* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [lat.] Ali məktəb müəlliminin professordan aşağı, assissentdən yuxarı elmi dərəcəsi və adı, həmçinin həmin adı almış ali məktəb müəllimi. Aynadan beş-altı yaş böyük olan qardaşı tibb institutunda dosent idi… İ.Əfəndiyev.
Azərbaycan dilinin izahlı lüğəti / dosent2 lat. docens (dosentis) – öyrədən, docentis – şagird Ali Attestasiya Komissiyası tərəfindən ali məktəblərdə çalışan və bir qayda olaraq namizədlik elmi dərəcəsi olan alimlərə verilən elmi ad, dosent elmi adı alan müəllim. Dosent adı ali məktəblərin elmi şuralarının təqdimatı əsasında, dosent vəzifəsini tutmaq üçün müsabiqədən keçmiş və bir ildən az olmayaraq müvəffəqiyyətlə işləmiş, eyni zamanda ümumi elmi-pedaqoji iş stajı 5 ildən az olmayan elmlər doktoru və elmlər namizədlərinə Ali Attestasiya Komissiyası tərəfindən verilir. Böyük pedaqoji təcrübəyə malik mütəxəssislərə elmi dərəcə olmadan da dosent adı verilə bilər.
Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / dosent2 I сущ. доцент: 1. учёное звание и должность преподавателя высшей школы 2. лицо, имеющее это звание и занимающее эту должность II прил. доцентский. Dosent vəzifəsi доцентская должность, dosent maaşı доцентский оклад
Azərbaycanca-rusca lüğət / dosent