Dağıstan sözü azərbaycan dilində

Dağıstan

Yazılış

  • Dağıstan • 99.7716%
  • dağıstan • 0.1932%
  • DAĞISTAN • 0.0351%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dağıstan
Dağıstan Respublikası (rus. Республика Дагестан, avar. Дагъистан Жумгьурият, aqul. Дагъустан Жумгьурият, azərb. Дағыстан Республикасы‎, darg. Дагъистан Республика, qum. Дагъыстан Жумгьурият, lak. Дагъустаннал Республика, ləzg. Дагъустан Республика, noq. Дагыстан Республикасы, rut.
Albaniya (Dağıstan)
Albaniya — Dağıstanın Tlərata rayonunda kənd.
Andreevka (Dağıstan)
Andreyevka – Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. Andreevka kəndi «„Bir may“» inzibati vahidliyinə daxildir. == Əhali == Əhalisi 326 nəfərdir (2010). Milli tərkibi: azərbaycanlılar, dargilər, tabasaranlılar. Dini baxımdan islam dininin həm sünni həmdə şiə məzhəbində etiqad edirlər.
Andreyevka (Dağıstan)
Andreyevka – Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. Andreevka kəndi «„Bir may“» inzibati vahidliyinə daxildir. == Əhali == Əhalisi 326 nəfərdir (2010). Milli tərkibi: azərbaycanlılar, dargilər, tabasaranlılar. Dini baxımdan islam dininin həm sünni həmdə şiə məzhəbində etiqad edirlər.
Dağıstan MSSR
Dağıstan Muxtar Sovet Sosialist Respublikası (qısaca: Dağıstan MSSR) — RSFSR tərkibində 1921–1993–cü illərdə mövcud olmuş Dağıstan Respublikasının adı.
Dağıstan Respublikası
Dağıstan Respublikası (rus. Республика Дагестан, avar. Дагъистан Жумгьурият, aqul. Дагъустан Жумгьурият, azərb. Дағыстан Республикасы‎, darg. Дагъистан Республика, qum. Дагъыстан Жумгьурият, lak. Дагъустаннал Республика, ləzg. Дагъустан Республика, noq. Дагыстан Республикасы, rut.
Dağıstan Yusifov
Yusifov Dağıstan Eynal oğlu (25 iyun 1942, Gığı, Qafan rayonu – 6 oktyabr 2018, Bakı) — Azərbaycan alimi. == Həyatı == Yusifov Dağıstan Eynal oğlu 1942-ci ildə anadan olmuş, 1959-cu ildə Qafan rayon Gığı orta məktəbi bitirmiş. 1960-cı ildə Qafan şəhərində Dağ mədən texnikomuna qəbul olmuş, 1962-ci ildə həmin texnikomu bitirərək həmin şəhərdə Dağ mədən axtarış idarəsində texnik mühəndis vəzifəsində çalışmışdır. 1964–1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin "Geoloji Coğrafiya fakültəsinin" coğrafiya müəllimi, coğrafiyaşünas ixtisası üzrə təhsil almışdır Kənd təsərrüfatı elmləri namizədi Dağıstan Eynal oğlu Yusifov 1970-ci ildən AEAda işləyir. O, 1983-cü ildən AEA-nın Rəyasət Heyətinin qərarı əsasən Torpaqşünaslıq və aqrokimya İnstitutundan AEA-nın nəzdində yaradılmış "Məhsuldar qüvvələr və təbii sərvəti öyrənən komissiyaya keçirildi. 1989-cu ildə həmin komissiyada yaradılmış torpaq və bitkiçilik şöbəsinə şöbə müdiri seçilib. 2003-cü ildən həmin komissiya bağlandıqdan sonra AMEAnın Rəyasət Heyətinin qərarı əsasında İqtisadiyyat İnstitutunda a.e.i. vəzifəsində çalışır. 41 il müddət ərzində 131 məqalə və tezisləri, 10 monoqrafiya, 4 metodik vəsait çap edərək ölkə iqtisadiyyatının regionlarda düzgün və səmərəli istifadəsində yaxından köməklik edir. D. Yusifov Respublikanın aktual problemləri barədə müntəzəm olaraq dövrü mətbuatda, həmçinin beynəlxalq elmi konfranslarda çıxış edir.
Dağıstan azərbaycanlıları
Dağıstan azərbaycanlıları — Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşayan Azərbaycanlılar. Yerli azsaylı xalq statusuna malikdirlər. == Məskunlaşma == 2010-cu ildə həyata keçirilmiş siyahıyaalınmaya əsasən rəsmi sayları 130.919 nəfər, 2002-ci ilə olan qeyri-rəsmi təxminlərə əsasən 200.000 nəfərdir. Rəsmən Dağıstan əhalisinin 4,50%-ni təşkil edirlər. Kompakt halda Dərbənd, Dağıstan İşıqları, Mahaçqala və Qızılyar şəhərlərində, Dərbənd, Tabasaran, Qızılyar, Məhərrəmkənd və Rutul rayonlarında yaşayırlar. Dərbənd rayonu: rayonun 38 kəndi və 2 qəsəbəsi var. Onların hər birində azərbaycanlılar yaşayırlar. Kəndlərdən 16-sı tamamilə azərbaycanlılardan ibarətdir və monoetnik tərkibə sahibdir. Bu kəndlərdən əlavə daha 8 kənddə əhalinin yarıdan çoxu etnik azərbaycanlılardan ibarətdir. Qalan kəndlərdə isə azərbaycalılar azlıqdadırlar: Bərəkəy, Dəliçoban, Vəlikənd, Yuxarı Calğan, Aşağı Calğan, Sabnova, Cəmikənd, Zidyan-Qazmalar, Zidyan, Mitəhi-Qazmalar, Mitəhi, Qala, Muğartı, Müzayim, Padar, Kommuna, Rükəl, Tatlar, Qaradağlı, Bilhədi, Belici (kənd), Ərəblər, Hecux, Çinar, Nüğdi, Rubas, Səlik, Ullu-Tərəkəmə, Xəzər.
