* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Adətən kənd yerlərində evin, həyətin, bağın və s.-nin hasarında birbirinə keçirilən ağaclardan ibarət sadə qapı. Doqqaz ağacı. – [Balaqız:] Səfioğlu İskəndər gecələr səhərədək sizin doqqazda bayatı çağırır. Ə.Haqverdiyev.
Azərbaycan dilinin izahlı lüğəti / doqqaz2 Küçə qapısı, həyət qapısı. (“Koroğlu” dastanının lüğəti) Dialektlərimizdə bu söz kənd küçəsi, əsas yoldan məhəllələrə ayrılan yol, eləcə də çəpər mənasında da işlənir. Sağ ol deyib, doqqaza yaxınlaşdı. Mehtərbaşı gördü bir atlı doqqazdan içəri girdi... “Zərnişan xanımın Çənlibelə gəlməyi” (İ.A.,B.A.) * Bir mehdər gədəsi ilə gizir gədəsi kəsib doqqazımızın çənəsini. (“Mahru xanımın Çənlibelə gəlməyi”) (İ.A.,B.A.)
Azərbaycan dastanlarının leksikası / doqqaz1 Mənası “əsas yoldan həyətə burulan balaca yol” deməkdir. Belə güman etmək olar ki, sözün əsli dönmək feili ilə bağlıdır, döngər, döngəz kimi olub və sonradan doqqaz şəklinə düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / doqqaz2 сущ. 1. ворота (широкий вход во двор дома или проезд в огороде, в заборе и т.п.) 2. диал. воротища (подвижная часть загородки из жердей)
Azərbaycanca-rusca lüğət / doqqaz1 сущ. тукъазар (хуьруьн чкайра: гьаятдин, багъдин, карин, жугъундин ва мс. рак алай чкадилай гьайванар тефин патал кутадай яргъи кӀарасар, ттарар); // тукъазрин (мес. ттар, кӀарас).
Azərbaycanca-ləzgicə lüğəti / doqqazI (Qafan, Oğuz) çəpər II (Borçalı, Gəncə, Gədəbəy, Göyçay, Qazax, Qax, Şəki, Tovuz, Ucar) kənd küçəsi, əsas yoldan məhəllələrə ayrılan yol. – Aravanı doqqaza çəkdim (Ucar); – Bizim doqqaza diyillər Qolxoz küçəsi (Şəki); – Ne incinesin, doqqaza çıxsana (Qax); – Camahat doqqazda səni gözdüyür, sən də öydə laqqırtı vurursaη (Gəncə); – Doqqaz yoldan ayrıler (Gədəbəy) III (Bərdə, Bolnisi, Gədəbəy, Göyçay, Qazax, Kəlbəcər, Kürdəmir, Salyan, Tərtər, Tovuz) küçə qapısı, həyət qapısı. – Doqqaz niyə bağlıdı, tez ol ged aç, indi bu sa:t mallar gələsidi (Bərdə); – Doqqaz iki deşikli ağacdı, basırıllar yerə, deşiyinə köndələn pərdi keçirdillər (Kürdəmir); – Doqqaz qayırıb, üç qoşa keçirərdilər (Göyçay)
Azərbaycan dilinin dialektoloji lüğəti.