* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 Dialektlərdə ittəşmək, irttəşmək formalarında “mübahisə etmək, söz qaytarmaq, müsahibin sözünü ağzında qoymaq” anlamlarında işlədilir. Qədim mənbələrdə ir sözü dodaq sözünün sinonimi kimi verilib. İndi tatarlar dodağa “iren” deyirlər. İrtləşmək məhz ir (dodaq) sözü əsasında yaranıb, “cavab qaytarmaq” deməkdir. İrişmək feili də ir (dodaq) sözü ilə qohumdur: “dodağın qaçması” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / irtləşmək