hücumun sözü azərbaycan dilində

hücumun

Yazılış

  • hücumun • 83.3471%
  • Hücumun • 16.6529%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları
Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları - Azərbaycan Hərbi Hava Qüvvələrinin tərkibində olan qoşun növü. == Tarixi == Azərbaycan ordusu Sovetlərdən qəbul etdiyi HHM avadanlıqlarının mühüm bir hissəsini işlək vəziyyətdə saxlamağa müvəffəq oldu. Sonrakı illərdə Sovet istehsalı olan S-125, S-75 və S-200 hava hücumundan müdafiə sistemlərini Azərbaycan xarici mütəxəssisləri cəlb etmək, zabitləri xaricdə təhsilə göndərmək, Ukrayna və Belarusun müvafiq müəssisələri ilə təmir və modernləşdirmə müqavilələri bağlamaq yolu ilə modernləşdirdi. == Modernizasiyası == Azərbaycan hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsi həm xaricdən yeni avadanlıqların alınması, həm də mövcud nümunələrin modernləşdirilməsi yolu ilə həyata keçirilir. Hazırda Azərbaycanın silahlanmasında əvvəllər mövcud olan maye yanacaqlı raketlər çıxarılır. Onlara texniki xidmət çox zəhmət tələb edir, xüsusi nəfəs və dəri qoruyan geyim vasitələrindən istifadə etməklə zəhərli və çox təhlükəli yanacağın müntəzəm olaraq süzülməsi və yenisinin doldurulması lazım gəlirdi. Son maye yanacaqlı S-75M3 divizionu 2016-cı ilin ortalarında döyüş növbətçiliyindən çıxarıldı. XXI-ci əsrin əvvəllərində Azərbaycan S-200VM komplekslərini tam modernləşdirmədən keçirdi. Ukraynadan əlavə alınan 5B28 ağır zenit raketlərinin hesabına sursat ehtiyatları artırıldı. Həm Bakıda, həm də Mingəçevirə çox yaxın yerləşdirilən S-200 komplekslərinin divizionlarının zərbə radiusu digər obyektlərlə yanaşı, bir neçə su anbarlarının hava hücumundan müdafiəsi üçün tam məsuliyyət daşıyırdı.
Bakı Hava Hücumundan Müdafiə Dairəsində spartakiada (film, 1961)
Bakı Hava Hücumundan Müdafiə Dairəsində spartakiada qısametrajlı sənədli filmi 1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Bakı Hava Hücumundan Müdafiə zabitlərinin idman yarışları haqqındadır. == Məzmun == Film Bakı Hava Hücumundan Müdafiə zabitlərinin idman yarışları haqqındadır.
Daşınabilən hava hücumundan müdafiə sistemi
Daşınan Zenit Raket Sistemləri (DZRK) — müasir piyadaların arsenalında mövcud olan təsirli silahdır. DZRK — daşınması və istifadəsi bir əsgər tərəfindən yerinə yetirilən zenit kompleksidir. Nisbətən kiçik ölçüsü sayəsində modern DZRK-ları asanlıqla daşımaq və gizlətmək (maskalamaq) mümkündür. Kiçik ölçüləri, yüksək məhsuldarlığı və nisbətən ucuz qiyməti onları çox populyar hala gətirib. Daşına bilən Hava Hücumundan Müdafiə sistemləri hərbi sahədə, xüsusilə də aşağı intensivlikli silahlı münaqişələrdə real bir inqilab etdi. Tank və piyada birliklərini helikopter və hücum təyyarələrinin hava hücumlarından müdafiə etmək üçün artıq bahalı və irihəcmli hava hücumundan müdafiə batareya və divizionlarını yerləşdirməyə ehtiyac qalmadı. Hava hədəfləri ilə effektiv mübarizə aparmaq üçün piyadaların təchiz edilməsi ideyası, aviasiyanın döyüş sahəsində böyük rol oynayadığı İkinci dünya müharibəsi dövründə peyda oldu. Müharibənin sonunda Üçüncü Reyx konstruktorları yaratdıqları təsirli, sadə və nisbətən ucuz "Panzerfaust" tank əleyhinə qumbaraatan konsepsiyasını düşmən təyyarələri ilə mübarizə aparmaq üçün istifadə etməyə cəhd göstərdilər. Onların araşdırmalarının nəticəsi olaraq kütləvi istehsal mərhələsinə çatmayan, idarə olunmayan zenit raketlərinə sahib "Luftfaust-B" daşınan çoxlüləli kompleks yaradıldı. Əslində bu kompleks müasir DZRK sistemlərinin sələfləri olan zenit qumbaraatanları kimi qəbul edilməlidir.
