inildəmək sözü azərbaycan dilində

inildəmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • inildəmək • 84.2105%
  • İnildəmək • 10.5263%
  • İNİLDƏMƏK • 5.2632%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

inildəmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bərk ağrı, əziyyət, ruhi iztirab və s. nəticəsində yavaşca, ağlar kimi həzin səs çıxarmaq; zarımaq, sızıldamaq. Yaralı inildəyir. – Yatır, inildəyir, durub boylanır; Bir neçə yerindən yaralı gördüm. Aşıq Ələsgər. Bir əllərimi al-qırmızı boyayan qana, bir də otlar üstündə inildəyəinildəyə (z.) sürünən o kiçik heyvana baxdım. A.Şaiq. 2. məc. Məruz qaldığı bir hadisənin və ya vəziyyətin ağırlığından sızıldayıb şikayətlənmək; ruhdan düşmək, bədbinlik göstərmək. …Rüstəm həmişə əllərinə güvənmiş və inildəməmişdi. S.Rəhimov. 3. məc. Həzin, yanıqlı musiqi, nəğmə səsi haqqında; ümumiyyətlə, insanda hüzn və kədər oyadan səs haqqında. Kaman inildəyir. // Yazıq-yazıq mələmək. Dağda maral xoş mələr; Xoş inildər, xoş mələr; Sənsiz bir ah çəkərəm; Dağ inildər, daş mələr. (Bayatı). [Dərviş:] Könlüm yaralı maral kimi inildəyirdi. A.Divanbəyoğlu.

    Azərbaycan dilinin izahlı lüğəti / inildəmək

inildəmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 İNİLDƏMƏK (ağrıdan, əziyyətdən həzin səs çıxarmaq) [Safo] inildəyir, gözlərini yerin altından bacaya dikir.. Allaha şikayətlənirdi (S.Rəhimov); GÜMÜLDƏMƏK İndi gümüldənib sızlayıb hərdən; Şikayət etməyir öz taleyindən (S.Vurğun); İNLƏMƏK İnlədikcə azalmır; Dərdlərimiz daha da; Ürəkdə köz-köz dur (B.Vahabzadə); ZIQQILDAMAQ Məhərrəm: Zıqqıldamaqdan iş aşmaz (N.Vəzirov); ZOQQULDAMAQ Bəxti bu zaman zoqquldayıb ağlamışdı (S.Rəhimov); ZARIMAQ (bax).

    Azərbaycan dilinin sinonimlər lüğəti / inildəmək

inildəmək sözünün rus dilinə tərcüməsi

inildəmək sözünün inglis dilinə tərcüməsi

inildəmək sözünün fransız dilinə tərcüməsi

inildəmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. цӀурун, угь авун, суза авун (тӀалдикай ва мс.); 2. пер. айхь-уйхь авун, шел-хвал авун, шикаятун (мес. гьалдикай); руьгьдай аватун; 3. пер. инсан дертлу ийидай ванцин, ккуз-ккуз ядай мани-макьамдин гьакъинда; kaman inildəyir кеменчиди суза ийизва.

    Azərbaycanca-ləzgicə lüğəti / inildəmək

"inildəmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#inildəmək nədir? #inildəmək sözünün mənası #inildəmək nə deməkdir? #inildəmək sözünün izahı #inildəmək sözünün yazılışı #inildəmək necə yazılır? #inildəmək sözünün düzgün yazılışı #inildəmək leksik mənası #inildəmək sözünün sinonimi #inildəmək sözünün yaxın mənalı sözlər #inildəmək sözünün əks mənası #inildəmək sözünün etimologiyası #inildəmək sözünün orfoqrafiyası #inildəmək rusca #inildəmək inglisça #inildəmək fransızca #inildəmək sözünün istifadəsi #sözlük