Tülkü həccə gedir (film, 1971)
== Məzmun ==
Burada hikmətli bir əhvalatdan-qocalıb əldən düşmüş tülkünün özünə yem tapması üçün fikirləşib necə yeni fənd işlətməsindən danışılır.
Filmdə belə bir fikir ön plana çəkilmişdir: düşmən çox məharətlə cildini dəyişir. O gücü hesabına deyil, hiylə və ikiüzlülük sayəsində öz alçaq məqsədinə nail ola bilər.
== Film haqqında ==
Applikasiya filmidir.
Film uşaq yazıçısı Abdulla Şaiqin eyniadlı nağılı əsasında ekranlaşdırılmışdır.
Film geniş tamaşaçı kütləsi üçün nəzərdə tutlmuşdur.
== Filmin heyəti ==
=== Film üzərində işləyənlər ===
Əsərin müəllifi: Abdulla Şaiq (titrlərdə yoxdur)
Ssenari müəllifi: Eyvaz Borçalı
Rejissorlar: Nazim Məmmədov, Bəhmən Əliyev
Operator: Aleksandr Milov
Quruluşçu rəssamlar: Bəhmən Əliyev, Nazim Məmmədov
Cizgi rəssamları: Bəhmən Əliyev, Nazim Məmmədov
Rəssamlar: Rauf Dadaşov, Hüseyn Cavid İsmayılov, Q.Lyubçenko, Tamilla Əsgərova, E.Əliyev
Bəstəkar: Aqşin Əlizadə
Səs operatoru: Kamal Seyidov
Redaktor: Ədhəm Qulubəyov
Filmin direktoru: İbrahim Səfərov
=== Filmi səsləndirənlər ===
Hüseynağa Sadıqov — xoruz
Ağaxan Salmanov — tülkü
Firəngiz Şərifova — toyuq
Ş.Bağırova
S.Babayeva
A.Rzayev
== Mənbə ==
“Həccə gedən tülkü ilə Cırtdanın yaradıcısı” Onun ən böyük arzusu balacaları sevindirmək idi //7 gün.- 2001.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.