* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] klas. Başağrısı, əziyyət, narahatlıq; qayğı, qeyd. Ey xuda, kim çəkər axırda gülabın bu gülün; Dərdisər dəfinə aləmdə bu dərman gülüdür. S.Ə.Şirvani. // Dərd-qəm, qayğı, fikir. …Başıma dolanan, dərd-sərimi dağıdan, viran könlümü gülüstan edən Ruqiyyə idi, Ruqiyyə. A.Divanbəyoğlu. □ Dərd(i)-sər çəkmək – narahatçılıq çəkmək, narahat olmaq. Biz almışıq arvad, olaq bəxtəvər; Almamışıq, gündə çəkək dərdi-sər. Ə.Nəzmi. [Çimnaz:] …Baxanda deyirsən ki, dərd-sər çəkməyir, [Sona] arsızdır… Ə.Əbülhəsən. Dərd(i)-sər vermək – başağrısı vermək, əziyyət vermək, narahat etmək. …Axır bu dəlixana söhbəti nə bir söhbətdi ki, bunun üstə özünüzə də, bizə də bu qədər dərd-sər verirsiniz? C.Məmmədquluzadə. Bir nəfər havadar və qəmxarım yoxdur, yenə sizə ümidvar olub da, dərd-sər verməyə cəsarət edirəm. M.Ə.Sabir.
Azərbaycan dilinin izahlı lüğəti / dərdi-sər2 сущ. заботы, хлопоты; dərdi-səri olmaq иметь много дел, хлопот; dərdi-səri olmamaq быть беззаботным
Azərbaycanca-rusca lüğət / dərdi-sər1 [fars.] сущ. клас. дерт-сер, кьилин тӀал, азият, нарагьатвал, къайгъу; // дерт-гъам, къайгъу, фикир; dərd(i)-sər çəkmək дерт-сер чӀугун, нарагьат хьун; dərd(i) sər vermək дерт-сер гун, кьилин тӀал гун, азият гун, нарагьат авун.
Azərbaycanca-ləzgicə lüğəti / dərdi-sər