Dağıstan bayrağı
Dağıstan Respublikasının bayrağı Rusiya Federasiyasının Dağıstan Respublikasının dövlət simvoludur. == Bayrağın rəngləri == 19 noyabr 2003-cü il tarixli 27 saylı "Dağıstan Respublikasının Dövlət Bayrağı haqqında" Dağıstan Respublikası bayrağının rəngləri bunlardır:. == Simvolu == Yaşıl rəng həyatı, Dağıstan torpağının bolluğunu təcəssüm etdirir və eyni zamanda İslamın ənənəvi rəngi kimi çıxış edir (Dağıstanlı möminlər əsasən sünni müsəlmanlardır). Mavi rəng dənizin rəngi (respublikanın şərq hissəsi Xəzər dənizi ilə yuyulur), Dağıstan xalqının gözəlliyini və böyüklüyünü simvollaşdırır. Qırmızı rəng demokratiya, həyat yaratmaq prosesində insan zehninin işıqlandırıcı gücü, Dağlar ölkəsi (Dağıstan) əhalisinin cəsarəti və şücaəti deməkdir. == Tarixi == === Şimali Qafqaz imamlığı === === Şimali Qafqaz əmirliyi === Rusiya imperiyası dövründə Çeçenistanın əksəriyyəti Qroznı ilə birlikdə Terek vilayətinin bir hissəsi idi və öz simvollarına malik deyildi. 1919-cu ilin sentyabrında Çeçenistanın Vedeno kəndində əmir Uzun-Hacı Saltinski Şimali Qafqazın müstəqilliyini və Dağıstanın dağlıq bölgələrini, dağlıq Çeçenistanı və İnquşetiyanın bir hissəsini özündə birləşdirən Şimali Qafqaz əmirliyinin yaradıldığını elan etdi. Əmirlik, Osmanlı imperatorluğunun protektoratı altında Şəriət monarxiyası olaraq yaradıldı. Şimali Qafqaz əmirliyinin bayrağı ağ aypara və üzərində üç ulduz olan yaşıl parça idi. Görüntülərdə bayrağın uzunluğunun eninə nisbəti 2:1-ə yaxındır.
Dağıstan hökuməti
Dağıstan höküməti — 1919-cu ilin yazında Dağıstan vilayətində yaradılmış hökumət. Dağıstan vilayəti Rusiya imperiyasının Şimali Qafqazı işğalı zamanı Qafqaz canişininin 1860-cı il aprelin 5-də təsdiq etdiyi "Dağıstan vilayətinin idarə edilməsi haqqında əsasnamə"yə uyğun olaraq yaradılmışdı. == Yaranması == 1919-cu ilin yazında Dağıstan vilayətində yaradılmışdır.Qafqaz canişininin 1860-cı il aprelin 5-də təsdiq etdiyi "Dağıstan vilayətinin idarə edilməsi haqqında əsasnamə"yə əsasən yaradılmışdı.Vilayətin əhalisi 1917-ci ilin sonunda, Sovet Rusiyasının bolşevik hakimiyyətini qəbul etməyərək, Şimali Qafqazın digər xalqları, ilk növbədə Terek vilayətinin əhalisi ilə birlikdə müstəqil dövlət yaratmaq uğrunda mübarizəyə qalxdı.1918-ci il mayın 11-də Dağıstan və Terek vilayətlərinin əhalisini təmsil edən ictimai xadimlər Şimali Qafqaz Dağlılar Xalqları İttifaqı Respublikası (Dağlılar Respublikası) yaradılmasını elan etdilər.Elə bu zamandan bu respublikanın Azərbaycanla sıx ittifaq yaratması, hətta bir dövlətdə birləşməsi təklifləri irəli sürülməyə başlandı. == Azərbaycanla ilə əlaqələri == 1919-cu il aprelin əvvəlində Denikin Könüllü ordusu Terek vilayətini işğal etdikdən sonra, Dağıstanda artıq süqut etməkdə olan Dağlılar Respublikasından ayrılıb Azərbaycana birləşmək ideyası sürətlə yayılmağa başladı.Dağıstanın ictimai xadimləri Azərbaycan Xalq Cümhuriyyətinin Dağlılar Respublikasındakı diplomatik nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevə müraciətlər edərək, bu haqda Azərbaycan hökumətinin prinsipial razılıq verməsini xahiş etdilər.Haqverdiyevin aprelin 15-də xarici işlər naziri Məmməd Yusif Cəfərova göndərdiyi məlumatda bildirilirdi ki, Dağıstanın 10 dairəsindən 4-ü açıq şəkildə Azərbaycana birləşmək tərəfdarıdır, qalanları isə bunu gizlində arzu edirdilər.Dağıstanlı zabitlər, o cümlədən Dağlılar hökumətində hərbi nazirin müavini olmuş general M.Xəlilov da bu mövqedən çıxış edirdilər. == Diplomatik münasibətlər == Denikin ordusunun cənuba doğru irəliləməsi ilə əlaqədar Dağıstanda Azərbaycana birləşmək tərəfdarları da sürətlə artırdı.Kürə, Qaytaq, Tabasaran, Avar və Dərbənd bölgələrini təmsil edən nümayəndələr tarixən, həm də iqtisadi cəhətdən Azərbaycanla sıx bağlı olduqlarını bildirir və siyasi ittifaq yaradılmasını zəruri sayırdılar.Aprelin 29-da Temirxan-Şurada Dağıstanın Azərbaycana birləşdirilməsi məsələsi Dağlılar parlamenti üzvlərinin, zabitlərin, ruhanilərin və ziyalıların birgə iclasında müzakirə edildi.Zabitlər Denikinə qarşı mübarizənin davam etdirilməsini və hərbi əməliyyatlar başa çatdıqdan sonra Dağıstanla Azərbaycanın federasiya və ya konfederasiya formasında birləşməsini təklif etdilər.Dağıstan deputatlarının lideri Məhəmməd Qazi Dibirov, nüfuzlu din xadimi Şeyx Uzun Hacı da bu təklifə tərəfdar çıxdılar. 1919-cu il mayın 5-də Bakıdakı müttəfiq qoşunlarının komandanı general Tomson da Fətəli xan Xoyski ilə görüşündə Dağıstanın iqtisadi, topoqrafik və digər cəhətlərdən Azərbaycanla bağlı olduğuna görə, onun Azərbaycan Xalq Cümhuriyyətinə birləşdirilməsini labüd saymışdı. == Hökumətin süqutu == Dağıstanın öz taleyini Azərbaycanla bağlamaq üçün addımlar atması, müttəfiqlərin bu məsələyə müsbət yanaşması Denikinin bölgədə fəallaşmasına, təxribatçılıq fəaliyyətini gücləndirməsinə səbəb oldu. Əhalinin rəğbətini qazanmaq üçün Dağıstana yerli özünüidarəçilik verilməsi vəd edildi, Denikin ordusunun bölgədə başlıca vəzifəsinin bolşeviklərlə mübarizə olduğu bildirildi. Yüksək rütbəli dağlı zabitərinin Şimali Qafqazın müsəlman bölgələrinin idarəsinə cəlb edilməsi isə zabit heyətinin mövqeyində dəyişiklik yaratdı. Belə bir şəraitdə mayın 12-də Pşemaxo Kotsevin başçılıq etdiyi Dağlılar hökuməti istefa verdi.Parlament zabitlərin təzyiqi ilə yeni hökumətin təşkilini general M.Xəlilova tapşırdı.General Xəlilov Denikinin nümayəndəsi ilə danışıqlara girdi, Dağlılar Respublikası hökumətini buraxdı və ayrıca Dağıstan hökuməti yaradıldığını elan etdi.
