döyüşlə sözü azərbaycan dilində

döyüşlə

Yazılış

  • döyüşlə • 93.9394%
  • Döyüşlə • 6.0606%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fevral döyüşləri
2017-ci ildə Azərbaycan-Ermənistan münaqişələri — 2017-ci ildə Azərbaycan Respublikasının cənub-qərbində yerləşən Qarabağ regionunda Azərbaycan və Ermənistan qüvvələri arasında baş verən münaqişələr. İlk döyüşlər 2017-ci ilin fevral ayında başlamışdır. Bunun nəticəsində Azərbaycan tərəfindən 5 hərbçi Şəhid olmuş,, 1 hərbçi yaralanmış, Ermənistan tərəfindən isə 7-8 hərbçi ölmüş, 1 PUA və 1 tank məhv edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, sentyabr ayında erməni tərəfi atəşkəs rejimini 148 dəfə pozmuşdur. == Fevral == Fevral döyüşləri — 2017-cı il fevralın 24-dən 25-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə. Bu döyüşlər zamanı, Ermənistan Silahlı Qüvvələri hələ Dördgünlük müharibə zamanı itirdiyi Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi geri qaytarmaq məqsədilə ilə təxribat törədib.Onların əsas hədəfi böyük strateji əhəmiyyət daşıyan Xocavənd rayonu istiqmətində yerləşən Nərgiztəpədir. Əgər ermənilər onu ələ keçirsələr, Beyləqan, Ağdam, Quzanlı, Ağcabədi, Füzuli yolunu kəsə, əraziyə nəzarət edə bilərdilər.Lakin, əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilib. Fevralın 25-də mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi və cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən məhv edilib. Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 5 hərbi qulluqçusu həlak olub. Döyüşlərdə ermənilərə məxsus pilotsuz uçuş aparatı olan PUA-sı məhv edilib, 7-8 hərbçisi öldürülüb.
Ficar döyüşləri
Ficar müharibələri (ərəb. حرب الفِجَار‎, Hərb əl-Ficar) — VI əsrin sonlarında əsasən Ərəbistanın iki böyük qəbilə konfederasiyası, Qureyş və Həvazin arasında baş vermiş döyüşlər. Mənbələrin məlumatına görə, döyüşlər dörd il ərzində səkkiz gün davam etmişdir. Münaqişə adını döyüşlərin müharibənin qadağan edildiyi müqəddəs aylarda baş verməsindən alır. Bu, adətən ticarətin qəbilə çəkişmələrinin müdaxiləsi olmadan baş tutmasına imkan verən qadağadır. == Zəmin == Müharibə "Məkkə və Taif şəhərləri də daxil olmaqla iki böyük konfederasiya" arasında gedirdi: bir tərəfdən Qeys ( Qətafan istisna olmaqla) və digər tərəfdən Qureyş və Kinanə. Müxtəlif Qeysi qəbilələri, o cümlədən Həvazin, Bəni-Səqif, Bəni-Əmir və Bəni-Süleym iştirak edirdi. Hiyrənin Ləxmi padşahı III Numan Bəni-Əmirinin başçısı Ürvə Rəhhəli padşahın karvanını Hicazda yerləşən Ukazda illik bazara aparmağı tapşırmışdı. Qəbiləsindən qovulmuş Kinanə üzvü Bərrad ibn Qeys bu tapşırığı tələb etmişdi, lakin padşahın sarayına tez-tez gələn Ürvə Bərradı qanundankənar olduğu üçün ələ salmış, III Numanı bu vəzifəyə onun yerinə özünü təyin etməyə razı salmışdı. O, karvanı Ukaza apararkən Ürvə Bərrad tərəfindən pusquya salınaraq öldürülmüş və o, karvanın məhsullarını ələ keçirmişdir.
