İranın etnik azlıqları
İranın etnik azlıqları — İranda yaşayan azsaylı xalqlar.
İranın etno-linqvistik azlıqları bunlardır: azərbaycanlılar, ərəblər, kürdlər, bəluclar, türkmənlər, ləklər, lurlar, mazandaranlılar, giləklər, talışlar, deyləmilər, xələclər, ermənilər, mandayilər, brahuiyilər, assuriyalılar, gürcülər, yəhudilər, lurlar, səngsərilər, qazaxlar, qaşqaylar, Xorasan türkləri, goranlar, puştunlar və s.
=== Din ===
İranın rəsmi dini İslam (şiəlik) dinidir. İran dövləti İslamın sünni məzhəbi, xristianlıq, yəhudilik və zərdüştilik kimi məzhəb və dinlərin İranda mövcudluğuna haqq tanıyır. İranda movcud olan dinlər aşağıdakılardır:
İslam :
Şiə məzhəbı:
İsna Əşariyə (12-cilər) təriqəti:
Dini nəzərdən baxarq azərbaycanlılar, farslar, ərəblər, lurlar, mazandaranlılar, giləklər, deyləmilər, xorasan türkləri, xələclər, gürcülər və qaşqaylarların əksəriyyətinin dinləri İslam və Şiə məzhəbinin İsna Əşariyə (12-cilər) təriqəti dir.
Şeyxiyyə təriqəti:
Şeyxiyyə təriqəti, Şiə məzhəbinin təriqətlərindən dir və azərbaycanlılar və farslar arasında azlıq olaraq cari dir.
Sünni məzhəbı:
Amma kürdlər, bəluclar, türkmənlər, qazaxlar, puştunlar, əçomilər və brahuiyilər əksəriyyəti İslam dininin sünni məzhəbinə bağlıdırlar.
Xristianlıq:
Assuriyalılar və ermənilərin əksəriyyətinin dini xristianlıqdır. Bu din İranın digər etnikləri arasında da azlıq olaraq caridir.
Mandayizm:
Mandayilər isə Mandayizm dininə bağlıdırlar.