Dağıstan iqtisadiyyatı
Dağıstan iqtisadiyyat — Rusiya Federasiyasında göstəricisinə görə 35-ci yerdədir. (2010).Dağıstan Şimali Qafqaz iqtisadi rayonuna daxildir. Kənd təsərrüfatı məhsullarının həcmi sənaye məhsullarının həcmini dəyərinə görə 2 dəfə üstələyir. Rusiya iqtisadiyyatında Dağıstan üzüm (Rusiya üzrə təqr. 25%, 2004) və tərəvəz (4,9%) yığımına, konyak (18,9%), Şampan şərabları və köpüklənən şərablar (11,4%) istehsalına, davarın sayına (24,1%) görə fərqlənir. ÜRM-in strukturunda (2003,%) k.t.-nın payı 28,3, ticarət, əmtəə və xidmətlərin satışı üzrə kommersiya fəaliyyəti –18,0, qeyri-bazar xidmətləri – 17,1, sənaye – 12,9, tikinti – 9,8, nəql. və rabitə – 7,5, digər sahələr – 6,4. Mülkiyyət formasına görə müəssisələrin nisbəti (təşkilatların sayına görə, 2004,%): özəl 58,3, dövlət və bələdiyyə 37,2, ictimai və dini təşkilatlar (birliklər) 0,2, digər mülkiyyət formaları 4,3. İqtisadi fəal əhali 1090 min nəfərdir, onların 75,8%-i iqtisadiyyatda çalışır. Məşğulluğun sahəvi strukturu (%): k.t.
Dağıstan kəklikotu
== Ümumi yayılması == Qafqaz. == Azərbaycanda yayılması == Şamaxı rayonunda (Kızıldərə, Astarxan kəndi yaxınlığında) rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir.VU C2a(i). == Bitdiyi yer == Yamaclarda, günəş düşən açıq sahələrdə bitir. == Təbii ehtiyyatı == Azərbaycanda arealı dardır. == Bioloji xüsusiyyətləri == Çoxsaylı, meyvəsiz, sürünən zoğları olan yarım¬kol-cuqdur. Çiçəkli zoğları düz dayanan, hündürlüyü 7-15 sm, sıx, qısa tücüklüdür. Yarpaqları uzunsovlansetvari və ya əks-yumurtavari, uzun¬luğu 6–10 mm, eni 2–3 mm, çox cod, çılpaq, az bilinən nöqtəli vəzicikli, kənarları tükcüklüdür; yan damarcıqları alt tərəfində üstə çıxandır. Çiçək qrupu başcıqlı, möhkəmdir. Kasacığın uzunluğu 4–5 mm, sıx və qısa tükcüklüdür; yuxarı dişcikləri üçkünc, kənarları tükcüklüdür.
Dağıstan kərtənkələsi
Dağıstan kərtənkələsi (lat. Darevskia daghestanica) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Uzunluğu 65-70 mm, quyruğu isə iki uzundur. Yuxarı hissəsinin rəngi yaşıl, qəhvəyi və ya boz-küll olur. Əsasən Dağıstanın alp qurşağında, qayalıqlar üzərində, nəm daxili dağlıq və Yüksək dağlıq ərazilərində rast gəlinir. Günlük fəal həyat sürürlər. Sentyabr-oktyabr aylarından başlanan qişlama dövrü aprel ayına qədər çəkir. Əsasən bunlarla qidalanırlar: İkiqanadlılar, Kəpənəklər, Zərqanadlılar, Sərtqanadlılar, Düzqanadlılar və Hörümçəklər. == Klassifikasiya == Əvvəllər bu növ Qafqaz kərtənkələsinin bir yarımnövu(Darevskia caucasica) kimi qəbul edilirdi. Sonradan növ olması təstiqlənmiş və Darevskia caucasica daghestanica adı verilmişdir.
Dağıstan memarlığı
Dağıstan memarlığı—Dağıstan incəsənətinə məxsus bir sahə. == Ümumi məlumat == Erkən orta əsrlərdən hunların Varaçan şəhərinin (İzberbaş ş. yaxınlığında Urtseki şəhərciyi: müdafiə divarları, hamamlar, bütpərəst məbədləri), xəzərlərin paytaxtı Səməndərin (Tarki k. yaxınlığında) xarabalıqları saxlanılmışdır. Cənub-şərqi Avropadan Ön Asiyaya əsas karvan yolunun – Xəzəryanı keçidin önündəki böyük Dərbənd müdafiə sisteminin daş divarları və qalaları (uzunluğu 40 km-dən çox) VI əsrə aiddir. Şərq ölkələri ilə əlaqələrin olması Dərbənd memarlığına təsir göstərmişdir: VI əsrin müdafiə tikiliəri Sasanilər dövrü İranı ilə, VIII–XIX əsrlərin memarlığı ərəb-müsəlman mədəniyyəti (Cümə məscidi) ilə, XIV–XV əsrlərin memarlığı Şirvan ilə bağlı olmuşdur. Yuxarı Çirkey şəhər yerindəki (xəzərlərin Bələncər ş.) və Dərbənddəki kilsə xarabalıqları (hamısı VI–VIII əsrlər) Qafqaz Albaniyasından keçən xristianlığın erkən təzahürləridir. Dağıstanın dağlıq rayonlarında kobud yonulmuş daşlardan inşa edilmiş çoxlu müdafiə tikililəri saxlanılmışdır: müxtəlif təyinatlı dairəvi və kvadrat qüllələr (Xorecaulunda gözətçi qülləsi). XVI–XVII əsrlərə aid qalalar Dağıstandanda çox rast gəlinir (Xuçni, Axtı,Kumux, Xarba-Quran aullarında). Əsrlər boyunca Dağıstanda, əsasən, xalq memarlığı inkişaf etmişdir.
