İmrəli sözü azərbaycan dilində

İmrəli

Yazılış

  • İmrəli • 66.6667%
  • imrəli • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Füzuli İmrəliyev
Füzuli Şiraslan oğlu İmrəliyev — Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Kobra" xüsusi təyinatlı dəstəsinin sabiq komandiri, Dövlət Təhlükəsizliyi Xidmətinin polkovniki, İkinci Qarabağ müharibəsi qazisi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Füzuli İmrəliyev Beyləqan rayonunda anadan olub; əslən Cəbrayıl rayonundandır. == Hərbi xidməti == Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə göstərdiyi şücaət və igidliyə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 11.03.2008-ci il tarixli 2727 nömrəli Sərəncamına əsasən, baş leytenant Füzuli İmrəliyev "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal edilmiş ərazilərin azad edilməsi zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli 2336 nömrəli Sərəncamına əsasən Füzuli İmrəliyev "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına layiq görülüb. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli 2362 nömrəli Sərəncamına əsasən Füzuli İmrəliyev "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli 2370 nömrəli Sərəncamına əsasən Füzuli İmrəliyev "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir. === Vətən müharibəsi === Daxili Qoşunların "Kobra" xüsusi təyinatlı dəstəsinin komandiri olan polkovnik-leytenant Füzuli İmrəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi məqsədilə başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli, Xocavənd, Murovdağ və Şuşanın azad edilməsində savaşıb. Daşaltı əməliyyatı zamanı yaralanıb.
Sərdar İmrəliyev
Sərdar İmrəliyev (azərb. Sərdar Məmməd oğlu İmrəliyev‎; d. 15 dekabr, 1930) — Sosialist Əməyi Qəhrəmanı. Sərdar İmrəliyev Cəbrayıl rayonun Horovlu kəndində anadan olub. 12 övladi var. Sosialist Əməyi Qəhrəmanı (30.04.1966), Azərbaycan SSR əməkdar mexanizatoru(1966), Azərbaycan SSR əməkdar pambıqçısı (1975), SSRİ Dövlət mükafatı laureatı (1975). Beyləqan rayonunun Bahar 3 nömrəli sovxoz qəsəbəsində traktorçu köməkçisi (1943-1945), mexanizator (1945-1960), həmin sovxozda pambıqçılıq üzrə kompleks mexanikləşdirilmiş briqadanın briqadiri olmuşdur (1960-1987). İttifaq miqyasında tanınan Sərdar İmrəliyevin iş təcrübəsini öyrənmək üçün işlədiyi sovxozda “Sərdar məktəbi” yaradılmışdır. 1964-cü ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. ASE elmi şuranın üzvü (1976), SSRİ Ali Sovetinin deputatı olmuşdur (6,7,8,9,10 çağırış).
Sərdar İmrəliyev məktəbi (film, 1964)
Film məşhur pambıqçı, Sosialist Əməyi Qəhrəmanı Sərdar İmrəliyevə həsr olunmuşdur. Tanınmış mexanizator öz briqadası ilə artıq neçə illərdir ki, maşınla pambıq yığımı üzrə dövlət planlarını dalbadal yerinə yetirir. Filmin müəlifləri onun əmək həyatından faktlar götürmüş və belə bir suala cavab verməyə çalışmışlar. Sərdar hansı yollarla müvəffəqiyyətlərə nail olmuşdur? Onun istehsalat sirri nədən ibarətdir? Filmdə bizim müasirlərimizin parlaq, yaddaqalan obrazı yaradılmışdır. Rejissor: Nina Mustafayeva Ssenari müəllifi: Nina Mustafayeva Operator: Leonid Koretski Cizgi rəssamı: Bəhmən Əliyev Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".

imrəli sözünün leksik mənası və izahı

Oxşar sözlər

#imrəli nədir? #imrəli sözünün mənası #imrəli nə deməkdir? #imrəli sözünün izahı #imrəli sözünün yazılışı #imrəli necə yazılır? #imrəli sözünün düzgün yazılışı #imrəli leksik mənası #imrəli sözünün sinonimi #imrəli sözünün yaxın mənalı sözlər #imrəli sözünün əks mənası #imrəli sözünün etimologiyası #imrəli sözünün orfoqrafiyası #imrəli rusca #imrəli inglisça #imrəli fransızca #imrəli sözünün istifadəsi #sözlük