Hindistanı sözü azərbaycan dilində

Hindistanı

Yazılış

  • Hindistanı • 98.6928%
  • hindistanı • 1.3072%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Britaniya Hindistanı
Britaniya Hindistanı (ing. British Raj) — Cənubi Asiyada (indiki Hindistan, Pakistan, Banqladeş,Myanma,Seylon) XVIII əsrin ortalarından 1858-ci ilədək Ost-Hind şirkətinin, sonra isə 1947-ci ilədək Britaniya imperiyasının hakimiyyətində olan ərazi. == Tarixi == Britaniya Hindistanının tərkibinə 1796–1802-ci illərdə Seylon (indiki Şri-Lanka); 1826, 1852 və 1885-ci illərdə ərazisinin tədricən işğalı nəticəsində 1935-ci ilədək Birma (indiki Myanma); 1839–1937-ci illərdə Ədən; 1811–1814-cü illərdə Yava; Böyük Britaniyanın Malayya və Sinqapurdakı mülkləri (Streyts-Setlments, 1826–1867) daxil edilirdi. 1858-ci ildə Ost-Hind şirkəti ləğv edildi və Britaniya Hindistanı biləvasitə Böyük Britaniya kraliçası Viktoriyaya tabe oldu. 1876-cı ildə Viktoriya Hindistanın imperatriçəsi elan edildi. Britaniya Hindistanı Londondakı Hindistan məsələləri üzrə stats-katib (nazir) və Kəlkətədəki (1911-ci ildən Dehlidəki) general-qubernator (vitse-kral) tərəfindən idarə olunurdu. O, müstəqil dövlətin bəzi atributlarına (hökumət, büdcə, ordu) və Qanunverici məclisə (1919-cu ildən) malik idi. Britaniya Hindistanının bütün sakinlərinin irqindən, milliyətindən, və dinindən asılı olmayaraq idarəçilikdə və məhkəmədə bərabərliyi rəsmən elan edilirdi. Britaniya Hindistanı 1919–1946-cı illərdə Millətlər Cəmiyyətinin üzvü olmuşdur. == Britanya hindistanın parçalanışı və birləşmiş krallıq hakimyətinin sonu == Birləşmiş krallıq 2-ci dünya muharibəsindən sonra koloniyasının dəstəyi üçün azadlığı üçün söz vermişdi Britanya hindistanında üsyanlar baş verirdi bunların hamısı sepoylar yəni birləşmiş krallıqa xidmət edən əsgərlər tərəfindən bastırıldı bruma və seylon isə britanya hindistanının hakimyətində deyildi 1947-ci ilin 15 avqustunda isə hindistan müsəlman və hind əhali olmaq üzrə 2-yə ayrıldı müsəlmanları çox olduğu yer pakistan və şərqi pakistan (1971)qədər yəni banqladeş hind əhali isə hindistan dövlətini qurdular hindistanda azadlıq uğrunda mübarizədə iki şəxs vardı Məhəmməd Əli Cinnah (müsəlman azadlıq hərəkatçısı) və Mahatma Qandi (hind hərəkat başçısı) 1947 ci ilin 15 avqust bölnməsindən 3 il sonra 1950-ci ildə respublika elan olunur və dominyonluğ ləvğ edilir bruma və ya Myanma əyaləti isə birləşmiş kralıqa bağlı əyalətdi 1948-ci ildə müstəqil olur və həmin il seylonda müstəqil olur belləlikl Britanya hakimyəti sona çatır amma indi myanmar xaric hamısı Millətlər Birliyinə üzv olur.
Müstəmləkə Hindistanı
Müstəmləkə Hindistanı, Hindistan koloniyası, Britaniya Hindistanı, Britaniya Racı və ya Hindistan imperiyası (İngiliscə British Raj - rac; hind dilindən hərfi mənada tərcüməsi “səltənət/hakimiyyət” deməkdir.) 1858-ci ildən 1947-ci ilə qədər Birləşmiş Krallığın Hindistan koloniyasının adıdır. Bu dövrə eyni zamanda müstəmləkə dövrü də deyilir. Britaniyanın nəzarəti altında olan və indiki adı ilə Hindistan (India) olan regiona müasir Hindistan, Pakistan, Banqladeş və Myanma ölkələri daxil idi. Onun hökmdarı Britaniya kral ailəsi idi. Paytaxtları Kəlküttə (1858-1912) və Yeni Dehli (1912-1947) idi. Hindistan kimi, 1945-ci ildə San Fransiskoda İkinci Dünya Müharibəsindən sonra yaradılan Birləşmiş Millətlər Təşkilatının qurucu üzvlərindən biri olmuşdur. Rəsmi dili olan Hindistani dili ilə hind dilləri eyni dillər deyildirlər. Hindistani dili bir hindu-urdu dilidir. Pul vahidi kimi “British Indian Rupee” (Britaniya Hindistanı rupisi) istifadə edilmişdir. Əvvəlcə regionda Şərqi Hindistan Ticarət şirkəti fəaliyyət göstərirdi.
