foton sözü azərbaycan dilində

foton

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • foton • 46.1538%
  • Foton • 46.1538%
  • FOTON • 7.6923%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Foton
Foton (ing. photon) və ya qamma kvant – elektromaqnit şüalanmasının (dar mənada işığın) kvantı olan stabil elementar zərrəcik. Dörd fundamental qüvvədən biri olan elektromaqnit qüvvəsinin daşıyıcısıdır. Bozonlar qrupuna aiddir. Sükunət kütləsi və elektrik yükü sıfıra bərbərdir. Kainatda hər atoma qarşılıq təqribən 1 milyard foton mövcuddur. == Ümumi baxış == Tanınmış Fermilab-ın (Fermi National Accelerator Laboratory) üzvü Don Linkoln "Understanding the Universe: from Quarks to the Cosmos" kitabında fotonu belə təsvir edir: Fotonlar, kainatdakı hər maddədən, hər istiqamətə doğru, çox sayıda yayılmaqdadır və kainatdakı ən yüksək sürət ilə fəzada irəliləməkdədir. Bir fotonu digər fotonlardan ayıran üç vacib xüsusiyyəti vardır: "Fotonun enerjisi" (dalğa uzunluğu) "Fotonun hərəkət istiqaməti" (momentum istiqaməti) "Spin istiqaməti" (polyarizasiya istiqaməti)Bir fotonun enerjisinin verilməsi, dalğa uzunluğunun və ya tezliyinin də verilməsi deməkdir. Dalğa uzunluğu, fotonun enerjisi ilə tərs mütənasibdir. Yüksək enerjili fotonların dalğa uzunluğu kiçik, aşağı enerjili fotonların dalğa uzunluğu böyükdür.
Foton (peyk)
Foton (və ya Photon) iki ədəd Rusiya elmi peykinin və yenidən qurulan vasitə proqramlarının layihə adıdır. İnsansız olmasına baxmayaraq, dizayn Vostok kosmos stansiyasının kapsulasından hazırlanmışdır. Foton layihəsinin əsas məqsədi materialşünaslıq tədqiqatlarıdır, lakin bəzi missiyalar həmçinin biologiya, o cümlədən digər tədqiqat sahələri üzrə də təcrübə keçirir . Orijinal Foton seriyası 1985-dən 1999-cu ilədək Plesetsk kosmodromundan 12 ədəd buraxılmışdı . İkinci seriya, Foton-M adı altında, orijinal Foton üzərində dizayn dəyişikliklərindən sonra istifaə olunmağa başladı və hələ də istifadə olunur. Bu günə qədər Foton-M-nin dörd başlanğıc xüsusiyyəti var.Birincisi 2002-ci ildə Plesetsk kosmodromundan buraxıldı və müvəffəqiyyətsizliklə nəticələndi. Son üç, peyk 2005, 2007 və 2014-cü ildə Baykonur Kosmodromundan həyata keçirildi və hamısı uğurla nəticələndi. Həm Foton, həm də Foton-M seriyasında, Soyuz-U (11A511U və 11A511U2) raketləri raket vasitəsi kimi istifadə edildi. Foton-7 missiyasından başlayaraq Avropa Kosmik Agentliyi Foton proqramına tərəfdaş olmuşdur. == Foton-M == Foton-M Rus robot peykidir ki,Yer ətrafında tədqiqatlar aparır.Foton-M-in əsas strukturu Foton üzərində qurulmuşdur və əsas dəyişiklər telemetriya və uzaqdan idarəetmə üzərində aparıldı.Batereya tutumu artırıldı və termal idarəetmə sistemi yaxşılaşdırıldı.
Koronas-Foton
Koronas-Foton (rus. Коронас-Фотон), CORONAS-Photon (Complex Orbital Observations Near-Earth of Activity of the Sun) —Rusiyanın süni peyki. Rusiyanın "Koronas-Foton" peyki Günəşin şəklini çəkib. Rusiya Elmlər Akademiyasının Lebedev adına Fizika institutunun Günəşin rentgen astronomiyası laboratoriyasının saytında bildirilib. Şəkillər 2009-cu il fevralın 20-də peykdəki cihazların sınaq yoxlanışı zamanı alınıb. TESİS teleskopları Günəşin aşağı tacını, keçid təbəqəsini və yuxarı tacını çəkiblər. Bütün şəkillər rentgen diapazonunda alınıb. Belə şəkillər Yerdən çəkmək mümkün deyil. Çünki rentgen şüaları atmosfer tərəfindən udulur. Mütəxəssislər bildirirlər ki, Günəşin şəkli bu planetdə hərarətin necə dəyişdiyini öyrənmək üçün lazımdır.
