədə aktiv əməliyyatlar planlaşdırmırdı. Lakin ingilislərin aktiv hücumuna başladıqdan sonra Mesopotamiyada hərbi əməliyyatlar üçün 6-cı Ordunu yaratmağa məcbur oldu. 1916-cı ildə türklər Əl-Kutda bir qrup ingilis qoşununu mühasirəyə almağa və ələ keçirməyi bacardılar. Bundan sonra ingilislər aktiv əməliyyatlardan əl çəkməli oldular. İngiltərədə və Hindistan xalqları Mesopotamiya kampaniyası və Bağdadın işğalına böyük maraq göstərirdi. 1917-ci ildə ingilislər Bağdadı tutdular və 1918-ci ilin sonunda Osmanlı Mesopotamiyasının demək olar ki, bütün ərazisi onların nəzarəti altında idi. Döyüş Mudros müqaviləsinin imzalanmasının ertəsi günü döyüş əməliyyatları başa çatdı.
Ruanda Vətənpərvər Cəbhəsi
Ruanda Vətənpərvər Cəbhəsi (RVC) — həm hutu, həm tutsi nümayəndələrindən ibarət hərbi-siyasi təşkilat. 1988-ci ildə mühacirlər tərəfindən Uqandada qurulan bu təşkilat, bütün qonşu ölkələrdə sürgün edilmiş tutsi və mülayim hutu millətlərindən kadrlar toplayırdı. Liderləri Pol Kaqame sayılır. 2 oktyabr 1990-cı ildə RVC Ruanda hökumətinə qarşı hərbi əməliyyat başlatdı, cəbhənin 500 silahlı birləşmə üzvləri sərhədi keçdilər. 1990, 7 oktyabr — sayca üstün və ağır silahlanmış hökumət qüvvələri əks-hücuma başladılar. Oktyabr ayının sonlarında silahlı birləşmə üzvləri Uqandaya çəkilməli oldular. 1991, 23 yanvar — RVC bölmələrinin Ruhengeri şəhərinə basqını və Ruanda ordusunun əsas qüvvələrinin gəlməsindən əvvəl geri çəkilməsi. 1993-cü ildə hərbi əməliyyatların dayandırılmış və dövlət idarəsindəki vəzifələrin bölünməsi barədə müqavilə imzalandı, ancaq hər iki tərəf buna yalnız nominal yanaşmış və dəfələrlə sabotaj edirdi. 1994, 7 aprel — Ruandada soyqırımın başlanmasına cavab olaraq RVC təxminən 25 min nəfərlə hücuma keçdi. 1994, 4 iyul — RVC qoşunları paytaxta daxil oldu.
Xalq Cəbhəsi (Ukrayna)
«Xalq Cəbhəsi» — Ukrayna siyasi partiyası, 31 mart 2014-cü ildə qeydiyyata alınıb. "Batkivşina" partiyasının siyasi şurasından rəhbərliklə fikir ayrılığına görə Arseni Yasenyuk və Aleksandr Turçinov başda olmaqla bir qrup siyasətçinin çıxmasından sonra yaranıb..
Xalq Cəbhəsi (qəzet)
"Xalq Cəbhəsi" qəzeti — Gündəlik ictimai-siyasi qəzet. == Tarixi == İlk nömrəsi 20 noyabr 2001-ci ildə çap olunmuşdur. Qəzetin ilk baş redaktoru Vüsalə Mahirqızı olmuşdur. Qəzetə müxtəlif illərdə Bəhmən Faziloğlu və Cavanşir Həsənli rəhbərlik edib. 2006-ci ildən etibarən "Xalq Cəbhəsi" qəzetinə Elçin Mirzəbəyli rəhbərlik edir. "Xalq Cəbhəsi" qəzeti həftənin bazar və bazar ertəsi istisna olmaqla, həftənin 5 günü yayımlanır. Qəzetin informasiya siyasətində Türk Dünyası və Güney Azərbaycan haqqında olan xəbərlər aparıcı yer tutur.
Xalq Cəbhəsi qəzeti

İraq Türkman Cəbhəsi
İraq Türkman Cəbhəsi və ya İTC — 1995-ci ildə əsası qoyulan, İraq türkmanlarının qurduğu siyasi hərəkat.
