işığı sözü azərbaycan dilində

işığı

Yazılış

  • işığı • 96.0137%
  • İşığı • 3.8488%
  • İŞIĞI • 0.1375%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gündüz işığı
Gün və ya sutka – zamanın ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Ayın külrəngi işığı
Ayın külrəngi işığı — Ay səthinin Günəş işığı düşməyən hissəsinin zəif işıldaması. Təzə Aydan əvvəl və sonra müşahidə olunur. Yerdən əks olunan Günəş şüalarınn Ayın qaranlıq hissəsini işıqlandırması ilə izah edilir. Ayın külrəngi işığının öyrənilməsi nəticəsində Yerin şüaqaytarma qabiliyyətinin dəyişməsi təyin edilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Ford, E. B., Turner, E.L. & Seager, S. (2001) ``Characterization of extrasolar terrestrial planets from diurnal photometric variability Nature, Volume 412, Issue 6850, pp. 885–887. link and preprint Seager, S., Turner, E. L., Schafer, J., & Ford, E. B. (2005) ``Vegetation's Red Edge: A Possible Spectroscopic Biosignature of Extraterrestrial Plants Astrobiology, Volume 5, Issue 3, pp. 372–390. (link and preprint) Qiu J; Goode PR; Palle E; Yurchyshyn V; və b. "Earthshine and the Earth's albedo: 1.
Həqiqət İşığı Mükafatı
Həqiqət İşığı Mükafatı - təqribən hər il tibetlilər üçün demokratiya və insan hüquqlarının inkişafını istəyən qeyri-hökumət təşkilatı - Tibet üçün Beynəlxalq Kampaniya tərəfindən verikən insan hüquqları mükafatıdır. Mükafat 1995-ci ildən bəri XIV Dalay Lama tərəfindən şəxsən qəbul edənlərə təqdim edilir.
Şam işığı ayıqlığı
Şam işığı ayıqlığı — insanların xüsusi səbəb üçün dəstək göstərmək məqsədi ilə günbatımından sonra şamlarla çöldə yığışmasıdır.Belə hadisələr daha çox cəmiyyətdəki müxtəlif qrupların çəkdiyi əzablara etiraz etmək üçün və ya xəstəlik, fəlakət, qırğın və ya başqa tragediyalarda həyatını itirənlərini xatirəsini yad etmək üçün həyata keçirilir. Həyatını itirənlərini xatirəsini yad etmək üçün həyata keçirilən mərasimlər şam işığı memorialı da adlandırılır. Şam işığı ayıqlığının adətən dəvətli spikerləri olur və mərasim yerli medya tərəfindən işıqlandırılır. Spiker mərasimin başlığında mərasimin niyə keçirildiyini və nəyi təmsil etdiyini izah edən nitq söyləyir. Bu mərasimlərin dini mənası da ola bilər. Milad bayramında bir çıx kilsələr Şam işığı ayıqlığı keçirirlər Bu mərasimlər iştirak edənləri birləşdirmək və dəstəkləməklə bərabər zor göstərmədən məlumatlandırmağı və dəyişikliyə motivasiya etməyi də mümkün edir.
Ay işığı (teleserial, 2007)
Ay İşığı (ing. Moonlight) — vampirlərdən bəhs edən fövqəltəbii, dram, fantaziya və qorxu janrlı ABŞ teleserialıdır.2007-ci ildə başlayan serial uğurlu olmasına baxmayaraq 2008-ci ildə başa çatdı. Hətta tamaşaçıların kanala ərizələrindən sonra belə serial davam etmədi. == Məzmun == 1947-ci ildə Mik Con Koralin adlı qadına aşiq olur və onunla evlənir. Sevdiyi qadının vampir olduğunu bilməyən Mik gecə yarısı həmin qadın tərəfindən vampirə çevrilir. Heç vaxt günəşə çıxa bilməyəcəyini, ata ola bilməyəcəyini və insanların qanını içmək məcburiyyətində olacağını bildiyi üçün özünə və həmin qadına nifrət edir. Koralin ərini xoşbəxt etmək üçün səkkiz yaşli Bet Turneri oğurlayaraq onu da çevirmək istəyir. Lakin Mik onu yandıraraq balaca qızı xilas edir. Bu hadisədən sonra o, detektiv olmağı qərara alır. və vampir olmağın ona verdiyi imkanlardan yararlanmağa çalışır.