Hava hücumundan müdafiə
Hava hücumundan müdafiə döyüşü — təcavüzkar hava vasitələrinin səmərəliliyini azaltmaq və ya tamamilə yox etmək üçün görülən tədbirlərdir. Bu tədbirlər həm hava, həm də quru silah sistemlərini, müvafiq qəbuledici sistemləri, komanda və nəzarət tədbirlərini və passiv tədbirləri əhatə edir. Olduqları yerdən asılı olmayaraq dəniz, quru və hava qüvvələrini qorumaq olaraq anlaşılacağı kimi, ana vətənin müdafiəsi üçün də bir çox ölkələr tərəfindən istifadə olunmaqdadır. NATO hava vasitələri ilə edilən hava müdafiəsini qarşı hava müdafiəsi, dəniz və ya qurudan ediləni isə hava müdafiə savaşı olaraq adlandırmışdır. Raket ilə müdafiə hava hücumundan müdafiənin bir qolu olaraq qəbul edilir. == Terminalogiyası == Hava hücümundan müdafiə termini ilk dəfə, böyük ehtimalla, İngilislər tərəfindən Kral hava qüvvələrinin komandanlığı altında qurulan Böyük Britaniya hava müdafiəsi tərəfindən istifadə edilmişdir. Bununla yanaşı, Birləşmiş Krallıqda "anti-hava müdafiəsi (anti-aircraft)" termini də 1950-ci illərə qədər ümumi olaraq istifadə edilmiş və AA olaraq qısaldılmışdır. NATO Hava Müdafiə döyüşünü "dəniz üzərindəki bir gücün, havadan hədəfə çatan silahlar ilə təyyarə, gəmi, sualtı gəmi və ya qurudan edilən hücumdan qorunmaq üçün görülən tədbirlər" kimi izah etmişdir. Bəzi ordularda bütün qüvvələr ilə hava hücumundan müdafiə termini, ixtisası olmayan əsgərlər tərəfindən olunan müdafiə yerinə istifadə edilir. XX əsrin sonlarında istifadə edilən digər terminlər; GBAD (Ground Based Air Defence, Yerdən Hava Müdafiə), SHORAD (Şort Range Air Defence, Qısa Məsafəli Hava Müdafiə) və çiyindən atılan raketləri ehtiva edən MANPADS (Man Portable Air Defence Systems, İnsan İstifadəli Hava Müdafiə Sistemləri) olaraq göstərmək olar.
Hava hücumundan müdafiə (film, 1937)
Hava hücumundan müdafiə (film, 1940)
Hava hücumundan müdafiə (film, 1960)
Hava hücumundan müdafiə döyüşü
Hava hücumundan müdafiə döyüşü — təcavüzkar hava vasitələrinin səmərəliliyini azaltmaq və ya tamamilə yox etmək üçün görülən tədbirlərdir. Bu tədbirlər həm hava, həm də quru silah sistemlərini, müvafiq qəbuledici sistemləri, komanda və nəzarət tədbirlərini və passiv tədbirləri əhatə edir. Olduqları yerdən asılı olmayaraq dəniz, quru və hava qüvvələrini qorumaq olaraq anlaşılacağı kimi, ana vətənin müdafiəsi üçün də bir çox ölkələr tərəfindən istifadə olunmaqdadır. NATO hava vasitələri ilə edilən hava müdafiəsini qarşı hava müdafiəsi, dəniz və ya qurudan ediləni isə hava müdafiə savaşı olaraq adlandırmışdır. Raket ilə müdafiə hava hücumundan müdafiənin bir qolu olaraq qəbul edilir. == Terminalogiyası == Hava hücümundan müdafiə termini ilk dəfə, böyük ehtimalla, İngilislər tərəfindən Kral hava qüvvələrinin komandanlığı altında qurulan Böyük Britaniya hava müdafiəsi tərəfindən istifadə edilmişdir. Bununla yanaşı, Birləşmiş Krallıqda "anti-hava müdafiəsi (anti-aircraft)" termini də 1950-ci illərə qədər ümumi olaraq istifadə edilmiş və AA olaraq qısaldılmışdır. NATO Hava Müdafiə döyüşünü "dəniz üzərindəki bir gücün, havadan hədəfə çatan silahlar ilə təyyarə, gəmi, sualtı gəmi və ya qurudan edilən hücumdan qorunmaq üçün görülən tədbirlər" kimi izah etmişdir. Bəzi ordularda bütün qüvvələr ilə hava hücumundan müdafiə termini, ixtisası olmayan əsgərlər tərəfindən olunan müdafiə yerinə istifadə edilir. XX əsrin sonlarında istifadə edilən digər terminlər; GBAD (Ground Based Air Defence, Yerdən Hava Müdafiə), SHORAD (Şort Range Air Defence, Qısa Məsafəli Hava Müdafiə) və çiyindən atılan raketləri ehtiva edən MANPADS (Man Portable Air Defence Systems, İnsan İstifadəli Hava Müdafiə Sistemləri) olaraq göstərmək olar.