Şərq Cəbhəsi Komandanlığı
Şərq Cəbhəsi Komandanlığı — 1918-ci ilin iyulun 16–18-də Azərbaycan və Türkiyə hərbi hissələrindən ibarət Qafqaz İslam Ordusu (QİO) qüvvələrinin daha çevik və səmərəli idarəsinə nail olmaq məqsədilə yaradılmış taktiki qrup. == Haqqında == QİO-nun hissə və bölmələri S.Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin bolşevik-daşnak qüvvələrinə qarşı Göyçay-Şamaxı-Bakı şose yolu və Gəncə-Bakı dəmir yolu xətti boyunca hücuma başlamışdı. Müsüslü-Qaraməryəm və Ağsu-Kürdəmir xəttindəki döyüşlər vahid plan əsasında həyata keçirilirdi. Lakin hücum istiqamətləri bir-birindən məsafəcə uzaqlaşdığından bu və ya digər hissənin qısa müddət ərzində Göyçay-Şamaxı-Bakı şose yolundan dəmir yolu ətrafına atılması və ya geri çəkilməsi çətinləşirdi. Ona görə QİO komandanlığının əmri ilə Bakıya gedən şose yolu ilə hərəket edəcək hissə və bölmələr bir taktiki qrupda birləşdirildi. 10-cu Qafqaz piyada alayının komandiri şimal qrupu adlandırılan bu taktiki qrupun komandiri təyin edildi. Dəmir yolu boyunca hərəkət edən qüvvələr isə Cənub qrupu adlandırıldı və polkovnik Həbib bəy Səlimov onun komandiri təyin edildi. Bu iki taktiki qrupa rəhbərlik isə xüsusi olaraq yaradılmış Şərq Cəbhəsi Komandanlığına tapşırıldı. Bu komandanlıq bəzən Bakı cəbhəsi komandanlığı da adlandırılırdı. 5-ci Qafqaz firqəsinin komandiri Mürsəl bəy Şərq Cəbhəsi komandanı təyin edildi.
Əfqanıstan Azadlıq Cəbhəsi
Əfqanıstan Azadlıq Cəbhəsi (ƏAC) — Əfqanıstanda fəaliyyət göstərən antitaliban silahlı qruplaşması. Əfqanıstanın bəzi bölgələrində ƏAC və Milli Müqavimət Cəbhəsi (MMC) Talibana qarşı əməliyyatlarda əməkdaşlıq edir.MMC-nin təsir dairəsinin əsasən taciklər və Cəmiyyət-i İslamiyə meylli qruplara məhdudlaşdığını nəzərə alaraq ƏAC-nin MMC-yə tərəfdar döyüşçüləri öz sıralarına qatmağa çalışdığı iddia olunur. == Tarixi == Əfqanıstan Azadlıq Cəbhəsi 2022-ci ilin mart ayında sosial media vasitəsilə ictimaiyyətə yaradıldığını elan etmişdir. ƏAC 14 apreldə məlumat vermişdir ki, onun döyüşçüləri eyni vaxtda Bədəxşan, Bəğlan, Qəndəhar, Pərvan, Təxar, Ləğman və Səmənganda taliban qüvvələri ilə toqquşmuşdur.ƏAC 5 iyulda Bəgram aerodromuna raket hücumu təşkil etmişdir. Hücum nəticəsində altı taliban döyüşçüsü ölmüş, ikisini yaralanmışdır. Talibana aid hərbi vasitə də məhv edilmişdir. ƏAC döyüşçüləri 15 iyulda Bəğlan vilayətinin Xost va Fərəng rayonunda taliban hücumunun qarşısını almışdılar. 6 oktyabr 2022-ci ildə Qəndəharda ƏAC döyüşçülərinin taliban komandirinə sui-qəsd təşkil etdiyinə dair iddialar ortaya çıxmışdır.
Əl-Nusra Cəbhəsi
Nusra Cəbhəsi və ya Cəbhət ən-Nüsrə (ərəb. جبهة النصر‎ Cəbhət ən-Nusrə) — 2011-ci ilin sentyabrında yaradılmış Əl-Qaidənin Suriya qolu. == Mahiyyəti == ABŞ və bir çox ölkə tərəfindən də terror dəstəsi siyahısına alınmışdır.Suriyadakı ən böyük üçüncü silahlı qrupdur. Aprel 2013-cü ildə Əl-Qaidəyə bağlılığını açıqladı. Qrupun ən az 5000 savaşçıdan meydana gəldiyi sanılır. Radikal İslamçı silahlı bir qrupdur. Bəşər Əsədi devirmək və bu yolla öz ideoloji məqsədlərini uyğulamaq və yaymaq istəyir. Rusiya Xaricu İşlər naziri Sergey Lavrovun açıqlamalarına görə, Ən-Nüsrə döyüşçüləri Suriyanın şimalında 120-si uşaq olmaqla 450 kürdü öldürüb.