Dağıstan rusları
Dağıstan rusları — 2002-ci il siyahıyaalmasına görə ruslar respublikanın beşinci və ya altıncı ən böyük əhali qrupudur. 2010-cu il siyahıyaalınmasına görə isə səkkizinci etnik qrupdur. Dağıstanda aparılan siyahıya alınmaya əsasən rusların sayı 104.020 nəfər və ya əhalinin 3.57% olaraq qeydə alınmışdır. Dağıstanın ümumi şəhər əhalisinin 50%-dən az olmasına baxmayaraq rusların 80% -dən çoxu şəhərlərdə yaşayırlar. == Tarixi == Çağdaş Dağıstan Respublikası ərazisindəki ilk rus məskəni 1588-1589-cu illərdə Terek çayının mənsəbində qurulmuş Terski qalası (Tersk şəhəri) idi. 1813-cü ildə bütün bölgənin Rusiya İmperiyasına daxil edilməsindən sonra ruslar Terekdən cənubda da yayılmağa başladılar. O dövrdən etibarən rus dili millətlərarası ünsiyyət dili olaraq bütün Dağıstan və Cənubi Qafqazda yayılmağa başladı. Kəndli rus əhalisi uzun müddət respublikanın bir hissəsi olmayan Terek deltasında cəmləşməyə davam dirdi. Sovet hakimiyyətinin ilk onilliklərində Rusiya Sovet Federativ Sosialist Respublikasının digər bölgələrindən çox sayda rus mütəxəssisi Terekin cənubundakı şəhərlərə köç edir. Respublikadfakı rusların maksimum payı 1950-ci ildə, Dağıstan əhalisinin 20,1% -ni (213,8 min nəfər) ruslar təşkil etdiyi zaman qeydə alınır.
Dağıstan sürvəsi
Dağıstan sürvəsi (lat. Salvia canescens) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Dağıstan teatrı
1910–20-ci illərdə Dağıstanın ayrı-ayrı kəndlərində həvəskar dram dərnəkləri yaranmış və sonralar onların əsasında peşəkar teatrlar formalaşmışdır. Mahaçqalada M. Qorki adına Respublika Rus Dram Teatrı (1925), Qumuq Musiqili Dram Teatrı (1930, 1955 ildən A.P. Salavatov ad.), Lak Musiqili Dram Teatrı (1935, 1952 ildən Ə. Kapiyev ad.), Avar Musiqili Dram Teatrı (əsası 1935-ci ildə Xunzax k.-ndə qoyulmuşdur, 1951-ci ildən H. Sadasa ad.), Kukla teatrı (1941), Opera və balet teatrı (1999), Dərbənddə Azərbaycan Dram Teatrı (1930), S. Stalski ad. Ləzgi Musiqili Dram Teatrı (1938), Tatteatrı (1962); İzberbaşda O. Batıray ad. Dargin Musiqili Dram Teatrı (1961). Tabasaran dram teatrı (2001) fəaliyyət göstərir. Dağıstanın müxtəlif illərin teatr sənəti xadimləri arasında A.A. Maqayev, Z.N. Nəbiyeva, M.A. Abdulxalıqov, P.X. Xizroyeva, B.M. İnusilov, N.M. İbrahimov, N.M. Əliyev, Q.İ. İsayev və b. var. 1935-ci ildə Sovkralak aulunun sakinləri A. Abakarov, Y. Hacıqurbanov, M. Zakirbəyov və S. Qurbanov Mahaçqala da kəndirbazlar sənətinin özünəməxsus ənənələrini inkişaf etdirən “4 Sovkra” peşəkar kollektivini yaratmışlar. 1947-ci ildən kollektiv iki müstəqil qrupa (“Dağıstan kəndirbazları” və “Sovkra”) bölünmüşdür. 1984-cü ildə Mahaçqalada Dağıstan teatrlar tarixi muzeyi açılmışdır.
Dağıstan vilayəti
Dağıstan vilayəti (rus. Дагестанская область) — Cənubi Qafqazda, Rusiya imperiyası və SSRİ (RSFSR–də) tərkibində, 1860–1917–ci və 1919–1921–ci illərdə mövcud olmuş inzibati ərazi vahidi. İnzibati mərkəzi 1860–1866–cı illərdə Dərbənd, 1866–1917–ci və 1919–1921–ci illərdə isə Temirxan–Şura şəhəri olmuşdur.
Dağıstan xalqları
Dağıstan xalqları == Dağıstan xalqları == === Nax-Dağıstan xalqları === Ağullar Axaxlar Andilər Arçinlər Avarlar Baqullar Bejtilər Botlixlər Çamalalılar Çeçenlər — kompakt şəkildə Xasavyurt və Novolak rayonlarında yaşayırlar. Dargilər Ginuxlar Hunzeblər Xvarşinlər Karatinlər Qodoberilər Laklar Ləzgilər Rutullar Saxurlar Sezlər Tabasaranlılar Tindallar === Türkdilli xalqlar === Azərbaycanlılar — kompakt şəkildə Dərbənd (58,1%), Tabasaran (19%), Rutul (4%) və Qızılyar (3 %) rayonlarında yaşayırlar.
Dağıstan İşıqları
Dağıstan İşıqları (rus. Дагестанские Огни, ləzg. Дагъустандин ЦIаяр, tab. Дагъустнан ЦIаяр, aqul. Дагъустандин Цlаяр) ― Rusiya Federasiyasının Dağıstan Respublikasında şəhər. Xəzər dənizinin sahilində, dəniz səviyyəsindən 35 metr yüksəklikdə, Baraftau dağından şimal-şərqdə, paytaxt Mahaçqalanın 118 kilometr cənub-şərqində yerləşir. Coğrafi baxımdan Dərbənd rayonunun keçmiş ərazisində qurulub və onun tərəfindən tamamilə əhatə edilib. Dərbənd şəhərinə yaxınlığı baxmından Dərbəndin "peyk şəhəri" də hesab edilir. Dağıstanın ən cavan və səkkizinci ən iri şəhəridir. Tarix boyu bura təbii qaz yataqları ilə bölgədə məşhur idi.
