* Sözün müxtəlif mətnlərdə yazılışı.
I (Əli Bayramlı, Göyçay, İsmayıllı, Kürdəmir, Şamaxı) 1. suqabı (Əli Bayramlı, Göyçay, Kürdəmir, Şamaxı). – Gəlgəlnən bir suvi aşırdım (Kürdəmir) 2. kiçik sərnic (İsmayıllı). – Güllü gəlgəli ver, qoyunu sağım II (Hamamlı) kiçik araba. – Haravanın balacası gəlgəldi, böyüyü seldi; – Gəlgəlnən ensiz yollarda yük aparrıx III (Tərtər) boyunbağı. – Gəlgəl qızıldan olur IV (Lənkəran) uşaq döşəyi
Azərbaycan dilinin dialektoloji lüğəti.