ekvator sözü azərbaycan dilində

ekvator

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ekvator • 86.9231%
  • Ekvator • 13.0769%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ekvator
Ekvator — şimal və cənub yarımkürələri bir-birindən ayıran, yerin mərkəzindən keçən oxun fırlanma oxuna perpendikulyar müstəvi üzərində yerləşən xəyali dairəvi xətt, ən uzun paralel. Qvineya körfəzində Qrinviç meridianı ilə kəsişir. Ekvator xəttinin uzunluğu 40 min 76 kilometrdir. O yeganə ən böyük en çevrəsidir və onun coğrafi eni 0°-dır. Ekvator xətti Yerin forması sayəsində göyə ən yaxın nöqtəsidir. Eyni zamanda, dəniz səviyyəsinin ən yüksək nöqtəsi ekvatordur.
Azərbaycan–Ekvatorial Qvineya münasibətləri
Azərbaycan–Ekvatorial Qvineya münasibətləri — Azərbaycan Respublikası ilə Ekvatorial Qvineya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 2004-cü ilin noyabr ayının 11-də qurulmuşdur.
Ağ sosiskalar ekvatoru
Ağ sosiskalar ekvatoru (alm. Weißwurstäquator‎) — Bavariya və Almaniyanın digər yerləri arasında yerləşən təqribi yumoristik sərhəd. Bu sərhəd Münhenin mədəni sərvətlərindən sayılan ağ sosiskaların yayılma arealını nümayiş etdirir. == Ekvatorun mövqeyi == Bu ekvatoru adətən Dunay çayı boyunca təsvir edirlər, amma belə bir sərhəd Aşağı Bavariya və Yuxarı Pfalts ərazilərini əhatə etmir. Bəzən bu ekvatoru 49-cu enlikə (İnqolştadtdan şimala) aid edirlər. Bəzi yerlərdə isə bu ekvatoru Münhendən 100 kilometr aralıdakı zonaya aid edirlər hası ki, Yuxarı Bavariyanın əsas hissələrini əhatə etmir. Alternativ versiyalara əsasən sözügdən ekvator Mayn çayı boyunca olan "Mayn xəttində" yerləşir, hansı ki, Şimali Almaniyanın dialekt paytaxtı sayılır. Digər versiyalara əsasən isə, Ağ sosiskalar ekvatoru Prussiya və Bavariyanın Avstriya ilə olan tarixi-siyasi sərhədində yerləşir, hansı ki, bu zona da "Mayn xətti" adanır. Belə olan tərzdə sərhədə Köhnə Bavariyadan başqa Baden-Byurtemberq və Frankoniyanın əsas hissələri də daxil olur, amma sözügedən ərazilər Bavariya ilə çox böyük mədəni fərqlərə malikdir və orada ağ sosiskalar məşhur deyil. Bu termindən həmçinin Almaniyanın şimal və mərkəz hissələrini ayırmaq üçün də istifadə olunur.
Ekvatorial Qvineya
Ekvatorial Qvineya — Afrikada dövlət. Mərkəzi Afrikada yerləşən və Atlantik Okeanına çıxışı olan Afrikanın ən kiçik ölkələrindən biridir. Ərazisi materik hissəsindən və beş adadan ibarətdir. Ölkənin materikde yeləşən hissəsi Mbini adlandırılır və bu hissəsi ilə şimaldan Kamerun, şərqdən və cənubdan Qabon ilə həmsərhəddir və qərb sərhədlərini Atlantik Okeanının suları yuyur. Ölkənin paytaxtı Malabo adaların ən böyüyü olan Biokoda yerləşir. Adına baxmayaraq, Ekvatorial Qvineyanın heç bir hissəsi ekvator xətti ilə kəsişmir. Bununla belə, onun ikinci böyük adası olan Annobon adası ekvatordan 155 km (96 mil) cənubda, ölkənin qalan hissəsi isə şimalda yerləşir. == Coğrafiya == Afrika qitəsinin ən kiçik ölkələrindən biri olaraq ölkə 28.051 km²-lik bir sahəyə malikdir. Bu sahədən 26.000 km²-i materikdə olduğu halda, geri qalan sahəsini adaları təşkil edir. Adalar içərisində də Bioko 2017 km² ilə ən böyük adasıdır.
Ekvatorial Qvineya Respublikası
Ekvatorial Qvineya — Afrikada dövlət. Mərkəzi Afrikada yerləşən və Atlantik Okeanına çıxışı olan Afrikanın ən kiçik ölkələrindən biridir. Ərazisi materik hissəsindən və beş adadan ibarətdir. Ölkənin materikde yeləşən hissəsi Mbini adlandırılır və bu hissəsi ilə şimaldan Kamerun, şərqdən və cənubdan Qabon ilə həmsərhəddir və qərb sərhədlərini Atlantik Okeanının suları yuyur. Ölkənin paytaxtı Malabo adaların ən böyüyü olan Biokoda yerləşir. Adına baxmayaraq, Ekvatorial Qvineyanın heç bir hissəsi ekvator xətti ilə kəsişmir. Bununla belə, onun ikinci böyük adası olan Annobon adası ekvatordan 155 km (96 mil) cənubda, ölkənin qalan hissəsi isə şimalda yerləşir. == Coğrafiya == Afrika qitəsinin ən kiçik ölkələrindən biri olaraq ölkə 28.051 km²-lik bir sahəyə malikdir. Bu sahədən 26.000 km²-i materikdə olduğu halda, geri qalan sahəsini adaları təşkil edir. Adalar içərisində də Bioko 2017 km² ilə ən böyük adasıdır.
Ekvatorial iqlim qurşağı