Füzuli döyüşləri
Füzuli əməliyyatı — 2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonu və Füzuli şəhəri uğrunda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan döyüşlərdən biri idi. Nəticədə, Füzuli rayonunun 18 kəndi, üstəlik Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edilir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. == Tarixi == Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli, Horadiz, Əhmədalılar, Qazaxlar və Mirzənağılı kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Həmin gün Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Dağlıq Qarabağ ətrafı təmas xəttinin əsasən şimal, şimal-şərq və cənub-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinin ön xəttdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edilərək məhv edilmişdir. Aparılan hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilmişdir. 3 oktyabr tarixində Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyatı cəbhənin cənub-şərq cəbhəsində Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndini tamamilə işğaldan azad ediməsi ilə nəticələnir. Bununla belə əməliyyatların keçirildiyi ərazilər Azərbaycan ordusunun irəlləməsi ilə yüksək dağlıq ərazilərə keçməsi və düşmən tərəfindən Füzulinin təmas xəttində bir neçə müdafiə xətti qurması Füzuli şəhərinin azad edilməsini yubadırdı. Bu istiqamətdən irəliləməyin çətinliyi nəzərə alınaraq əməliyyatların istiqaməti dəyişdirilir.
Füzuli uğrunda döyüşlər

Hadrut döyüşləri
Hadrut döyüşləri — İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il oktyabrın əvvəlində Azərbaycanın Xocavənd rayonunda yerləşən və birinci Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə baş verən döyüşlərdir. == Erkən hadisələr == Ermənistan Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycana məxsus keçmiş DQMV ərazisini və ətraf 7 rayonu işğal etmişdi. Keçmiş DQMV-nin cənubunda yerləşən Hadrutda işğaldan sonra Ermənistan geniş hərbi infrastruktur qurmağa başladı. Burada 9-cu, 1-ci, 2-ci və 3-cü olmaqla 4 alaydan ibarət Hadrut diviziyası yerləşirdi və Qarabağın cənub hissəsinin işğal olunmuş ərazilərinə nəzarət edirdi. 27 sentyabr 2020-ci ildə Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsi başladı. 29 sentyabrda Azərbaycan qüvvələri Hadrutda ermənilərin komanda-müşahidə məntəqəsini məhv edir. Oktyabrın 1-də erməni tərəfi Hadrutun Azərbaycan artilleriyası tərəfindən atəşə tutulduğunu bildirdi. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan qüvvələri Hadrutdakı hərbi obyektlərə, yəni 18-ci motoatıcı diviziyanın qərargahına, həmçinin adıçəkilən diviziyanın 1-ci motoatıcı alayının infrastrukturuna zərbələr endirib. Növbəti gün erməni tərəfi Hadrutun iki dəfə Smerç raket sistemi ilə atəşə tutulduğunu bildirdi. Oktyabrın 7-də Azərbaycan ordusu Hadrutun cənubunda yerləşən Cəbrayıl şəhərini işğaldan azad edərək Hadruta yaxınlaşmağa başladı.
