həkim-kosmonavt sözü azərbaycan dilində

həkim-kosmonavt

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • həkim-kosmonavt • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kosmonavt
Kosmonavt (ABŞ-də astronavt, Çində taykunavt) — kosmik uçuşlar zamanı kosmik texnikanın sınağını və istifadəsini həyata keçirən şəxs. Kosmik uçuş anlayışı ölkələrə görə fərqlənir. Beynəlxalq Aeronavtika Federasiyasının (FAI) təsnifatına görə yüksəkliyi 100 km-dən, ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) təsnifatına görə isə yüksəkliyi 50 mildən (80 km 467 m) artıq olan uçuşlar kosmik uçuş adlandırılır. Rusiyada yalnız orbital uçuşlar, yəni kosmik aparatın Yerin ətrafında ən azı bir tam dövr etdiyi uçuş kosmik uçuş hesab edilir. Bu səbəbdən, müxtəlif mənbələrdə kosmonavtların ümumi sayı bir-birindən fərqlənir. 20 iyun 2011-ci il tarixinə 38 ölkədən 523 nəfər kosmik uçuşda olublar. Ballistik trayektoriya üzrə 100 km-dən artıq yüksəkliyə qalxmış 4 nəfər (FAI-nin təsnifatı) və ballistik trayektoriya üzrə 50 mildən artıq, lakin 100 km-dən aşağı yüksəkliyə qalxmış 6 nəfər (ABŞ HHQ-nin təsnifatı) vardır. Kosmonavtlar arasında 55 qadın var.
Həvəskar kosmonavt
Həvəskar astronom — hər kəsin məşğul ola biləcəyi səma müşahidələrinə, araşdırmalara və əldə edilən məlumatlara verilən astronomiya elminin alt sahəsidir. Astronomiya ilə həvəskar olaraq məşğul olan şəxslərə "həvəskar astronom" deyilir. Həvəskar astronomlar, yalnız bir durbinlə ya da başqa teleskoplarla səma müşahidəsi edə bilərlər. Həvəskar astronomiyada müşahidə etmək, göy hadisələrini anlamaq və kosmologiya qədər uzanan geniş bir elm sahəsində araşdırma etmək vacibdir. İstifadə edilən müşahidə vasitəsinin növünə görə müşahidə sahəsi artar. Həmçinin həvəskar kosmonavtika proqramları da var. Bunlar; Hallo northern sky, Carte du ciel, "Alpha Centauri" kimi planetaryum proqramları və yalnız hesablarla ya da gələn siqnalları araşdıran radioteleskoblu proqramlarıdır.
Həkim
Həkim - ali tibb təhsili olan, bu sahədə əldə etdiyi bilik və bacarıqlarını insanların xəstəliklərinin müalicəsinə, insan sağlamlığının qorunması və saxlanılmasına həsr edən insan. == Həkim andı == Daha çox qədimdən də həkim andı kimi məlum olan "Hippokrat andı"dır. And 9 etik prinsip və öhdəliyi özündə əks etdirir.
Maykl Kollins (kosmonavt)
Maykl Kollins (31 oktyabr 1930, Roma – 28 aprel 2021, Neypls[d], Florida) — ABŞ-lı astronavt. == Həyatı == Maykl Kollins 31 oktyabr 1930-cu ildə İtalyanın paytaxtı Roma şəhərində anadan olmuşdur. == Astronavt fəaliyyəti == Maykl Kollins NASA-nın layihələri üçün işləmiş, "Cemini" və "Apollon 11" proqramlarında kosmosa çıxmışdır. Ümumilikdə kosmosda 11 gün 2 saat 4 dəqiqə 43 saniyə vaxt keçirib. Maykl Kollins 1969-cu ildə Aya uçan Apollon 11-in 3 nəfərlik ekipajından biri idi. Yəni Aya ilk addım atan astronomlarla bərabər idi. Digər 2 astronom Ay səthində addım atdıqları zaman o, Apollo 11-in içində Ay orbitində fırlanmaqla vəzifəli idi. Kosmik cihaz Ayın Dünyaya baxmayan qaranlıq tәrәfinә keçdiyi zaman radio siqnallarına Ay tərəfindən maneə törədilmiş və Michael Collinsin Dünya ilə bütün əlaqəsi kəsilmişdi. Ay səthindəki həmkarlarıyla da hər hansı bir əlaqəsi qalmayan Michael Collins, Ayın Dünyadan görünmәyәn arxa üzündə keçirdiyi 48 dəqiqə boyunca ən tək anlarını yaşadı və insanlıq tarixində bənzəri görülməmiş bir şəkildə, Dünyadan ən uzaq məsafədə olan adam oldu. 1970-ci ilin yanvarında astronavt işindən ayrılmışdır.