Portuqaliya Hindistanı
Portuqaliya Hindistanı (port. Estado Português da Índia, Índia Portuguesa) — Portuqaliyaya məxsus olmuş və Hindustan yarımadasında yerləşən müstəmləkə. Portuqaliya Hindistanı Harırda Hindistana məxsus olan Qoa. Dadra və Naqar-Xaveli, Daman və Diu, üstəlik Mumbay şəhərləri daxil idi. Mombay adnı Portuqallar «Bom Bay» və ya «Bom Beyn» — «yaxşı körfəz» adlandırmışlar. Portuqaliya Hindistanını bəzi hallarda Qoa deyə adlanfırırlar. == Portuqaliya Hindistanının tarixi == Hindistana ilk dəniz yolunu 1498-ci ildə portuqaliyalı dənizçi Vasko da Qama kəşf etmişdir. Portuqaliyalılar uzun sürən dəniz səyahətindən sonra afrikanı dolaşaraq Kəlküttə şəhərinə gəlirlər. 1511-ci ildən şəhər portuqalların koloniyasına çevrilir. 1510 ildə hersoq Afonsu d'Albukerki portuqaliyanın ilk koloniyadının əsasını qoyur.
Danimarka Qərbi Hindistanı
Danimarka Qərbi Hindistanı (dan. Dansk Vestindien) — Sent-Tomas, Sent-Con və Sent-Krua adalarını və yaxınlıqdakı bir sıra adaları əhatə edən Kiçik Antil adaları arxipelağında Danimarka koloniyası. Koloniya, Danimarkanın bir Qərbi Hindistan şirkəti tərəfindən 1672-ci ildə quruldu. 1755-ci ildə şirkət milliləşdirildi. Afrikadan adalara kölələr əkinlərdə işləmək üçün gətirildi, lakin 1792-ci ildə Danimarka hökuməti kölə ticarətini qadağan etdi və 1848-ci ildə köləlik ləğv edildi. 19-cu əsrin ikinci yarısında adaların Amerika Birləşmiş Ştatlarına satılması ilə bağlı müzakirələr başladı, lakin bu müqavilə Ştatlarda başlayan vətəndaş müharibəsi ilə qarşısı alındı. Birinci Dünya müharibəsinin başlamasından sonra, adaların Almaniya tərəfindən işğalı təhlükəsi var idi. 1917-ci ildə adalar 25 milyon dollara ABŞ-yə satıldı. Birləşmiş Ştatların bir hissəsi olaraq, Danimarka Qərbi Hindistanına ABŞ Vircin adaları adı verildi. == Coğrafiyası == Danimarka Qərbi Hindistanını təşkil edən adalar Puerto-Rikodan 60 kilometr şərqdə yerləşir.
