İoanna sözü azərbaycan dilində

İoanna

Yazılış

  • İoanna • 96.0000%
  • ioanna • 4.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İoanna Kafetsi
Yannula «İoanna» Kafetsi (yun. Γιαννούλα „Ιωάννα“ Καφετζή) — Yunan yüngül atleti, uzununa tullanma üzrə atlet. Kafetzi 2001-ci ildə Tunisdə keçirilən Aralıq dənizi Oyunlarında 4100 m məsafəyə qadınların estafetində bürünc medal qazandı. Sonradan uzununa tullanma növü ilə məşğul olmağa başladı. 2004-cü ildə keçirilən Afina Yay Olimpiya Oyunlarının iştirakçısı oldu. İdman karyerası boyunca Kafetzi Xaniyadakı beynəlxalq turnirdə 6,71 metr məsafəyə tullanmaqla şəxsi rekordunu yeniləmişdir == Ümumi məlumat == Yannula Kafetsi 30 may 1976-cı ildə Yunanıstanın tarixi Fessaliya bölgəsində anadan olmuşdur. 2004-cü ildə Afinadakı Yay Olimpiya Oyunlarında Kafetsi məşq üçün evdə uzununa tullanmaqla məşğul idi. Oyunlardan iki ay əvvəl o, öz şəxsi rekordunu yeniləyərək 6.71 metr məsafəyə tullandı. Bu Xaniyadakı beynəlxalq yarışlarda baş verdi. Kafetsinin nəticəsi Olimpiya Oyunlarında iştirak etmə normativinə uyğun idi.
Papa İoanna
"Papa Joan" -Xristiyanların gizlətməyə çalışdıqları utancverici qadın Papa == Tarix == Katolik kilsəsini əsrlərdir narahat edən hekayənin baş qəhrəmanı Yohan 9-cu əsrdə almaniyada yaşayan dindar bir ailənin yanında övladlıq olaraq böyüyən bir ingilis qızıydı. Yaxınları onu "Gilberta" yaxud "Jutta" deyə də çağırırdılar. Olduqca ağıllı bir qız olan Yohan qadın olmasının özünə mənfi yaratdığını düşünər və 12 yaşına gələndə kişi paltarları geyməyə və oğlan uşağı kimi davranmağa başlayır. Daha sonrakı illərdə Yohan Xristian missionerlərə qoşulmuş və onlarla birlikdə getdiyi Afinada din və fəlsəfə öyrənmişdi. Zamanla ilahiyyat mövzusunda dövrün bütün xristian mənbələrinə və şifahi ifadələrinə vaqif olmuşdu, amma Afinalı xristianların gözündə əhəmiyyət qazanan saqqal saxlama adəti onu bu şəhərdən ayrılıb saqqalın taraş edildiyi Romaya getməyə vadar etdi. Romada özünü Con Anglicus adı ilə kişi kimi tanıdan Yohan "Benedictine" Monastırına girər və bilgisi ilə qısa müddət keşiş və kardinallardan ibarət geniş bir çevrəyə sahib olar. Hamı onu dövrün ən gözdə din alimləri arasında qəbul edirdi. Buna görə də Papa IV. Leonun səhhəti pozulmağa başlayanda kardinallar papalığa ən layiq insan kimi onun adını deməyə başlayırlar. 853-cü ildə Papa Leon ölüncə yerinə kilsə kənarından bir nəfər olmasına baxmayaraq, Yohan seçilir və VIII Con adı ilə vəzifəyə başlar. Papa Yohan 2 il 5 ay 4 gün boyunca Papalıq taxtında əyləşmişdir.ohan öldüyü yerdə də basdırılmış üzərinə "Petre, Pater Patrum Papisse Prodito Partum" ("Ata, Papaların Papası, Qadın Papanın uşağ doğma xəyanəti") yazılan mərmər qoyular və mərmərin yanına bir ana ilə uşağını göstərən heykəl tikilər.
Tarantolu İoanna