== Ekvatorial iqlim qurşağı == Ekvatorial iqlim qurşağı tam zolaq yaratmır. Ilboyu ekvatorial hava kütləsi hakimdir. Günəş radiasiyasının miqdarı az dəyişdiyindən fəsillər bilinmir, daima yaydır. Günəşin düşmə bucağı böyük, hava qalxan hərəkətlidir. Ilboyu temperatur +26 — +28 °C-dir. Təzyiq alçaqdır. Hər gün hava buludlu və yağıntılı olur. Sıx çay şəbəkəsi mövcuddur. Yağıntıların çox olmasının əsas səbəbi bu zonada okeanların çox geniş sahə tutmasıdır. Məlum olduğu kimi,atmosferin umumi hava dövrani bir çox səbəblərdən , xüsusi ilə suyun və qurunun qeyri-bərabər paylanması amilinin təsiri ilə pozulur.
Ekvatorial keçidi (boğaz)
Ekvatorial keçidi — Maldiv adaları arasında yerləşən Suradiv və Addu atolları arasında yerləşir. Adı ekvator xətti üzərində yerləşməsi ilə əlaqədardır. Qədim fransız xəritələrində "Courant de Addoue" adlanır. Maldiv dilində isə Addu-Kandu adlandırılır. Eni 85 km, dərinliyi 2421 m təşkil edir. Boğaz ərazisində axınlar qışda qərbə, yayda isə şərqə istiqamətlənir. Axının sürəti 2 km/s təşkil edir. == Ədəbiyyat == Divehiraajjege Jōgrafīge Vanavaru. Muhammadu Ibrahim Lutfee. G.Sōsanī.
Ekvatorial əkscərəyanı
Ekvatorial əks cərəyanı və ya Passatlararası cərəyan — güçlü əks küləklər Şimal Passat cərəyanı ilə Cənub Passat cərəyanı arasında müşahidə edilir. Bu cərəyana dünya okeanının (Sakit okean, Atlantik okean və Hind okeanın) bütün ekvatorial qurşağında rast gəlinir. Sakit, Atlantik və Hind okeanlarında bu cərəyanın mövcudluğu hələ XIX əsrdən məlumdur. Passatlar arasında yerləşməsi ilə əlaqədar Passatlar arası adını almışdır. Sakit okeanda əks cərəyan Kromvel cərəyanı, Atlantik okeanda isə Lomonoson cərəyanıdır. Bu cərəyanlar ensiz olubşərqdən qərbə yönəlirlər. Passat küləkləri zəiflədiyi zaman cərəyan okeanın səthinə qalxır və bunu müşahidə etmək mümkündür.
Maqnit ekvatoru
Rütubətli ekvatorial meşələr
Ekvatorial meşələr (Cəngəlliklər) — Ekvatorial və subekvatorial qurşaqlarda yerləşən həmişəyaşıl, enliyarpaqlı meşə zonasıdır. Burada hava daim isti və yağışlıdır. Temperatur və fəsillər dəyişmədiyi üçün ağaclar yarpaqlarını tökdükcə yeniləri əmələ gəlir. Buna görə də belə meşələr həmişəyaşıldır. Ekvatorial meşələrdə ağaclar olduqca hündür, iriyarpaqlı və sıx olur. İçəri gün düşmədiyindən bura daim qaranlıq və səssizdir. Rütubətliliyin və yağıntının bolluğundan meşədə gölməçələr yaranır. Buna görə də meşə sakinləri əsasən ağacda yaşayır. Ekvatorial meşələr çox yarusludur (mərtəbəlidir). Yaruslar arası ilə lianlar sarmaşaraq "tor" əmələ gətirir və içəri günəş işığının düşməsinin qarşısını alır.
Göy ekvatoru
Göy ekvatoru — müstəvisi dünya oxuna perpendikulyar olan və yerin ekvatorunun müstəvisi ilə üst-üstə düşən göy sferasının böyük dairəsi. Göy ekvatoru göy sferasını iki yarımkürəyə ayırır: zirvəsi şimal qütbündə olan şimal yarımkürəsi və zirvəsi cənub qütbündə olan cənub yarımkürəsi . Ekvator və ekliptika yaz və payız bərabərliyi nöqtələrində kəsişir, lakin yer oxunun presessiyasına görə ekvator müstəvisi öz mövqeyini dəyişir və bu nöqtələr 26000 illik dövrlə hərəkət edir. Ekvator və ekliptikanın müstəviləri arasındakı bucaq 23°26'-dir və son 5 milyon il ərzində presessiyaya görə bu bucaq 22,0° ilə 24,5° arasında dəyişmişdir. 2010-cu ilin Astronomik Almanaxınaa görə, ekvator və ekliptik arasındakı bucaq təxminən aşağıdakı düstur ilə təsvir edilmişdir: ε = 23 ∘ 26 ′ 21.406 ″ − 46.815 ″ T − 0.0001831 ″ T 2 + 0.00200340 ″ T 3 − 5.76 ″ ⋅ 10 − 7 T 4 − 4.34 ″ ⋅ 10 − 8 T 5 , {\displaystyle \varepsilon =23^{\circ }26'21.406''-46.815''T-0.0001831''T^{2}+0.00200340''T^{3}-5.76''\cdot 10^{-7}T^{4}-4.34''\cdot 10^{-8}T^{5},} Burada T — J2000.0 dövründən keçən əsrlərin sayıdır. Bu düstur yalnız bir neçə əsrlik zaman diapazonu üçün kifayət qədər dəqiqdir . Göy ekvatoru birinci və ikinci ekvator səma koordinat sistemlərinin əsasını təşkil edir: meyl ondan ölçülür (coğrafi enliyə analoq, yerin ekvatorundan ölçülür). Başqa bir koordinat — birinci ekvatorial koordinat sistemi üçün bu, səma ekvatoru ilə səma meridianının kəsişmə nöqtəsindən ölçülən saat bucağı və ya ikinci ekvatorial koordinat sistemi üçün sağa yüksəlişdir (coğrafi uzunluğa analoji) — yaz bərabərliyi nöqtəsindən ölçülür. İstənilən halda səma ekvatorunun bütün nöqtələrinin enişi sıfıra bərabərdir, bu o deməkdir ki, göy ekvatorunun istənilən nöqtəsini Yerin istənilən nöqtəsindən müşahidə etmək olar.

