hücumla sözü azərbaycan dilində

hücumla

Yazılış

  • hücumla • 90.3564%
  • Hücumla • 9.6436%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
2017 Tehran hücumları
2017 Tehran hücumları — 7 iyun 2017-ci ildə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində baş vermiş terror hadisələri. İlk hücum iyunun 7-də səhər saatlarında İran parlametinə edilmiş, iki nəfər "Kalaşnikov" avtomatı və bir nəfər tapança ilə silahlanmış şəxs parlamentin binasına daxil olaraq atəş açmışlar. Daha sonra Tehranın cənubunda yerləşən İmam Xomeyni türbəsinə də silahlı hücum edilmişdir. Fars Xəbər Agentliyinin məlumatına görə parlametə edilən hücum zamanı bir nəfər parlamentin işçisi həlak olub. İmam Xomeyni türbəsində törədilən hücum da isə azı beş nəfər yaralanıb.
Beyrutda terror hücumları (2015)
2015-ci ilin noyabrın 12-də baş vermiş Beyrut bombalamaları (ərəb. تفجيرا بيروت‎) şəhərin əsasən şiələr yaşadığı Burc al Baracne rayonunda baş vermişdi. Ölənlərin sayı 37-dən 43-ə qədər çox olduğunu xəbər verilir. Terror aktına görə məsuliyyəti öz boynuna İŞİD təşkilatı götürmüşdür. O, 136 adamı öldürən Parisdə terror hadisələrindən bir gün öncə baş verib.Hücumların sonra gələn 48 saat ərzində Daxili Təhlükəsizlik Qüvvələri 11 adamı həbs ediblər, onlardan çoxu Suriyadandılar. Sonraki xəbərdarlıqda deyilirdi ki, iki Suriyalı və Livanlı şübhəli şəxslər həbs olundu. Onlar Burc al Baracnedəki qaçqın düşərqəsində və paytaxtın şərqində yerləşən Açrafiye rayondaki mənzildə dayandırılıblar. Orada partlayan kəmərlər hazırlanırdılar. == Şərait == 2011-ci ildən bəri Livannan sərhədi bölən Suriyada vətəndaş müharibəsini yaşayır. Buna görə, Livanda da oxşar qarşıdurma vəziyyəti yaradılıb.
Bərdə hücumları (2020)
Вərdənin bombalanması — Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə olan raket hücumları. Hücumlar nəticəsində 26 nəfər öldü, 105 nəfərdən artıq insan yaralandı.27 sentyabr 2020-ci il tarixdən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirir. 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəymişdir. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edib ki, Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, beynəlxalq və milli qanunvericiliyə əsasən təqsirkar şəxsərin məsuliyyətə cəlb edilməsi və sanksiyaların tətbiq olunması məqsədilə beynəlxalq qurumlara müraciət edilməklə mümkün olan bütün tədbirlər görüləcək. == Zəmin == 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən müharibə. Bu müharibə 1995-ci ildən sonra müşahidə olunan ən gərgin döyüşlərdir. Müharibə zamanı dəfələrlə 1949-cu il Cenevrə Konvensiyalarının əsas norma və prinsipləri pozularaq müharibə zonasından uzaqıda olan yaşayış məntəqələridə hücumlara məruz qaldı. == Hücumlar == === 27 oktyabr hücumu === 5 nəfər öldü, 13 nəfər isə yaralandı.
ESƏD-in hücumlarının siyahısı
ESƏD-in terror aktlarının siyahısı – 1975–ci ildən 1983–cü ilə qədər bu terror təşkilatından olan terrorçular, Avropa və Şimali Amerika ölkələrində onlarla terror aktı təşkil etmişdir, bu terror aktları türk diplomatlarına və onların ailə üzvlərinə qarşı olmuşdur. Oktyarbr 1975–ci il Vyana, Avstriya — Türkiyənin Avstriyadakı səfiri öz iş otağında qətlə yetirilir. 24 oktyabr 1975–ci il Paris, Fransa — Türkiyənin Fransadakı səfiri İsmail Erez və onun sürücüsü Talip Yener qətlə yetirilir. 9 iyun 1977–ci il Roma, İtaliya — Türkiyənin Vatikandakı səfiri Təha Kərimə sui-qəsd təşkil olunur, səfir qəsddən bir müddət sonra vəfat edir. 12 oktyabr 1979–cu il Haaqa, Niderland krallığı — Türkiyənin bu ölkədəki səfirinin 27 yaşlı oğlu Əhməd Benler qətlə yetirilir. Dekabr 1979–cu il Paris, Fransa — Türkiyə turizm bürosunun rəhbərinə qarşı sui-qəsd təşkil olunur. Fevral 1980–ci il İsveçrə — Türkiyənin bu ölkədəki səfirinə qarşı sui-qəsd təşkil olunur. Yanvar 1982-ci il Los-Anceles, ABŞ — Türkiyənin baş konsuluna qarşı ofisə qedərkən sui-qəsd təşkil olunur, konsul qətlə yetirilir. 4 may 1982–ci il Somervil, Massaçusets ştatı, ABŞ — Türkiyənin Bostondakı fəxri konsulu öz avtomobilində qətlə yetirilir, 60 yaşlı Orxan Gündüzə terrorçular 9 dəfə atəş açırlar. Bu qəsddən bir qədər əvvəl terrorçular konsuldan vəzifəsindən istefa verməyi tələb etmişdilər, lakin o bundan imtina etmişdir.
