* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
I (Bakı, Bərdə, Çənbərək, Gədəbəy, Goranboy, Kəlbəcər, Qazax) uzun <adam>. – Əhməd hoqqarın biridi (Kəlbəcər); – Hoqqar adamın xəsyəti yava olor (Gədəbəy); – Boran hoqqar adamdı (Bərdə) II (Borçalı, Qazax) dovdağa bənzər quş adı. – Hoqqar uzunboğaz, hündür bir quşdu, balıx yediyinnən balığudan da de:llər (Qazax); – Hoqqar quşdu, dimdiyi, boynu uzun, qışdarı da uzun olur (Borçalı)
Azərbaycan dilinin dialektoloji lüğəti.