Sergey Avdeyev (kosmonavt)
Sergey Vasiliyeviç Avdeyev (rus. Серге́й Васи́льевич Авде́ев; 1 yanvar 1956) — SSRİ və Rusiya kosmonavtı. Rusiya Federasiyasının pilot-kosmonavtı (1993), 1-ci dərəcəli kosmonavt (1999), Rusiya Federasiyasının Qəhrəmanı (1993). == Həyatı == 1979-cu ildə Moskva Mühəndislik Fizika İnstitutunu eksperimental nüvə fizikası ixtisası üzrə bitirmişdir. 1981-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Marksizm–Leninizm Universitetinin İdeoloji Kadrlar fakültəsini bitirmişdir. Ali siyasi təhsil almışdır. 1985-ci ilin may ayından Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. 1986-cı ildə Moskva Mühəndis Fizika İnstitutunun qiyabi aspiranturasını bitirmişdir. 18 may 2001-ci ildən fizika-riyaziyyat elmləri namizədidir, dissertasiya işi astronavtların gözündə işıq parıltılarının səbəblərinin öyrənilməsinə həsr edilmişdir. == Kosmik uçuşları == 1-ci uçuş (27 iyul 1992 – 1 yanvar 1993) 12-ci əsas ekspedisiyanın ("EO-12") proqramı üzrə "Soyuz TM-15" kosmik gəmisinin ("SC") və "Mir" orbital kompleksinin ("OC") bort mühəndisi kimi birlikdə həyata keçirilmişdir.
Hacı Həkim
Hacı Həsən Həkim (ərəb. الطبيب الحاج حسن‎) — XX əsrdə Şəki şəhərində yaşamış ərəb əsilli həkim. Cənubi Qafqaz regionunda Taun və Tif viruslarına qarşı mübarizə aparan yeganə həkim olub. == Həyatı == Əsil adı Həsən olan Hacı Həkim 1862-ci ildə Ərəbistan yarımadasında anadan olub. Milliyətcə ərəb olub. Dəqiq doğum yeri və tarixi məlum deyil. Mədrəsə təhsili alıb, daha sonradan həkimlik peşəsində çalışmağa başlayıb. Daha sonradan bir neçə il Ərəb yarımadası ölkələrində işləyib. Bundan sonra o öz adını "Hacı Həsən" ilə əvəz edib. 1898-ci ildə Cənubi Qafqaza, Şəki şəhərinə köçür.
Heydər Həkim
Heydər Həkim(XVI-XVII əsrlər) — == Həyatı == Hindistanın Agra şəhərində, Böyü Moğollar sülaləsinin təmsilçisi Sultan Əkbərin sarayında çalışmış Azərbaycan həkimidir. Azərbaycan dilində lirik şeirlər də yazırdı.