Sıfır-gün hücumları
Talibanın 2021-ci il hücumları
Əfqanıstanın süqutu olaraq da bilinən 2021 Taliban hücumu — Taliban və Əl-Qaidə də daxil olmaqla müttəfiq silahlı qruplar tərəfindən Əfqanıstan hökümətinə və müttəfiqlərinə qarşı davam edən hərbi hücumdur. ABŞ və müttəfiq qoşunlarının əksəriyyətinin Əfqanıstandan çıxarılması ilə birlikdə 1 may 2021-ci ildə başladı.Hücumun ilk üç ayında Taliban, nəzarət etdiyi rayonların sayını 73 -dən 223 -ə çatdıraraq kənd yerlərində əhəmiyyətli irəliləyişlər etdi, şəhər mərkəzlərini tədricən təcrid etdi. 6 Avqustdan başlayaraq, Taliban Əfqanıstanın otuz dörd əyalət paytaxtından otuzunu ələ keçirdi və 10 Avqusta qədər Taliban ölkənin ərazisinin 65% -nə nəzarət etdi.Hücum, Taliban'ın sürətli ərazi qazancları, habelə daxili və beynəlxalq təsirləri ilə qeyd olunur. 10 avqustda ABŞ səlahiyyətliləri Əfqanıstanın paytaxtı Kabilin 30–90 gün ərzində Talibanın əlinə keçəcəyini təxmin etdilər. 15 Avqustda Associated Press, Talibanın Kabilə çatdığını və hakimiyyətin "ötürülməsini" gözlədiklərini bildirdi.
Yeni Şotlandiya silahlı hücumları (2020)
Yeni Şotlandiya silahlı hücumları - Kanadanın Yeni Şotlandiya əyalətinin Portalik şəhərində və 50 km radiusda olan bir sıra digər yaşayış məntəqələrində dinc insanlara qarşı kütləvi atəşin açılması. Yerli polisinin verdiyi məlumata görə hadisə 51 yaşlı şəhər sakini Qabriel Uortman tərəfindən törədilmişdir. Baş vermiş silahlı hadisə Kanada tarixində ən çox insan təlafətına səbəb olan olay kimi tarixə keçib. Kanadanın Baş naziri Castin Trüdo həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib. == Arxa plan == 18 aprel axşamı əyalət polisi paytaxt Halifaksdan 130 kilometr şimalda yerləşən Portalik şəhərindən və ətraf ərazilərdən çoxlu sayda 9-1-1 çağırışları qəbul etmişdir. Polisə zəng edən şəxslər, naməlum şəxsin dinc insanlara atəş açdığını və çoxlu sayda həlak olanın olduğunu bildiriblər. Gecə boyunca davam edən araşdırmalar zamanı ən azı 50 kilometr radius ərazisində güllələnənlərin və qan izlərin olduğu müəyyənləşdirilmişdir. Portalik əhalisi qısa zamanda təxliyə edilmiş və axtarış ərazisi genişləndirilmişdir. Atışmalarda üç binanın və iki avtomobilin məqsədli və ya təsadüfən yandığı təyin olunmuşdur.