Hava hücumundan müdafiə sistemlərinin siyahısı
Havadan hücumu müdafiə etmə döyüşü, təcavüzkar hava vasitələrinin fəaliyyətini zəiflətmək ya da tamamilə yox etmək deməkdir. Mərmi ilə müdafiə etmə hava müdafiə etmənin bir qolu olaraq qəbul edilməkdədir.
Raad (Hava hücumundan müdafiə sistemi)
Raad və ya Ra'd (farsca: رعد, “ildırım”) - 2012-ci ilin sentyabr ayında yaradılmış olan İranın hava hücumundan müdafiə sistemidir. Xarici görünüşünə görə Rusiyanın Buk M3 markalı hava hücumundan müdafiə sisteminin bir nüsxəsi və ya törəməsi olduğu sayılır. Sistem İranın müdafiə nöqteyi-nəzərindən qabiliyyətlərini artırmaq üçün və İranın digər bir hava hücumundan müdafiə sistemi olan Bavar 373 hava hücumundan müdafiə sisteminin ortağı olaraq hazırlanmışdır. Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, Raad döyüş təyyarələri, qanadlı raketlər, ağıllı bombalar, helikopterlər və pilotsuz təyyarələrlə qarşılaşmaq üçün hazırlanmışdır. Sistem ayrıca ABŞ qırıcı təyyarələri üçün xüsusi olaraq hazırlanmışdır. Sistem 50 km məsafədə və 25–27 km (75.000 fut) yüksəkliklərdə hədəfləri izləyə və vura bilən “Taer” (Quş) raketləri ilə təchiz olunmuşdur, Ra'd orta mənzilli hava hücumundan müdafiə və radar sistemidir. 2012-ci ilin dekabr ayında Vilayət 91 hərbi təlimləri zamanı İran Hərbi Dəniz Qüvvələri Raad Hava Hücumundan Müdafiə Sistemini uğurla sınaqdan keçirdi, lakin İran Hərbi Dəniz Qüvvələrində sınaqdan keçirilmiş Raad raketinin hazırlanmış Raad sisteminin Taer-2 raketi ilə eyni olub olmadığı məlum deyil. IRGC ilə Aviasiya və Aerokosmik Qüvvələri tərəfindən istehsal olunan hava hücumundan müdafiə sistemi ilə yer-hava tipli döyüş raketi arasında oxşarlıq ola bilər. 2014-cü ilin may ayında İslam İnqilabı Keşikçiləri Korpusunun Aviasiya Qüvvələri (IRGC-AF) Raad hava hücumundan müdafiə sisteminin dörd fərqli konfiqurasiyasının yaradıldığını bəyan etmişdir: Taer-2B raketləri, mərhələli serialı radarlar ilə təchiz edilmiş və iki ədəd buraxıcı qurğunu idarə edə bilən Xordad 3 TELAR; Ağ günbəz radarları olan və Taer-2A raketlərindən istifadə edən Tabas TELAR; Alam al hoda başladıcısı elektro-optik izləmə sistemləri ilə təchiz edilmişdir; və 80 km mənzilli və yeni bir təkərli buraxıcı qurğuya malik, həmçinin ayrıca bir maşında elektro-optik sistemlərdən istifadə edən Raad 2. 2014-cü ilin may ayında İslam İnqilabı Keşikçiləri Korpusunun Aviasiya Qüvvələri (IRGC-AF) sərgisində, Xordad 3, SAM sisteminin yeni versiyalarının yeni raketlərlə 100 və 200 km məsafələrə çatacağını elan etmişdir..
İran Hava Hücumundan Müdafiə Qüvvələri
İran Hava Hücumundan Müdafiə Qüvvələri (Farsca: نیروی پدافند هوایی ارتش جمهوری اسلامی ایران) İranın 2008-ci ildə yaradılmış quru mərkəzli hava hücumlarından müdafiəsinə nəzarət edən IRIAF-dan ayrılmış bir bölməsidir.