Həkim Cəbrayil
Həkim Cəbrayil(vəfatı 1616). == Həyatı == Həkim Cəbrayil Həkim Məhəmməd Bəqərin oğlu. Tibb elmini Qəzvin və İsfahan şəhərlərində öyrənmişdi, mehriban xasiyyəti və səhavətinə görə şöhrət tapmışdı. Təhsilini başa vurandan sonra, şahın əmri ilə Ərdəbilin "Darül-İrşad" mədrəsəsinə dərs deməyə göndərilmişdi. Müəyyən müddətdən sonra, o, Ərdəbili tərk edib, Hindistana yollanır və Əbdürrəhim Hani-Hanan adında xeyriyyəçinin sarayına yol tapır. Lakin Həkim Cəbrayıl orada çox qalmır və Hindistanın Dekkan əmirliyinə üz tutur. Orada, o, Qolkunda şəhərinin hökmdarı Məhəmmədqulu Qütb Şahın himayəsini qazanır və ölümünə qədər orada yaşayır.
Həkim Qəni
Həkim Qəni (azərb. Hüseynov Qəni Hüseynqulu oğlu‎, 16 fevral 1918, Bakı — 10 iyun 2008, Bakı) — şair, qəzəlxan, füzulişünas alim, tərcüməçi, tibb xidməti polkovniki, prezident təqaüdçüsü. == Həyatı == Həkim Qəni 16 fevral 1918-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Tibb İnstitutunda almışdır (1936–1941). İkinci Dünya Müharibəsinin iştirakçısı olmuş, müharibədə hərbi həkim kimi fəaliyyət göstərmişdir (1941–1945). 1967-ci ildə ordudan tərxis olunub və o, Mirqasımov adına Mərkəzi Xəstəxananın nevropotologiya şöbəsinə rəhbərlik edib. Uzun illər Azərbaycanın baş nevropotoloqu olub. Şair Əliağa Vahidin şəxsi həkimi və yaxın dostu olmuşdur. 1990-cı ildən (başqa məlumata görə 1993-cü ildən) etibarən Vahid poeziya evində "Vahid" ədəbi şairlər məclisinə sədrlik etmişdir. Həkim Qəni 10 iyun 2008-ci ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmiş və öz vəsiyyətinə uyğun olaraq Yasamal qəbiristanlığında dəfn olunmuşdur.
Həkim kolbasası
Həkim - bütün keçmiş SSRi dövlərləti arasında çox məşhur bişmiş kolbasadır. Digər kolbasalarla müqayisədə bu kolbasa pəhriz saxlayanlar üçün əlverişlidir. Bu kolbasa 1930-cu ildən SSRİ-də Anastasa Mikoyna tərəfindən bişirilməyə başlayır. Bütün SSRİ məkanında kolbasanı hazırlanması eyni qaydada eyni resept ilə hazırlanır. Bu səbəbdən onun adı "Həkim kolbasa"sı adlanır. == Tarixi == İlk dəfə kolbasanın istehsalına 1936-cı ildən başlanılmışdır. Bu ət məhsulları içərinsə xüsusi yeri olan kolbasadır. İlk dəfə istehsalı A.İ.Mikoyana adlı Moskva ət kombinatında hazırlanmağa başlanılır. Kolbasanın pəhriz xüsusiyyətinə malik olması onun Böyük Vətəndaş və Çar müharibələrində geniş istifadə edilməsinə səbəb oldu. == Tərkibi == QOST 23670-79 standartlarına uyğun olaraq kolbasa hazırlanır.
Həkim səhvi
Həkim səhvi — həkimin və ya hər hansı digər tibb işçisinin peşə fəaliyyəti zamanı bilmədən səhv etməsi. Səhlənkarlıq buna aid deyil. == Hüquqi tərəfi == Qanunda "Həkim səhvi" termini yoxdur, buna görə də vəkillər, ümumiyyətlə, bundan istifadə etmirlər. Əsasən, tibbi ədəbiyyatda yayılmışdır, lakin hətta burada bu terminin ümumi qəbul edilmiş konsepsiyası yoxdur. == Təsir == Qlobal olaraq, 2013-cü ildə tibbi müalicənin mənfi təsirlərindən 142.000 insanın öldüyü təxmin edilir, 1990-cı ildə bu rəqəm 94.000 idi. 2000 Tibb İnstitutunun hesabatında tibbi səhvlər nəticəsində 44.000 ilə 98.000 arasında ölüm və ABŞ xəstəxanalarında hər il 1.000.000-dan artıq yaralanma təxmin edildi. İngiltərədə 2000-ci ildə edilən bir araşdırma hər il təxminən 2 milyard funt sterlinqə başa gələn 850.000 tibbi səhvin meydana gəldiyini aşkar etdi. 2002-ci il Səhiyyə Tədqiqatları və Keyfiyyət Agentliyi hesabatına görə, dərman səhvlərindən hər il təxminən 7000 insanın öldüyü təxmin edilmişdi. Tibbi səhvlər dünyada 10 xəstədən birinə təsir göstərir. Digər hesablamada isə hər il 180.000 insanın yatrogen zədə nəticəsində öldüyü bildirilir.
