fəqir-füqəra sözü azərbaycan dilində

fəqir-füqəra

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • fəqir-füqəra • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fəqir
Fəqir (ərəb. فقیر‎ — yoxsul) — Keçmiş Sufizm termini olub mənası kasıb deməkdir. == Ümumi məlumat == "Fəqr" (fəqirlik) anlayışı dini ədəbiyyatda bir neçə mənada işlədilir. Ərəb dilindən tərcüməsi "yoxsul, kasıb, möhtac" deməkdir. Mənaların birinə görə, bütün insanlar fəqirdirlər, çünki Allah-təalanın mərhəmətinə möhtacdırlar. Yalnız Allah qənidir (zəngindir, ehtiyacsızdır): "Allah zəngindir, siz isə yoxsulsunuz". Digər mənaya görə, fəqirlik – maddi yoxsulluq, kasıblıq deməkdir. Bəzi ayə və hədislərdə bu cür fəqirlik insanın imanına zərər yetirə biləcək pis bir hal kimi göstərilir: "Şeytan sizi yoxsulluqla qorxudaraq, alçaq işlərə sövq edər…". "Fəqirdənsə qəbir yaxşıdır" (İmam Əli (ə)). Fəqirliyin bu cür dəyərləndirilməsinin səbəbi budur ki, kasıb insan özünün və ailəsinin dolanışığını təmin etmək üçün başqalarına, hətta dinsiz və mənəviyyatsız şəxslərə də möhtac olar, bununla öz şəxsiyyətini, müstəqilliyini itirər, alçalar.
Füqəra füyuzatı
Füqəra füyuzatı (jurnal, 1920-1921) - ədəbi, elmi, ictimai-siyasi, şəkilli toplu, Azərbaycan Hərbi inqilab komitəsinin orqanı (Bakı). Nəşri iki həftədə bir dəfə nəzərdə tutulmuşdu. Lakin cəmi üç, 1920-ci ildə (I.IX, I.XI) 2, 1921-ci ildə (28.IV) 1 nömrəsi çıxmışdır. Ağababa Yusifzadənin müdirliyi və Məmməd Səid Ordubadinin baş redaktorluğu ilə nəşr olunurdu. "Füqəra füyuzatı" Nəriman Nərimanovun şəkli və "Kommunizm nə verəcəkdir?" məqaləsilə açılırdı. Jurnalın məqsəd və məramı məsul müdirin "Füqəra Füyuzatı" nə edəcəkdir?" və baş mühərririn "Pərdə eniyor, pərdə qalxıyor" məqaləsində şərh olunmuşdur. A.Yusifzadə jurnalın proletar ədəbiyyatı yaratmaq məramını açıqlayaraq yazırdı: "Məcmuəmizin başlıca məqsədlərindən biri də məmləkət içrə qeyri-mütəşəkkil halda bulunan üdəba və şüəranı bir yerdə toplayaraq, füqəra nəfinə olmaq şərtilə onların qələmlərindən tərşih edən abdar kəlamlardan istifadə etməkdir. İştə təqib etdiyimiz məram, iştə məcmuəmiz!" "Pərdə eniyor, pərdə qalxıyor" məqaləsi ilə 1907-ci ilin noyabrında fəaliyyətini dayandıran "Füyuzat" jurnalı ilə yenicə nəşrə başlayan "Füqara füyuzatı" arasında əlaqələri aydınlaşdıran Məmməd Səid Ordubadi yazırdı: "ünvanımızda yazdığımız "Pərdə eniyor, pərdə qalxıyor" kəlmələri gərək ki, qarelərimizi əvvəlcə bir az düşündürmüşdür. Ona görə də bir neçə kəlmə izahat vermək istiyoruz. "Pərdə eniyor, pərdə qalxıyor" dedikdə, zənginlərin tamaşagah ədəbiyyatımızdakı nüfuzlarının pərdəsi enib, ədəbiyyatın füqəra öhdəsində olaraq, bütün aləm füqərasına tamaşa göstərəcək teatronun pərdəsi qalxıyor demək istiyoruz.
Fəqir (şair)
