gənələr sözü azərbaycan dilində

gənələr

Yazılış

  • gənələr • 78.4314%
  • Gənələr • 21.5686%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gənələr
Gənələr (lat. Acari) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan yarımsinfi. Gənə tünd qırmızı qəhvəyi rəngdə yastı oval 8 ayaqlı bir parazitdir. Məməlilər, quşlar və sürünənlərdən qan əmərək yaşayarlar. Bahar və yay mövsümündə yaşıllıq sahələrdə olurlar. Dişləmələri ağrısızdır. Bir neçə gün içində qaşıntı və ya gənənin görülməsiylə fərq edilər. Bir çox bakteriya və virusu heyvanlardan insanlara bulaşdıra bilər. Gənə ilə bulaşan xəstəliklərin çoxu yüksək qızdırmayla seyr edən lyme xəstəliyi, dönmə qızdırma, tularemi kimi və son zamanlarda səslənilən, müalicəsi olmayan, gənələrin bulaşdırdıqları viruslarla yaranan Krım-Kongo qanamalı qızdırma sayıla bilməkdədir. Bu xəstəlik Azərbaycanda son illərdə görülməkdə olsa da ilk olaraq 1944-cü ildə Krımda, 1956-cı ildə də Konqoda görülmüşdür.
Akariform gənələr
Akarifon gənələr (lat. Acariformes) — Hörümçəkkimilər sinfinə aid dəstə. == Haqqında == Gənəkimilər arasında bu dəstə ən böyüyü olub, 30000-dən artıq növü birləşdirir, özü də bu rəqəm gerçəklikdən çox uzaqdır. Akariform gənələrin növmüxtəlifliyi çox zəngindir. Bu dəstənin gənələri qalan bütün araxnidlərlə müqayisədə yumurtadan daha erkən inkişaf mərhələsində, qısa qarınlı altıayaqlı sürfə şəklində çıxırlar. Sürfə nimfaya çevrilir, o da üç dəfə qabığını dəyişərək yaşlı gənəyə çevrilir. Nimfal dövr ərzində qarıncığın seqmentləri və dördüncü cüt ətraflar əmələ gəlir. Akariform gənələrin xırda bir ibtidai qrupu vardır ki, onlarda həyat forması sürfədən yaşlı fərdə kimi dəyişmir. İbtidai formalar bütün ömürlərini nəm torpaqda çürümüş bitki qalıqları arasında keçirirlər və başqa gənələrə xas olan keçid fazaları onlarda olmur. Onlar həddən artıq nəmişlik sevəndirlər.
Parazitiform gənələr
Parazitiform gənələr (lat. Parasitiformes ) — Hörümçəkkimilər sinfinə aid dəstə. Parazitiform gənələrdə bədən iki hissədən ibarət olur: 2 cüt ön ətraflı qnatosom və 4 cüt ayaqlı idiosom. Bu gənələrin bədəni seqmentləşməmişdir. Ayaqların birinci buğumları sərbəst şəkildə bədənə birləşmiş, hərəkətli və ya azhərəkətlidir. Onlarda 1 cüt yaxşı nəzərəçarpan nəfəsgah vardır. Cinsiyyət dəliyi idiosomun ön hissəsində yerləşir. İnkişaf sikli aşağıdakı fazaları əhatə edir. Yumurta, sürfə, nimfa və yaşlı gənə. Cinsi dimorfizim adətən yaxşı ifadə olunmuşdur.
Anbar gənələri
Anbar gənələri, taxıl gənələri, un gənələri (Acaroidea, yaxud Tyroglyphoidea) – akariformlar dəstəsindən gənələr fəsiləüstlüyü. == Ümumi məlumat == Uzunluğu 0,2–1,2 mm-dir. Yarımşəffaf, ağımtıl rəngli bədəninin örtüyü zəif skeletləşmiş, yumşaqdır. Ağız aparatı gəmirici tiplidir. Dünyada 200-dən çox, Azərbaycanda 27 növü var. Torpaqda, çürümüş üzvi qalıqlarda, heyvan yuvalarında və s. yaşayır. Saprofaqdırlar. Sürətli artma (4 gündən bir neçə həftəyədək), yüksək məhsuldarlıq (ayrı-ayrı növlər sutkada 40-adək, cəmi 700-dən çox yumurta qoyur) əlverişli şəraitdə onların külli miqdarda artmasına səbəb olur. İnkişaf tsikli yumurta, sürfə, 2–3 nimfa fazası və cinsi yetkin fərd mərhələlərindən ibarətdir.

gənələr sözünün rus dilinə tərcüməsi

  • 1 зоол. клещи (мелкие членистоногие класса паукообразных). Otlaq gənələri пастбищные клещи, su gənələri водяные клещи, anbar gənələri амбарные клещи, qoturluq gənələri чесоточные клещи

    Azərbaycanca-rusca lüğət / gənələr

Oxşar sözlər

#gənələr nədir? #gənələr sözünün mənası #gənələr nə deməkdir? #gənələr sözünün izahı #gənələr sözünün yazılışı #gənələr necə yazılır? #gənələr sözünün düzgün yazılışı #gənələr leksik mənası #gənələr sözünün sinonimi #gənələr sözünün yaxın mənalı sözlər #gənələr sözünün əks mənası #gənələr sözünün etimologiyası #gənələr sözünün orfoqrafiyası #gənələr rusca #gənələr inglisça #gənələr fransızca #gənələr sözünün istifadəsi #sözlük