Əl-Nüsrə Cəbhəsi

Ən-Nusra Cəbhəsi

Azərbaycan Xalq Cəbhəsi Partiyası
Azərbaycan Xalq Cəbhəsi Partiyası və ya qısaca AXCP — Azərbaycan Milli Azadlıq hərəkatının və 1993-cü ilə qədərki dövrün aparıcı ictimai-siyasi təşkilatı olan Azərbaycan Xalq Cəbhəsinin varisi, 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsinin bazasında və onun rəsmi varisi kimi qurulan, həmin il sentyabrın 1-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan siyasi partiya. == Tarixi == === Hərəkat dövrü (1988–1995) === Azərbaycanda Xalq Cəbhəsinin yaradılması ideyası Pribaltikadan qaynaqlanırdı.1988-ci ilin aprelin 13-də Estoniya televiziyasının "Bir daha fikirləşək" proqramında belə bir ideya səslənmiş və artıq oktyabr ayında bu reallaşmışdı, yəni Xalq Cəbhəsi yaranmışdı. Belə ki, 1988-ci ilin oktyabr ayının 1–2-də Estoniyanın Tallin şəhərində Estoniya Xalq Cəbhəsinin təsis konfransı keçirilmişdir. 1988-ci ilin yayında Bakı Alimlər Klubunda (BAK) birləşmiş Azərbaycan ziyalılarının təmsilçiləri tərəfindən Pribaltika Xalq Cəbhəsi formasında Azərbaycan Xalq Cəbhəsi yaratmaq üçün Təşəbbüs Qrupu yaradıldı. Azərbaycan Xalq Cəbhəsi təşəbbüs qrupuna Bakı Alimlər Klubundan əlavə ilk qoşulan təşkilatlar "Varlıq" və "Çənlibel" təşkilatları olub.1989-cu ilin fevralın 25-də A. Salamovanın evində Azərbaycan Xalq Cəbhəsi Təşəbbüs Qrupunun ilk toplantısı keçirildi. Müvəqqəti Təşəbbüs Mərkəzinin və Koordinasiya Şurasının üzvləri seçildi. 1989-cu ilin iyulun 16-da Ağamalı Sadiq Əfəndinin 7-ci mikrorayondakı mənzilinin həyətində Azərbaycan Xalq Cəbhəsinin Təsis Konfransı keçirilmişdir. Konfransın işində Azərbaycanın 30 rayonundan məşvərətçi səslə 240, səsvermə hüququ ilə 196 nəfər iştirak etmişdir.Konfransda Azərbaycan Xalq Cəbhəsinin Mərkəzi Məclisi, İdarə Heyəti və Ağsaqqallar Şurasına üzvlər seçilmişdir.Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinin üzvləri: Həmçinin Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Sabir Rüstəmxanlı, Vaqif Səmədoğlu və Tağı Xalisbəylidən ibarət Azərbaycan Xalq Cəbhəsi Ağsaqqalllar Şurası təşkil olunmuşdur. İclasda keçirilən açıq səsvermədə Əbülfəz Elçibəy 9 əleyhinə, əksəriyyət lehinə olmaqla Azərbaycan Xalq Cəbhəsi sədri seçilmişdir. Nizamnaməyə uyğun olaraq Əbülfəz Elçibəy sədr seçildikdən sonra İdarə Heyəti üzvlüyündən çıxmışdır.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP)

Birinci Dünya müharibəsində qərb cəbhəsi
Qərb Cəbhəsi, Almaniyanın qərbində qalan Avropa torpaqlarında, əsas olaraq Belçika, Fransa və Hollandiyanı əhatə edən cəbhədir. == 1914-cü il == Almaniyanın döyüş strategiyası Şliffen planına söykənirdi. Bu plana görə, hərbi səfərbərliyini iki həftədə tamamlayan Fransa 39 günə döyüşdən xaric olunacaq, ardınca Şərq cəbhəsinə qayıdaraq ən az altı həftədə tamamlanacaq Rusiyaya hücum ediləcəkdi. Qərb cəbhəsinin döyüşləri 4 avqust 1914-cü ildə Alman ordusunun Belçikaya hücumu ilə başladı. Amma Belçika ordusu gözlənilməyən bir müqavimət göstərdi. Alman birləşmələri Liq vilayətini planlaşdırdığı kimi 24 saata deyil, 13 günlük mübarizədən sonra ələ keçirib Fransanın içərilərinə doğru irəliləmək məcburiyyətində qaldılar. Fransa torpaqlarına doğru irəliləyən Alman ordusu, Parisə 70 km qalmış Marna çayı sahilində Fransızların sərt müqaviməti ilə qarşılaşdı. 6–12 sentyabr tarixindəki Birinci Dünya Müharibəsinin ən qanlı döyüşlərindən olan Marna döyüşündən sonra Qərb cəbhəsində xətlər bağlanmışdı. Hər iki tərəf səngərlərə yerləşdi və dəfələrlə olunan qarşılıqlı hücumdan heç bir nəticə əldə olunmadı. == 1915-ci il == Səngərdən səngərə qarşılıqlı hücumlar 1915-ci il boyu davam etdi.
