referat sözü azərbaycan dilində

referat

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • referat • 93.4673%
  • Referat • 5.5276%
  • REFERAT • 1.0050%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Referat
Referat (alm. Referat‎, lat. referre) – çıxış etmək, məlumat vermək, mühazirə etmək, xəbər vermək deməkdir. Refero – bildirirəm, xəbər verirəm. İlkin sənədlə tanışlıq və ona müraciətin məqsədəuyğunluğunu müəyyən edən, həmin sənədin və ya onun bir hissəsinin qısa məzmununu, yəni əsas faktiki məlumatlarını və nəticələrini əks etdirən qısa təsvir. Hər hansı bir kitabın, məsələnin, mövzunun və ya elmi işin mahiyyətinin (məzmununun), elmi problemin öyrənilməsinin nəticəsi haqqında məlumatın yazılı və ya şifahi surətdə qısa şərhi (xülasəsi) – məzmunu. Mətbu mənbələrin icmalı əsasında müəyyən bir məsələyə dair məruzə və ya məlumat. Referativ nəşr referatlardan ibarət biblioqrafik yazıların nizamlanmış məcmusu şəklində informasiya nəşridir. Məhsuldar: referat-məruzə; referat-icmal; Reproduktiv: referat-rezyume. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.

referat sözünün leksik mənası və izahı

  • 1 [lat. referre – məruzə etmək, məlumat vermək] 1. Elmi əsərin, oxunmuş kitabın və s. şifahi və ya yazılı qısa məzmunu, xülasəsi. Referat yazmaq. 2. Ədəbi və başqa məxəzlərin icmalına həsr olunmuş hər hansı mövzuda məruzə.

    Azərbaycan dilinin izahlı lüğəti / referat
  • 2 1. İlkin sənədin müxtəsər izahını əks etdirən ikinci sənəd. Referatın əsas məqsədi - izah olunan işin əsas müddəaları ilə tanış etməkdən ibarətdir. Materialın müxtəsər izahı olan referat. Təbiidir ki, ilkin sənədi əvəz edə bilməz və, adətən, referatın öyrənilməsinin əsasında ilkin sənədin tam, yaxud qismən tərcüməsinin məqsədəuyğunluğu ilə bağlı nəticələrə gəlmək olar. 2. Referatın əsas təyinatı - materialı əvəz etməkdir. Buradan aydın olur ki, referat materialın daha qənaətli vasitəsi olub onun məzmununu tam şəkildə əhatə etməlidir. Resenziyadan fərqli olaraq, referatın başlıca təyinatı, hər şeydən öncə, materialın məzmununun açılmasına xidmət etməlidir. Bununla belə, referatdada materialın ümumi şəkildə dəyərləndirilməsi arzu olunur. Referat nəzərdən keçirilən məqalə, yaxud kitabda hansı yeniliklər var, orada əksini tapan materialın xüsusiyyəti nədən ibarət olması çatdırılmalıdır. Referatın dəyəri, ilk növbədə, onunla müəyyənləşdirilir ki, orada oxucu üçün maraq doğuran orijinalın məzmunu daha dərin və geniş şəkildə açılmış olmalıdır. 3. Tam izahına görə orijinalın məzmununu əks etdirən referat informativə və indikativə bölünür; izah olunan sənədlərin kəmiyyətinə, sayına görə bu sənədlər - monoqrafik, məlumat və xülasəyə, referatda izah olunan materialın xarakterinə görə isə referat - üzərində işin ardıcıllığı. 4. Hər hansı məsələnin mahiyyətinin müxtəsər izahı. 5. Elmi işin, kitabın və s. müxtəsər şifahi, yaxud yazılı izahı. 6. Ədəbi və digər mənbələrə əsaslanan hər hansı mövzuya həsr olunmuş məruzə. 7. Mənbənin qısa, bütün toxunulan məsələlərlə bağlı hər nə varsa dəyərləndirilməsidir ki, o mənbənin qiymətləndilməəsi və referatın nəticələri ilə müşayiət olunur.

    İzahlı tərcüməşunaslıq terminləri lügəti / referat
  • 3 lat. referre – çıxış etmək, məlumat vermək, mühazirə etmək, xəbər vermək; refero – bildirirəm, xəbər verirəm 1) ilkin sənədlə tanışlıq və ona müraciətin məqsədəuyğunluğunu müəyyən edən, həmin sənədin və ya onun bir hissəsinin qısa məzmununu, yəni əsas faktiki məlumatlarını və nəticələrini əks etdirən qısa təsvir; 2) hər hansı bir kitabın, məsələnin, mövzunun və ya elmi işin mahiyyətinin (məzmununun), elmi problemin öyrənilməsinin nəticəsi haqqında məlumatın yazılı və ya şifahi surətdə qısa şərhi (xülasəsi) – məzmunu; 3) mətbu mənbələrin icmalı əsasında müəyyən bir məsələyə dair məruzə və ya məlumat.

    Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / referat

referat sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. реферат: 1. краткое устное или письменное изложение научной работы, книги и т.п. Referat yazmaq написать реферат 2. доклад на какую-л. тему, основанный на образе литературных и других источников. M. F. Axundzadə haqqında реферат реферат о М. Ф. Ахунд-заде, referat buraxmaq выпустить реферат II прил. рефератный

    Azərbaycanca-rusca lüğət / referat

referat sözünün inglis dilinə tərcüməsi

referat sözünün fransız dilinə tərcüməsi

referat sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [lat. referre-məruzə etmək, məlumat vermək] реферат (1. кӀелнавай са ктабдин, илимдин эсердин ва мс. гьакъинда мецелди ва я кхьена ийидай куьрелди доклад; referat yazmaq реферат кхьин; 2. вичиз гайи темадикай доклад).

    Azərbaycanca-ləzgicə lüğəti / referat

"referat" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#referat nədir? #referat sözünün mənası #referat nə deməkdir? #referat sözünün izahı #referat sözünün yazılışı #referat necə yazılır? #referat sözünün düzgün yazılışı #referat leksik mənası #referat sözünün sinonimi #referat sözünün yaxın mənalı sözlər #referat sözünün əks mənası #referat sözünün etimologiyası #referat sözünün orfoqrafiyası #referat rusca #referat inglisça #referat fransızca #referat sözünün istifadəsi #sözlük