Fəqir — XVIII əsr ləzgi əsilli Azərbaycan şairi. Şair Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Miskincə kəndində anadan olub. == Həyatı == Fəqirin şəxsi həyatı barədə mənbələrdə demək olar ki, məlumat yoxdur. Onun əsl adı belə məlum deyil. Şairin Fəqir sözünü özünə təxəless götürdüyü ehtimal edilir. Fəqir keçmiş Sufizm termini olub mənası kasıb deməkdir. Şairin yalnız Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Miskincə kəndində anadan olduğu məlumdur. XVIII əsrdə Səfəvilər Dövləti dövründə yazıb yaratdığı məlumdur. == Yaradıcılığı == Şairin yaradıcılığı iki hissəyə bölünür: sevgi lirikası və sosial etiraz lirikası. Sevgi lirikasına Fəqirin "Gəldin" və "Görünməz" kimi şeirləri daxildir.
Fəqir Ordubadi
Hacı ağa Fəqir Ordubadi (1836, Ordubad – 1886, Ordubad, Naxçıvan qəzası) — görkəmli Azərbaycan nasiri Məmməd Səid Ordubadiinin atası, dövrünün tanınmış ziyalısı və şairi. == Həyatı == Hacı ağa Fəqir Ordubadi 9 yanvar 1836-cı ildə Ordubadda kiçik tacir ailəsində anadan olmuşdur. Atası Məhəmməd ticarət işləri ilə əlaqədar olaraq tez-tez İrana, Təbriz, Marağa, Şiraz və başqa şəhərlərə gedər, bəzən oğlu Hacağanı da özü ilə birlikdə aparardı. Odur ki, gəzdiyi yerlər və şahidi olduğu hadisələr hələ kiçik yaşlarından Fəqirin dünyagörüşünə təsir etmiş, onun gələcək inkişafında müsbət rol oynamışdır. Firidun bəy Köçərlinin tədqiqatlarından məlum olur ki, Fəqir Ordubadi Şirazda təhsil almış, ərəb və fars dillərini orada mükəmməl öyrənmişdir. M. S. Ordubadi atası haqqında yazır ki, "atam Hacıağa Fəqir, Şah Abbasın yanında böyük mərtəbə qazanmış məşhur şair Mirzə Hatəm Ordubadinin nəvəsidir. Atam İran Azərbaycanının Dizmar mahalından, Üştibin kəndindən olan Pənah adlı bir bağbanın qızı ilə evlənib ailə qurmuşdur. Nəsillikcə məşhur şair Nəbatiyə qohum sayılan bu ailə "yerli Həsənabad xanlarının qarət və qırğınından" yaxa qurtarmaq üçün baş götürüb qaçmış və Ordubadda məskən salmışdı. Hacıağa bu ailədən evləndiyi zaman həddindən artıq yoxsulluq içərisində yaşayırdı. Məhz buna görə də şerlərində "Fəqir" təxəllüsünü işlədirdi"[mənbə göstərin].
Hacı ağa Fəqir Ordubadi

fəqir-füqəra sözünün rus dilinə tərcüməsi

fəqir-füqəra sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

FƏQİR-FÜQƏRA’ ə. fağır adamlar, yoxsullar.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Oxşar sözlər

#fəqir-füqəra nədir? #fəqir-füqəra sözünün mənası #fəqir-füqəra nə deməkdir? #fəqir-füqəra sözünün izahı #fəqir-füqəra sözünün yazılışı #fəqir-füqəra necə yazılır? #fəqir-füqəra sözünün düzgün yazılışı #fəqir-füqəra leksik mənası #fəqir-füqəra sözünün sinonimi #fəqir-füqəra sözünün yaxın mənalı sözlər #fəqir-füqəra sözünün əks mənası #fəqir-füqəra sözünün etimologiyası #fəqir-füqəra sözünün orfoqrafiyası #fəqir-füqəra rusca #fəqir-füqəra inglisça #fəqir-füqəra fransızca #fəqir-füqəra sözünün istifadəsi #sözlük