Nadir şah Əfşarın Hindistanı ələ keçirməsi
Nadir şah Əfşarın Hindistanı ələ keçirməsi — Səfəvi sülaləsinin devirərək öz sülaləsini hakimiyyətə gətirən Nadir şah Əfşar bir neçə il sonra müasir Hindistan ərazisində yerləşən Böyük Moğol imperiyası üzərinə yürüşə çıxdı. Müasir Hindistanın şimalını, Pakistanı ələ keçirən Nadir şah 1739-cu ilin martında Karnal döyüşündə qələbə qazanaraq Dehliyə daxil oldu. Beləliklə də, bütün döyüşlərdə qələbə qazanan Nadir moğolların paytaxtı olan şəhərə daxil olmuş oldu.Nadir şahın şərqdə bu parlaq qələbəsindən sonra geri dönüb, qərbdəki əsas rəqib olan Osmanlı imperiyası ilə müharibəyə başlamaq üçün şəraitin yarandığı demək idi. Həmçinin Nadir şahı qərbə yürüş zamanı Şimali Qafqaza və Mərkəzi Asiya yürüşlərinin həyata keçirilməsi də gözləməkdə idi. == Başlanğıc == Səfəvi imperiyası şahının vəziri kimi fəaliyyət göstərən Nadir ölkədən əfqanları, rusları, osmanlıları qovmağı bacarmışdı. 1738-ci ildə Nadir şah bir zamanlar Səfəvi imperiyasının paytaxtı İsfahanı ələ keçirən Hotakilərin son istehkamı olan Qəndəharı da ələ keçirdi. Bu yürüş ardınca o, ordularını Hindiquş dağları vasitəsiylə Şimali Hindistana saldı. Bu torpaqlar o zaman moğollların hakimiyyəti altında idi.Moğol imperiyası I Övrəngzibin ölümündən sonra imperiyadakı daxili çəkişmələr nəticəsində zəifləmişdi. İmperiyanın torpaqlarının bir qismi Maratxa dövləti tərəfindən ələ keçirilmiş, yerdə qalan hissələrdə isə bir çox moğol feodalı müstəqillik iddia etməkdə idi. Moğol hökmdarı Məhəmməd şah dövlətin bütövlüyünü qoruya bilməməkdə idi.
Hindistanın Mars missiyası (2014)
Mars Orbiter Mission — 5 noyabr 2013-də Hindistan Fəza Araşdırmaları Təşkilatı tərəfindən Yerin orbitinə buraxılan Mars peykidir. 24 sentyabr 2014-cü ildə peykin Marsın orbitinə daxil olması ilə Hindistan Marsa ilk cəhddə peyk göndərən ilk millət və Marsa peyk göndərən ilk Asiya xalqı oldu. Hindistan Fəza Araşdırmaları Təşkilatı Sovet fəza proqramı, NASA və Avropa Fəza Agentliyindən sonra Marsa çatan dördüncü fəza agentliyidir.
Hindistanın dövlət quruluşu
Hindistanın dövlət quruluşu - 1950-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən Hindistanda hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. == Dövlət quruluşu == Hindistan 1950-ci ilin yanvar ayında təsdiq edilmiş , 397 maddədən və 9 kitabçadan ibarət Konstitusiyalı federativ respublikadır. == İnzibati bölgüsü == Hindistanın tərkibinə - Baş nazirin məsləhəti əsasında federal Prezidentin 5 illik müddətə təyin etdiyi qubernatorların idarə etdiyi və hər birinin qanunvericilik orqanı (Assambleya) və Hökuməti olan 25 muxtar ştat (Andxra-Pradeş, Arunaçap-Pradeş, Assam, Bixar, Qoa, Qucarat, Cammu və Kəşmir, Qərbi Benqaliya, Karnataka, Tamilnad, Pəncab, Tripura, Uttar-Pradeş, Mizoram, Manipur və s.) və 7 ittifaq ərazisi daxildir. Hindistanda mövcud olan Andaman və Nikobar adaları, Çandiqarx, Dadra və Naqarxaveli, Daman və Diu, Lakşadvip və Puttuççeri (Pondişeri) adlanan ittifaq əraziləri və paytaxt - Dehli ərazisinın hər biri federal Prezidentin təyin etdiyi qubernator və ya inzibatçısı tərəfindən idarə edilir. == Dövlət başçısı == Prezident - ştatların qanunverici məclislərinin üzvləri ilə Parlamentin hər iki palatasının seçici üzvlərindən ibarət seçki kollegiyası tərəfindən 5 illik müddətə seçilir. Prezident ştatların qanunverici məclislərini buraxmaq, ştatların hökumətlərini ləğv etmək və onların yerinə Prezident üsul-idarəsi tətbiq etmək (ştatların idarəsi qubernatorların ixtiyarına keçir) səlahiyyətlərinə malikdir. Prezident ölkədə olmadığı və ya vəfat etdiyi halda, Parlamentin hər iki palatasının üzvləri tərəfindən 5 il müddətinə seçilən vitse-prezident onun səlahiyyətlərini icra edir. Vitse-prezident eyni zamanda, ştatlar şurasının sədridir. Ölkədə icraedici hakimiyyət prezident və vitse-prezident tərəfindən həyata keçirilir. == Qanunverici hakimiyyət == Ştatlar Şurası "Raja Sabxa"dan və Xalq Palatası "Lok Sabxa"dan ibarət olan ikipalatalı Parlament tərəfindən həyata keçirilir.