Dağıstan ədəbiyyatı
Dağıstan ədəbiyyatı — Rusiya Federasiyasının Dağıstan Respublikasında şair və yazıçıların Dağıstan mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri. Dağıstan xalqlarının ədəbiyyatı avar, dargin, qumuq, ləzgi, lak, noqay, tabasaran, tat, həmçinin rus dillərində inkişaf edir. == Tarixi == VII əsrdən Dağıstan mədəniyyəti ərəb-müsəlman ənənəsinin təsiri altında olmuşdur. X əsrdə ərəb, türk və fars dillərində dini ədəbiyyat janrları geniş yayılmağa başladı: agioqrafik abidələr ("Əbu Müslümün tarixi"), xronikalar ("Dərbəndnamə", "Dərbənd və Şirvanın tarixi"), mövludlar (Məhəmməd peyğəmbərin həyatı haqqında), nəsihətamiz əsərlər və sair. XVIII əsrdən başlayaraq avar, sonralar isə başqa ədəbiyyatlarda da ərəb qrafikası əsasında yazı sistemi (əcəm) formalaşdı. XVIII əsrin sonu – XI əsrin əvvəllərində nüfuzlu ərəbdilli ənənə tədricən milli dillərdə poetik yaradıcılıq ilə əvəz olundu. Bu dövrün ədəbi təmsilçilərinə misal olaraq qumuqlar Endereyli Mama Qişi, Yaxsaylı Yusif Kadi; tabasaranlar Kaluk Mirzə, Hacı Səid Zirdəqli; noqaylar Sarkınbay Krımlı, İsmayıl Majarlı; tatlar İlişayğa ben Şomoila, Livi ben MişiNaq dimu və başqalarının adlarını çəkmək olar. Bu dövrdə folklorla sıx bağlı olanaşıq poeziyası geniş yayılmışdı. XIX əsrin ikinci yarısında milli ədəbiyyatlar formalaşmağa başladı. Avarlar Batlaiçli Tacəddin, İnxolu Əli Hacı, Kaxab-Rosolu Mahmud; qumuq İrçi Qazaq; darginlər Omarla Batıray, Mungi Əhməd; ləzgi Yetim Emin və Kürklidən lak şairə Şazanın poeziyası sosial problemlərə diqqət yetirmələri ilə seçilirdi.
Dağıstan əhalisi
1 yanvar 2013-cü il tarixinə olan rəsmi təxminə əsasən Dağıstan Respublikasının daimi əhalisi 2.946.303 nəfərdir.
Dağıstan əməliyyatı
Dağıstan əməliyyatı, Dağıstan müharibəsi və ya Dağıstanın işğalı. 1999-cu ildə Rusiya Federasiyası tərəfindən Birinci Çeçen-Rus Müharibəsinin qisasını almaq üçün həyata keçirilmiş olan hərbi əməliyyat. == Əvvəli == 1991-ci ildə SSRİ ərazisində iğtişaşlar başladı. Müstəqillik istəyən çeçen xalqı silahlanmağa başladı. Bunun nəticəsində Birinci Çeçen-Rus Müharibəsi başladı. Müharibə çeçenlərin qələbəsi ilə nəticələndi. Bu Rusiyanın hakimiyyətinə, uğurlarına və nüfuzuna ciddi bir zərbə endirdi. Bunun qisasını almaq istəyən ruslar əraziyə 17.000 nəfərlik Spetsnaz adlanan xüsusi qrupu hazırladılar. == Hərbi əməliyyatlar == Ruslar mütəşəkkil bir şəkildə helikopterlər vasitəsilə yerə endirildilər. Say və təchizat baxımından çox üstün olan ruslar çeçen düşərgələrini bir-bir ələ keçirərək çeçenləri blokadaya alaraq onlara kənardan kömək gəlməsinin qarşısını aldılar.
Marağa (Dağıstan)
Marağa – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Marağa kəndi «„Marağa kənd sovetliyinə“» daxildir. == Əhali == Milli tərkibi: Azərbaycanlılar. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər. 2010-cu ildə əhalisi 1791 nəfər təşkil etmişdir. == Tarixi == Kəndin tarixi mənbələrdə VII əsrdə salınması qeyd edilir. Elə ilk yazılı mənbələrdə bu əsrə aiddir. O zaman kənd əlalisinin Ərəbistan yarımadasından gəlməsi qeyd edilir. Mağaralıların Altaydan gəlmiş türk qəbilələri olmaları qeyd edilir.
Qumuq (Dağıstan)
Qumuq (lak. Гъумук, Гъумучи) — Dağıstan Respublikası, Lak rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Lak rayonunun və Qumuq kənd sovetliyinin mərkəzidir. Qumuq kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. == Etimologiyası == «Qumuq» toponimi türk dilli «Qumuq-Atıköz» meydana gəlmişdir. Düzənlik ərazidə yayılmış olan sabir türklər daha sonra Dağıstanın dağlıq ərazilərinə köç etmiş və burada Sabir dövlətini qurmuşlar. Özlərinə isə Qumuq və Qunzaq kimi əraziləri bir dayam məntəqəsi etmişlər. Lak dilində Bolqar dilinin alt təbəqəsi hiss edilir və Hun-Savir türk dilinin qalıqları ortaya çıxır. Qumuquq adlandırılmasında laklar «Lak» və ya «Lakral klanu» (Lakların yeri) adından istifadə edirlər. Qonşu kəndlərin «Lacral şaqirurdu» adından istifadə etməsi bu ərazilərin laklara mənsub olması anlamında işlədilirdi.
Abdulla Dağıstani
Abdullah Dağıstani (14 dekabr 1891, Dağıstan vilayəti – 30 sentyabr 1973, Dəməşq) — türk sufi. == Həyatı == Dağıstanın Ganep kazasındaki Kikunu kəndində ( Şeyx Şamil 'in Gimri kəndinə yaxın), həkim ailəsində dünyaya gəlmişdir. Atası həkim, qardaşı isə Rusiya ordusunda ümumi cərrah idi. 1900-cü illərdə kənd əhalisi Osmanlı dövlətinə köç etdilər. Bursada bir il qədər qaldıqdan sonra, Dağıstanlı qaçqınlar ilə birlikdə Güneyköy, Yalova 'ya (köhnə REŞADİYE) daşınıb orada özlərinə yeni bir kənd inşa etdilər. Mənəvi yolda bir Nakşibendiyye mürşidi olan dayısı Şerafeddin Dağıstaninin şagirdi olmuşdur. Dövründə çox məşhur şəxs idi. 1910-cu ildə Halime xanımla evləndi. 1915-ci ildə Çanaqqalada Osmanlı ordusunda vuruşdu və ağır yaralandı. 1936-cı ildə Şərafəddin Dağıstaninin vəfatından sonra Misirdən başsağlığı istəmək niyyəti ilə Resadiye kəndinə br heyət gəldi.
