Hindistanın sözü azərbaycan dilində

Hindistanın

Yazılış

  • Hindistanın • 99.9314%
  • hindistanın • 0.0343%
  • HİNDİSTANIN • 0.0343%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hindistanın parçalanması
Hindistanın parçalanması Britaniya Hindistanının 1947-ci ildə iki müstəqil dominionlara, Hindistan və Pakistana parçalanmasıdır. Parçalanma dinə əsaslanırdı, Hindistan hinduların çoxluq təşkil etdiyi və Pakistan müsəlmanların çoxluq təşkil etdiyi ölkələr kimi formalaşmışdırılmışdır. Eyni zamanda da milyonlarla insan yeni yaranan iki dövlət arasındakı Radcliffe xəttini keçərək bu dövlətlərə köçmək məcburiyyətində qalmışdırlar. Bu ayrılıq 10 milyondan 20 milyondan çox insanın öz yurd-yuvalarından köçü ilə nəticələnmiş və eyni zamanda da ölənlərin sayı 100.000-dən 1 milyona qədər olmuşdur.
Hindistanın dövlət quruluşu
Hindistanın dövlət quruluşu - 1950-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən Hindistanda hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. == Dövlət quruluşu == Hindistan 1950-ci ilin yanvar ayında təsdiq edilmiş , 397 maddədən və 9 kitabçadan ibarət Konstitusiyalı federativ respublikadır. == İnzibati bölgüsü == Hindistanın tərkibinə - Baş nazirin məsləhəti əsasında federal Prezidentin 5 illik müddətə təyin etdiyi qubernatorların idarə etdiyi və hər birinin qanunvericilik orqanı (Assambleya) və Hökuməti olan 25 muxtar ştat (Andxra-Pradeş, Arunaçap-Pradeş, Assam, Bixar, Qoa, Qucarat, Cammu və Kəşmir, Qərbi Benqaliya, Karnataka, Tamilnad, Pəncab, Tripura, Uttar-Pradeş, Mizoram, Manipur və s.) və 7 ittifaq ərazisi daxildir. Hindistanda mövcud olan Andaman və Nikobar adaları, Çandiqarx, Dadra və Naqarxaveli, Daman və Diu, Lakşadvip və Puttuççeri (Pondişeri) adlanan ittifaq əraziləri və paytaxt - Dehli ərazisinın hər biri federal Prezidentin təyin etdiyi qubernator və ya inzibatçısı tərəfindən idarə edilir. == Dövlət başçısı == Prezident - ştatların qanunverici məclislərinin üzvləri ilə Parlamentin hər iki palatasının seçici üzvlərindən ibarət seçki kollegiyası tərəfindən 5 illik müddətə seçilir. Prezident ştatların qanunverici məclislərini buraxmaq, ştatların hökumətlərini ləğv etmək və onların yerinə Prezident üsul-idarəsi tətbiq etmək (ştatların idarəsi qubernatorların ixtiyarına keçir) səlahiyyətlərinə malikdir. Prezident ölkədə olmadığı və ya vəfat etdiyi halda, Parlamentin hər iki palatasının üzvləri tərəfindən 5 il müddətinə seçilən vitse-prezident onun səlahiyyətlərini icra edir. Vitse-prezident eyni zamanda, ştatlar şurasının sədridir. Ölkədə icraedici hakimiyyət prezident və vitse-prezident tərəfindən həyata keçirilir. == Qanunverici hakimiyyət == Ştatlar Şurası "Raja Sabxa"dan və Xalq Palatası "Lok Sabxa"dan ibarət olan ikipalatalı Parlament tərəfindən həyata keçirilir.
Hindistanın Ali Məhkəməsi
