* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Zəif işıq. Nə işıltı, nə də çıraq, nə bir qara daxma var; Hər yer bütün qalın qar. A.Səhhət. Enirəm qazmaya… Qazma soyuq, dar; Od-ocaq yoxsa da, bir işıltı var. Ə.Cəmil. Qar getdikcə daha şiddətlə yağır, solğun bir işıltı axşam qaranlığında əks edirdi. Ə.Məmmədxanlı. // Uzaqdan görünən işıq nöqtəsi. Hər iki yanda bir çağırımlıqda göz qırpan işıltı görünürdü. M.Rzaquluzadə. □ İşıltı gəlmək – işıq görünmək, işıq seçilmək. Yolçu qapı tərəfdən bir işıltı gəldiyini görüb, yavaş addımla yaxınlaşdı. S.Rəhman. Uzaqlardakı kəndlərdən alaseyrək işıltı gəlirdi. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / işıltı1 i. distant faint light; glimmer, flicker; ümüd ~sı a glimmer / a flicker of hope
Azərbaycanca-ingiliscə lüğət / işıltı1 сущ. зайиф экв, буьркуьуь экв; яргъай аквазвай экв гудай затӀ; // işıltı gəlmək экв атун, экв аквазваз хьун.
Azərbaycanca-ləzgicə lüğəti / işıltı