hünər sözü azərbaycan dilində

hünər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • hünər • 60.3427%
  • Hünər • 38.9229%
  • HÜNƏR • 0.7344%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hünər Əbədidir (1967)
== Məzmun == Film xalqımızın igid oğlu, İkinci Dünya müharibəsi illərində Leninqrad (indiki Sankt-Peterburq) göylərində faşist işğalçıları ilə mərdliklə vuruşub həlak olmuş qəhrəman təyyarəçi, leytenant Hüseynbala Əliyevə həsr edilmişdir. == Festivallar və mükafatlar == 1) 1968-ci ildə İrəvanda II Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-68" zona kinofestivalı Hərbi-vətənpərvərlik mövzusunun ən yaxşı təcəssümünə görə rejissor-operator Seyfulla Bədəlov Diplom almışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Seyfulla Bədəlov Ssenari müəllifi: Mais Məmmədov Operator: Seyfulla Bədəlov, Mehman Dadaşov Bəstəkar: Emin Mahmudov Səs operatoru: Şamil Kərimov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Hünər əbədidir (film, 1967)

Hünər və Şöhrət Yolu ilə (1981)
== Məzmun == Filmdə Serqo Orconikidze adına Qırmızı Bayraq ordenli və Suvorov ordenli 77-ci Simferopol atıcı diviziyasının keçdiyi şanlı döyüş yolundan, Böyük Vətən müharibəsi illərində Azərbaycan oğullarının göstərdikləri şücaətdən və diviziya veteranlarından bəhs edilir. Filmdə Ə.Qarayev, Cəmşid Naxçıvanski, Q.Vəzirov, M.Veysov haqqında ətraflı məlumat verilir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Vyaçeslav Mixaylov Ssenari müəllifi: Rafiq Zeynalov Operator: Ələsgər Ələkbərov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 333.
Hünər və şöhrət yolu ilə (film, 1981)

Hünərli
Hünərli (əvvəlki adı: Tsakuri) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 20 noyabr 2020-ci il tarixli, 197-VIQ saylı Qərarı ilə Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 7 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Hünərli kəndi 7 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin adı XIX əsrə aid rus mənbələrində Zakurli və ya Zaxur variantında qeydə alınmışdır. Oykonimin zakirli tirəsinin adı ilə bağlılığı güman edilir. Gəlmə ermənilər 1828-ci ildə burada məskunlaşdıqdan sonra kənd Tsakuri (ziqore/zigir erm. "əzgil") adı ilə rəsmiləşdi. 1992-ci ildə rəsmi olaraq Zakirli adlandırılmışdır. 1933-cü ildə Laçın rayonunda Zəkir adlı yaşayış məntəqəsi qeydə alınmışdır.
Hünərli (film, 2014)
Hünərli (Rom: Heropanti) — Sabbir Xanın rejissorluğu və Sajid Nadiadvalanın prodüserliyi ilə 2014-cü ildə hind dilində çəkilmiş romantik döyüş filmidir. Filmdə Tiger Şroff və Kriti Sanon Hind filmlərindəki debütlərində Prakash Raj ilə birlikdə ikinci planda rol alırlar. Bu filmin teluqu dilindəki remeyki olan Parugu, 23 may 2014-cü ildə buraxılmışdır. Heropanti 2 adlı davam filmi isə 2022-ci ildə buraxılmışdır.
Hünərli 2 (film, 2022)
Hünərli 2 (Rom: Heropanti 2) 2022-ci ildə Əhməd Xanın rejissoru olduğu, Rajat Arora tərəfindən süjet xətti yazılmış və Nadiadwala Grandson Entertainment şirkətinin rəhbərliyində Sajid Nadiadwala tərəfindən istehsal olunmuş hind dilində olan döyüş filmidir. Film 2014-cü ildə çəkilmiş olan Heropanti filminin davamı kimi çəkilmişdir. Filmin baş rollarında Tiger Shroff, Nawazuddin Siddiqui və Tara Sutaria çəkilmişdirlər. Film 29 aprel 2022-ci ildə buraxılmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.46 dəfə / 1 mln.
2002 •••••••••••••••• 6.85
2003 ••• 1.18
2004 •••••••• 3.03
2006 •••••••• 3.15
2007 ••••• 1.90
2008 ••• 0.97
2009 ••• 1.12
2010 •••••••••• 4.18
2011 •••••• 2.23
2012 •••• 1.46
2013 •••• 1.46
2014 ••• 1.03
2015 •• 0.85
2016 ••••• 1.74
2017 •• 0.49
2018 •••••••••• 3.90
2019 •••••••••••••••••••• 8.62
2020 •••••• 2.52

