dunqan sözü azərbaycan dilində

dunqan

Yazılış

  • dunqan • 60.0000%
  • Dunqan • 40.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dunqan
Dunqanlar- Huey xalqının Orta Asiyadakı hissəsinin adı. XIX əsrdə baş vermiş üsyanın yatırılmasından sonra hakimiyyətin cəza tədbirlərindən xilas olmaq məqsədilə, o vaxtkı Rusiya imperiyasının ərazisi olan Orta Asiyaya qaçmaq məcburiyyətində qalmışlar. Həmin dövrdən etibarən orada məskən salaraq, yaşamağa başlamış, yerli əhali tərəfindən dunqan adı ilə tanınmışlar. Onların rəsmi surətdə bu adı almaları yalnız SSRİ-nin dövründə, 1924-cü ildə baş vermişdir. Sayları Qazaxıstanda 40 min, Qırğızıstanda isə təxminən 60 minə yaxındır. Buradan başqa Özbəkistan, Tacikistan və Rusiya Federasiyasında da kompakt şəkildə yaşayırlar. Onlar əsasən kənd təsərrüfatı, ticarət və restoran biznesi ilə məşğul olurlar. O da çox maraqlıdır ki, dunqanlar Orta Asiyada ən aşağı sosial vəziyyətə və ən çox dini özünüdərk duyğusuna malik xalq hesab edilirlər. Onların yalan danışmamaları, ticarətlə məşğul olsalar belə, alıcıları aldatmamaq kimi xislətləri qonşu xalqların arasında bir zərb-məsəl halına gəlmişdir. Dunqanlar özünəməxsus mədəniyyətə malikdirlər və qonşu xalqlar içərisində öz ənənələrinə görə də seçilirlər.
Dunqan dili
Dunqan dili (öz adları Xueyzü üyyan, jin-yan xua)— çin dilində danışan Çin müsəlmanları dunqanların dili. 1862–1877-ci illərdə Çinin şimal-qərbində yaşayan çinli müsəlmanların qiyamının yatırılmasından sonra müsair Qırğızıstan, Qazaxıstan və Özbəkistan ərazisinə köşmüş əhalidir. Çin-Tibet dilləri ailəsinə aiddir. SSRİ-də 1924-cü ildə Orta Asiyada milli-ərazi bölünməsi zamanı köçkün müsəlman çinlilərə rus dilində dunqan etnonimi adı verilmişdir. Çində bu ad məlum deyildir. Bir versiyaya görə sözün türk mənşəyi vardır. == Yaşadıqları ərazi və sayları == Əsasən Qırğızıstanda, Qazaxıstanda və Özbəkistanda yaşayırlar. Sayları təxminən 100 min nəfərdirlər (2000-ci illərin ortalarına olan qiymətləndirmə), o cümlədən Qırğızıstanda 52 min nəfər. (siyahıyaalma, 1999), Qazaxıstanda 46 min nəfər. (qiymətləndirmə, 2006), Özbəkistanda təxminən 3 min nəfər.
Dunqan xanlığı
Dunqan xanlığı — 1864-cü ildə türk müsəlman xalqları (dunqanlar, uyğurlar, qazaxlar və s.) tərəfindən milli azadlıq mübarizəsi zamanı Tsin hökumətinin devrilməsindən sonra yaradılan Şərqi Türkistandakı bir dövlətdir. Paytaxtı Urumçi şəhəri olmuşdur. == Ümumi təsvir == Dunqan xanlığı Manas, Quçen şəhərləri və başqa ərazilərlə yanaşı, əsasən dunqanların yaşadığı Şimali Tyan-Şan torpaqlarını da əhatə edirdi. Dövlət Lotay xan (Daut-Helpe) tərəfindən idarə olunurdu. Şəhərləri yanşailər idarə edirdi. Dunqan xanlığında nizami qoşunlar yox idi. Hər şəhərin öz könüllü dəstəsi var idi. Tədqiqatçılar həmçinin Dunqan xanlığını Dunqan şəhərlərinin birliyi də adlandırırlar, çünki şəhərlər geniş özünüidarə hüquqlarına sahib idi. Dungan xanlığı Sincanın ən güclü siyasi birliyi idi. Bunun hesabına xanlıq 1867-ci ilə qədər sərhədlərini əhəmiyyətli dərəcədə genişləndirmişdi.
Dunqan üsyanı
