* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Fiziki qüvvəsi çox olan, fiziki cəhətdən inkişaf etmiş; qüvvəli (insan və heyvan haqqında). Güclü adam. Güclü at. – Qollar güclü, qollar gərgin, ağır daşlar; Qaldırılır üfüqlərə. M.Müşfiq. [Sevinc:] Bu mübarizədə qalib çıxmaq üçün gərək ağlın iti olsun, qolun da güclü! Z.Xəlil. // İs. mənasında. Güclü, qüvvətli adam. Sən zəlil ol, eybi yox, qoy güclü çəksin ləzzəti. M.Ə.Sabir. Xeyr, bu heç olmaz, güclü gücsüzdən intiqam almaz. H.Cavid. 2. Möhkəm, dayanıqlı, səbatlı, mətanətli. Güclü iradə. – “Fırlanır” sözüylə o güclü insan; Qırdı mövhumatın sərt buzlarını. B.Vahabzadə. 3. Yaxşı silahlanmış, böyük müdafiə və hücum imkanlarına malik olan. Güclü ordu. – [Nüşabə:] Düşmən həm güclüdür, həm də hiyləgər; Qüvvətlə, hiyləylə qazanır zəfər. A.Şaiq. 4. Böyük nüfuz qüvvəsi olan; qüdrətli. Güclü dövlət. 5. Şiddətli, qüvvətli, bərk. Güclü isti. Güclü işıq. Güclü ağrı. Güclü şaxta. – Ətraf güclü yağışdan tərtəmiz yuyulmuşdu. S.Vəliyev. // Böyük, dərin. Güclü arzu. Güclü hiss. Güclü nifrət. 6. İstedadlı, bilikli, bacarıqlı, hazırlıqlı. İndi Bakı neft sənayesi, şöhrəti uzaqlara yayılmış güclü mütəxəssislərə malikdir. (Qəzetlərdən). // Öz işini yaxşı bilən, yaxşı yerinə yetirən; bacarıqlı, qabiliyyətli. Güclü tələbə. Güclü üzgüçü. Güclü pianoçu. // Yaxşı məlumatlı, bilikli. Ruscadan güclüdür. 7. Bərk, möhkəm. Güclü zərbə. – Qapıya güclü bir təpik vurdu. H.Seyidbəyli. 8. Böyük istehsal imkanlarına və qüvvəsinə malik olan. Güclü zavod. 9. Böyük təsir qüvvəsinə malik olan; çox təsirli. Güclü nitq. Güclü söz. 10. Uzaqdan eşidilən, çox bərk (səs haqqında). Güclü partlayış səsləri ətrafı bürüdü, torpaq göyə sovruldu. S.Vəliyev. 11. Yaxşı məhsul verən, yaxşı məhsul yetirən; bərəkətli, münbit. Güclü torpaq. // Yaxşı inkişaf edən, tez böyüyən, tez məhsul verən. Güclü ağac.
Azərbaycan dilinin izahlı lüğəti / güclü2 GÜCLÜ, QÜVVƏTLİ Qızıl Arslan Xarəzmşahın ordusun məmləkətdən çıxartmaq üçün Bustam, Cacərm və Nişabur tərəflərinə əlli mindən ibarət qüvvətli bir ordu göndərəndən sonra vəliəhdi Təbrizdə buraxıb güclü bir qoşunla Həmədana doğru irəliləməyə başladı (M.S.Ordubadi); GİRLİ Yəni o elə girli adamdır?(Ə.Əbülhəsən); QƏVİ Yazdı: “Tanımıram nə din, nə qanun”; Yazdı: “Düşmən qəvi, taleyim zəbun (B.Vahabzadə); QÜDRƏTLİ Birdən bəndini aşmış; qüdrətli bir sel kimi; Fırtınalı yel kimi.. (R.Rza); ZORLU (çox güclü) [Zübeydə:] Ağa Rzadan zorlusan ki, fəryadı heç bir yerə çatmadı? (M.F.Axundzadə); İQTİDARLI.
Azərbaycan dilinin sinonimlər lüğəti / güclü2 прил. 1. сильный: 1) обладающий большой физической силой. Güclü adam сильный человек, güclü qol (əl) сильная рука 2) имеющий твёрдый, волевой характер. Güclü iradə сильная воля 3) обладающий властью, влиянием, могущественный. Güclü düşmən сильный враг, güclü hakimiyyət сильная власть 4. значительный по степени проявления. Güclü külək сильный ветер, güclü hisslər сильные чувства, güclü müqavimət сильное сопротивление 5) значительный по своему воздействию. Güclü əsər сильное произведение, güclü film сильный фильм, güclü dəlil сильное доказательство 6) хорошо знающий свое дело, способный, умелый. Güclü riyaziyyatçı сильный математик, güclü müəllim сильный учитель, güclü oyunçu сильный игрок 2. мощный: 1) с сильным оснащением, с большими производственными возможностями. Güclü zavod мощный завод, güclü neft sənayesi мощная нефтяная промышленность 2) имеющий большую мощность. Güclü mühərrik мощный двигатель, güclü dəzgah мощный станок 3) массивный (о пласте, слое чего-л.). Güclü neft yataqları мощные нефтяные залежи II нареч. сильно. Güclü səslənir сильно звучит; güclü tərəfi kimin, nəyin сильная сторона кого, чего
Azərbaycanca-rusca lüğət / güclü1 s. 1. (müxt. mənalarda) strong; ~ oğlan a strong boy; ~ (kəskin) iy strong smell; 2. (motor və s.) powerful; ~ motor a powerful engine; ~ ölkə a powerful country; ~ dəlil a powerful argument; (arzu, hiss) intense; (nifrət) violent; towering; 3. (nitq) impressive; 4. (zərbə) hard; 5. (yağış, tufan, atəş, hücum) heavy; ~ ehtiras violent passion; ~ iradə strong will; 6. (bilən) good (at); O riyaziyyatdan güclüdür He / She is good at mathematics
Azərbaycanca-ingiliscə lüğət / güclü1 sif. fort, -e, vigoureu//x, -se, robuste, puissant, -e, rude ; calé, -e ; ~ yağış pluie f torrentielle ; ~ iradə volonté f de fer ; o riyaziyyatdan ~dür il est calé en maths
Azərbaycanca-fransızca lüğət / güclü1 прил. гужлу (1. гуж квай, гуж авай, къуватлу (мес. инсан, гьайван, гъилер); // сущ. гужлу (къуватлу) кас; 2. кӀеви, мягькем (мес. гъуд, кьуьл); 3. хъсандаказ яракьламиш хьанвай, вичи-вич хуьнин ва гьужумунин имканар авай (мес. шанил, кьушун); 4. къудратлу (мес. девлет); 5. кӀеви; къати (мес. тӀал, марф); // дерин, чӀехи (мес. мурад, гьисс); 6. талант авай, билиг авай, алакьун авай, алакьдай; 7. эсер ийидай; гзаф таъсирлу (мес. гаф); 8. хъсан магьсул гудай; берекатлу, мублагь (мес. ччил); // фад чӀехи жедай, фад магьсул гудай; мес. ттар).
Azərbaycanca-ləzgicə lüğəti / güclü