Birinci Dünya müharibəsində şərq cəbhəsi
Birinci dünya müharibəsində Şərq cəbhəsi (alman dilində: Оstfront; Rumın dili: Frontul de răsărit; Rus dilində: Восточночный фронт, romanized: Vostochny front) — bir tərəfdən Rusiya və Rumıniya arasında bütün sərhədi əhatə edən, digər tərəfdən isə Avstriya-Macarıstan, Bolqarıstan, Osmanlı İmperiyası və Almaniya arasında ən böyük miqyasda əhatə olunmuş opera teatrı, şimaldan Baltik dənizindən cənubda Qara dənizə qədər uzanmış, Şərqi Avropanın əksər hissəsi ilə bağlı olmuş və Mərkəzi Avropanın da dərinliklərinə qədər uzanmışdır. Bu termin Belçika və Fransada vuruşan Qərb Cəbhəsi ilə təzad təşkil edir. == Haqqında == 1910-cu il ərzində rus generalı Yuri Danilov Şərqi Prussiyaya 4 ordunun soxulacağı "19-cu plan"nı hazırladı. Bu plan Avstriya-Macarıstanın Almaniya imperiyasından daha böyük təhlükə ola biləcəyi üçün tənqid olundu. Beləliklə, ruslar Şərqi Prussiyanı işğal edən dörd ordu əvəzinə Şərqi Prussiyaya iki ordu göndərməyi, Qalisiyadan işğal olunan Austro-Macar qüvvələrinə qarşı müdafiə üçün isə iki ordu göndərməyi planlaşdırırdı. Müharibənin ilk aylarında İmperator Rusiya Ordusu Şimal-Qərb teatrında Şərqi Prussiyaya hücum etməyə cəhd etdi, ancaq bəzi ilkin uğurlardan sonra Almaniya tərəfindən geri döyüldü. Eyni zamanda, cənubda onlar burada olan Austro-Macar qüvvələrini məğlub edərək Galisiyanı müvəffəqiyyətlə işğal etdilər. Rus Polşada almanlar Varşavanı ala bilmədilər. Lakin 1915-ci ilə qədər alman və austro-macar qüvvələri irəliləyər, rusların Qalisiya və Polşada ağır tələfatları ilə mübarizə aparmaqla onları geri çəkilməyə məcbur edirdilər. Qrand-Dük Nikolay baş komandan vəzifəsindən azad edildi və yerinə Çar Nikolayın özü təyin edildi.
Bosniya və Herseqovina Qadın Antifaşist Cəbhəsi
Bosniya və Herseqovina Qadın Antifaşist Cəbhəsi (serb-xorv. Антифашистички фронт жена Босне и Херцеговине / Antifašistički front žena Bosne i Hercegovine) — Bosniya və Herseqovina Sosialist Respublikasında mövcud olmuş qadın təşkilatı. Bosniya və Herseqovina Kommunist Partiyasının əmrilə qadınların partizan hərəkatında daha fəal iştirakını təmin etmək üçün 1942-ci ilin fevral ayında yaradıldı. Cəbhənin əsasında 1942-ci ilin dekabr ayında Bosanski Petrovats şəhərində vahid Yuqoslaviya Qadın Antifaşist Cəbhəsi yaradıldı. == Öncəki dövr == İkinci Dünya Müharibəsindən əvvəl Yuqoslaviya əhalisinin əhəmiyyətli hissəsi şəhərlərdə yaşayırdı, lakin qadınların cəmiyyətdəki mövqeyi dəyişmirdi. Xristianlıq ilə İslam arasında faktiki mübarizə mövcud olan Bosniya və Herseqovinada vəziyyət daha da çətin idi. Antropoloq Vera Ştayn Erlixin sözlərinə görə, bir sıra kəndlərdə qız qaçırılması və onlara qarşı təcavüz halları adiləşmişdir, qadınlardan yalnız müəyyən paltarların geyinməsi tələb olunurdu və demək olar ki, dükan və fabriklərdə işləməyə icazə verilmirdi. Çox sayda yerli qadın sakinləri savadsız idilər və müxtəlif xəstəliklərdən əziyyət çəkirdilər.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası — 3 aprel 2004-cü ildə millətvəkili Qüdrət Həsənquliyev tərəfindən 2002-ci ildə 2 yerə bölünmüş Azərbaycan Xalq Cəbhəsini birləşdirmək üçün Təsis Konfransı çağırıldı. Konfransda Qüdrət Həsənquliyev partiyanın lideri seçildi və partiyanın məramnaməsində yer alan "Bütöv Azərbaycan" ideyası partiyanın adında yer aldı. == Tarixi == Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Azərbaycan Xalq Cəbhəsi (AXC), Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Azərbaycan Milli Azadlıq Hərəkatının fəallarının təşəbbüsü ilə yaradılmıdır. Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji əsaslarına və dövlətçilik modelinə söykənən siyasi konsepsiayaya malik sağ mərkəzçi partiyadır. 1997-ci ildə Əbülfəz Elçibəy Kələkidən Bakıya qayıtdı və bütün siyasi qüvvələri ölkədə vətəndaş həmrəyliyi və milli birliyin təmin etmək üçün vahid mövqedən çıxış etməyə çağırdı. Əbülfəz Elçibəyin tarixi çağırışını düzgün dəyərləndirə bilmədilər. Əbülfəz Elçibəy xəstələndikdən və müalicə üçün Türkiyəyə yola düşdükdən sonra AXCP-də daxili ziddiyyətlər daha da dərinləşərək idarəolunmaz hala gəldi. AXCP faktiki olaraq iki siyasi qanada – "islahatçılar"a və "klassiklərə" parçalandı. 2000-ci il iyul ayının 19-da AXCP-nin "klassiklər" adlanan qanadı partiyanın bir sıra rayon təşkilatlarının iştirakı ilə müşavirə çağırdı. AXCP-nin "islahatçılar" qanadında təmsil olunmasına baxmayaraq, Qüdrət Həsənquliyev "klassiklər"in müşavirəsinə qatıldı və çıxış edərək partiya üzvlərini təşkilatı parçalamamağa çağırdı.
Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi
Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi (CVMAC; vyet. Mặt trận Dân tộc Giải phóng miền Nam Việt Nam), həmçinin Vyetkonq (ing. Viet Cong, vyet. Việt Nam Cộng sản – Vyetnam kommunizmi) — Vyetnam Fəhlə Partiyası Mərkəzi Komitəsinin 1959-cu il yanvar plenumunda qəbul edilmiş ölkənin cənubunda "silahlı üsyana" keçid haqqında qərarına uyğun olaraq qurulmuş, 1960–1977-ci illərdə Vyetnam müharibəsində döyüşən tərəflərdən biri kimi Cənubi Vyetnamda fəaliyyət göstərmiş hərbi-siyasi təşkilat. Vyetkonq VDR və Cənubi Vyetnam partizanlarının siyasi və ictimai xadimlərinə istinad etmək üçün istifadə edilən bir termindir. 1960-cı illərin axırlarından termin Amerika mediasında bütün Vyetnam kommunistlərinə istinad etmək üçün istifadə edilmişdir. == Zəmin == 1954-cü ildə Fransaya qarşı Hindçin müharibəsi başa çatdıqdan sonra Vyetnam iki yerə bölünmüşdür: Lao-Donq Kommunist Partiyasının rəhbərlik etdiyi Şimali Vyetnam və Cənubi Vyetnam. Birləşmə 1956-cı ildə azad ümumi seçkilərdən sonra baş tutmalı idi. 1955-ci ilin oktyabrında cənubda Vyetnam Respublikası elan edlmişdir. 1957-ci ilin payızında məxfi kommunist qüvvələri Cənubi Vyetnam hökumətinə qarşı silahlı mübarizəyə keçmişdir.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi və ya GAMAC — 2010-cu ildə bir qrup Cənubi Azərbaycanlı aktivist tərəfindən yaradılmış ictimai-siyasi qurum. == Yaradılması == 12 dekabr 2009-cu ildə keçirilən Amsterdamda Güney Azərbaycan məsələsində ortaq prinsiplər əsasında hərəkət etmək üçün milli təşkilatların və şəxslərin iştirak etdiyi iclas keçirilmişdi. İclasın sonunda bütün iştirak edənlərin səsi ilə 12 maddəlik bəyannamə qəbul edilmişdi. Bu bəyannamə Güney Azərbaycan Milli Azadlıq Hərəkatının fəaliyyət istiqamətini müəyyənləşdirmək üçün qəbul edilmişdi.12 – 13 iyun 2010-cu il tarixdə Brüsseldə keçirilən toplantıda Güney Azərbaycanın milli mənafeyi uğrunda aparılan mübarizədə bütün milli qüvvələrin davamlı işbirliyini təşkilat formasında reallaşdırmaq məqsədilə Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) yaradılması təklifi irəli sürüldü və səsçoxluğu ilə qəbul olundu. == Bəyannaməsi == Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi yarandığı ilk gündən 12 maddəlik bəyannamə ilə siyasi gündəmə çıxıbdır. Bu bəyannamənin əsas şərtləri və tələbləri isə bundan ibarətdir:1. Güney Azərbaycan Türk millətinin milli azadlığı yolunda mübarizədə bu günkü fars rasizmini təmsil edən İran İslam Cümhuriyətini əsas maneə kimi görür. Çünkü bu rejim hər növ demokratik dəyişikliyə qarşıdır. 2. Azərbaycan Milli Azadlıq Hərəkatının amalı Güney Azərbaycanda milli – demokratik dövlət qurmaqdır.
