* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. İnanmasına nail olmaq, inanmasına çalışmaq, birində bir şey haqqında inam yaratmaq; qane etmək. Haqlı olduğuna inandırmaq. Vəziyyətin düzələcəyinə inandırmaq.– Füzuli, eşqə mühlik derdim, ol məhvəş inanmazdı; Bihəmdüllah ki, can vermək təriqilə inandırdım. Füzuli. Mən məzarında şəm yandırıram; Yarımın ruhunu inandırıram. S.Ə.Şirvani. Arvad məni inandırır ki, bir çox ac itlər və heyvanlar öz rizqlərini zibildə tapırlar, onları doydurmaq da savabdır. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / inandırmaq1 уверять, уверить, убеждать, переубеждать, убедить, переубедить, заверять, заверить
Azərbaycanca-rusca lüğət / inandırmaq2 глаг. kimi убеждать, убедить: 1. заставить кого поверить ч ему, уверять, уверить в чем. Dostunu inandırmaq убедить друга, xalqı inandırmaq убедить народ, haqlı olduğuna inandırmaq убедить в своей правоте, konkret faktlarla inandırmaq убедить конкретными фактами, çətin inandırmaq убедить с трудом, sizi inandırıram ki, … уверяю вас, что … 2. уговаривая, склонить к чему-л.; заставить сделать что-л. Müalicənin lazım olmasına inindırmaq убедить в необходимости лечения
Azərbaycanca-rusca lüğət / inandırmaq1 f. 1. to convince (d. of); to try to convince (d. of); bir kəsi öz sözünün doğruluğuna ~ to convince smb. of the truth of one’s words; 2. (tovlamaqla) to persuade (d.+to inf.), to try to persuade (d.+to inf.); bir-kəsi bir şeydə iştirak etməyə ~ to persuade smb. to take* part in smth.
Azərbaycanca-ingiliscə lüğət / inandırmaq1 f. convaincre vt ; faire croire qn ; assurer qn ; persuader vt (tovlamaqla)
Azərbaycanca-fransızca lüğət / inandırmaq