Göynük
Göynük (əvvəlki adı: Köynük) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Göynük kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Qazançı kənd inzibati ərazi dairəsi tərkibindəki Köynük kəndi Göynük kəndi adlandırılmış, Göynük kəndi Qazançı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Nəhəcir kəndi mərkəz olmaqla, Nəhəcir kənd inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 2005-ci il tarixli, 874-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Göynük kəndi Nəhəcir kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Göynük kənd inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 28 noyabr 2014-cü il tarixli, 1119-IVQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Göynük kənd inzibati ərazi dairəsi tərkibindəki Göynük kəndi Babək rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Göynük kənd inzibati ərazi dairəsi Culfa rayonunun tabeliyindən çıxarılaraq Babək rayonunun tabeliyinə verilmişdir.
== Toponimikası ==
== Tarixi ==
=== Tarixi abidələri ===
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
== Coğrafiyası və iqlimi ==
== Əhalisi ==
== İqtisadiyyatı ==
== Mədəniyyəti ==
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
== Təhsil ==
Kənddə Göynük kənd tam orta məktəbi fəaliyyət göstərir.
== Din ==
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
== Səhiyyə ==
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.