Hindistanda sözü azərbaycan dilində

Hindistanda

Yazılış

  • Hindistanda • 99.7730%
  • hindistanda • 0.1621%
  • HİNDİSTANDA • 0.0649%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hindistanda din
Hindistanda konstitusiyası bu ölkənin hər bir vətəndaşı üçün din azadlığına zəmanət verir. Hindistanda əhalinin 83 faizi induistlərdir. İnduizm respublikanın bütün ştatlarında, cammu, Kəşmir və yeni yaranmış Naqalend istisna olmaqla hakim din hesab olunur. İnduizmin iki əsas istiqaməti vardır: vişnuizm və şivaizm. Hal-hazırda Vişna Allahının kultu daha geniş yayılıb. Lakin bir sıra hind xalqları arasında (tamilər, assamslar) şivai əsas götürülür. Bəzi yerlərdə, məsələn, nəsilin ana xətti ilə davam etdirildiyi malayalar arasında şaktizm inkişaf edib. Ortodoksal induistlərlə yanaşı ölkədə reformator induistlərin də ardıcılları vardır. Hindistanın müsəlman əhalisi 11 faiz təşkil edir. Müsəlmanların əksəriyyəti isə sünnülüyün hənəfi məzhəbinə etiqad edir.
Hindistanda sənətkarlıq
Hindistanda sənətkarlıq - Hindistanda tarixən formalaşmış sənət sahələrinin məcmuu. Çoxsaylı arxeoloji materiallar Hindistanda qədimdən müxtəlif sənət sahələrinin inkişaf etdiyini, yayıldığını sübut edir. Burada sənətkarlığın inkişaf etməsinin əsas səbəblərindən biri daş, dəmir, ağac və s. materialların bolluğu, əsrlərdən gələn təcrübənin nəsillərdən-nəsillərə ötürülməsi olmuşdur. Hindistanda həyatın bütün sahələrində özünü göstərən mühafizəkarlıq, ənənəvilik sənətkarlığa da sirayət etmişdir. Arxeoloji materiallar Harappa sivilizasiyasının dəmir ilə tanış olmadığını, əsasən mis və tuncdan silah, təsərrüfat alətlərinin hazırlandığını üzə çıxarmışdır. Burada əridilmə, tökmə, döymə kimi metal hazırlama üsullarından istifadə olunmuş, misə, tunca nikel və arsen qatılmışdır. Sənətkarlar bəzək əşyalarının hazırlanmasında qızıl və gümüşdən istifadə etmişlər. Harappada toxuculuq, sümük və metalişləmə, dulusçuluq geniş inkişaf etmişdir. Dulus qabları geometrik və bitki motivləri ilə bəzədilmiş, əl və ayaq dulus çarxları daha da təkmilləşdirilmişdir.
Hindistanda təhsil
Hindistanda təhsil — Cənubi Asiyada, Hindistan yarımadasında yerləşən Hindistan Federativ Respublikasında mövcud olan çoxşaxəli təhsil sistemi. Hindistan tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. Hindistanda müasir təhsil sistemi hökumətin nəzarəti altındadır. Əhalinin savadlılıq səviyyəsinin yüksəldilməsi üçün bu ölkədə geniş təhsil sistemi təşəkkül tapıb. 2005-ci ilin statistik məlumatlarına görə, Hindistanda əhalinin ümumi savadlılıq səviyyəsi təxminən 64,8 faiz təşkil edir. Qadınların savadlılıq səviyyəsi isə 53,7 faizə bərabərdir. Əhalinin 85 faizi ibtidai təhsilə, 39 faizi orta təhsilə, 9 faizi isə ali təhsilə cəlb olunub. 2005-ci ildə Hindistanda 410 milyondan çox 6-24 yaşlı gənc olmuşdur ki, bu da ümumi əhalinin təxminən 38 faizini təşkil edirdi. Onların yalnız 237 milyon nəfəri təhsilə cəlb olunmuşdur. Ölkə üzrə müəllimlərin ümumi sayı isə 7 milyon nəfərə yaxındır.