Günəşin işığı (film, 2007)
Günəşin işığı (ing. Sunshine) — rejissor Denni Boylun çəkdiyi və 2007-ci ilin aprelində ekranlara çıxan elmi-fantastik triller. Hadisələr 2057-ci ildə cərəyan edir. Günəş yavaş-yavaş sönməkdədir. Bu isə Yerin məhvi deməkdir. "İkar-2" kosmik gəmisinə Günəşə yaxınlaşmaq və ora nüvə silahı atıb onu yenidən alovlandırımaq tapşırılır. Lakin sonradan aydın olur ki,bu heç də asan iş deyilmiş... == Rollarda == Rouz Birn - Keysi,pilot Klif Kürtis - Meys,kompüter mütəxəssisi Mişel Yeo - Korasa,botanik Hiroyuki Sanada - Keneyda == Maraqlı faktlar == Filmdə kosmik gəminin adı qədim yunan əsatirlərinin qəhrəmanı İkardan götürülüb.İkar və onun atası Dedal Krit adasında yaşamağa məhkum edilmişlər.Lakin bir gün İkar özünə qanad düzəldərək göyə uçur.Lakin,Günəşin şüaları onun qanadlarını əridir və İkar yüksək hündürlükdən suya düşərək ölür. Bu əfsanə metaforadır-müəyyən sədd vardır ki,insan o səddi aşmaq gücündə deyil. Müasir araşdırmalar göstərir ki, Günəşdə olan nüvə enerjisi ona ən azı 4.5 milyard il bugünkü kimi parlamağa kifayətdir.
Qaz işığı (film, 1944)
"Qaz işığı" (ing. Gaslight) — rejissor Corc Kyukorun filmi. == Məzmun == Neçə il bundan əvvəl boğularaq öldürülmüş məşhur opera müğənnisinin evinə həmin qadının yeganə varisi öz əri ilə yaşamağa gəlir. Gözəl və hər bir şeyə qarşı həssas olan varis Pola Olkvist öz fortepiano müəlliminə ərə getmişdir. Həmin evə gələn Pola uşaqlıq illərini xatırlayır. O zaman xalası öldürülərkən nə qətlin, nə də itmiş daş-qaşın kim tərəfindən oğurlanmasının üstü açılmamışdı. Evin qaranlıq və cansıxıcı mühiti getdikcə Polanı sıxmağa, ona əzab verməyə başlayır. O, demək olar ki, evdən bayıra çıxmır. Nədənsə ona elə gəlir ki, hər axşam evin qaz işığı azalmağa başlayır və bundan sonra onun başı üzərindəki boş çardaqdan naməlum addım səsləri gəlməyə başlayır. Pola dəli olduğunu, ağlının çaşdığını hiss edir.
Ağ saçların işığı (film, 1993)
Ağ saçların işığında qısametrajlı sənədli filmi rejissor Teymur Bəkirzadə tərəfindən 1993-cü ildə çəkilmişdir. Film "Salnamə" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Kinolent Azərbaycanın görkəmli alimi, yazıçısı, pedaqoqu Əzizə xanım Cəfərzadənin anadan olmasının 70 illiyinə ithaf edilmişdir. == Məzmun == Kinolent Azərbaycanın görkəmli alimi, yazıçısı, pedaqoqu Əzizə xanım Cəfərzadənin anadan olmasının 70 illiyinə ithaf edilmişdir.