Hərbi həkim
Hərbi həkim ali tibb təhsili olan, tibbi mövqe tutan bir əsgərdir. 1864-cü ildə ilk Cenevrə Konvensiyası tibb işçilərinin xüsusi neytral statusunu müəyyənləşdirdi və bu, "yalnız tibbi" funksiyaları yerinə yetirməyi, müharibə və silahlı münaqişələrin bütün qurbanlarına "qərəzsiz" tibbi yardım göstərməyi özlərinə vəzifə olaraq qoymaq idi. == Tarixi == Qədim yunanların qoşunlarında xüsusi həkimləri var idi. Bəziləri yalnız daxili xəstəliklərin müalicəsi ilə məşğul olurdular, digərləri cərrahi. Həkimlər ordunun tərkibini təşkil edirdi, düşərgə qurarkən onların fikirləri soruşulurdu. Onlar İlahiyyat və dünyəvi tibb məktəblərində təhsil alırdılar. Romanın mövcud olduğu dövrdə tibb xəstəliklərinin müalicəsinə ruhların qovulması və müxtəlif batil müalicə metodları öz əksini tapmışdır. Epidemiyaya qarşı müharibə zamanı qoşunlarda dualar təyin olunur, keşişlər müxtəlif dini mərasimlər təşkil edirdilər. Əsgərlər yaralanan zaman bir-birlərini sağaldır və ya təsadüfi həkimlərin xidmətlərindən istifadə edirdilər. Daimi ordu olmadığı üçün daimi hərbi həkimlər olmurdu.
Sibqat Həkim
Sibqat Həkim (tatar. Сибгат Хәким; 4 (17) dekabr 1911 – 3 avqust 1986, Kazan) — Sovet, tatar şairi. 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. Böyük Vətən müharibəsi iştirakçısı. Rafael Həkimovun atasıdır. == Bioqrafiya == Sibqat Həkim 4 dekabr 1911-ci ildə Kulle-Kimi kəndində (indiki Tatarıstan Respublikası, Ətnə rayonu, Kulle-Kiminskoye kəndində) kasıb kəndli ailəsində anadan olmuşdur. 1931-ci ildə Kazandakı işçilər fakültəsində oxumuşdur, sonra 1937-ci ildə məzun olduğu Kazan Pedaqoji İnstitutuna daxil olur. 1941-ci ildə Qırmızı Ordu sıralarına çağırılır, 1942-ci ilin mayından döyüş əməliyyatlarının iştirakçısı olur. Hərbi xidmətlərinə görə, 375-ci atıcı diviziyasının 1243-cü atıcı alayının taqım komandiri, leytenant Həkimov 1943-cü ilin avqustunda Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir. 1963-1967-ci illərdə Tatar MSSR Ali Sovetinin Rəyasət Heyətinin üzvü olmuşdur.
Əl-Həkim
Əl-Həkam (ər. الحكم) — Allahın adlarından biri.
Əməkdar həkim
Azərbaycan Respublikası əməkdar həkimi — səhiyyə sahəsində xüsusi xidmətlərinə görə müalicə-profilaktika, sanitariya, sanatoriya-kurort müəssisələrinin, elmi-tədqiqat institutlarının, apteklərin, əczaçılıq zavodlarının, aptek anbarlarının və digər səhiyyə idarələrinin bu sahədə azı iyirmi il işləmiş işçilərinə verilən fəxri ad.