Hindistanda zəlzələlər
Hindistanda baş verən zəlzələlərin siyahısı
Hindistanda çayçılıq
Hindistanda çayçılıq — Hindistan Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi. Hindistan dünyada çay istehsalının həcminə görə ikinci yerdədir. Yerli əhali çay içkisindən geniş istifadə etdiyi üçün istehsalın 70 %-i daxili tələbatın ödənilməsinə yönəldilmişdir. Beynəlxalq bazarlara ildə təxminən 200 min ton çay çıxarılır.
Hindistanda Yeni il
Yeni il Hindistanda — Hindistanda təntənə ilə qeyd olunan bayram. Bu ölkədə Yeni ili müxtəlif cür qarşılayırlar. Ölkənin şimal əhalisi özlərini ağ, qırmızı, cəhrayı və bənövşəyi çiçəklərlə, mərkəzində isə evləri bənövşəyi bayraqlarla bəzəyirlər. Qərbdə evlərin damında od qalayırlar. Bayram ərəfəsində analar böyük qablara uşaqlar üçün hədiyyələr, şirniyyatlar və gül qoyurlar. Yeni ilin ilk günü səhər uşaqları gözübağlı nimçəyə yaxınlaşdırırlar ki, onlar özlərinə hədiyyə seçsinlər. Yeni il dünyada necə qeyd edilir?
Hindistanda ali təhsil
Hindistanda ali təhsil — Hindistan Federativ Respublikasının ali təhsil sistemi Hindistanda texnologiya, idarəetmə, informasiya texnologiyaları institutları, mərkəzi universitetlər və digər çoxsaylı ali məktəblər olmaqla ümumilikdə 367 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkənin ən qədim ali təhsil müəssisələri 1857-ci ildə yaradılmış Mədrəs, Kəlkətə və Mumbay universitetləridir. Mərkəzi hökumət ali təhsil sahəsində inkişaf strategiyasının hazırlanması, ali məktəb standartlarının, elmi-tədqiqatların, elmi və texniki müəssisələrin işinin əlaqələndirilməsi və istiqamətləndirilməsi üzrə mühüm səlahiyyətlərə malikdir. Hökumət Universitet Qrant Komissiyasına qrantlar verir və ölkədə Mərkəzi universitetləri təsis edir. Həmçinin Universitet Qrant Komissiyasının tövsiyələrinə əsasən hökumət tərəfindən bəzi təhsil müəssisələrinin "Universitet hesab edilənlər" qrupuna daxil olmasına icazə verilir. Ştatlarda universitetlərin və kolleclərin təsis olunması yerli hökumətlərin səlahiyyətləri çərçivəsindədir. Bu müəssisələrin inkişafı və saxlanılması üçün planlaşdırılmış qrantlar ayrılır. Ştatlar arasında təhsil sahəsində koordinasiya işi Təhsil üzrə Mərkəzi Məşvərət Şurası vasitəsilə həyata keçirilir. Eləcə də ölkədə bu şuralar fəaliyyət göstərir: Ümumhindistan Texniki Təhsil Şurası; Tibb Şurası; Peşə Şurası; Kənd Təsərrüfatı Tədqiqatı Şurası; Müəllimlərin Təhsili üzrə Milli Şura; Stomatologiya Şurası; Əczaçılıq Şurası; Uşaqlara Qayğı Şurası; Vəkillər Şurası; Homeopatiya üzrə Mərkəzi Şura; Hind Müalicəsi üzrə Mərkəzi Şura; Memarlıq Şurası; Distant Təhsil Şurası; Reabilitasiya Şurası; Ali Təhsil üzrə Dövlət Şurası. İnsan Resurslarının İnkişafı Nazirliyinə tabe olan Mərkəzi universitetlər Universitet Qrant Şurasının verdiyi qrantlar hesabına maliyyələşir.
Hindistanda orta təhsil
Hindistanda orta təhsil — Hindistan Federativ Respublikasında mövcud olan orta təhsil sistemi. Hindistanda 4 illik orta ümumi təhsil pilləsi IX-XII sinifləri (14-18 yaş) əhatə edir. Bu təhsil pilləsi iki yerə bölünür: orta məktəb pilləsi — əsasən IX-X sinifləri (14-16 yaş), bəzi ştatlarda isə VIII-X sinifləri əhatə edir. yuxarı orta məktəb pilləsi — XI-XII sinifləri əhatə edir. Bu təhsil pilləsinin əsas məqsədi gəncləri gələcək iş həyatına və ali təhsil müəssisələrinə hazırlamaqdır. X və XII sinifləri bitirmiş bütün orta məktəb şagirdləri dövlət imtahanlarına cəlb olunur. Tədris ili bütün ştatlarda 200 gündən çox davam edir. Müxtəlif ştatlarda tədris ili ayrı-ayrı vaxtlarda başlayır. Bəzi ştatlarda yay tətili, bəzi ştatlarda isə qış tətili üçün uzun istirahət müddəti verilir. Ölkənin Təhsil üzrə Milli Strategiyasında müəyyənləşdirilmiş ənənəvi fənlər bütün orta təhsil müəssisələrində tədris olunur.