Hadrut uğrunda döyüşlər (2020)

Kürdəmir döyüşləri
Kürdəmir döyüşləri — erməni-daşnaklar tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqının köməyinə gəlmiş türk hərbi qüvvələrinin və Azərbaycan silahlı birləşmələrinin Stepan Şaumyan başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin qoşunlarına qarşı Kürdəmir qəsəbəsinin azad edilməsi məqsədilə 1918-ci il iyulun 5-dən 10-na qədər keçirdiyi döyüş əməliyyatı. == Döyüşün gedişi == Döyüşdə podpolkovnik Həbib bəy Səlimovun rəhbərliyi altında Müsüslü dəstəsi, Həsən bəyin 46-cı piyada taboru ilə toplu süvari alayından ibarət dəstəsi və cəbhənin gücləndirilməsi üçün sonradan cəlb olunmuĢ əlavə qüvvələr, düşmən tərəfdən isə Qırmızı ordunun 1-ci briqadası, İrandan yenicə gələrək, cəbhə komandanı təyin edilmiş Biçeraxovun dəstəsi və təlimatçılar məktəbinin bölmələri iştirak edirdilər. Düşmənin hərbi qüvvələri, əsasən, Birinci dünya müharibəsindən (1914–18) Bakıya gətirilmiş və Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmiş daşnak-erməni zabit və əsgərlərindən ibarət idi. Türk-Azərbaycan qoşun hissələrinin azlığı və bolşevik-daşnak qoşunlarının mövqelərinin daha əlverişli olması qırmızıların ilk günlər Müsüslü dəstəsi ilə Həsən bəyin dəstəsinin qarşısını saxlamasına, hətta ,imal istiqamətində Ağsuya doğru bir qədər irəliləməsinə imkan vermişdi. Bolşevik-daşnak qüvvələrinin hücumlarının genişlənməsinə yol verməmək üçün 5-ci Qafqaz diviziyasının 13-cü piyada alayı Kürdəmir ətrafına yönəldildi. Alay Həsən bəyin dəstəsi ilə birləşərək, şimal tərəfdən Kürdəmirə hücum etməli idi. Müsüslüdəki qüvvələri gücləndirmək üçün Ağdaş və Xaldan məntəqələrində toplanmış Azərbaycan könüllüləri, həmçinin Qazaxa gətirilmiş 350 nəfər silahsız könüllü də Bərgüşad stansiyasına göndərildi. İyulun 8-də ağır döyüşlər oldu. Düşmənə əsas zərbənin 13-cü alay tərəfindən vurulacağı nəzərdə tutulsa da, Qırmızı ordunun bura xeyli qüvvə çıxarması vəziyyəti mürəkkəbləşdirmişdi. Biçeraxov 13-cü alaya qarşı 8 top və 8 pulemyotla müşayiət olunan qüvvə çıxarmışdı.
Küstrin uğrunda döyüşlər
Laçın döyüşləri
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökumətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir. Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi. Türkiyə, bu dəstəyin dərəcəsi mübahisəli olsa da, Azərbaycana hərbi dəstək verdi. Türkiyənin iştirakının, münaqişədə Azərbaycanın mövqeyini artırmaqla və Rusiyanın bölgədəki təsirini kənarlaşdırmaqla təsir dairəsini genişləndirmək cəhdi olduğu düşünülür. Beynəlxalq ekspertlər müharibənin Azərbaycanın hücumu ilə başladığını və əsas məqsədin bölgənin müdafiəsi zəif olan cənub bölgələrini işğaldan azad etmək olduğunu iddia edirlər. Müharibə, pilotsuz təyyarələrin, sensorların, ağır artilleriyanın və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı döyüşləri kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırdı.
Laçın uğrunda döyüşlər
Laçın uğrunda döyüşlər — Qarabağ müharibəsinin gedişində baş vermiş əməliyyat. Azərbaycan Ordusunun ermənilər tərəfindən hələ 18 may tarixində işğal olunan Laçın rayonunun geri qaytarılması məqsədilə həyata keçirilən əməliyyat olmuşdur. 1 oktyabr 1992-ci ildə 2-ci ordu korpusu general-mayor Dadaş Rzayev Qubadlı rayonunun şimalında Muradxanlı kəndindən hücuma keçmişdir. Laçına 4 km qalmış Qraç Andresyanın rəhbərlik etdiyi erməni silahlı birləşmələrinin və rus hərbçilərinin hərbi müdaxiləsi sayəsində qarşısı kəsilir. Digər hərbi hissə Laçına şimal-qərbdən hücuma keçmişdi. 19 oktyabrda erməni ordusunun əks hücumu ilə Azərbaycan ordusu geri çəkilməli olur. == Həmçinin bax == Ağdərə əməliyyatı Murovdağ əməliyyatı == İstinadlar == == Xarici keçidlər == “Döyüş gedir, artilleriyanı isə Bakıya, parada göndərmişdilər” – Keçmiş “kombriq”lə MÜSAHİBƏ – II hissə "Laçının işğalına səbəb olan xəyanət" ( (az.)). pia.az. 2016-05-18. 2016-09-26 tarixində arxivləşdirilib.