I Dünya müharibəsində Orta Şərq cəbhəsi
I Dünya Müharibəsinin Orta Şərq teatrı — Birinci Dünya müharibəsi dövründə hərbi əməliyyatlar teatrı, Osmanlı İmperiyası, Antanta dövlətləri və bəzi bilinməyən xalqların Silahlı təşkilatları arasında hərbi əməliyyatlar aparırdılar. Hərbi əməliyyatlar 1914-cü ilin noyabrında başlayır. Coğrafi və siyasi şərtlər üzündən Yaxın Şərqdə hərbi əməliyyatlar bir-birindən asılı olmayaraq ümumilikdə aparılan bir neçə ayrı-ayrı əməliyyatlara və döyüşlərə bölünür. Bunlardan ən mühümü Şərqi Anadoluda Rus-Osmanlı (Qafqaz) cəbhəsi, İrandakı rus qoşunlarının hərəkətləri, Çanaqqala əməliyyatı, Britaniya qoşunlarının ərəbistan yarımadasındakı, Süveyş kanalı ərazisində, Fələstin, Suriya və Mesopotamiyada həyata keçirdiyi əməliyyatlardır. == Müharibədən əvvəl == === Xarici siyasətdəki vəziyyət və Osmanlı İmperiyasının daxili vəziyyəti === 1914-cü ilin avqustunda Antanta ilə İttifaq dövlətləri arasında Birinci Dünya müharibəsi Müharibənin ilk günlərindən etibarən hər iki müharibə koalisiyası Osmanlı imperiyasını öz tərəflərində müharibəyə cəlb etməyə çalışırdı. Osmanlı imperiyasının müstəsna coğrafi mövqeyi və yaranmış geosiyasi vəziyyət onun müharibədə iştirakını faktiki olaraq məcbur etmişdir. Bütün Rusiya ixracının və idxalının yarısının keçdiyi Qara dəniz boğazları Rusiya üçün çox böyük əhəmiyyət daşıyırdı, Osmanlı sərhədləri yaxınlığında Süveyş kanalı, onun çoxsaylı müsəlman əhalisi yerləşirdi. Osmanlı ərazisində Bağdad dəmir yolunun tikintisi gedirdi və o, Mesopotamiyanın neftlə zəngin olan rayonlarını sürətli quru yolu ilə Avropa ilə bağlamaq üçün nəzərdə tutulmuşdur və buna görə də strateji əhəmiyyət daşıyırdı. Eyni zamanda, Antanta rəhbərliyi Türkiyə ilə hərbi bir ittifaqın mümkünsüz olduğunu, ilk növbədə, Rusiyanın, Türkiyənin ənənəvi düşməninin mövqeyinə görə, ehtimalının az olduğunu düşünürdü. Belə bir vəziyyətdə Antanta ölkələrini Türkiyənin uzunmüddətli dostluq neytrallığı ssenarisi daha çox qane edirdi.
Klassik Xalq Cəbhəsi Partiyası
== Tarixi == Hələ Əbülfəz Elçibəyin sədrliyi dövründən AXCP daxilində "İslahatçılar" ("Yurdçular", "Əli Kərimovçular") və "Klassiklər" ("Mühafizəkarlar", "Elçibəyçilər") adları ilə tanınan iki qanad mövcud idi. "İslahatçılar" əsasən liberal (liberalizm tərəfdarı), "Klassiklər" isə millətçi (radikal) qanad kimi tanınırdılar. Güney Azərbaycan məsələsinə münasibətdə də qanadlar arasında kəskin fikir ayrılığı özünü göstərirdi.Qanadlar arasnda ziddiyyətlər partiyanın həm yerli, həm də mərkəzi strukturlarında özününü göstərirdi. Tərəflər arasında qarşıdurma bəzən əlbəyaxa dava həddinə də çatırdı. Əbülfəz Elçibəyin vəfatından (22.08.2000) sonra AXCP faktiki olaraq iki yerə parçalandı. "İslahatçılar"ın lideri AXCP sədrinin birinci müavini Əli Kərimli, "Klassiklər"in lideri isə AXCP sədrinin təşkilati məsələlər üzrə müavini Mirmahmud Mirəlioğlu idi. Hər iki qanad AXCP adına iddialı idi. Partiyanın möhürü isə "İslahatçılar"ın əlində idi. İlk qurultayı 28–29 oktyabr 2000-ci il tarixində "Klassiklər" keçirdi. Qurultayda Mirmahmud Mirəlioğlu AXCP sədri seçildi.