Möcüzə həkim
Möcüzə Həkim- "MF Yapım" tərəfindən imzalanmış, ilk seriyası 12 sentyabr 2019-cu ildə yayımlanmış, ssenari müəllifi Pınar Bulut və Onur Koralp tərəfindən yazılmış tibbi dram üslubunda Türk televiziya serialıdır. 2013-cü ildə Cənubi Koreyanın "Good Doctor" dramından uyğunlaşdırılmışdır. 2 mövsümdən ibarət serial "MF Yapım" tərəfindən 14 may 2021-ci ildə elan edilən rəsmi son tarix olan 27 may 2021-ci ildə yayımlanan 64-cü seriya ilə sona çatdı.
Həkim Drakken (personaj)
Həkim Drakken - "Kim Possibl" serialının düşmən personajlarından biridir. == Pesonaj haqqında == Dünyanı ələ keçərməyə çalışan dəlisov alimdir. Əsl adı Dryu Teodor P. Lipskidir. Kim Possiblın ən böyük düşmənidir. Eyni zamanda Kim Possiblın atası Ceyms T. Possiblın sinif yoldaşıdır. Lisey illərində düzəltdiyi "Bibi" adlı dərrakəli qadın robotlarını ən yaxşı yoldaşlarını Ceyms, Çen və Rameşə tanıdır. Lakin hazırladığı keyfiyyətsiz robotlar yoldaşlarına gülünc gəlir. Həmin müddətdən başlayaraq dünyanı ələ keçirməyə və irəlidə hazırlayacağı inkişaf etmiş robotlarla yoldaşlarına dərs verməyi planladı. Ardından "Bibi" robotlarının istehsalı başlayır. Amma Həkim Drakken həmişə uğursuzluğa düçar olur.
Həkim Məhəmməd Bəqər
Həkim Məhəmməd Bəqər (Təbriz) — == Həyatı == Həkim Məhəmməd Bəqər Təbrizdə doğulub boya-başa çatmışdı. Onun qardaşı Mir Bəqər məşhur və istedali həkim idi və Shah Abbas Səfəvinin saray həkimi vəzifəsində çalışırdı. Məhəmməd Bəqər də, qardaşi kimi, tibb sahəsində və başqa elmlərdə dərin savada malik idi. Bir müddət Təbrizdə həkim işləyəmdən sonra o, Hindistana yollanır və Əbdürrəhman Hani-Hanan adında xeyriyyəçinin sarayına yol tapır. Bu xeyriyyəçinin əməlləri bütün İran və Azərbaycana əks səda salmışdı. Xani-xanan Məhəmməd Bəqəri hörmətlə qarşılayır, onunla dostlaşır və özünün şəxsi həkimi təyin edir. Məhəmməd Bəqər ömrünün sonuna qədər orada yaşayır və böyük var-dövlət sahibi olur.
