gücsüz sözü azərbaycan dilində

gücsüz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • gücsüz • 93.9914%
  • Gücsüz • 4.7210%
  • GÜCSÜZ • 1.2876%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

gücsüz sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Gücü, fiziki qüvvəsi olmayan və ya az olan, fiziki cəhətdən inkişaf etməmiş; qüvvəsiz. Gücsüz adam. – [Adil:] Biz [atama] sığınırdıq, onun gücsüz əlindən güc alırdıq. B.Bayramov. // İs. mənasında. Gücsüz, qüvvətsiz adam. [Musa:] Bir daha gücsüzləri çeynəyib əzməsinlər, artıq anlasınlar, yalnız yaşamaq deyil, yaşatmaq da lazımdır. H.Cavid. 2. Zəif, qüvvətsiz. Gücsüz qoşun. Gücsüz külək. Gücsüz səs.

    Azərbaycan dilinin izahlı lüğəti / gücsüz

gücsüz sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 taqətsiz — qüvvətsiz

    Azərbaycan dilinin sinonimlər lüğəti / gücsüz
  • 2 GÜCSÜZ (gücü, taqəti olmayan) [Gülüş:] Görürsünüz ki, rəqibiniz nə qədər gücsüzdür (C.Cabbarlı); BİTAQƏT Belə gözəl düşə ay qabağına; Tamaşa eyləyən bitaqət olur (M.P.Vaqif); QÜVVƏTSİZ Lakin qızışmış köhlən at qüvvətsiz uşağa qulaq asmadı.. (S.S.Axundov); NATƏVAN (kl.əd.) Uğrunda ta ki, eşqin zərrə qılur dağları; Bu Xətayi xəstə andan natəvan olmuş durur (Xətayi); TAQƏTSİZ Lakin qızıl ölkəm üçün ən qiymətli olan bir şeyin qırılıb içimə düşdüyünü hiss edincə qollarım taqətsiz bir halda yanıma düşdü (A.Şaiq); ZƏBUN Qəhr pəncəsində eyləmiş zəbun; Qırılmış qanadı, qolu yoxsulun! (Ə.Cavad); HALSIZ (bax), HEYSİZ, İQTİDARSIZ.

    Azərbaycan dilinin sinonimlər lüğəti / gücsüz

gücsüz sözünün antonimləri (əks mənalı sözlər)

gücsüz sözünün rus dilinə tərcüməsi

  • 1 бессильный, слабый, немощный

    Azərbaycanca-rusca lüğət / gücsüz
  • 2 прил. 1. немощный (слабый, больной) 2. несильный, бессильный: 1) не имеющий физических сил 2) неспособный, не имеющий возможности что-л. сделать; беспомощный

    Azərbaycanca-rusca lüğət / gücsüz

gücsüz sözünün inglis dilinə tərcüməsi

gücsüz sözünün fransız dilinə tərcüməsi

gücsüz sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. гужсуз (1. гуж авачир (квачир) ва я тӀимил гуж квай; къуватсуз); // сущ. гужсуз (къуватсуз) кас, гужсузди, къуватсузди; 2. къуватсуз, зайиф; мес. гар, ван).

    Azərbaycanca-ləzgicə lüğəti / gücsüz

"gücsüz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#gücsüz nədir? #gücsüz sözünün mənası #gücsüz nə deməkdir? #gücsüz sözünün izahı #gücsüz sözünün yazılışı #gücsüz necə yazılır? #gücsüz sözünün düzgün yazılışı #gücsüz leksik mənası #gücsüz sözünün sinonimi #gücsüz sözünün yaxın mənalı sözlər #gücsüz sözünün əks mənası #gücsüz sözünün etimologiyası #gücsüz sözünün orfoqrafiyası #gücsüz rusca #gücsüz inglisça #gücsüz fransızca #gücsüz sözünün istifadəsi #sözlük