İranda dron hücumları (2023)
2023-cü ildə İranda dron hücumları — 2023-cü ildə, 28 yanvardan 29 yanvara keçən gecə İranda pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlar. Hadisə zamanı üç pilotsuz uçuş aparatı İsfahanda yerləşən sursat fabrikinə hücum etmişdir. == Zəmin == Son bir neçə ildə İranın hərbi, nüvə və sənaye obyektləri ətrafında bir sıra partlayışlar və yanğınlar baş vermişdir. 2021-ci ildə İran İsraili onun əhəmiyyətli Nətəzn nüvə obyektini sabotaj etməkdə günahlandırmış, qisas alacağına söz vermişdir. İran hökuməti 2022-ci ilin iyulunda İsfahanda həssas müdafiə sənayesi mərkəzini partlatmağı planlaşdıran, İsrailə işlədiklərini iddia etdiyi kürd silahlılarından ibarət təxribat qrupunu həbs etdiyini bildirmişdir.Hücum Azərbaycan və İran arasında yüksək gərginlik dövründə, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı şəxsin hücumundan, onun mühafizə rəisini öldürməsindən və iki nəfərin yaralanmasından bir gün sonra baş vermişdir. == İsfahanda partlayış == 28 yanvar 2023-cü ildə, yerli vaxtla saat 23:30-da İran Müdafiə Nazirliyinin İsfahan şəhərindəki sursat fabrikinə üç pilotsuz təyyarənin hücumu nəticəsində böyük partlayış baş vermişdir. Nazirlik binalara dəymiş ziyanın az olduğunu açıqlamışdır. Məlumata görə, partlayış İsfahanın İmam Xomeyni küçəsində baş tutmuşdur. Bundan başqa, nazirlik üç pilotsuz uçuş aparatının vurulduğu və hücumun uğursuz alındığı bildirmişdir. Nazirlik hücumda şübhəli bilinən şəxs barədə məlumat verməmişdir.
Türkmənlərin Gürcüstana hücumları
Türkmənlərin Gürcüstana hücumları - XV-XVIII əsrlərdə Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətinin Gürcüstan ərazisinə etdiyi səfərlər. Monqol hakimiyyətinin sona çatması ilə Qaraqoyunlu və Ağqoyunlu türkmənləri tarix səhnəsinə çıxmış, bu ərazidə 2 ayrı Türkmən dövlətinin əsasını qoymuşdular. Türk və Dünya tarixində əhəmiyyətli yerə sahib olan bu dövlətlər XV əsrdən başlayaraq Gürcüstan ərazisinə müxtəlif tarixlərdə səfərlər təşkil etmişdi. == Qaraqoyunluların Gürcüstana hücumları == Bu dövrdə Qafqazda yerləşən Gürcüstan Teymurun səfərlərindən zəifləmiş və türk axınları üçün əlverişli bir əraziyə çevrilmişdi. Lakin Teymurun ölümü ilə mirasçıları arasında şiddətli mübarizə başladı. Bu vəziyyətdən istifadə edən gürcü kralı II Konstantin Gürcüstan sərhədlərində qalan simvolik türk əsgərlərini öldürtdü və idarəetməni yenidən təşkil etdi. Teymurilərin burada hökmranlığının sona çatmasından sonra Baqratilərdən olan I Aleksandr (1412-1442) Gürcüstanda hökmranlıq quraraq gürcü birliyini yaratmağa nail olsa da, sonradan Gürcüstan üç krallığa (Kartliya, Kaxetya, İmereti) və beş knyazlığa bölündü. Teymurun hücumlarından zəifləyən gürcü çarlığı yenidən dirçəlməyə başladı. Lakin bu dirçəliş çox çəkmədi. Qısa müddət sonra Gürcüstan sərhədlərinə yeni bir güc peyda olmuşdu.
11 sentyabr hücumlarının itkiləri
2001-ci ilin 11 sentyabr hücumları zamanı ümumən 2977 insan tələf olmuşdur. Bunlardan 19-u təyyarə qaçırmaqla özünə sui-qəsd edən terrorçu və 2996 nəfər dinc əhali idi. Hücumlar nəticəsində minlərlə insan yaralandı və onların uzunmüddətli bərpa-sağlamlıq prosedurlarlına ehtiyacı yarandı. Aşağı Manhettendə yerləşən Dünya Ticarət Mərkəzi kompleksinin Əkiz Qüllələri hücuma məruz qaldıqda, ölənlərin sayının ən çoxu Nyu-York şəhərində oldu. Şimal qülləsindən təxminən 1600, Cənub qülləsindən isə minə yaxın insan tələf oldu. Virciniya ştatının Arlington qraflığında iki yüz mil cənub-qərbdə, Pentaqonda daha 125 nəfər öldürüldü. Qalan 265 nəfərin ölümünə American Airlines 11 saylı Uçuşun doxsan iki sərnişini və ekipajı, United Airlines 175 saylı Uçuşun göyərtəsində olan altmış beş nəfər, American Airlines 77 Uçuşunda olan altmış dörd nəfər və United Airlines 93 saylı uçuşa minən qırx dörd nəfər daxildir. Dünya Ticarət Mərkəzinin təkcə Şimal Qülləsinə hucum bəşər tarixində ən çox insan tələfatı olan terrorizm aktı oldu. Dünya Ticarət Mərkəzində və Nyu Yorkda yerdə həlak olan Nyu-York Yanğınsöndürmə İdarəsinin 343 üzvü və 71 hüquq-mühafizə orqanının əməkdaşı istisna olmaqla, həlak olanların əksəriyyəti mülki şəxslərdir. Bundan başqa, mülki şəxslərə aid olmayan United Airlines 93 reysi Pensilvaniya ştatının Şenksvill yaxınlığındakı tarlaya çırpılması nəticəsində həlak olan Amerika Birləşmiş Ştatlarının Hüquq-mühafizə orqanlarının Balıq və Vəhşi Təbiət Xidməti Ofisinin əməkdaşı; Virciniya ştatının Arlinqton qraflığında Pentaqonda həlak olan 55 hərbçi və dörd təyyarənin göyərtəsində həlak olan 19 terrorçu həlak olmuşdu.