Həkim Məhəmməd Əmin
Kərəm Kərimov (həkim)
Kərimov Kərəm Təbriz oğlu — tibb elmləri doktoru. == Həyatı == Kərimov Kərəm Təbriz oğlu 1947-ci ildə anadan olub. 1974-cü ildə N. Nərimanov adına Azərbaycan Dövlət tibb institutunu bitirmişdir, 1974–1975-ci illərdə Azərbaycan Elmi-Tədqiqat oftalmologiya institutunda internatura kursunu keçmişdir, 1975–1977-ci illərdə Naxçıvan Respublika göz xəstəxanasında həkim-okulist işləmişdir, 1977–1979-cu illərdə Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri institutunda kliniki ordinaturada hazırlıq keçdikdən sonra, 1979-cu ildə bu instituta baş laborant vəzifəsinə qəbul edilmişdir və sonralar ardıcıl şəkildə həmin institutun təşkilati-metodik şöbəsinin müdiri, görmə üzrə əlillərin reabilitasiyası şöbəsinin müdiri, qlaukoma şöbəsinin müdiri, əlillərin reabilitasiyası və qlaukoma üzrə Respublika Mərkəzinin rəhbəri vəzifəsində çalışmışdır. 1998-ci ilin iyun ayından K. T. Kərimov Z. Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri institutunun direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda refraksiya cərrahiyyəsi şöbəsinin elmi rəhbəridir. 1985-ci ildə K. T. Kərimov "Azərbaycan Respublikasında görmə üzrə ilkin əlillik və korların və zəifgörənlərin reabilitasiyası" mövzusunda namizədlik dissertasiyasını, 1997-ci ildə isə "Azərbaycan Respublikasında görmə üzvünün patologiyası nəticəsində korluğun və əlilliyin sosial-gigiyenik, kliniki-oftalmoloji, ekspert-reabilitasiya problemləri və tibbi-sosial reabilitasiyanın yolları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1986-cı ildə K. T. Kərimovun təşəbbüsü ilə institutda təşkil edilmiş əlillərin tibbi-sosial reabilitasiyası şöbəsinin əsasında 1993-cü ildə xüsusi elmi-metodik və praktik reabilitasiya Mərkəzi yaradılmışdır. Bu strukturlarda uzun illər ərzində K. T. Kərimovun rəhbərliyi altında respublikada görmə üzvünün müxtəlif xəstəlikləri nəticəsində görmə üzrə əlilliyin və korluğun yayılması, strukturu, səbəbləri, profilaktikası, mübarizə tədbirləri, əlillərin erqonomik göstəricilərinin yaxşılaşdırılması yollarının axtarışı, tibbi və sosial reabilitasiyasının imkanları, əlillərdə süni büllurun implantasiyasının xüsusiyyətləri kimi problemlər işlənilir. Bundan əlavə, axırıncı illərdə K. T. Kərimov qlaukoma və şəkərli diabet nəticəsində gözün tor qişasının zədələnmələrinin lazer müalicəsi, gözün optik qüsurları olan miopiyanın, hiprmetropiyanın, astiqmatizmin eksimer-lazer korreksiyası problemlərinin işlənilməsi ilə də yaxından məşğuldur. K. T. Kərimov 132 elmi əsərin, o cümlədən 2 monoqrafiyanın və 8 metodik tövsiyənin müəllifidir, bir neçə onluq elmi əsəri xarici ölkələrdə çap olunub.
Leyla Məmmədbəyova (həkim)
Leyla Hüseynağa qızı Məmmədbəyova (d. 12 may 1922 - ö. 23 may 2006) — Azərbaycanın məşhur patomorfoloq alimi, Azərbaycanın Əməkdar Elm Xadimi, Tibb emləri doktoru, professor. == Həyatı == Leyla Hüseynağa qızı Məmmədbəyova Qubada anadan olmuşdur. 1963-cü ildən Elmi Tədqiqat Eksperimental və Klinik Tibb İnstitutunun patomorfologiya laboratoriyasında müdir işləyib. Tədqiqatları əsasən ürək damar sisteminin patologiyasına həsr edilib. Akademik İvan Şirokoqorovun Azərbaycanda patoloji anatomiya elminin inkişafında özünəməxsus yeri olan istedadlı tələbələrindən biri də professor Leyla xanım Hüseynağa qızı Məmmədbəyova (1922-2006) olmuşdur. O, 1947-1963-cü illərdə patoloji anatomiya kafedrasında çalışmış, burada namizədlik və doktorluq dissertasiyası üzərində işləmişdir. 1967-ci ildə Tibb emləri doktoru, 1970-ci ildə professor adını almışdır. Uzun illər M.A.Topçubaşov adına Respublika Elmi Cərahlıq mərkəzinin patomorfologiya laboratoriyasının müdiri vəzifəsində işləmişdir.