Tarantolu İoanna (it. Giovanna di Taranto; 1297 – mart 1323) — Ermənistan Kralı Oşinlə evliliyi ilə Ermənistan Kraliçası. Taranto şahzadəsi I Filipin qızı olaraq, Anju sülaləsinin üzvü idi. == Həyatı == İoanna Taranto şahzadəsi I Filipin birinci həyat yoldaşı Tamar Angelina Komninidən olan qızı idi.İoannanın valideynlərinin yaxşı münasibəti yox idi: Filip Tamarın zərgərlik əşyalarının qalan hissəsini girov qoymasına baxmayaraq, Anju və Epir sülalələri arasında gedən iki illik münaqişə zamanı onun ailəsinin maraqlarına uyğun hərəkət etdiyindən şübhələnirdi. Tamara etimad göstərməyən Filip ondan boşanmağa qərar verdi və 1309-cu ildə onu zina etməkdə ittiham etdi. O, öz sarayının ən azı qırx lordu ilə cinsi əlaqədə olduğunu və Tarantonun Böyük Palatası lordu Bartolomeo Sinyinulfo ilə xüsusi münasibət qurduğunu etiraf etməyə məcbur oldu. Tamar, yəqin ki, uşaqlarını bir daha görməyərək ya rahibə oldu, ya da Filip tərəfindən həbs edildi. Hər iki halda o, çox keçmədən 1311-ci ildə öldü. Anasının ölümündən qısa müddət sonra İoanna Filipin 1313-cü ilin iyulunda evləndiyi Yekaterina de Valua-Kurtenenin himayəsində böyüdü. Bu evlilikdən İoanna, Taranto şahzadəsi II Filip də daxil olmaqla, beş ögey qardaş-bacı qazandı.
İoanna (Durattso hersoginyası)
Durattsolu İoanna (fr. Jeanne de Durazzo; 1344, Konş-an-Uş[d] – 20 iyul 1387, Neapol) — Durattso hersoqu Karl və onun həyat yoldaşı Kalabriyalı Mariyanın böyük qızı və sağ qalan ən böyük uşağı. O, 1348-ci ildə atasının ölümündən sonra dörd yaşında ikən hersoginya oldu. İoanna Anju-Durattso ailəsinin üzvü idi. 1348–1368-ci illərdə Durattso hersoginyası kimi padşahlıq etdi. O, iki dəfə evləndi; əvvəlcə Navarralı Lüdoviklə, sonra isə E qrafı Artualı IV Robertlə. == Həyatı == İoannanın atası 1348-ci ildə öldü və İoanna sağ qalan ən böyük uşaq olaraq onun yerinə keçdi, lakin İoanna Durattsoya getməkdənsə Neapolda qaldı. Məhz burada o, kraliça İoanın oğlu, əmisi oğlu Katl Martellə nişanlanmışdı. Karl Martel kişi varislərin olmaması səbəbindən Macarıstanda varis idi. Uşaq Macarıstana köçürüldü, lakin gənc oğlan təxminən 1348-ci ildə Macarıstanda öldükdən sonra nişan pozuldu.
Avstriyalı İoanna (hersoqina)
Avstriyalı Yuanna (ing. Archduchess Joanna of Austria) (alm. Johanna von Österreich‎) (24 yanvar 1547, Praqa, Bohemiya tacı torpaqları[d] – 11 aprel 1578, Florensiya) — Böyük Toskana hersoqu Françesko Mediçinin ilk xanımı. Atası Müqəddəs Roma imperatoru I Ferdinand, anası isə Bohemiyalı Annadır. == Mənbə == Noubel, P., ed. (1877). Revue de l'Agenais [Review of the Agenais]. Vol. 4. Société académique d'Agen.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.19 dəfə / 1 mln.
2003 •••••••• 0.79
2004 •••••••••••••••••••• 2.02
2009 •• 0.16
2010 •• 0.18
2011 0.09
2012 •• 0.17
2015 •• 0.17
2016 •• 0.17
2017 •••• 0.33
2018 •••••• 0.60

Oxşar sözlər

#ioanna nədir? #ioanna sözünün mənası #ioanna nə deməkdir? #ioanna sözünün izahı #ioanna sözünün yazılışı #ioanna necə yazılır? #ioanna sözünün düzgün yazılışı #ioanna leksik mənası #ioanna sözünün sinonimi #ioanna sözünün yaxın mənalı sözlər #ioanna sözünün əks mənası #ioanna sözünün etimologiyası #ioanna sözünün orfoqrafiyası #ioanna rusca #ioanna inglisça #ioanna fransızca #ioanna sözünün istifadəsi #sözlük