həşərat sözü azərbaycan dilində

həşərat

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • həşərat • 92.1466%
  • Həşərat • 7.5916%
  • HƏŞƏRAT • 0.2618%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Həşərat
Həşəratlar (lat. Insecta) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan sinfi. Həşəratların 1 milyona yaxın növü məlumdur. Yer kürəsinin demək olar ki, hər bir ekosistemində mövcuddur. Heyvanlar aləminin təqribən 80%-ni təşkil edən həşəratlar 30-a qədər dəstəni əhatə edir. Ənənəvi təsnifata uyğun olaraq çoxayaqlılarla birlikdə traxeyatənəffüslülər yarımtipinə aiddir. == Ümumi məlumat == Zooloji nomenklaturanın Beynəlxalq kodeksi növ, cins, fəsilə və onlar arasındakı adlara tətbiq olunur, lakin Insecta kimi qeyri — tipik adlara tətbiq olunmur. Bunun nəticəsində elmi ədəbiyyatda "İnsecta" termini müxtəlif taksonlar üçün istifadə edilmişdir. Aristotelin dövründən bu ad quru buğumayaqlılarına (altıayaqlılar, hörümçəkkimilər və s.) tətbiq edilir, lakin xərçəngkimilər üçün istifadə edilmirdi. Linney isə xərçəngkimiləri də İnsectaya aid etmişdi.
Həşərat qanadı
Qanad — həşəratların çoxunda hərəkət edən uçma orqanı. Döş örtüyünün yan büküşlərindən əmələ gələn qanadlar gövdənin döş hissəsinin üst tərəfində yerləşir. Həşəratlarda adətən 2 cüt, bəzən 1 cüt qanad olur. Bəzi 2 cüt qanadlılarda birinci cüt qanad (qanadönlüyü) sərt olub müvazinət, ikinci cüt pərdə şəkilli damarlı qanadlar isə uçma funksiyası daşıyır. İkiqanadlılarda yalnız 1-ci cüt qanadlar inkişaf etmişdir.
Azərbaycanın Qırmızı kitabına düşən həşəratlar
Azərbaycanın Qırmızı kitabına düşən həşəratlar Azərbaycanda ümumilikdə 15000-ə qədər həşərat yayıldığı müəyyən olunmuşdur. 2013-ci ildə yeni təşkil edilən Qırmızı kitaba 74 həşərat daxil edillmişdir. Onlardan 40-ı nadir növdür.
Həşəratda ağız orqanlarının quruluş tipləri
Həşəratda ağız orqanlarının quruluş tipləri— Qidanın müxtəlifliyindən asılı olaraq, həşratda ağız orqanları müxtəlifdəyişikliyə uğramışdır. Bununla yanaşı onlar nə qədər dəyişsələr də və bir-birindən fərqlənsələr də ayrı-ayrı hissələrin quruluşuna və yerləşməsinə görə bir-birinə oxşardırlar. ağız orqanları üst dodaqdan, 3 cüt ağız ətraflarından və dilbənzər çıxıntıdan ibarətdir. Ağız ətraflarında bir cüt çənələr (mandibula) bir cüt alt çənələr (maksilla) və birdə buğumlu alt dodaq aiddir. Təkamül prosesində qidalanma xüsusiyyətindən asılı olaraq həşəratda bir neçə tip ağız orqanları inkişaf etmişdir:gəmrici, gəmirici-yalayıcı, sorucu, sancıcı-sorucu, kəsici-sorucu, yalayıcı. == Gəmirici tipli ağız orqanları == Gəmirici tipli ağız orqanları bərk qida ilə qidalanmağa uyğunlaşan həşəratada inkişaf etmişdir. Bu tip ağız orqanları buğumlanmamış üst çənələrdən, bir cüt buğumlu alt çənələrdən, xaricdən cüt olmayan alt dodaqdan ibarətdir. Ağızın üst hissəsində isə üst dodaq yerləşmişdir. Gəmirici ağız orqanlarında üst çənələr buğumsuz olmaqla yanaşı möhkəmdir, qidanın qoparılmasına və xırdalanmasına xidmət edir. Bu tip ağızlarda üst çənələr yaxşı inkişaf etmişdir.
Həşəratlar
Həşəratlar (lat. Insecta) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan sinfi. Həşəratların 1 milyona yaxın növü məlumdur. Yer kürəsinin demək olar ki, hər bir ekosistemində mövcuddur. Heyvanlar aləminin təqribən 80%-ni təşkil edən həşəratlar 30-a qədər dəstəni əhatə edir. Ənənəvi təsnifata uyğun olaraq çoxayaqlılarla birlikdə traxeyatənəffüslülər yarımtipinə aiddir. == Ümumi məlumat == Zooloji nomenklaturanın Beynəlxalq kodeksi növ, cins, fəsilə və onlar arasındakı adlara tətbiq olunur, lakin Insecta kimi qeyri — tipik adlara tətbiq olunmur. Bunun nəticəsində elmi ədəbiyyatda "İnsecta" termini müxtəlif taksonlar üçün istifadə edilmişdir. Aristotelin dövründən bu ad quru buğumayaqlılarına (altıayaqlılar, hörümçəkkimilər və s.) tətbiq edilir, lakin xərçəngkimilər üçün istifadə edilmirdi. Linney isə xərçəngkimiləri də İnsectaya aid etmişdi.