Mürşüd Məmmədov (həkim)
Məmmədov Mürşüd Cabbar oğlu (10.3.1931—21.5.2017) - həkim.professor == Həyatı == Professor Mürşüd Məmmədov 1931-cı ildə Zəngilan rayonunda anadan olmuşdur.1956-cı ildə Kuybışev şəhərində Hərbi Tibb Akademiyasını qızıl medalla bitirmişdir. 1954-1980-cı illərdə SSRİ silahlı qüvvələri sırasında hərbi qulluqda olmuş və polkovnik rütbəsinədək yüksəlmişdir. 1971-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş və tibb elmləri namizədi adını almışdır. 1981-1984-cü illərdə Bakı şəhəri Semaşko adına 1 saylı kliniki xəstəxanasının baş həkimi işləmişdir. Oftalmologiya sahəsində 1960-cu ildən işləyir. Professor adına layıq görülmüşdür. 83 elmi əsəri, o cümlədən 1 metodik tövsiyəsi, 7 səmərələşdirici təklifi və 2 müəlliflik şəhadətnaməsi vardır. 1984-1988-ci ilə kimi institutun elmi informasiya şöbəsinin müdiri vəzifəsini tutmuşdur. 1988-2013-cu ilə qədər uşaq və yeniyetmələrdə görmənin mühafizəsi şöbəsinin rəhbəri vəzifəsində çalışıb. 1972-ci ildən SSRİ Səhiyyə əlaçısı döş nişanı, 2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Məmməd Əliyev (həkim)
Məmməd Əliyev (SSRİ-nin Fəxri Dəmiryolçusu) — Dəvəçi Dəmir Yolu Stansiyasının Rəisi, "Şərəf nişanı" ordenli, SSRİ-nin fəxri dəmiryolçusu, Əmək veteranı. Məmməd Əliyev (coğrafiyaşünas) — coğrafiyaşünas, professor (1931), əməkdar elm xadimi (1946). Məmməd Əliyev (filoloq) Məmməd Əliyev (filosof) — fəlsəfə elmləri doktoru.
Namiq Abbasov (həkim)
Namiq Əbdülsəməd oğlu Abbasov — Azərbaycan pulmonoloqu, tibb elmləri doktoru (1992), professor (1998). == Həyatı == Namiq Əbdülsəməd oğlu Abbasov 17 iyun 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1965-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universitetini) bitirmişdir. N. Abbasov 1967–1975-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunda, 1975–1976-cı illərdə Elmi Tədqiqat Vərəm İnstitutundaelmi işçi vəzifəsində çalışmışdır. 1976-cı ildən Azərbaycan Tibb Universitetinin ağ ciyər xəstəlikləri kafedrasında (2004-cü ildən kafedra müdiri) işləmişdir. == Elmi fəaliyyəti == Namiq Abbasovun tədqiqatları cərrahi əməliyyatlardan sonra xarici tənəffüs vəziyyətinin öyrənilməsinə, vərəmli xəstələrdə ağ ciyər və ürəyin ekokardioqrafik müayinəsi məsələlərinə həsr edilmişdir. O, 90-a yaxın elmi əsərin, o cümlədən 1 monoqrafiyanın müəllifidir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. I cild.
Nazim Abdullayev (həkim)

Oxşar sözlər

#həkim-kosmonavt nədir? #həkim-kosmonavt sözünün mənası #həkim-kosmonavt nə deməkdir? #həkim-kosmonavt sözünün izahı #həkim-kosmonavt sözünün yazılışı #həkim-kosmonavt necə yazılır? #həkim-kosmonavt sözünün düzgün yazılışı #həkim-kosmonavt leksik mənası #həkim-kosmonavt sözünün sinonimi #həkim-kosmonavt sözünün yaxın mənalı sözlər #həkim-kosmonavt sözünün əks mənası #həkim-kosmonavt sözünün etimologiyası #həkim-kosmonavt sözünün orfoqrafiyası #həkim-kosmonavt rusca #həkim-kosmonavt inglisça #həkim-kosmonavt fransızca #həkim-kosmonavt sözünün istifadəsi #sözlük