Hindistanın inzibati-ərazi bölgüsü
Hindistan Konstitusiyasına əsasən inzibati cəhətdən Hindistan Respublikası 29 ştat və 7 ittifaq bölgəsindən ibarətdir. İttifaq bölgələri bunlardır: Andaman və Nikobar adaları, Çandiqarx, Dadra və Naqar Haveli, Daman və Diu, Dehli, Lakşadvip, Pondiçeri. == Ştatların təsnifatlaşdırılması == Hindistаn ştаtlаrı А, B, C kimi üç böyük qrupdа təsnifаtlаndırılmışdır. A tipli ştatlar (Assam, Qərbi Benqal, Bihar, Bombey, Madhya Pradeş, Madras, Orissa, Pəncab və Uttar-Pradeş) öz seçkili parlamentləri və müstəqil formalaşmış idarəetmə orqanları fəaliyyət göstərir. B tipli ştatları (Haydarabad, Sauraştra, Maysur, Travankar-Koçin, Madhya-Bharat, Vindhya-Pradeş, Patiali və Şərqi Pəncab ittifaq ştatları, eləcə də Racəstan) nominal monarx sayılan racapramukhamilər idarə edir. C tipli ştatları (Dehli, Kuth, Himaçal-Pradeş, Bilaspur, Kurq, Bhopal, Manipur, Acmer və Tripura) idarə etmək üçün mərkəzi hökumət tərəfindən komissarlar təyin olunur. Cammu və Kəşmir isə xüsusi ərazilər elan olunmuşdur. == Ştatların səlahiyyətləri == Müasir dövrdə Hindistanda 29 ştat və 7 ərazi (6 ittifaq ərazisi, 1 paytaxt dairəsi) mövcuddur. Hər bir ştat dairələrə ayrılır. Bu ölkədə 642 inzibati dairə vardır.
Hindistanın mübahisəli ərazilərinin siyahısı
Hindistanın mübahisəli ərazilərinin siyahısı — Hindistanda bir çox mübahisəli ərazilər var. Böyük anlaşmazlıqlar Çin və Pakistanla, kiçik anlaşmazlıqlar isə Banqladeş, Nepal və Şri-Lanka ilə yaşanır.
Hindistanın parçalanması
Hindistanın parçalanması Britaniya Hindistanının 1947-ci ildə iki müstəqil dominionlara, Hindistan və Pakistana parçalanmasıdır. Parçalanma dinə əsaslanırdı, Hindistan hinduların çoxluq təşkil etdiyi və Pakistan müsəlmanların çoxluq təşkil etdiyi ölkələr kimi formalaşmışdırılmışdır. Eyni zamanda da milyonlarla insan yeni yaranan iki dövlət arasındakı Radcliffe xəttini keçərək bu dövlətlərə köçmək məcburiyyətində qalmışdırlar. Bu ayrılıq 10 milyondan 20 milyondan çox insanın öz yurd-yuvalarından köçü ilə nəticələnmiş və eyni zamanda da ölənlərin sayı 100.000-dən 1 milyona qədər olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.59 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 1.57
2004 •••••••••••••••••• 1.35
2007 •••••• 0.42
2010 •••••••••• 0.73
2011 ••••••••• 0.69
2012 ••••• 0.34
2013 •••••••••• 0.73
2014 ••••••• 0.51
2015 ••••••• 0.51
2016 ••••••• 0.52
2017 ••••••••••••••••• 1.30
2018 •••••••• 0.60
2019 •••••••• 0.56
2020 •••••••••••• 0.93

"hindistanı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hindistanı nədir? #hindistanı sözünün mənası #hindistanı nə deməkdir? #hindistanı sözünün izahı #hindistanı sözünün yazılışı #hindistanı necə yazılır? #hindistanı sözünün düzgün yazılışı #hindistanı leksik mənası #hindistanı sözünün sinonimi #hindistanı sözünün yaxın mənalı sözlər #hindistanı sözünün əks mənası #hindistanı sözünün etimologiyası #hindistanı sözünün orfoqrafiyası #hindistanı rusca #hindistanı inglisça #hindistanı fransızca #hindistanı sözünün istifadəsi #sözlük