Həşəratyeyən bitkilər
Həşəratyeyən bitkilər — əsasən həşəratlarla yemlənən bitkilər. == Həşəratyeyən bitkilər == Həşəratları (az hallarda başqa xırda heyvanları) tutan və onlardan əlavə qida (başlıca olaraq azotlu) mənbəyi kimi istifadə edən çoxillik ot bitkiləri. Dünyada 500-dək, Azərbaycanda 3 növü var. Həşəratyeyən bitkilər şirin su hovuzlarında, bataqlıq çəmənlərdə, azot birləşmələri zəif olan substratlarda yaşayır. Belə şəraitdə zəruri azot aclığı, həmçinin fosfor, kalium və s. maddələrin çatışmazlığını həşəratyeyən bitkilər metomorfozlu yarpaqların köməyi ilə həşəratların hesabına tamamlayır. Bəzi həşəratyeyən bitkilər (şehçiçəyi, yağlıc otu və b.) yarpaqların üzəri yapışqanlı şəffaf maye ifraz edən çoxlu vəzilərlə örtülüdür. Həşərat bitkinin tutucu aparatı üzərinə düşdükdə vəzilərin sekressiyası güclənir.
Həşəratyeyənlər
Həşəratyeyənlər (lat. Eulipotyphla) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Bədəninin uzunluğu 3-40 sm olur. Başı uzunsov olub, adətən hərəkətli xortumcuq şəklindədir. Dünyada 300-ə qədər, Azərbaycanda 8 növü məlumdur. Əsasən gecə heyvanıdır. Əksəriyyəti yuvalarda, meşədə yaşayan, kiçik növlər isə xəzəllərin altında sığınacaq tapırlar. Bir qismi (köstəbək, desman) xəzlikdir. Kirpilər həşəratyeyənlərdəndir. Həşəratyeyənlər alt təbaşir dövründən məlumdur.
Həşəratın bığcıqlarının quruluşu və tipləri
Həşəratın bığcıqlarının quruluşu və tipləri — Bığcıqlar və ya antenna həşərat üçün səciyyəvi orqan olub bir cütdür. Həşərat sinifində ancaq bığcıqsızlar dəstəsində bıöcıq yoxdur. Bığcıqlar başda, alının yanlarında, gözlərin arasında yerləşmişdir. Bığcıqlar həşəratın növündən aslı olaraq müxtəlif ölçüdədir. Bədənə birləşən birinci buğum saplaq, ikinci buğum ayaqcıq, qalan buğumlar isə qamçı adlanır. Bığcıqlar adətən çoxlu miqdarda buğumlardan təşkil olunmuşdur.Bəzən biğcıq qisa onların buğumluluğu az olur. Məsələn, milçək və iynəcələrdə bığcıq üç buğumdan ibarətdir. Böcəklərdə adətən 11, pərdəqanadlılarda 12-13 buğum olur. Bəzi həşəratda isə bığcıqlar uzun və çox buğumlu olub, bədənlərindən uzun olur. Məsələn şalalalarda, uzunbığ böcəklərdə bığcıqlar çoxbuğumlu və uzundur.
Həşəratın inkişafı
Həşəratın inkişafı — Həşəratın inkişafı bir neçə mərhələdə gedir. == Yumurta mərhələsi == Həşəratın böyük əksəriyyəti yumurta qoymaqla çoxalır. Rüşeymin və sürfənin inkişafı xarici mühitdə gedir. Bəzən elə olur ki, embirional inkişaf dişi fərdin bədənində gedir və sürfə doğulur. Yumurta hüceyrəsində yumurta sarısında vardır. Bu, rüşeymin qidalanmasında və inkişafında mühüm əhəmiyyətə malikdir. Həşərat yumurta qoyduqdan sonra yumurtanın embrional inkişafı başlayır. Yumurtanın bölünməsi ilə yeni qız nüvələri əmələ gəlir. Çoxlu qız nüvələri nəticəsində blastoderma adlanan bütov hüceyrə qatı əmələ gəlir. Həşəratın yumurtası qidalı maddələrlə, yəni sarılıqla çox zəngindir və ona görədə nüvənin bölünməsi səthi gedir.
Qanadlı həşəratlar
Qanadlı həşəratlar (lat. Pterygota) — həşəratlar sinfinə aid heyvan yarımsinifi.
Tam çevrilmə ilə inkişaf edən həşəratlar
Tam çevrilmə ilə inkişaf edən həşəratlar (lat. Endopterygota və ya lat. Holometabola) — yeniqanadlılar (lat. Neoptera) infrasinfinə aid heyvan dəstəüstü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.12 dəfə / 1 mln.
2005 ••••••••• 1.35
2006 •••••••••• 1.58
2007 •• 0.21
2009 ••••• 0.80
2010 •••• 0.54
2011 •••• 0.60
2012 ••••••••• 1.29
2013 •••••••••••••••••••• 3.21
2014 •••••••• 1.20
2015 ••••• 0.68
2016 •••••••• 1.21
2017 •••••••• 1.14
2018 ••••••••••• 1.65
2019 •••••••••••••• 2.09
2020 •••••••••• 1.46