Hindistan Ali Məhkəməsi (IAST: Bhārat Kā Sarvochch Nyāyālaya; hind. भारत का सर्वोच्च न्यायालय) Hindistan Respublikasının ali məhkəmə orqanı və ən yüksək məhkəməsidir. Hindistandakı bütün mülki və cinayət işləri üçün son apellyasiya məhkəməsidir. O, həmçinin məhkəmə nəzarəti səlahiyyətinə malikdir. Hindistanın Baş Hakimindən və maksimum 33 hakimdən ibarət olan Ali Məhkəmə ilkin, apellyasiya və məsləhət yurisdiksiyaları şəklində geniş səlahiyyətlərə malikdir. Ali konstitusiya məhkəməsi olaraq, o, ilk növbədə müxtəlif ştatların Ali Məhkəmələrinin və tribunalların hökmlərinə qarşı şikayətlərə baxır. Məsləhətçi məhkəmə olaraq Hindistan Prezidentinin müraciət etdiyi məsələlərə baxır. Məhkəmə nəzarəti altında məhkəmə həm normal qanunları, həm də Əsas struktur doktrinanı pozan konstitusiya dəyişikliklərini etibarsız hesab edir. Vətəndaşların əsas hüquqlarını müdafiə etmək və mərkəzi hökumət və müxtəlif əyalət hökumətləri arasında hüquqi mübahisələri həll etmək tələb olunur. Onun qərarları Hindistanın digər məhkəmələri, eləcə də ittifaq və əyalət hökumətləri üçün məcburidir.
Hindistanın Mars missiyası (2014)
Mars Orbiter Mission — 5 noyabr 2013-də Hindistan Fəza Araşdırmaları Təşkilatı tərəfindən Yerin orbitinə buraxılan Mars peykidir. 24 sentyabr 2014-cü ildə peykin Marsın orbitinə daxil olması ilə Hindistan Marsa ilk cəhddə peyk göndərən ilk millət və Marsa peyk göndərən ilk Asiya xalqı oldu. Hindistan Fəza Araşdırmaları Təşkilatı Sovet fəza proqramı, NASA və Avropa Fəza Agentliyindən sonra Marsa çatan dördüncü fəza agentliyidir.
Hindistanın inzibati-ərazi bölgüsü
Hindistan Konstitusiyasına əsasən inzibati cəhətdən Hindistan Respublikası 29 ştat və 7 ittifaq bölgəsindən ibarətdir. İttifaq bölgələri bunlardır: Andaman və Nikobar adaları, Çandiqarx, Dadra və Naqar Haveli, Daman və Diu, Dehli, Lakşadvip, Pondiçeri. == Ştatların təsnifatlaşdırılması == Hindistаn ştаtlаrı А, B, C kimi üç böyük qrupdа təsnifаtlаndırılmışdır. A tipli ştatlar (Assam, Qərbi Benqal, Bihar, Bombey, Madhya Pradeş, Madras, Orissa, Pəncab və Uttar-Pradeş) öz seçkili parlamentləri və müstəqil formalaşmış idarəetmə orqanları fəaliyyət göstərir. B tipli ştatları (Haydarabad, Sauraştra, Maysur, Travankar-Koçin, Madhya-Bharat, Vindhya-Pradeş, Patiali və Şərqi Pəncab ittifaq ştatları, eləcə də Racəstan) nominal monarx sayılan racapramukhamilər idarə edir. C tipli ştatları (Dehli, Kuth, Himaçal-Pradeş, Bilaspur, Kurq, Bhopal, Manipur, Acmer və Tripura) idarə etmək üçün mərkəzi hökumət tərəfindən komissarlar təyin olunur. Cammu və Kəşmir isə xüsusi ərazilər elan olunmuşdur. == Ştatların səlahiyyətləri == Müasir dövrdə Hindistanda 29 ştat və 7 ərazi (6 ittifaq ərazisi, 1 paytaxt dairəsi) mövcuddur. Hər bir ştat dairələrə ayrılır. Bu ölkədə 642 inzibati dairə vardır.
Hindistanın mübahisəli ərazilərinin siyahısı
Hindistanın mübahisəli ərazilərinin siyahısı — Hindistanda bir çox mübahisəli ərazilər var. Böyük anlaşmazlıqlar Çin və Pakistanla, kiçik anlaşmazlıqlar isə Banqladeş, Nepal və Şri-Lanka ilə yaşanır.

"hindistanın" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hindistanın nədir? #hindistanın sözünün mənası #hindistanın nə deməkdir? #hindistanın sözünün izahı #hindistanın sözünün yazılışı #hindistanın necə yazılır? #hindistanın sözünün düzgün yazılışı #hindistanın leksik mənası #hindistanın sözünün sinonimi #hindistanın sözünün yaxın mənalı sözlər #hindistanın sözünün əks mənası #hindistanın sözünün etimologiyası #hindistanın sözünün orfoqrafiyası #hindistanın rusca #hindistanın inglisça #hindistanın fransızca #hindistanın sözünün istifadəsi #sözlük