Komsomol neft cəbhəsində (film, 1932)
== Məzmun == Təşviqat-təbliğat filmində gənclərin neft sənayesinin inkişafından, yeni neftçi fəhlə sinfinin yetişməsindən danışılır. == Film haqqında == Film Moskva Mərkəzi Dövlət Kino-Fotofono Sənədlər Arxivində saxlanılır.
Makedoniya Qadın Antifaşist Cəbhəsi
Makedoniya Qadın Antifaşist Cəbhəsi (mak. Антифашистички фронт на жените на македонија / Antifašistički front na ženite na Makedonija) — Yuqoslaviya Xalq Qurtuluş Müharibəsi zamanı Yuqoslaviya Makedoniyasında meydana gələn feminizm hərəkatı. Şimali Makedoniyadakı bir neçə müasir feminist təşkilatın təşəbbüskarıdır. Cəbhə işğal altında olan Yuqoslaviyada digər qadın antifaşist cəbhələri ilə birlikdə 1942-ci ildə yaradılmışdır.Bu hərəkatın ən görkəmli siması Veselinka Malinskaya idi ki, o, xalq qurtuluş müharibəsi və Makedoniyanın Qurtuluşu üçün Anti Faşist Məclisinin iştirakçısı idi və onun atası 1903-cü il İlinden üsyanında iştirak etmişdir.Hərəkatın əsas məqsədi qadınlar üçün məktəb təhsilini yaxşılaşdırmaq və qadınların savad səviyyələrini artırmaq idi, çünki o dövrdə savadsızların əksəriyyəti qadınlar idi. İkinci Dünya Müharibəsindən sonra Yunanıstan Vətəndaş Müharibəsi dövründə (1946-1949) digər təşkilatlar kimi bu cəbhə də yunan kral hökuməti tərəfindən “cinayətkar” adlanaraq qadağan edildi.
Milli Birlik Cəbhəsi (İraq)
Milli Birlik Cəbhəsi (ərəb. جبهة الاتحاد الوطني‎‎, translit. Cəbhət əl-İttihad əl-Vətəni) — ilk dəfə 1954-cü ildə qurulan və 1956-cı ildə BƏƏS Partiyası, İraq Kommunist Partiyası, İraq İstiqlal Partiyası, Milli Demokrat Partiyası və daha sonra Kürdüstan Demokrat Partiyası koalisiyası olaraq yenidən qurulan bir İraq milliyətçi siyasi ittifaqı. İttifaq Misir və Suriyadakı hökumətləri, Əlcəzair azadlıq hərəkatı kimi dünyadakı müxtəlif ərəb milliyətçisi və azadlıqpərvər hərəkatları dəstəkləmişdir. Partiya ərəb milliyətçiləri ilə İraq kommunistləri arasında yaşanan bölünmədən sonra Əbdülkərim Qasımın rəhbərlik etdiyi 1958-ci il İraq inqilabından sonra parçalanmış və ləğv edilmişdir.
Milli Qurtuluş Cəbhəsi (Əlcəzair)
Milli Qurtuluş Cəbhəsi (fr. Front de libération nationale, FLN; ərəb. جبهة التحرير الوطني لجزائرية‎, Jabhat al-Taḩrīr al-Waţanī‎‎) — Əlcəzairdə milliyətçi siyasi partiya. Əlcəzair müharibəsi zamanı əsas milliyətçi hərəkat olmuşdur. Bu, 1989-cu ildə digər partiyalar qanuniləşdirilənə qədər Əlcəzair dövlətinin yeganə hüquqi və hakim siyasi partiyası idi. == İstinadlar == == Əlavə ədəbiyyat == Derradji Abder-Rahmane, The Algerian Guerrilla Campaign: Strategy & Tactics, Lewiston, New York: Edwin Mellen Press, 1997. Derradji Abder-Rahmane, Concise History of Political Violence in Algeria in Arms: Brothers in Faith, Enemies in Arms, Vol. 1, Lewiston, New York: Edwin Mellen Press, September 2002. Derradji Abder-Rahmane, Concise History of Political Violence in Algeria in Arms: Brothers in Faith, Enemies in Arms, Vol. 2, Lewiston, New York: Edwin Mellen Press, November 2002.