Fotonika
Fotonika — optik siqnalların işlənməsinin fundamental və tətbiqi aspektləri, habelə onların əsasında müxtəlif təyinatlı cihazların yaradılması ilə məşğul olan elm sahəsi. == Ümumi məlumat == Fotonika elektronikanın analoqu olub, elektronlar əvəzinə elektromaqnit sahəsi kvantlarının - fotonların istifadəsinə əsaslanır. Yəni, o, əhəmiyyətli dərəcədə aşağı enerji itkiləri ilə xarakterizə olunan işıq siqnalının emalı texnologiyaları ilə məşğul olur, bu da onun daha çox miniatürləşdirmə imkanlarına malik olması deməkdir. Beləliklə fotonika: görünən və yaxın spektrdə fotonların yaradılması, idarə edilməsi və aşkar edilməsini öyrənir. O cümlədən, ultrabənövşəyi (dalğa uzunluğu 10...380 nm ), uzun dalğalı infraqırmızı (dalğa uzunluğu 15...150 mkm) və spektrin ifrat infraqırmızı hissəsi (məsələn, 2...4 THs 75...150 mkm-lik dalğa uzunluğuna uyğundur), burada kvant kaskad lazerləri bu gün fəal şəkildə inkişaf edir. optik siqnalların idarə edilməsi və çevrilməsi ilə məşğul olur və geniş tətbiq sahəsinə malikdir: informasiyanın optik liflər vasitəsilə ötürülməsindən tutmuş ətraf mühitdəki ən kiçik dəyişikliklərə uyğun olaraq işıq siqnallarını modulyasiya edən yeni sensorların yaradılmasına qədər.Fotonika geniş spektrli optik, elektro-optik və optoelektron cihazları və onların müxtəlif tətbiqlərini əhatə edir. Fotonik tədqiqatın xarakterik sahələrinə lifli optika və inteqral optika, o cümlədən qeyri-xətti optika, yarımkeçirici birləşmələrin fizikası və texnologiyası, yarımkeçirici lazerlər, optoelektron cihazlar, yüksəksürətli elektron cihazları daxildir. == Tarix == Fotonikanın ayrıca bir elm sahəsi kimi meydana gəlməsi 1960-cı ildə lazerin ixtirası ilə baş vermişdir. Sonrakı inkişaf 1970-ci ildə lazer diodunun ixtirası, informasiyanı ötürmək üçün lifli optikanın və erbium aşqarlı lifli gücləndiricinin yaradılması ilə baş verdi. Bu ixtiralar 20-ci əsrin sonlarında telekommunikasiya inqilabının əsasını qoydu və internet üçün infrastrukturu təmin etdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2008 •••••••••••••••••••• 0.49
2009 ••••••• 0.16
2010 •••• 0.09
2011 •••• 0.09
2019 •••••• 0.14
2020 ••••••••••• 0.27

foton sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. физ. фотон (частица света, квант электромагнитного поля, одна из нейтральных элементарных частиц с нулевой массой) II прил. фотонный

    Azərbaycanca-rusca lüğət / foton

"foton" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#foton nədir? #foton sözünün mənası #foton nə deməkdir? #foton sözünün izahı #foton sözünün yazılışı #foton necə yazılır? #foton sözünün düzgün yazılışı #foton leksik mənası #foton sözünün sinonimi #foton sözünün yaxın mənalı sözlər #foton sözünün əks mənası #foton sözünün etimologiyası #foton sözünün orfoqrafiyası #foton rusca #foton inglisça #foton fransızca #foton sözünün istifadəsi #sözlük