Aslan xan Dağıstani
Aslan xan Dağıstani — XVIII əsrin əvvəllərində Səfəvi məmuru. Şah Hüseynin (1694-1722) dövründə ləzgi mənşəli Kuhgiluyə (1702–1708) və Astarabad bəylərbəyi. 1708/09-cu ildə Astarabada vəzifəyə gəldi və vəzifəyə başladığı dövrdə Sayfca şəhərindən olan üsyançıların köməyilə yönləndirilən türkmənlərin hücumları ilə təhdid edildi. Xəbərdən həyəcanlı olan Səfəvi hökuməti daha sonra Aslan xanı 2 minlik qoşunla düşmənlə mübarizə aparmaq üçün göndərdi. Prof. Rudi Mateyə görə qardaşı Fətəli xan Dağıstaninin baş vəzir olaraq vəzifəyə gətirildiyi zaman vəzifədə qalması "ehtimal olunur". Oğlu Məhəmməd xan 1708/9-cu ildə Herat bəylərbəyi oldu. == İstinadlar == == Mənbələr == Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008.
Azərbaycan, Dağıstan və Zakaspi həmkarlar ittifaqlarının qurultayı (1919)
Azərbaycan, Dağıstan və Zakaspi həmkarlar ittifaqlarının birgə keçirdiyi qurultay. == Qurultayın təşkili == 1919-cu il, aprelin 7–15-də Bakıda keçirilmişdir. Qurultay bolşeviklərin təsiri altında olan Azərbaycan həmkarlar ittifaqlarının təşəbbüsü ilə çağırılmışdır. Qurultayda Bakı, Gəncə, Tiflis, Port-Petrovsk, Dərbənd, Krasnovodsk və Qızıl Arvaddan olan 30 həmkarlar ittifaqından 146 nümayəndə iştirak edirdi. == Qurultayın gedişi == Qurultayda İ. Anaşkin həmkərlar ittifaqlarının vəzifələri haqqında məruzə etdi. Bütün məsələlər üzrə bolşeviklərin təklif etdiyi qətnamələr qəbul edildi. Qurultayın bolşevik fraksiyası bitərəf nümayəndələrin əksəriyyətini öz tərəfinə çəkərək həmkarlar ittifaqları hərəkatında kommunist partiyası proqramının qəbul edilməsinə nail oldu. Azərbaycan sol eserlərindən bəziləri də qurultayda bolşeviklərə tərəfdar çıxdılar. Qurultay fəhlələri sovet hakimiyyəti uğrunda mübarizə yolunu tutmağa çağıran qətnamə qəbul etdi. Qurultayda seçilən Qafqaz ölkə həmkarlar ittifaqları mərkəzinin heyətinə bolşeviklərdən B. Ağayev, İ. Anaşkin, F. Qurbanov,Ə. Qarayev və b.
Azərbaycan Xalq Cümhuriyyəti - Dağıstan ittifaqı
Dağıstanın Azərbaycan Xalq Cümhuriyyətinə birləşməsi — Dağıstanın Azərbaycanla birləşmək uğrunda mübarizəsi. == Zəmin == 1919-cu il aprelin əvvəlində Denikinin Könüllü ordusu Terek vilayətinin işğalını əsasən başa çatdırdı. Bundan sonra Dağıstanda Dağlılar Respublikasından ayrılıb Azərbaycana birləşmək ideyası sürətlə yayılmağa başladı. Dağıstanın ictimai xadimləri Azərbaycan Xalq Cümhuriyyətinin Dağlılar Respublikasındakı diplomatik nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevə müraciətlər edərək, bu haqda Azərbaycan hökumətinin prinsipial razılıq verməsini xahiş etdilər. Haqverdiyevin aprelin 15-də xarici işlər naziri Məmməd Yusif Cəfərova göndərdiyi məlumatda bildirilirdi ki, Dağıstanın 10 dairəsindən 4-ü açıq şəkildə Azərbaycana birləşmək tərəfdarıdır, qalanları isə gizlicə bunu arzu edirlər. Dağıstanlı zabitlər, o cümlədən Dağlı Respublikasında hərbi nazirin müavini olmuş general H.M.Xəlilov da bu mövqedən çıxış edirdilər. Könüllü ordunun cənuba doğru irəliləməsi ilə əlaqədar Dağıstanda Azərbaycanla birləşmək tərəfdarları sürətlə artırdı. Kürə, Qaytaq, Tabasaran, Avar və Dərbənd bölgələrini təmsil edən nümayəndələr tarixən, həm də iqtisadi cəhətdən Azərbaycanla sıx bağlı olduqlarını bildirir və siyasi ittifaq yaradılmasını zəruri sayırdılar. Aprelin 29-da Dağıstanın Azərbaycana birləşdirilməsi məsələsi Dağlılar Respublikası parlamenti üzvlərinin, zabitlərinin, ruhanilərinin və ziyalılarının birgə iclasında müzakirə edildi. Zabitlər Könüllü orduya qarşı mübarizənin davam etdirilməsini və hərbi əməliyyatlar başa çatdıqdan sonra Dağıstanla Azərbaycanın federasiya və ya konfederasiya formasında birləşməsini təklif etdilər.