hünər sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Bacarıq, məharət, ustalıq, qabiliyyət, fərasət. Belə bir işi görmək üçün hünər lazımdır. – …Hamı pəhləvanlarımız öz hünərlərini çıxartdılar meydana… C.Məmmədquluzadə. Sənət bir hünərdir, bəli, bir hünər; Ayağın qoy alsın gücünü yerdən. N.Xəzri. □ Hünər etmək – 1) bax hünər göstərmək. [Qoca kəndli:] Bunun yarısını əkə bilsək, böyük hünər eləmiş olarıq. Ə.Haqverdiyev; 2) cəsarət etmək, şücaət göstərmək. Hünər göstərmək – öz ustalığını, məharətini, bacarığını nümayiş etdirmək. Şiraslan belə bir iş görmək, bir hünər göstərmək istəyirdi. S.Rəhimov. Bəs Yaşar necə bir hünər göstərmişdi ki, ona bu cür ad qoymuşdular? M.Rzaquluzadə. …hünəri deyil – bacarmaz, edə bilməz, əlindən gəlməz. Gilavarın xətir-hörmət nəzərə almadığı belə bir zamanında … hətta … daldalarda gəzmək hər oğulun hünəri deyildi. B.Bayramov. 2. Çətin şəraitdə mühüm bir işi, tədbiri, tapşırığı həyata keçirmək üçün rəşadət, şücaət, qoçaqlıq, fədakarlıq. – [Koroğlu:] Aləmə bəlli hünərim; Çənlibeldə dəlilərim; Mərd igidə peşkəş sərim; Qaçırtmaz meydandan məni. “Koroğlu”. Nə zaman ki, uçan bir qız seyrə çıxar göyləri; Ağızlardanağızlara gəzər onun hünəri. S.Vurğun. □ Hünər göstərmək – qəhrəmanlıq etmək, qoçaqlıq, igidlik göstərmək. Qolac qollarımı gərrəm; Meydanda hünər göstərrəm. “Koroğlu”. Oğlum bu gün cəbhədədir, nərə çəkir bir nər kimi; Mənim gənclik illərimdə göstərdiyim hünər kimi. S.Vurğun. 3. klas. Sənətkarlıq, ustadlıq, istedad. Hünər sahibi. – Alimin ki özündə yoxdur hünər; Eləməz bir kəsə kəlamı əsər. S.Ə.Şirvani. Ustadın işin, işlədiyin xam nə bilsin? Elmin, hünərin qiymətin islam nə bilsin? M.Ə.Sabir.

    Azərbaycan dilinin izahlı lüğəti / hünər

hünər sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 qoçaqlıq — cürət — cəsarət — cəsurluq — mərdlik — igidlik — ciyərlilik — ürəklilik

    Azərbaycan dilinin sinonimlər lüğəti / hünər
  • 2 bacarıq — qabiliyyət — məharət — ustalıq

    Azərbaycan dilinin sinonimlər lüğəti / hünər
  • 3 HÜNƏR, RƏŞADƏT Səadət, azadlıq, rəşadət, hünər; Bunlarla bərabər bəxtiyar bəşər (M.Rahim); BACARIQ [Ayxanım:] Heyifsən, görkəmin, bacarığın, qabiliyyətin var, amma iradən, ağlın... (M.İbrahimov); KİŞİLİK Fərhad: Hər kəsdə azərbaycanlı qanı varsa, bu gecə kişilik gösterməlidir (Ə.Vəliyev); MƏHARƏT Xüsusən cavanlar, həddi-büluğa, ərgənliyə çatmayanlar da öz məharətlərini göstərməyə müvafiq dövr yay mövsümünü hesab edirlər (B.Bayramov); ŞÜCAƏT, CƏSARƏT Vəzir: Harun şücaət və cəsarətdə ad qazanmış bir pəhləvandır (Ü.Hacıbəyov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / hünər

hünər sözünün rus dilinə tərcüməsi

  • 1 1. умение, искусство, дарование, мастерство; 2. подвиг, отвага, смелость, храбрость, удальство, героизм;

    Azərbaycanca-rusca lüğət / hünər
  • 2 сущ. 1. разг. умение, ловкость, бойкость. Belə bir işi görmək üçün hünər lazımdır для выполнения такой работы нужна ловкость 2. подвиг: 1) героический, самоотверженный поступок, совершенный в трудных условиях. Vətənpərvərlik hünəri патриотический подвиг, qəhrəmanlıq hünəri героический подвиг, vətəndaşlıq hünəri гражданский подвиг; hünər göstərmək совершить подвиг 2) самоотверженный, тяжёлый труд; важное дело, начинание. Əmək hünəri трудовой подвиг, ədəbi hünər литературный подвиг, tarixi hünər исторический подвиг ◊ hünəri deyil kimin крылья коротки, гайка слаба у кого; hünərin varsa qabağında дур если на себя надеешься, держись; hünəri çatmır kimin духу не хватает у кого (сделать или сказать что-л.); hünərin var tap ищи ветра в поле, попробуй найди

    Azərbaycanca-rusca lüğət / hünər

hünər sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. courage, bravery, valour; boldness, audacity; ~ göstərmək to display / to show courage; qəhrəmanlıq ~i heroic deed; 2. ability, skill, handicraft

    Azərbaycanca-ingiliscə lüğət / hünər

hünər sözünün fransız dilinə tərcüməsi

hünər sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. гьунар (1. алакьун, устӀарвал; hünər etmək гьунар авун а) кил. hünər göstərmək; б) жуьрэт авун, викӀегьвал авун; hünər göstərmək гьунар къалурун, вичин (жуван) устӀарвал, алакьун къалурун; 2. викӀегьвал, игитвал, кьегьалвал; hünər göstərmək гьунар къалурун, викӀегьвал къалурун, кьегьалвал авун; 3. клас. сеняткарвал, устадвал, алакьун, талант).

    Azərbaycanca-ləzgicə lüğəti / hünər

hünər sözünün türk dilinə tərcüməsi

hünər sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) məharət, ustalıq; 2) bacarıq; 3) elm, fənn; 4) incəsənət // sənət.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

bacarıq, məharət, qabiliyyət.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"hünər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hünər nədir? #hünər sözünün mənası #hünər nə deməkdir? #hünər sözünün izahı #hünər sözünün yazılışı #hünər necə yazılır? #hünər sözünün düzgün yazılışı #hünər leksik mənası #hünər sözünün sinonimi #hünər sözünün yaxın mənalı sözlər #hünər sözünün əks mənası #hünər sözünün etimologiyası #hünər sözünün orfoqrafiyası #hünər rusca #hünər inglisça #hünər fransızca #hünər sözünün istifadəsi #sözlük