* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 zərf [fars.] 1. İkinci dəfə, təkrar. Dübarə gəldi, yenə getdi. – Bu halda həyətdə dübarə qalmaqal qopur. M.F.Axundzadə. Yusifin sanma dübarə görə Yəqub üzünü. X.Natəvan. Fərhad Aslanın sualına cavab vermədi. Aslan dübarə soruşdu… C.Cabbarlı. Herbert tapşırığını verib yenicə qurtarmışdı ki, Əhməd dübarə içəri girib təzim elədi. Ə.Vəliyev. 2. bax dülər.
Azərbaycan dilinin izahlı lüğəti / dübarə2 f. 1) ikinci dəfə; 2) bir daha, yenidən.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / dübarə1 Farsca dü “iki”, barə isə “dəfə” deməkdir (“ikinci dəfə” anlamını verir).Dü şeş (iki şeş) qəlibi üzrə əmələ gəlib. Bizdə “ikinci dəfə” mənasında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / dübarə2 нареч. устар. 1. вторично, повторно, снова, второй раз, еще раз. Dübarə cavab vermək снова ответить, dübarə soruşdu еще раз спросил 2. два: два (положение костей – заров при игре в нарды)
Azərbaycanca-rusca lüğət / dübarə1 zərf. de nouveau, encore une fois ; ~ cavab vermək répondre de nouveau
Azərbaycanca-fransızca lüğət / dübarə