Şansi və Qansuda Dunqan üsyanı — 1862-1869-cu illərdə dunqanların üsyanı. Eyni zamanda Çinin cənub-qərbindəki Yunnan əyalətindəki müsəlmanlar da üsyana qalxdılar. Üsyanın yatırılması bir qrup Çin dunqanlarının Rusiya imperiyası ərazisinə (müasir Qırğızıstan və digər Mərkəzi Asiya respublikaları ərazisi) və cənubi-qərbi Monqolustana köçməsinə səbəb oldu. Bu üsyan 8-15 milyon arası insan ölümünə səbəb oldu. Dunqanların bu çıxışı tarixin ən qanlı hərbi qarşıdurmalarından biri sayılır. == Üsyandan əvvəlki tarix == Müsəlman çinlilər (dunqanlar) Tsin sülaləsinə qarşı dəfələrlə üsyana qalxmışdılar. Xüsusən, 1781 və 1783-cü illərdəki çıxışlar güclü olmuşdur. 1860-cı illərin əvvəllərində uğurlu üsyan daha mümkün görünməyə başladı. Çünki imperiya qüvvələri Taypin (1850-64) və eləcə də Çjan Losin tərəfindən qaldırılan Nyanjun üsyançılarına (1852-68) qarşı mübarizə aparırdı. Taypinlərin Şansiyə yaxınlaşdığını duyan yerli əhali və hökumət tərəfdarları rəsmi hakimiyyətin razılığı ilə könüllü dəstələr yaratmağa başlayır.
Dunqanlar
Dunqanlar- Huey xalqının Orta Asiyadakı hissəsinin adı. XIX əsrdə baş vermiş üsyanın yatırılmasından sonra hakimiyyətin cəza tədbirlərindən xilas olmaq məqsədilə, o vaxtkı Rusiya imperiyasının ərazisi olan Orta Asiyaya qaçmaq məcburiyyətində qalmışlar. Həmin dövrdən etibarən orada məskən salaraq, yaşamağa başlamış, yerli əhali tərəfindən dunqan adı ilə tanınmışlar. Onların rəsmi surətdə bu adı almaları yalnız SSRİ-nin dövründə, 1924-cü ildə baş vermişdir. Sayları Qazaxıstanda 40 min, Qırğızıstanda isə təxminən 60 minə yaxındır. Buradan başqa Özbəkistan, Tacikistan və Rusiya Federasiyasında da kompakt şəkildə yaşayırlar. Onlar əsasən kənd təsərrüfatı, ticarət və restoran biznesi ilə məşğul olurlar. O da çox maraqlıdır ki, dunqanlar Orta Asiyada ən aşağı sosial vəziyyətə və ən çox dini özünüdərk duyğusuna malik xalq hesab edilirlər. Onların yalan danışmamaları, ticarətlə məşğul olsalar belə, alıcıları aldatmamaq kimi xislətləri qonşu xalqların arasında bir zərb-məsəl halına gəlmişdir. Dunqanlar özünəməxsus mədəniyyətə malikdirlər və qonşu xalqlar içərisində öz ənənələrinə görə də seçilirlər.
Dunqanıstan
Dunqanıstan (çin. ənən. 東干斯坦, Şablon:Lang-dng; mənası – "hueylərin vətəni") — 1934-cü ildən 1937-ci ilə qədər Çinin Sincan vilayətinin cənub hissəsində, Çində vətəndaş müharibəsi zamanı müstəqil idarə olunan region. "Dunqanıstan" adını avstriyalı monqoşünas Valter Heyssiq icad etmişdir. Əraziyə cənub Tarım hövzəsinin vahələri daxil idi və regionun mərkəzi Xotan idi. Dunqanıstan üç tərəfdən Sincan qubernatoru Şen Şiçaya sadiq qoşunlar, cənubdan isə Tibet yaylası ilə əhatə olunmuşdu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.39
2009 ••••••••• 0.16

Oxşar sözlər

#dunqan nədir? #dunqan sözünün mənası #dunqan nə deməkdir? #dunqan sözünün izahı #dunqan sözünün yazılışı #dunqan necə yazılır? #dunqan sözünün düzgün yazılışı #dunqan leksik mənası #dunqan sözünün sinonimi #dunqan sözünün yaxın mənalı sözlər #dunqan sözünün əks mənası #dunqan sözünün etimologiyası #dunqan sözünün orfoqrafiyası #dunqan rusca #dunqan inglisça #dunqan fransızca #dunqan sözünün istifadəsi #sözlük