Xatəm əl-Ənbiya Hava Hücumundan Müdafiə Universiteti
Xatəm əl-Ənbiya Hava Hücumundan Müdafiə Universiteti (farsca: دانشگاه پدافند هوایی خاتم‌الانبیا) — Tehranda yerləşən İran hərbi hava müdafiəsi Universitetidir. Bu universitetin missiyası Xatəm əl-Ənbiya Hava Hücumundan Müdafiə Bazasına və Ordunun Hava Hücumundan Müdafiə Qüvvələrinə lazım olan işçi qüvvəsini hazırlamaqdır. Xatam əl-Ənbiya hava hücumundan müdafiə universiteti ölkənin maraq və ehtiyaclarına əsaslanaraq, bu sahənin tələbələrinə uyğun olaraq inzibati işlər, pedaqogika elmləri, nəqliyyat əməliyyatları, hazırlıq və təchizat əməliyyatları, hərbi polis, maliyyə ixtisasları üzrə təhsil verir. Həmçinin hava və piyada əməliyyatları təhsilini başa vurub müvafiq ixtisas üzrə müdafiə məsələlərinin idarə edilməsi üzrə ekspert dərəcəsi aldıqdan sonra təşkilatın ehtiyaclarına uyğun olaraq ölkədəki hava hücumundan müdafiə bazalarının müxtəlif bölmələrində xidmət edirlər.
Bakı Hava Hücumundan Müdafiə Ordusu
Bakı Hava Hücumundan Müdafiə Ordusu — 1942–1945-ci illərdə Azərbaycan SSR-də mövcud olmuş SSRİ Hava Hücumundan Müdafiə Qüvvələri birləşməsi. == Tarixi == Bakı Hava Hücumundan Müdafiə Ordusu Dövlət Müdafiə Komitəsinin 5 aprel 1942-ci il tarixli fərmanı ilə müharibənin Şərq cəbhəsində yaradılmışdır. Əvvəllər Bakı Hava Hücumundan Müdafiə Korpusu kimi tanınan birləşmənin əsas məqsədi Bakı neft mədənlərinin almanların hava hücumlarından qorumaq idi. Vermaxt Edelveys əməliyyatı kod adı ilə neft mədənlərini ələ keçirməyi planlaşdırırdı. 1942-ci ilin may-oktyabr aylarında Almaniyanın intensiv hava kəşfiyyatı zamanı orduya 8-ci Hava Hücumundan Müdafiə Qırıcı Korpusu, yeddi zenit alayı, bir zenit-pulemyot alayı, bir projektor alayı, bir baraj aerostatı alayı və digər bölmələr daxil idi. Fəaliyyəti zamanı ordu səkkiz təyyarəni vurub. 1946-cı ilin əvvəlində Bakı Hava Hücumundan Müdafiə Ordusu Cənub-Qərb Hava Hücumundan Müdafiə Dairəsinin tərkibində 17-ci Hava Hücumundan Müdafiə Korpusuna çevrildi. SSRİ Silahlı Qüvvələr nazirinin 24 iyun 1947-ci il tarixli göstərişinə uyğun olaraq 17-ci Hava Hücumundan Müdafiə Korpusunun bazasında Bakı Hava Hücumundan Müdafiə Ordusu, 1948-ci ilin payızında isə onun administrasiyası əsasında Bakı Hava Hücumundan Müdafiə Rayonu yenidən yaradıldı. Bu rayona sonradan ləğv edilmiş 49-cu Qırıcı Aviasiya Korpusu daxil idi. 1954-cü ildən 5 yanvar 1980-ci ildə ləğv edilənə qədər SSRİ Hava Hücumundan Müdafiə Qoşunlarının (PVO) Bakı Hava Hücumundan Müdafiə Dairəsi adlandırılmışdır.

"hücumun" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hücumun nədir? #hücumun sözünün mənası #hücumun nə deməkdir? #hücumun sözünün izahı #hücumun sözünün yazılışı #hücumun necə yazılır? #hücumun sözünün düzgün yazılışı #hücumun leksik mənası #hücumun sözünün sinonimi #hücumun sözünün yaxın mənalı sözlər #hücumun sözünün əks mənası #hücumun sözünün etimologiyası #hücumun sözünün orfoqrafiyası #hücumun rusca #hücumun inglisça #hücumun fransızca #hücumun sözünün istifadəsi #sözlük