eymə sözü azərbaycan dilində

eymə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • eymə • 92.3077%
  • Eymə • 7.6923%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

eymə sözünün leksik mənası və izahı

  • 1 is. məh. İçində qatıq, ayran və s. saxlamaq üçün qoyun və ya keçi dərisindən torba. Çatdılar obaya, ey qatıq satan; Hər eyməyə tökmüşdülər üç qazan. Q.Zakir. Həmişə mal-qara örüşdən qayıdanda həyətə çıxıb, əli belində, qulluqçulara göstəriş verən, inəklərin südünü bir yana yığdırıb eyməyə çəkdirən … Zərnigar xanım indi yerindən tərpənmədi. İ.Şıxlı.

    Azərbaycan dilinin izahlı lüğəti / eymə

eymə sözünün etimologiyası

  • 1 Dilimizdə dərini aşılamaq üçün “закваска” mənasını verən ey sözü olub, eymə həmin kəlmə ilə qohumdur və ad-feil omonimi kimi işlədilib. Qabaqlar aşı maddəsi kimi ayrandan da istifadə edilib. Ola bilsin ki, ey “ayran”la qohum sözdür. Eymə -içində ağartı saxlamaq üçün aşılanmış, tüksüz dəriyə deyirlər. Deməli, ey (aşılamaq) kəlməsi zəminində əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / eymə

eymə sözünün rus dilinə tərcüməsi

eymə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. нугъ. тагъар, хпен ва я цӀегьрен хамуникай авунвай чанта (къене къатух, ттугъ хуьн патал).

    Azərbaycanca-ləzgicə lüğəti / eymə

eymə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Ağcabədi, Basarkeçər, Borçalı, Gədəbəy, Goranboy, Kürdəmir, Qazax, Mingəçevir, Ucar, Zərdab) bax eğmə. – Eymənin şoru qufquro:lor, əmə motalınkı yox (Gədəbəy); – Eymədə qatıx saxlanır (Ağcabədi); – Ağartıyı eyməyə yığırıx yaxşı qalır (Basarkeçər); – Eymə, ya tejən bir sözdü (Qazax); – A kişi, birəz eymədən pendir gəti (Goranboy); – Şoru eyməyə yığajam (Ucar)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"eymə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#eymə nədir? #eymə sözünün mənası #eymə nə deməkdir? #eymə sözünün izahı #eymə sözünün yazılışı #eymə necə yazılır? #eymə sözünün düzgün yazılışı #eymə leksik mənası #eymə sözünün sinonimi #eymə sözünün yaxın mənalı sözlər #eymə sözünün əks mənası #eymə sözünün etimologiyası #eymə sözünün orfoqrafiyası #eymə rusca #eymə inglisça #eymə fransızca #eymə sözünün istifadəsi #sözlük