Laçın uğrunda döyüşlər (1992)

Murovdağ döyüşləri
Murovdağ döyüşləri — 2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlara başlamasından sonra Murovdağ silsiləsində yerləşən Murov zirvəsinin işğaldan azad edilməsi üçün aparılan hərbi əməliyyatdır. Murovdağ döyüşləri II Qarabağ müharibəsi zamanı baş verən ən şiddətli və strateji baxımdan ən önəmli əsas döyüşlərindən biri olub. Murovdağ döyüşləri nəticəsində Azərbaycan Ordusunun 200-dən çox hərbi qulluqçusu şəhid olub. Azərbaycan bölmələrinin müharibədən əvvəl Murovdağ istiqamətindəki mövqeləri son dərəcə əlverişsiz idi. 1993–1994-cü illərdəki döyüşlərdən sonra Kəlbəcərin ətrafındakı bütün yüksək zirvələr ermənilərin əlinə keçmişdi. Silsilənin əsas hündür hissələrinə Ermənilər, kiçik hissələrinə isə Azərbaycan nəzarət edirdi. Erməni ordusu bir-iki istiqamətdə, hətta Göygöl rayonunun da ərazisinə doğru irəliləmişdi. Belə ki, xüsusi əhəmiyyətli Ömərdağ (3395,5 metr) və Koroğludağ (3462,7 metr) bu rayona daxil idi. Bundan başqa Murovdağ silsiləsinə daxil olan Ağdağ (3200,1 metr) və bu silsilənin ən hündür zirvəsi Gamışdağ (3724,6 metr) da Ermənistan bölmələrinin nəzarətində idi. Gamışdağdakı erməni postundan yay vaxtlarında Gəncəyə qədər olan ərazi açıq şəkildə görünürdü və bu post müharibə başlayana qədər dünyada ən hündür hərbi məntəqə hesab olunurdu.
Osmanlı-Habsburq döyüşləri
Osmanlı-Habsburq döyüşləri — Osmanlı İmperiyası ilə Avstriya İmperiyasında hökm sürən Habsburglar sülaləsinin müxtəlif qolları arasında, həmçinin İspaniyada, Müqəddəs Roma İmperiyasında və Macarıstan Krallığında bir sıra hərbi qarşıdurmalar. Bu qarşıdurmaların başlanğıcı Mohaç döyüşü hesab olunur, bundan sonra Macarıstanın üçdə biri Osmanlı İmperatorluğunun qolu oldu. XVI əsrdə Osmanlı İmperiyası, İslahat və Franko-Habsburq rəqabəti səbəbiylə müqavimət göstərmək üçün səfərbər ola bilməyən Avropa üçün ciddi bir təhlükə idi. Bununla birlikdə, Osmanlı İmperatorluğunun öz problemləri vardı — şərqdə Fars və cənubda Misir Məmlükləri ilə — bütün səylərini Avropaya qarşı çevirməyə imkan vermədi. 1648-ci il Vestfaliya sülhü və 1701–1714-cü illərdə İspan Varisliyi Müharibəsi Avstriyanı yeganə kompakt Habsburq mülkü olaraq tərk etdi və Osmanlı-Habsburg müharibələri Avstriya-Türkiyə müharibələrinə endirildi. Avropanın hərbi işlərdə artan üstünlüyü, Habsburqların Macarıstanı yenidən fəth etməsinə və Balkanlarda irəliləməyə başlamasına imkan verdi. Birinci Dünya Müharibəsi zamanı Avstriya-Macarıstan və Osmanlı İmperatorluğu müttəfiq olduqdan sonra münaqişələr sona çatdı və müharibədən sonra hər iki imperiya mövcudluğunu dayandırdı. Uzun müddət Macarıstan Krallığı Avropadakı türklərin əsas düşməni idi. 1526-cı ildə Mohacs Döyüşündə kralı II Lajosun ölümündən sonra onun dul arvadı Avstriya qardaşı Ferdinandın yanına Avstriyaya qaçdı. Mərhum Lajosun böyük bacısı Anna ilə evli olan Ferdinand, miras hüquqlarını təqdim etdi.