həşərat sözünün leksik mənası və izahı

  • 1 is. [ər. “həşərə” söz. cəmi] 1. Cücülər. Həşəratın əkinlərə zərəri. Kimyəvi və bioloji üsulla həşəratı məhv etmək. – [Ahuramazda:] Ən savab işlər – susuz yerə su çıxarmaq, ağac əkmək, körpü salmaq, zərərli həşəratı öldürməkdir. Çəmənzəminli. [Tağı əmi:] Kərtənkələlərin zəhəri yoxdur. Özləri də zəhərli həşəratı yeyib tələf etməklə bizə böyük mənfəət yetirirlər. S.S.Axundov. 2. məc. Dəyərsiz və zərərli adamlar haqqında. Bunlar adam deyil, həşəratdırlar. – [Mahmud bəy:] Biçarə nə eyləsin, həşəratlardan hər nə pis iş desən gözləmək olar. N.Vəzirov. [Polkovnik:] Həşəratlar [kəndə] gedən dəmir yolunu dağıdıblar… S.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / həşərat

həşərat sözünün etimologiyası

həşərat sözünün sinonimləri (yaxın mənalı sözlər)

həşərat sözünün rus dilinə tərcüməsi

  • 1 насекомое

    Azərbaycanca-rusca lüğət / həşərat
  • 2 сущ. 1. зоол. həşəratlar насекомые (название класса беспозвоночных членистоногих животных, к которому относятся муха, пчела, клоп, муравей и др.) 2. перен. тварь (недостойный, негодный человек). Bunlar adam deyil, həşəratdırlar это не люди, а двуногие твари

    Azərbaycanca-rusca lüğət / həşərat

həşərat sözünün inglis dilinə tərcüməsi

həşərat sözünün fransız dilinə tərcüməsi

həşərat sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər. “həşərə” söz. cəmi] сущ. 1. пепеяр; гьашаратар; 2. пер. къимет авачир, виже текъвер, зарар гудай инсанрин гьакъинда.

    Azərbaycanca-ləzgicə lüğəti / həşərat

həşərat sözünün türk dilinə tərcüməsi

həşərat sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. «həşərə» c. 1) yaramaz adamlar; 2) t. qurdquş, cücü.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"həşərat" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#həşərat nədir? #həşərat sözünün mənası #həşərat nə deməkdir? #həşərat sözünün izahı #həşərat sözünün yazılışı #həşərat necə yazılır? #həşərat sözünün düzgün yazılışı #həşərat leksik mənası #həşərat sözünün sinonimi #həşərat sözünün yaxın mənalı sözlər #həşərat sözünün əks mənası #həşərat sözünün etimologiyası #həşərat sözünün orfoqrafiyası #həşərat rusca #həşərat inglisça #həşərat fransızca #həşərat sözünün istifadəsi #sözlük