Dağıstan (Hacıyev) kəklikotu
Dağıstan Dövlət Kukla Teatrı
Dağıstan Dövlət Kukla Teatrı — Dağıstanın paytaxtı Mahaçqala şəhərində dövlət kukla teatrı. == Tarixi == Kukla Teatrının açılışı Böyük Vətən müharibəsindən bir az əvvəl - 30 aprel 1941 -ci ildə baş tutdu. Həmin ilin avqust ayında Dağıstan Muxtar Sovet Sosialist Respublikası Hökumətinin Kukla Teatrının açılması haqqında Fərmanı verildi. 1944-cü ildə Rusiya xalq nağılı "Qoğal"a əsaslanan tamaşa ilə debüt edən Kumuk aktyor qrupunun yaradılması Teatr üçün əlamətdar oldu. 1940-cı illərin sonlarında Teatra yüksək rejissor təhsilli, yaradıcılıq sahəsində böyük təcrübəsi olan peşəkar rejissor Zitta Vyaçeslavovna Ladonkina rəhbərlik edirdi. Teatrın yaradıcı qrupunun işi nəzərəçarpacaq dərəcədə canlandı və uğurlu nəticələr verməyə başladı. 1950-1960-cı illərdə Teatrın repertuar siyasəti Dağıstan dramaturqları: A.Əcəmətov, A.İbrahimov, Ş.Abdullayev, A.Abakarov və başqaları ilə fəal əməkdaşlığa yönəlmışdi. Teatrın qastrol coğrafiyası da genişləndi. Dağıstan kukla teatrı Zaqafqaziya respublikalarına, Həştərxan vilayətinə, Krivoy Roq, Elista, Nalçik, Qroznı və s. bölgələrə səfərlər edirdi.
Dağıstan Dövlət Pedaqoji Universiteti
Dağıstan Dövlət Pedaqoji Universiteti (rus. Дагестанский государственный педагогический университет (ДГПУ)) — Rusiya Federasiyasının Dağıstan Respublikasında pedaqoji sahədə mütəxəssislər hazırlayan ali təhsil müəssiəsi. == Tarixi == Universitetin əsası 12 noyabr 1917-ci ildə qoyulmuşdur. == Filialı == Universitetin filialı Dərbənd şəhərində yerləşir.
Dağıstan Dövlət Təbiət Qoruğu
Dağıstan Dövlət Təbiət Qoruğu — Dağıstan Respublikasında, Xəzər dənizinin şimal qərb sahilindədir. Sahəsi 190 km² (o cümlədən 0,093 km2dəniz akvatoriyası). 1987-ci ilin 09 yanvarında Qızlar körfəzi sahəsinin və nadir təbiət törəməsi Sarıqum barxanının qorunması və öyrənilməsi məqsədilə yaradılmışdır. Qoruq Tarumovka və Buynaksk rayonlarının ərazisində yerləşir. 2009-cu ildə üç federal yasaqlıq: "Aqrahan", sahəsi 39000 ha, "Samur", sahəsi 11200 ha və "Tlyara", sahəsi 83500 ha qoruğun ərazisinə daxil edilmiş. Qızlar körfəzinin sahil zolağını çoxlu limanlarla parçalanmış alçaq düzənliklər tutur. Körfəzdə zəngin su bitkisi, sualtı çəmənlər var. Sarıqum — Rusiya və Avrasiya materikində ən böyük dyundü. Onun mütləq hündürlüyü 262 metrdir. Ərazinin iqlimi kontinentaldır.
Dağıstan Dövlət Universiteti
Dağıstan Dövlət Universiteti — Dağıstanın ən böyük ali təhsil müəssisələrindən biridir, böyük bir elm və mədəniyyət mərkəzidir. 1931-ci ildə Dağıstan Dövlət Pedaqoji İnstitutu olaraq qurularaq 1957-ci ilə qədər Dağıstanın Xalq şairi Süleyman Stalskinin adını daşımışdır. Dağıstan Dövlət Universitetinə 16 elmi və təhsil mərkəzi, 18 fakültə, 97 şöbə, 4 şöbə, 2 muzey (bioloji və tarixi), fundamental kitabxana, bioloji stansiya və planetariya daxildir. Universitetdə 3000 -ə yaxın müəllim və işçi çalışır. == Ümumi məlumat == Universitetə ​​daxildir: 18 fakültə; 2 institut; 9 filial; 86 şöbə; 2 muzey: bioloji və tarixi; herbari 2.500.000 -dən çox cilddən ibarət elmi kitabxana; bioloji stansiya; planetarium. == Tarixi == 8 oktyabr 1931-ci ildə Dağıstan MSSR Xalq Komissarları Şurası "Dağıstan aqro-pedaqoji institutunun açılması haqqında" qərar qəbul etdi. İnstitutun açılışı Oktyabr inqilabının 14-cü ildönümünə təsadüf etdi. Noyabr, 1914-cü ildə Pedaqoji İnstitutda dərslər başladı. İnstitutun ilk ilində 75 tələbə qəbul edildi, onlara 10 müəllim tərəfindən dərs verilirdi. 1931-ci ildə institutda 3 şöbə açıldı: sosial-ədəbi, kimyəvi-bioloji fiziki və texniki.Çətin maddi şərtlərə, iş yerlərinin və yataqxanaların olmamasına baxmayaraq, tələbələrin çoxu birinci tədris ilini uğurla başa vurdular.
Dağıstan Konserti (1964)
Dağıstan Muxtar Respublikası
Dağıstan Respublikası (rus. Республика Дагестан, avar. Дагъистан Жумгьурият, aqul. Дагъустан Жумгьурият, azərb. Дағыстан Республикасы‎, darg. Дагъистан Республика, qum. Дагъыстан Жумгьурият, lak. Дагъустаннал Республика, ləzg. Дагъустан Республика, noq. Дагыстан Республикасы, rut.
Dağıstan Muxtar Sovet Sosialist Respublikası
Dağıstan Muxtar Sovet Sosialist Respublikası (qısaca: Dağıstan MSSR) — RSFSR tərkibində 1921–1993–cü illərdə mövcud olmuş Dağıstan Respublikasının adı.
Dağıstan Respublikası Milli Kitabxanası
Rəsul Həmzətov adına Dağıstan Respublikası Milli Kitabxanası — Dağıstan Respublikasının əsas milli kitabxanası. Kitabxana fondlarında respublika, rus və xarici nəşrlər saxlanılır və oxuculara təqdim edilir. Onun fondlarına 700 mindən çox nüsxə daxildir. 1997-ci ilə qədər A.S.Puşkin adına Dağıstan Respublika Kitabxanası adlanmışdır. 2004-cü ildən kitabxanaya Dağıstanın xalq şairi Rəsul Həmzətovun adı verilmişdir. == Tarixi == Kitabxana rəsmi olaraq 9 may 1900-cü ildə Port-Petrovskda (indiki Mahaçqalada) yerli ziyalıların maliyyə vəsaiti hesabına təşkil edilmişdir. Kitabxana ilk dövrlər Petrovsk Şəhər Xalq Kitabxanası adını daşımışdır. Kitabxana ilk dövrlər ictimai və könüllü əsaslarla fəaliyyət göstərmişdir. Kitabxananın fondunda yerli ziyalıların, məmurların və zabitlərin kitab kolleksiyaları daxil var idi. Kitabxananın ilk direktoru müəllim Georgi Vasilieviç Mustanov olmuşdur.