Osmanlı dövlətinin XX əsrdəki döyüşlərinin siyahısı
Bu siyahıda Osmanlı dövlətinin XX əsrin I Dünya müharibəsinin başlamasına qədərki dövründə iştirak etdiyi döyüşlər əks edilmişdir.
Qarabağ döyüşləri (2020)
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökumətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir. Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi. Türkiyə, bu dəstəyin dərəcəsi mübahisəli olsa da, Azərbaycana hərbi dəstək verdi. Türkiyənin iştirakının, münaqişədə Azərbaycanın mövqeyini artırmaqla və Rusiyanın bölgədəki təsirini kənarlaşdırmaqla təsir dairəsini genişləndirmək cəhdi olduğu düşünülür. Beynəlxalq ekspertlər müharibənin Azərbaycanın hücumu ilə başladığını və əsas məqsədin bölgənin müdafiəsi zəif olan cənub bölgələrini işğaldan azad etmək olduğunu iddia edirlər. Müharibə, pilotsuz təyyarələrin, sensorların, ağır artilleriyanın və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı döyüşləri kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırdı.
Qarabağ döyüşlərinin xronologiyası (2020)
Qarabağ döyüşlərinin xronologiyası — 27 sentyabr 2020-ci ildə başlayan Qarabağ döyüşlərinin günlük hadisələri. Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Mirzənağılı, Qazaxlar, Əhmədalılar, Alxanlı, Şükürbəyli və Horadiz şəhəri, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Eyni gündə Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası, o cümlədən 12 ədəd "OSA" zenit-raket kompleksi aşkar edilərək məhv edilmişdir. Bundan əlavə Azərbaycan Hərbi Hava Qüvvələri cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri vurmuş, ekipaj üzvləri isə sağ qalmışdır. Aparılan hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilmiş, o cümlədən qarşı tərəfin Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən postları darmadağın edilərək bir sıra hakim yüksəkliklər (Gamışdağ və Ömər aşırımı) nəzarətə götürülmüşdür. Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Murovdağ silsiləsindəki Murov zirvəsi işğaldan azad edilmişdir. Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla açılmış atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü həlak olmuşdur. Azərbaycan mediasının axşam saatlarında verdiyi məlumata görə Azərbaycan Ordusuna məxsus kamikadze tipli uçan pilotsuz aparatlar Ermənistanın işğal etdiyi ərazilərdə yerləşdirdiyi S-300 zenit-raket sistemini məhv etmişdir. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatlarına görə, Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilmiş və bölgədə güclü partlayış baş vermişdir.
