əymə sözü azərbaycan dilində

əymə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əymə • 88.5714%
  • Əymə • 10.4762%
  • ƏYMƏ • 0.9524%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ümmü Əymən
Ümmü Eymən (ərəb. أم أيمن‎ bilinmir – bilinmir) — Məhəmməd peyğəmbərin atası Abdullah bin Əbdülmüttəlibdən miras qalan Həbəş cariyəsi. O, Məhəmmədin dayəsi olmuşdur. Şayiələrə görə, Ümmü Əymən Məhəmmədi əmizdirmiş və süd anası olmuşdur. Əsl adı Berekədir və oğlunun adına görə ona Ümmü Əymən ləqəbi verilib. Məhəmmədə göstərdiyi böyük xidmətə görə, “Ummu Əymən anamdan sonra mənim anamdır” demişdir. Məhəmməd sonradan onu azad etsə də, Ümmü Əymən ayrılmamış və onun xidmətinə davam etmişdir. == Bioqrafiya == Ümmü Əymən Məhəmmədin atasına cariyə olana qədər necə yaşadığı, nə vaxt doğulduğu və necə qul olduğu barədə məlumatlar məlum deyil. Məlumdur ki, o, Məhəmməd doğulmazdan əvvəl Abdullahın cariyəsi idi, ona görə də İslam peyğəmbərinin doğulmasına şahid olmuş və gənc yaşlarından ona xidmət etmişdir. Atası Məhəmməd hələ doğulmadan vəfat edir, anası isə həm ərinin qəbrini, həm də qohumlarını ziyarət etmək üçün Mədinəyə getdikdən sonra qayıdarkən dünyasını dəyişir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.09 dəfə / 1 mln.
2011 •••••••• 0.17
2013 •••••••••••••••••••• 0.44
2014 •••••••• 0.17
2017 •••••••• 0.16
2019 ••••••••••••• 0.28
2020 ••••••• 0.13

əymə sözünün leksik mənası və izahı

  • 1 1. “Əymək”dən f.is. 2. Əyri, yay şəklində olan. [Səttar xanın] əymə və qövsi qaşları tez-tez qalxır(dı). M.S.Ordubadi.

    Azərbaycan dilinin izahlı lüğəti / əymə
  • 2 is. 1. Dişləni (əskeşi) qayışlar vasitəsilə xamuta (boyunduruğa) bənd etmək üçün istifadə edilən əyilmiş ağacdan ibarət qoşqu hissəsi. Əymə əyir, mənfəət ilə satır; Pul qazanır, yaxşı qazanca çatır. A.Səhhət. 2. Araba çarxının, üz tərəfdən şinlə qapalı olub pərlər keçirilən dairəsi. Çarxın əyməsi şinsiz tez xarab olur.

    Azərbaycan dilinin izahlı lüğəti / əymə

əymə sözünün sinonimləri (yaxın mənalı sözlər)

əymə sözünün rus dilinə tərcüməsi

  • 1 1. сгибание, искривление; 2. дуга;

    Azərbaycanca-rusca lüğət / əymə
  • 2 I сущ. 1. сгибание, искривление, загибание, гнутьё, геогр. перегиб 2. дуга 3. отклонение. Əymə sistemi связь. система отклонения II прил. тех. гибочный, гибчатый. Əymə maşını гибочная машина (бульдозер)

    Azərbaycanca-rusca lüğət / əymə

əymə sözünün inglis dilinə tərcüməsi

əymə sözünün fransız dilinə tərcüməsi

əymə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. f.is. кил. əymək; 2. какур, чӀемерук хьтин (мес. рацӀамар).

    Azərbaycanca-ləzgicə lüğəti / əymə
  • 2 сущ. 1. цӀнув (ва я арабадин ланшар) къайишривди викӀиник (ва я хамутдик) акалун патал какур кӀарасдикай ибарат тир пай; 2. арабадин чархунин ченбер гьалсдай элкъвер.

    Azərbaycanca-ləzgicə lüğəti / əymə

əymə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Ağcabədi) dəstə, qol (dəryazda). – Ə:, dəryazımızın əyməsi sınıf II (Mingəçevir) beşikdəki qövs şəkilli əyri ağac hissə. – Əymənin üstə nəzix’ şey salıllar kı, uşağa milçək dəyməsin

Azərbaycan dilinin dialektoloji lüğəti.

"əymə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əymə nədir? #əymə sözünün mənası #əymə nə deməkdir? #əymə sözünün izahı #əymə sözünün yazılışı #əymə necə yazılır? #əymə sözünün düzgün yazılışı #əymə leksik mənası #əymə sözünün sinonimi #əymə sözünün yaxın mənalı sözlər #əymə sözünün əks mənası #əymə sözünün etimologiyası #əymə sözünün orfoqrafiyası #əymə rusca #əymə inglisça #əymə fransızca #əymə sözünün istifadəsi #sözlük