* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 Haqqın bütün adlarını özündə toplayan ad, Allah. (“Kitabi-Dədə Qorqud” leksikası)
Azərbaycan dastanlarının leksikası / ismi-əzəm2 ər. isim – ad, əzəm – ən böyük, ulu Duaların ən böyüyü, yalnız Peyğəmbərlərin bildiyi dua kimi də qeyd olunur. (“Koroğlu” dastanının lüğəti) Pərizad xanım ismi-əzəm oxudu. Nə qədər çölün yırtıcı heyvanı vardı, hamısını gətirdi cığırın içinə. (“Məhbub xanımın Çənlibelə gəlməyi”) (“Ağca Quzu”) * Pərizad xanım söhbət eləyə-eləyə ismi-əzəm oxu oxuyub dağın o biri üzündə yeddimərtəbəli bir ev düzəltdi... (“Məhbub xanımın Çənlibelə gəlməyi”) (“Ağca Quzu”) * Bir balaca ismi-əzəm ilə dağın qabırğasında bostan göyərtdi. Ağa Koroğlu gəldi gördü qarpız. (“Məhbub xanımın Çənlibelə gəlməyi”) (“Ağca Quzu”)
Azərbaycan dastanlarının leksikası / ismi-əzəm