* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 zərf 1. Gizlin, heç kəsə hiss etdirmədən; içində, ürəyində, qəlbində. Fərhad özlüyündə bu sözlərə için-için gülürdü. Ə.Vəliyev. 2. Yanıqlı-yanıqlı, yana-yana, acı-acı. Ağlar da için-için edər ah: – Bu körpəmə sən şəfa ver, Allah! A.Şaiq. Həcər isə birdən körpə uşaq kimi için-için hıçqırmağa başladı. S.Rəhimov. // Ürəyində, başqalarına sezdirmədən, gizli. Atırvan ordusu pozulmadı və İman qülləsi … düşmənlərə qarşı için-için kin bəslədi… Çəmənzəminli. [Durna] içiniçin yandığını aydınca hiss etdiyi bu qadındakı səbrə heyrət edirdi. İ.Əfəndiyev.
Azərbaycan dilinin izahlı lüğəti / için-için1 z.: ~ ağlamaq to cry bitterly and silently, to weep bitter tears; ~ gülmək to laugh in one’s sleeve; ~ yanmaq to feel* smth. keenly, to take* smth. hard
Azərbaycanca-ingiliscə lüğət / için-için1 нареч. 1. къеняй, чинеба, винел акъуд тавуна, рикӀяй (мес. хъуьруьн); 2. ккуз-ккуз, къеняй (мес. шехьун).
Azərbaycanca-ləzgicə lüğəti / için-için