Moro Milli Qurtuluş Cəbhəsi
Moro Milli Qurtuluş Cəbhəsi (Moro National Liberation Front , MNLF) , Filippinin cənubunda fəaliyyət göstərən və müstəqilliyi məqsəd qoyan Müsəlman təşkilatı. Müsəlman Mindanao Muxtar Bölgəsini idarə etməkdə olan MNLF , müşahidəçi statusunda Moro xalqının təmsilçisi kimi İslam Əməkdaşlıq Təşkilatına üzvdür. Ferdinand Marcos rəhbərliyinə qarşı silahlı mübarizə üçün 1960-cı illərin sonlarında qurulan təşkilat, Müsəlmanların əksəriyyətdə olduğu Mindanao adası ərazisində 1972-ci ildə partizan hərəkatına başladılar. Marcosun hərbi vəziyyət elan etməsi ilə mübarizə daha da artdı. Filippin silahlı qüvvələrinin yarısının hərəkətə keçirilməsindən sonra hadisələr əsnasında təxminən 50 min adam öldürüldü, 20 mindən çox müsəlman Şərq Malayziyadakı Sabah ştatina qaçdı.Təşkilatın silahlı qanadını meydana gətirən Banysa Moro Ordusu Filippin qüvvətlərinə böyük itkilər verdirdi. 1976-cı ilin sonlarındakı atəşkəsdən sonra Marcosun təklif etdiyi regional muxtariyyət proqramı üçün həyata keçirilən danışıqların nəticə verməməsi görə, təşkilatın başçısı Nur Misuari 1977-ci ildə tam müstəqillik hədəfi istiqamətində mübarizəni davam etdirmə qərarını açıqladı. Bu dövrdə əvvəl Liviyadan, daha sonra da İrandan diplomatik və hərbi dəstək alan MNLF seçkiləri boykot etdi və hərbi vəziyyətin ləğv edildiyi 1981-ci ildən sonra da mübarizəsini davam etdirdi.Amma regional ayrılıqların da təsiri ilə meydana gələn bölünmələr nəticəsində təşkilatın təsiri zəiflədi. Bölünmələrdən sonra 1981-ci ildə MNLF-dən ayrılan daha radikal bir qrup Moro İslami Qurtuluş Cəbhəsini qurdu. İƏT, Libya və İndoneziya 1992-ci ildə yenidən sülh danışıqlarına vasitəçilik etdilər. 1992-1996-cı illərdə sülh danışıları davam etdi.Uzun illər davam edən qarşıdurmadan sonra 1996-cı ildə Filippin hökuməti ilə MNLF arasında gəlinən nəcitə ilə Mindanao adasındakı Müsəlmanların çoxluq təşkil etdiyi yerlərdə Müsəlman Mindanao Muxtar Bölgəsinin qurulmasına qərar verildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 11.50 dəfə / 1 mln.
2002 ••••••• 10.28
2003 •••••••••••••••••••• 30.31
2004 •• 2.70
2005 •••••••••••••••••••• 29.69
2006 •••• 5.41
2007 •• 1.90
2008 ••• 3.90
2009 ••••• 6.72
2010 ••••••••••• 15.43
2011 •••••• 7.81
2012 ••• 4.13
2013 •••••••••••••••• 23.49
2014 ••••••••••• 15.96
2015 ••••••••••• 16.50
2016 •••••••••••• 17.18
2017 •••••• 8.29
2018 ••••• 6.74
2019 •••••••••• 14.74
2020 ••••••••••• 15.25

"cəbhəsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cəbhəsi nədir? #cəbhəsi sözünün mənası #cəbhəsi nə deməkdir? #cəbhəsi sözünün izahı #cəbhəsi sözünün yazılışı #cəbhəsi necə yazılır? #cəbhəsi sözünün düzgün yazılışı #cəbhəsi leksik mənası #cəbhəsi sözünün sinonimi #cəbhəsi sözünün yaxın mənalı sözlər #cəbhəsi sözünün əks mənası #cəbhəsi sözünün etimologiyası #cəbhəsi sözünün orfoqrafiyası #cəbhəsi rusca #cəbhəsi inglisça #cəbhəsi fransızca #cəbhəsi sözünün istifadəsi #sözlük