Qaraməryəm döyüşləri
Qaraməryəm döyüşləri — Qafqaz İslam Ordusu qüvvələri ilə Stepan Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin bolşevik-daşnak quldur dəstələrindən ibarət Qafqaz Qırmızı Ordusu hissələri arasında baş vermiş döyüşlər (1918-ci il, 16–30 iyun). 1918-ci il iyunun 16-da səhər saat 9-da başlayan döyüşdə Qafqaz Qırmızı Ordusunun 3-cü briqadasının qüvvələri azərbaycanlılardan, gürcülərdən və dağıstanlılardan ibarət dəstənin üzərinə hücuma keçdi. Türk hərbi qüvvələri bölgəyə gəlib çatmadığından Qaraməryəm ətrafında dayanan müdafiə dəstələri qeyri-bərabər döyüşdə geri çəkilmək məcburiyyətində qaldılar və bolşevik-daşnak qoşunları Qaraməryəmi ələ keçirdilər. İyunun 18-də bölgəyə yetişmiş 5-ci Qafqaz fırqəsinin (diviziyasının) 10-cu alayı da döyüşə qoşuldu. Lakin döyüş hazırlığı görülmədiyindən və əməliyyat planı istər diviziya, istərsə də ordu komandanlığı ilə razılaşdırılmadığından, nəticə uğursuz oldu. Göstərilən bütün cəhdlər boşa çıxdı. Daşnak Hamazaspın başçılıq etdiyi 3-cü briqadanın hissələri isə, əksinə, Qaraməryəmdə daha da möhkəmləndilər və Göyçaya hücum etmək üçün əlverişli mövqelər ələ keçirdilər. İlk döyüşlərin nəticələri Qafqaz İslam Ordusu komandanlığında ciddi təhlil olundu. Ordu komandanı Nuru paşa, Müsəlman korpusu komandanı Əliağa Şıxlinski, 5-ci Qafqaz firqəsinin qərargah rəisi Rüşdü bəy vəziyyətlə daha yaxşı tanış olmaq, qüvvələri yenidən qruplaşdırmaq və imkanları bütünlüklə səfərbər etmək məqsədilə cəbhə xəttinə gəldilər. Bakıya doğru uğurlu hücumların təşkil edilməsi üçün zəruri tədbirlər həyata keçirildi.
Qaraməryəm döyüşləri (1918)

Qubadlı döyüşləri
Qubadlı döyüşü və ya Qubadlı uğrunda döyüşlər — 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Qubadlı rayonunun azad edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il oktyabrın 25-də başladılan hərbi əməliyyatlar. Qubadlı rayonu, Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ilin avqust ayında işğal edilmişdi. Rayon işğal edilərkən, 1 şəhər və 93 kənddən ibarət idi. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi zamanı, rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı. Qubadlının azad edilməsi üçün aparılan hərbi əməliyyatlar zamanı Qubadlı rayonunun 1 şəhəri və 41 kəndi işğaldan azad edildi.
Qubadlı uğrunda döyüşlər

Qubadlı uğrunda döyüşlər (2020)

Qərbi Saxara döyüşləri (2020)
Qərbi Saxara döyüşləri - 2020-ci il 13 noyabrda başlamış, və hal-hazırda Mərakeş və Qərbi Saxara dövlətləri arasında davam edən döyüşdür. Rusiya - Rusiya Mərakeşi qınayaraq hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edib Mavritaniya - Mavritaniya Qərbi Saxara ilə olan sərhədini bağlayıb. Qətər - Qətər Mərakeşi tam dəstəklədiyini bildirib.
Salyan döyüşləri
Salyan döyüşləri — daşnak-erməni silahlı birləşmələri tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqının köməyinə gəlmiş türk hərbi qüvvələrinin və Azərbaycan hərbi birləşmələrinin keçirdiyi döyüş əməliyyatlarından biri. Stepan Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin əsasən erməni zabit və əsgərlərindən ibarət olan qoşunlarına qarşı 1918-ci il iyunun sonunda və iyulun ortalarında Salyan bölgəsində (Kür çayı boyunca və indiki Neftçala ətrafında) baş vermişdir. Salyan ətrafında döyüşlərin aparılmasına hər iki tərəf mühüm diqqət yetirirdi. Çünki Muğanda bol taxıl ehtiyatları var idi. Digər tərəfdən Kür boyu ərazilərin nəzarət altında saxlanması ilə bolşevik-daşnak qüvvələrinin Yevlaxa qədər üzüb Yevlax körpüsünü partlatmaq təhlükəsinin qarşısını almaq olardı. Buna nail olmaq üçün Qafqaz İslam Ordusu komandanlığı konkret tədbirlərə əl atdı, çar ordusunda xidmət etmiş mayor Nazim Ramazanovun komandalığı altında Cavadda silahlı dəstə təşkil olunmasına yardım göstərildi. Dəstəyə 10-cu Qafqaz piyada alayının 28-ci taborundan bir bölük, 30-cu taborundan bir pulemyot tağımı və iki rus topu verildi. Azərbaycan süvarilərindən ibarət 140 nəfərlik bir dəstə də N. Ramazanovun tabeliyində idi. İyunun 26-da Qarabucaq kəndində düşərgə salan bolşevik-daşnak qüvvələri səhərisi gün Kür çayının hər iki sahili boyunca irəliyə doğru hərəkətə başladı. Surra kəndi yaxınlığında N. Ramazanovun dəstəsinin mühafizə postlarında dayanmış azsaylı döyüşçülərlə düşmən qüvvələri arasında iki saata qədər davam edən döyüş baş verdi.