Hindistanda toy adətləri
Hindistanda toy adətləri - Hindistan mədəniyyətinin tərkib hissəsi. Hind tоylаrı özünün ənənəviliyi ilə fərqlənir, min illər əvvəl оlduğu kimi indi də еynilə yеrinə yеtirilir, toylardakı ritual və ənənələrin kökü Vedalara əsaslanır. Hind cəmiyyətində toy təkcə iki insanın, iki qəlbin birləşməsi deyil, toy gəlinin və bəyin ailələrini birləşdirir. Həmin andan hörmət və şərəf ailənin hər bir üzvünə aid olur. Toy adəti hər bir hindusun həyatında ən vacib mərhələlərdən sayılır. Buna görə də onun hazırlanmasına, keçirilməsinə böyük əhəmiyyət verilir. Hinduslar inanırlar ki, toy adətləri ər və arvadı sonrakı 7 həyatda bağlayır və toy hindusların həyatında 16 sanskardan (sirli qurbanvermə) biridir. Ənənəyə görə, ailə qurmaq üçün gənc oğlan və qız seçilərkən qoroskopa baxılır, gənclərin xaraktercə bir-birinə uyğun gəlmələri nəzərə alınır ki, ailə həyatları ziddiyyətlər içində keçməsin, həmişə razılıq olsun. Toydan bir həftə öncə brahman gəlir, oğlanla qızın ulduz falına baxır. Çünki, ulduzlar toya yaxın birləşirlər.
Yeni il Hindistanda
Hindistanda anomal istilər (2015)
Hindistanda anomal istilər — 2015-ci ilin may ayında Hindistanın müxtəlif bölgələrində müşahidə olunan yüksək temperatur böhranı. Baş verən anormal istilər nəticəsində 29 may tarixinə olan məlumata əsasən 1.800 nəfərdən çox şəxs dünyasını dəyişib. Hindistanda ən yüksək temperatur adətən, mart-iyul ayları aralığında müşahidə edilməkdədir. Baş verən temperatur böhranı zamanı ölkənin demək olar ki, bütün ərazilərində ölüm halı qeydə alınıb. Xüsusi ilə cənub ştatlarında ölüm hallarını daha çox olması diqqət çəkir. Andhra Pradeş ştatında 1.490 nəfər həmin ştatın sərhədində yerləşən Telanqana ştatında isə 440 nəfər istilərin qurbanı olub. Adı çəkilən ərazilərdə 47 dərəcə isti qeydə alınıb. İstilərdən əziyyət çəkən digər ərazilər Orissa ştatı və Qərbi Benqal ərazilərdir. Baş verən istilər böyük şəhərlərdə soyuducu sistemlərə olan təlabatı anidən artırmışdır və nəticədə bir çox böyük şəhərlərdə enerjinin verilməsində problemlər yaranıb.
