deyişmə sözü azərbaycan dilində

deyişmə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • deyişmə • 91.3978%
  • Deyişmə • 6.4516%
  • DEYİŞMƏ • 2.1505%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Deyişmə
Aytış və ya Aytıs (qaz. айтыс, qırğ. айтыш, başq. әйтеш) — qazax, qaraqalpaq, qırğız və başqırd poeziyasında akınların mahnı yarışı, şifahi xalq şeirinin geniş yayılmış ənənəvi formalarından biri olmuşdur. Bütün xüsusiyyətləri ilə Azərbaycanda şair və aşıqlarının deyişmələrini xatırladır. Deyişmə – poetik söz qüdrətinə güvənən iki aşığın qarşı-qarşıya dayanaraq birinin digərini məğlub etməsi məqsədi daşıyan şeirləşmə. Bir neçə mühüm mərhələdən ibarət olan aşıq deyişmələrinin sonunda qalib tərəf məğlub tərəfin sazını əlindən almaq hüququna malik olur. Adətən, ya özünə güvənən bir aşıq tanınmış bir saz-söz ustadının üstünə gedərək onu deyişmə meydanına çəkir, ya da məktub göndərərək qarşı tərəfi öz meydanına çağırır. Dirili Qurbaninin Dədə Yediyarla, Tufarqanlı Abbasın Təbriz aşıqları ilə deyişmə meydanına çıxması birinci, Dərbəndli Zərnigarın Abdalgülablı Valehə, Naxçıvanlı Reyhan xanımın Şəmkirli Aşıq Hüseynə deyişmə dəvəti göndərməsi isə ikinci tip deyişmələrə aiddir.

deyişmə sözünün leksik mənası və izahı

  • 1 is. 1. Mübahisə, sözləşmə, söyüşmə, höcətləşmə, dalaşma. Bu vaxta qədər sükut ilə iki qardaşın çəkişmə və deyişməsini gözləyən Əlisəfa, nəhayət, dilə gəldi. A.Şaiq. Raya [Əminə və qoçunun] arasında deyişmə olduğunu gördü. M.S.Ordubadi. 2. folk. Aşıqlar arasında yarış və müsabiqə mahiyyətində olan şeirləşmə. Aşıqların deyişməsi.

    Azərbaycan dilinin izahlı lüğəti / deyişmə

deyişmə sözünün etimologiyası

  • 1 İki yozumda veriblər: 1. Demək feili ilə bağlıdır, onun qarşılıq növdə işlə­dilməsidir: tərəflərdən biri deyir, digəri cavab verir.  2. Dəyişmək (изменение) sözü ilə bağlıdır, deyişmədə növbə tez-tez dəyişir. Birinci daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / deyişmə

deyişmə sözünün sinonimləri (yaxın mənalı sözlər)

deyişmə sözünün rus dilinə tərcüməsi

  • 1 1. пререкание, препирательство, перебранка, перекоры; 2. состязание в импровизации стихов и пении (среди ашугов);

    Azərbaycanca-rusca lüğət / deyişmə
  • 2 сущ. от глаг. deyişmək: 1. ссора, перебранка, спор 2. состязание в импровизации стихов и в пении (у ашугов)

    Azərbaycanca-rusca lüğət / deyişmə

deyişmə sözünün inglis dilinə tərcüməsi

deyişmə sözünün fransız dilinə tərcüməsi

deyişmə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. гафар элуькьарун, гафарал фин, сада-садаз экъуьгъун, гьуьжет авун, кукӀун; 2. фолькл. лагь-лугьун, гаф-элкъуьрунар (ашукьрин арада сада-сад кутӀунун патал ийидай акъажунар).

    Azərbaycanca-ləzgicə lüğəti / deyişmə

"deyişmə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#deyişmə nədir? #deyişmə sözünün mənası #deyişmə nə deməkdir? #deyişmə sözünün izahı #deyişmə sözünün yazılışı #deyişmə necə yazılır? #deyişmə sözünün düzgün yazılışı #deyişmə leksik mənası #deyişmə sözünün sinonimi #deyişmə sözünün yaxın mənalı sözlər #deyişmə sözünün əks mənası #deyişmə sözünün etimologiyası #deyişmə sözünün orfoqrafiyası #deyişmə rusca #deyişmə inglisça #deyişmə fransızca #deyişmə sözünün istifadəsi #sözlük