ekvator sözünün leksik mənası və izahı

ekvator sözünün etimologiyası

ekvator sözünün rus dilinə tərcüməsi

  • 1 геогр. I сущ. экватор (воображаемая линия, делящая земной шар на Северное и Южное полушария). Maqnit ekvatorukvatoru магнитный экватор, göy ekvatoru небесный экватор II прил. экваториальный. Ekvator dairəsi экваториальный круг

    Azərbaycanca-rusca lüğət / ekvator

ekvator sözünün inglis dilinə tərcüməsi

ekvator sözünün fransız dilinə tərcüməsi

ekvator sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [lat.] геогр. экватор (ччилин шар юкьвай кьве патахъ-кефер патахъни кьибле патахъ пайзавай, хиялда къунвай шартӀлу цӀар).

    Azərbaycanca-ləzgicə lüğəti / ekvator

"ekvator" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ekvator nədir? #ekvator sözünün mənası #ekvator nə deməkdir? #ekvator sözünün izahı #ekvator sözünün yazılışı #ekvator necə yazılır? #ekvator sözünün düzgün yazılışı #ekvator leksik mənası #ekvator sözünün sinonimi #ekvator sözünün yaxın mənalı sözlər #ekvator sözünün əks mənası #ekvator sözünün etimologiyası #ekvator sözünün orfoqrafiyası #ekvator rusca #ekvator inglisça #ekvator fransızca #ekvator sözünün istifadəsi #sözlük