Dağıstan Respublikası Xalq Məclisi
Dağıstan Respublikası Xalq Məclisi— Dağıstan Xalq Məclisi, Dağıstan Respublikasının qanunverici orqanıdır. 1995-ci ildə Ali Şuranın rəhbəri oldu. Milli Məclis 90 deputatdan ibarətdir. Gizli səsvermə və ümumi səsvermə yolu ilə beş il müddətinə seçilirlər. Nazirlər Şurasının sədri, Milli Məclisin razılığı ilə Dövlət Şurası tərəfindən təyin edilir. Bu səbəbdən, Dağıstan hökuməti həm Dövlət Şurası, həm də Xalq Məclisi qarşısında məsuldur və hesabat verir. Hazırkı sədr, Dağıstan Dövlət Şurasının keçmiş sədri Maqomedali Maqomedovun oğlu Maqomedsalam Maqomedovu əvəz edən Xizri Şıxsaydovdur.
Dağıstan Respublikasının Dövlət Başçısı
Dağıstan Respublikasının Dövlət Başçısı və ya 31 dekabr 2013-cü ildə qədər Dağıstan Respublikasının Prezidenti (rus. Глава/Президент Республики Дагестан) — RF-na bağlı muxtar Dağıstan Respublikasında ən yüksək vəzifə. Dağıstanın Dövlət Başçısı, Rusiya Federasiyası Konstitusiyasına və federal qanunlara, Dağıstan Respublikasının Konstitusiyasına və Dağıstan qanunlarına uyğunlaşma təmin edilməsinə, eyni zamanda xalqların bərabərliyinə, insan və vətəndaş hüquq və azadlıqlarına yönəlmiş bir siyasət həyata keçirir və Dağıstan Respublikasının birliyinin və ərazi bütövlüyünün qorunması üçün siyasət aparır. Dövlət başçısı 30 yaşından kiçik bir şəxs ola bilməz. Səlahiyyət müddəti beş ildir. Rusiya Federasiyası Prezidenti tərəfindən irəli sürülmüş üç namizəd arasından Dağıstan Respublikası Milli Məclisinin deputatları tərəfindən seçilir. = Tarixi = Ali Şuranın sədri 1991-ci ildən 1994-cü ilə qədər Dağıstanda yüksək vəzifə Ali Şuranın sədri olmuşdur. Bu vəzifənin adı 1991-ci ilə qədər "Dağıstan MSSR Ali Şuranın sədri" olmuşdur. Bu vəzifədə ilk və sonuncu milliyətcə dargin olan Məhəmmədəli Məhəmmədov olmuşdur. Dövlət Şurasının sədri 1994-cü ildə Ali Şuranın sədrliyi vəzifəsi Dövət Şurasının sədrliyi vəzifəsi ilə əvəz edilmişdir.
Dağıstan Uşaq Respublika Kitabxanası
Nürəddin Usubov adına Dağıstan Uşaq Respublika Kitabxanası — Dağıstannın paytaxtı Mahaçqala şəhərində yerləşən mərkəzləşmiş uşaq kütləvi mədəni maarif müəssisəsi. Kİtabxana İrçi Kazaka küçəsi, 10 ünvanında yerləşir. == Tarixi == Mahaçqala Şəhər Uşaq Kitabxanası 1968-ci ildə qurulmuşdur. Lakin onun rəsmi açılşı 1971-ci ildə baş tutmuşdur. Təntənəli açılışa Moskva, Kabardin-Balkar, Tatarıstan, Tacikistan, Moldova və Bolqarıstandan məşhur uşaq yazıçıları dəvət olunmuşdu. Açılışda qırmızı lenti paytaxt Moskvadan gəlmiş məşhur uşaq ədəbiyyatı yazıçıları Agnia Barto və Maria Prilejayeva kəsmişdirlər.Kitabxana fondu universaldır. Bu fonda yeni qəzet və jurnallar, populyar elmi ədəbiyyat, yerli və xarici bədii əsərlər, təhsilə kömək edəcək kitablar, cizgi və populyar elmi filmləri olan video lentlər, audio lentlər, şəffaf dəstləri, slaydlar, qrammofon qeydləri, kartpostal dəstləri, stolüstü oyunlar, plakatlar daxildir. Kitabxana fondunun həcmi 99 mindən çox saxlama vahididir. Kitabxana oxuculara xidməti yaxşılaşdırmaq üçün yeni-yeni metodlar tətbiq edir. Son illərdə kitabxanada kataloqların elektronlaşdırılması prosesi aparılmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 21.17 dəfə / 1 mln.
2002 ••••••••••••• 27.41
2003 •••••••••••••••••••• 41.73
2004 ••••••••• 18.19
2005 ••••••• 14.85
2006 ••••••• 13.74
2007 ••••••••••••••••• 36.15
2008 ••••••••••••• 26.55
2009 ••••••••• 19.52
2010 •••••••••••••••••••• 43.48
2011 ••••••••••• 22.82
2012 •••••••••••• 25.90
2013 ••••••••••• 22.17
2014 ••••••• 14.24
2015 •••••• 12.42
2016 •••••••••• 19.61
2017 ••••• 9.76
2018 •••••• 11.39
2019 •••• 8.62
2020 ••••• 9.81

dağıstan sözünün rus dilinə tərcüməsi

dağıstan sözünün inglis dilinə tərcüməsi

dağıstan sözünün fransız dilinə tərcüməsi

dağıstan sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

dağlıq yer, dağlar ölkəsi, Dağıstan MR-nın adı.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"dağıstan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dağıstan nədir? #dağıstan sözünün mənası #dağıstan nə deməkdir? #dağıstan sözünün izahı #dağıstan sözünün yazılışı #dağıstan necə yazılır? #dağıstan sözünün düzgün yazılışı #dağıstan leksik mənası #dağıstan sözünün sinonimi #dağıstan sözünün yaxın mənalı sözlər #dağıstan sözünün əks mənası #dağıstan sözünün etimologiyası #dağıstan sözünün orfoqrafiyası #dağıstan rusca #dağıstan inglisça #dağıstan fransızca #dağıstan sözünün istifadəsi #sözlük