Sambekdə döyüşlər
Sovet ordusuna fevralın 15-də Sinyavka-Morskoy, Çulek-Sambek istiqamətində hücuma keçmək haqında əmr aldı. Döyüşçülərin yorğun olduqlarına baxmayaraq, əmr çox böyük ruh yüksəkliyi ilə qarşılandı. Döyüşçülərin yerləşdiyi Sambek sahili "Mius cəbhəsinin" sağ cinahı idi. Almanların müdafiə mövqeləri üç mərhələdən ibarət idi. Müdafiənin 11 kilometr dərinlikdə olan birinci (baş) xətti Mius çayının qərb sahilindən keçirdi. Müdafiənin ikinci xətti isə Krasnı Kut, Manulyovo, Krinka çayı və daha sonra Mokrı Yerlançikdən ta Taqanroq körfəzinədək uzanan sahədə yaradılmışdı. Üçüncü xətt Donets şəhərindən şərqdə və Mius çayının sahilindən 40–50 kilometr qərbdə Kalimus çayının cənubuna doğru uzanırdı. "Mius cəbhəsinn" bütün ön tərəfində atıcılar və pulemyot meydançaları üçün kiçik qruplarla başdan-başa istehkam xətləri uzanırdı. Müdafiənn qabaq tərəfində və dərinliklərində faşistlər dəmir-beton örtükləri olan çoxlu taxta-torpaq atəş nöqtələri tikilmişdilər. Müdafiənin əsas xəttinin yaxınlığında iki-üç, hətta bəzi yerlərdə 10 cərgədən ibarət məftil çəpərlər çəkmişdilər.
Sentyabr döyüşləri
Sentyabr döyüşləri və ya Azərbaycan–Ermənistan sərhəd toqquşması, həmçinin İkigünlük müharibə — 2022-ci ilin 12–14 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma. 1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur. Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itkin düşmüşdür. 1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2020-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir. 2020-ci ilin sentyabr–noyabr aylarında Azərbaycan Silahlı Qüvvələrinin başladığı hərbi əməliyyatlar nəticəsində 26 ildən çox dondurulmuş olan münaqişə yenidən alovlanmışdır. 44 gün ərzində Azərbaycan Ordusu yeddi bölgəni – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam və Laçın rayonlarını, həmçinin Şuşa şəhərini tamamilə, Xocavənd və Kəlbəcər rayonlarının geniş hissəsini, Xocalı və Tərtər rayonlarının isə bir hissəsini işğaldan azad eləmişdir. Hərbi əməliyyatlar 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatla başa çatmışdır. Bununla belə müharibədən sonra Azərbaycan–Ermənistan sərhədində böhran başlamışdır. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdır.

"döyüşlə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#döyüşlə nədir? #döyüşlə sözünün mənası #döyüşlə nə deməkdir? #döyüşlə sözünün izahı #döyüşlə sözünün yazılışı #döyüşlə necə yazılır? #döyüşlə sözünün düzgün yazılışı #döyüşlə leksik mənası #döyüşlə sözünün sinonimi #döyüşlə sözünün yaxın mənalı sözlər #döyüşlə sözünün əks mənası #döyüşlə sözünün etimologiyası #döyüşlə sözünün orfoqrafiyası #döyüşlə rusca #döyüşlə inglisça #döyüşlə fransızca #döyüşlə sözünün istifadəsi #sözlük