Erməni silahlılarının Azəbaycanın dinc əhalisinə hücumları
== Ermənilərin Azəbaycanın dinc əhalisinə hücumları == === 1988 (6 ölü) === 15 may 1988-ci ildə Kəlbəcər rayonunun Kapalı yaşayış məntəqəsində X. İsmayılovanın evi partladılmış, nəticədə 3 nəfər həyatını itirmişdir. 1988-ci ilin yayında Xankəndi şəhərində uşaq xəstəxanasında rentgenoloq işləyən əslən ağdamlı şəxs erməni milliyyətindən olan iş yoldaşı tərəfindən xəstəxananın həyətində döyülmüş, nəticədə həyatını itirmişdir. İyul 1988-ci ildə Xocavənd rayonunda yaşayan azərbaycanlıların həyətyanı sahəsinə əl qumbarası atılması nəticəsində 2 partlayış hadisəsi baş vermiş, nəticədə 2 nəfər həyatını itirmişdir. === 1989 (12 ölü və 7 yaralı) === 28 iyun 1989-cu ildə Xocalı rayonunun Bədərə yaşayış məntəqəsindən eyni rayonun Meşəli yaşayış məntəqəsinə gedən şosse yoluna qoyulmuş partlayıcı qurğu işə düşmüş, nəticəsində maşında olan 6 nəfər ağır yaralanmışlar. 16 oktyabr 1989-cu ildə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində 2 nəfər evə qayıdan zaman hücuma məruz qalmış, nəticədə 2-sidə qətlə yetirilmişdir. 19 oktyabr 1989-cu ildə Culfa rayonunun Ərəfsə yaşayış məntəqəsi yaxınlığında 2 nəfər — Q. Bayramov və İ. Qafarov qətlə yetirilmişdir. 14 noyabr 1989-cu ildə Qubadlı rayonunun Seytas yaşayış məntəqəsi yaxınlığında 1 nəfər — Babaşov qətlə yetirilmiş, azyaşlı X. Əliyev isə yaralanmışdır. 17 noyabr 1989-cu ildə Hadrut rayonunun Tuğ yaşayış məntəqəsində IX sinif şagirdi T. Süleymanov qətlə yetirilmişdir. 24 noyabr 1989-cu ildə Xocavənd rayonunun Qaradağlı yaşayış məntəqəsində 3 nəfər qətlə yetirilmişdir. 29 noyabr 1989-cu ildə Qubadlı rayonunda 3 nəfər — Q. Ələsgərov, T. Hümbətəliyev və Mehdiyev qətlə yetirilmişlər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.76 dəfə / 1 mln.
2004 •• 0.34
2005 ••• 0.67
2006 •••• 0.90
2007 ••••• 1.06
2009 •••••• 1.44
2010 ••••••••••• 2.54
2011 ••••••••••• 2.57
2012 ••••••• 1.55
2013 •••••••••••••••••••• 4.96
2014 ••••••••• 2.23
2015 •••• 0.85
2016 ••• 0.69
2017 •••••••••• 2.44
2018 ••••••• 1.50
2019 •••••• 1.39
2020 ••••••• 1.59

"hücumla" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hücumla nədir? #hücumla sözünün mənası #hücumla nə deməkdir? #hücumla sözünün izahı #hücumla sözünün yazılışı #hücumla necə yazılır? #hücumla sözünün düzgün yazılışı #hücumla leksik mənası #hücumla sözünün sinonimi #hücumla sözünün yaxın mənalı sözlər #hücumla sözünün əks mənası #hücumla sözünün etimologiyası #hücumla sözünün orfoqrafiyası #hücumla rusca #hücumla inglisça #hücumla fransızca #hücumla sözünün istifadəsi #sözlük