Hindistanda rəsmi statuslu dillər
Hindistandа etnik, dil, din amilləri bir-birinin daxilinə elə nüfuz edib ki, əksər hallarda etno-mədəni proseslərdə bu faktorlar ayrı təsnifatlaşdırılmır. Dil, dialekt, ləhcə, şivələrin sayına görə, Hindistan dünyanın ən zəngin ölkələrindən biridir. Hindistanda əhаlinin 73,4 %-i hindi, 24,5 %-i drаvid, 0,7 %-i Tibеt-Birmа dillərində dаnışır. Ölkənin şimalında və mərkəzi hissələrində əhalinin əksəriyyəti hind-ari dil ailəsinə, cənubda, cənub-şərqdə isə dravid dil ailəsinə mənsubdur. Hindistan Konstitusiyasında hər hansı bir dil “milli dil” statusu daşımır, lakin burada rəsmi dil devanaqari əlifbası ilə hindi dili və ingilis dili sayılır. Bu ölkədə 28 ştatın hər birində hindi dili (bəzilərində ingilis dili də) ilə yanaşı, yerli bir və ya iki dil rəsmi dil statusu daşıyır. Bundan başqa, dövlətin rəsmən tаnıdığı milli dillərdən (Konstitusiyanın 8-ci bölməsi) 13-ü hind-аri dillərinə, 3-ü drаvid dillərinə, 1-i Tibеt dillərinə və s. аiddir. Hindistan Konstitusiyasının tanıdığı 22 milli dili (national languages) və dörd milli regional dil (state languages) təsnifatlaşdırılmışdır . Milli dillər aşağıdakılardır: assam (Assam), benqali (Qərbi Benqal və Tripura), bodo (Assam), doqri (Cammu və Kəşmir), qondi (Çattisqarh, Madha-Pradeş, Orissa, Andha-Pradeş ştatlarında yaşayan qondi tayfasının dili), qucarati (Qucarat ştatı, Dadra və Naqar Haveli, Daman və Diu ittifaq əraziləri), kannada (Karnataka), kəşmiri (Cammu-Kəşmir), konkani (Qoa), malayalam (Kerala, Lakşadvir, Pondişeri), maythili (Bihar), manipuri (Manipur), marathi (Maharaştra), nepali (Siqqim), oriya (Orissa), pencabi (Çandiqarh, Delhi, Haryana), santali (Carkhand, Bihar, Orissa, Çattisqarh ştatlarında yaşayan santal xalqı), sinhi (sinhi icması), tamili (Tamilnad və Pondişeri), teluqu (Andhra Pradeş), urdu (Cammu və Kəşmir, Andhra Pradeş, Delhi, Uttar Pradeş), sanskrit.
Hindistanda ümumdünya irsi obyektlərinin siyahısı
Hindistanda YUNESKO-nun ümumdünya irsi obyektlərinin siyahısına 40 obyekt daxildir (2021-ci il üçün), bu, ümumi rəqəmin 3,1%-ni (2021-ci il üçün 1154) təşkil edir. Siyahıya 32 obyekt mədəniyyət meyarlarına görə, 7 obyekt təbii meyarlara görə, 1 obyekt mədəni və təbii meyarlara görə daxil edilib. 13 obyekt insanın yaradıcılığının şah əsəri kimi tanınır (meyar i), 3 obyekt təbiət fenomeni və ya müstəsna təbii gözəlliyə və estetik əhəmiyyətə malik məkan kimi tanınır (meyar vii). Bundan əlavə, 2022-ci ildən ölkədəki 49 obyekt ümumdünya irs siyahısına daxil olmaq üçün namizədlər sırasındadır. Hindistan Ümumdünya Mədəni və Təbii İrsin Mühafizəsi Konvensiyasını 1977-ci il noyabrın 14-də ratifikasiya edib. Hindistandakı ilk obyektlər 1983-cü ildə YUNESKO-nun ümumdünya irs komitəsinin 7-ci sessiyasında siyahıya alınıblar. Bu cədvəldə obyektlər YUNESKO-nun ümumdünya irs siyahısına əlavə olunduqları ardıcıllıq ilə verilmişdir. Cədvəldə obyektlər ilkin siyahıya əlavə olunduqları ardıcıllıqla düzülür. Bu siyahıda Hindistan hökuməti tərəfindən ümumdünya irs siyahısına əlavə edilmək üçün namizəd olaraq təklif edilən obyektlər göstərilmişdir.

"hindistanda" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hindistanda nədir? #hindistanda sözünün mənası #hindistanda nə deməkdir? #hindistanda sözünün izahı #hindistanda sözünün yazılışı #hindistanda necə yazılır? #hindistanda sözünün düzgün yazılışı #hindistanda leksik mənası #hindistanda sözünün sinonimi #hindistanda sözünün yaxın mənalı sözlər #hindistanda sözünün əks mənası #hindistanda sözünün etimologiyası #hindistanda sözünün orfoqrafiyası #hindistanda rusca #hindistanda inglisça #hindistanda fransızca #hindistanda sözünün istifadəsi #sözlük