İrəvanda kütləvi iğtişaşlar (2008)
1 mart hadisələri, 1 və 2 mart hadisələri, Meydan hərəkatı və ya 2008-ci il hadisələri — 19 fevral 2008-ci ildə Ermənistanda keçirilmiş prezident seçkilərindən sonra baş verən etirazlar silsiləsi. Seçkiləri müşayiət edən pozuntulara qarşı olan kütləvi etirazlar ölkənin paytaxtı İrəvanda keçirilmişdir. Etirazların təşkilatçısı prezidentliyə namizəd və Ermənistan Respublikasının ilk prezidenti olan Levon Ter-Petrosyan və onun tərəfdarları idilər. Mitinqçilərin hüquq-mühafizə orqanları ilə toqquşması zamanı azı 8 nümayişçi və 1 hərbçi həlak olmuşdur, 33 polis əməkdaşı xəstəxanaya yerləşdirilmişdir. Xəstəxanaya müraciət edənlərin ümumi sayı təxminən 230 nəfərə çatmışdır.
Etiraz aksiyaları fevralın 20-də başladılmışdır və 10 gün ərzində İrəvanda davam etdirilmişdir. Teatr meydanında gün ərzində on minlərlə nümayişçi iştirak etmişdir, elə həmin gün onlarca çadır quraşdırılmışdır ki, nümayişçilər gecə də orada qala bilsinlər. Hakimiyyətin nümayişlərin dayandırmaq tələblərinə baxmayaraq, etiraz aksiyaları martın 1-dək davam etdirilmişdir. Martın 1-də səhər saatlarında polis dəyənəklər və elektroşokları istifadə edərək nümayişçiləri Azadlıq meydanından qovmuşdur. Nümayişçilərin əksəriyyəti Həmən vaxtı hələ yatırdı.