Balaca günəş işığı (film, 2006)
Balaca günəş işığı (ing. Little Miss Sunshine) — 2006-cı il ABŞ istehsalı faciəvi komediya, yol fimi. Conatan Deyton və Valeri Faris birlikdə rejissorluğu ilə çəkilmiş filmdə, Qreq Kinnir, Stiv Kerell, Tonni Kollett, Pol Dano, Ebiqeyl Breslin və Alan Arkin rol alıb.Filmin premyerası 20 yanvar 2006-cı ildə Sandens Film Festivalında baş tutdu və onun paylama hüquqları festival tarixində edilən ən böyük sövdələşmələrdən biri üçün Fox Searchlight Pictures tərəfindən satın alındı. Filmin ABŞ-da 26 iyul 2006-cı ildə məhdud buraxılışı var idi və daha sonra avqustun 18-dən başlayaraq daha geniş buraxılışa qədər genişləndi. Balaca günəş işığı 101 milyon dollar qazanaraq kassa uğuru qazandı, əsasən aktyorluq, rejissorluq, ssenari və yumora görə tərifləndi. Film ən yaxşı film də daxil olmaqla dörd "Oskar" mükafatına namizəd olub. Arndt və Arkin müvafiq olaraq "Ən yaxşı orijinal ssenari" və "Ən yaxşı ikinci plan aktyoru" nominasiyalarını qazanıblar. Breslin ən yaxşı ikinci plan qadın roluna namizəd olub. O, həmçinin Ən Yaxşı Film üçün Müstəqil Ruh Mükafatını qazandı və bir çox başqa mükafatlar aldı. Film həmçinin Kino Filmində Aktyorlar Gildiyası Mükafatını qazandı.
Günün soyuq işığı (film, 2012)
Günün soyuq işığı (ing. The Cold Light of Day) rejissor Mabrouk El Meçrinin çəkdiyi 2012-ci il ABŞ və İspaniya istehsalı olan döyüş/triller filmidir. == Məzmun == Vill Şau ailəsi ilə birgə yay tətilini keçirtmək üçün İspaniyaya gedir. Qayıqda olarkən üzərək sahilə gələrək dərman alan Vill geri qayıtdıqda qayıqda heç kimin olmadığını görür. Ailəsini mafiya tərəfindən qaçırıldığını öyrənir və ailəsi qarşılığında bir vacib çamadanı taparaq həmin adamlara verməlidir. Həm sağ qalmaq həm də ailəsini xilas etməyə çalışan Vill eyni zamanda da atasının bir vaxtlar Mərkəzi Kəşfiyyat İdarəsində işlədiyini öyrənir. Bundan başqa atasının başqa qadından olan qızı ilə təsadüfən tanış olur və birlikdə bu çətin vəziyyətdən çıxmağa çalışır.
Yaz yuxusunun işığı (film, 1996)
== Məzmun ==
Nizami işığında
"Nizami işığında" - Azərbaycan rəssamı Vaqif Ucatayın 1987-ci ildə yağlı boya ilə kətan üzərində çəkdiyi rəsm əsəri. Əsər hazırda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılmaqdadır. == Tarixi == === Fon === Rəssam "Nizami işığında" tablosunu 1987-ci ildə işləsə də, onu yaratmaq barəsində hələ Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib ali təhsil almaq üçün Leninqrada yollananda düşünməyə başlayıb. Uzun müddət mövzunun bədii ifadəsini daha real göstərməyə kömək ola biləcək materialları toplayıb. Əsərdə Nizami Gəncəvinin 1941-ci ildə qeyd edilmiş 800 illik yubiley mərasimi təsvir olunub. 1941-ci ildə SSRİ məkanında Nizami Gəncəvinin 800 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi planı hazırlansa da, Böyük Vətən Müharibəsinin başlaması bu planların həyata keçirilməsinə imkan verməmişdir. Şairin yubileyi Peterburqda Rusiya alimlərinin və ədəbiyyatşünaslarının iştirakı ilə keçirilmiş tədbirlə qeyd edilmişdir. Məhz bu tədbir Vaqif Ucatayın "Nizami işığında" əsərinin mövzusu olmuşdur. === Çəkilməsi === Rəssam əsəri işləməmişdən əvvəl təsvir edəcəyi tarixi hadisə ilə bağlı kifayət qədər material toplaya bilmişdi. Bu da ona yubiley mərasimini bütün reallığı ilə göz önündə canlandırmağa imkan verib.
Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında (kitab)
Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında — kitabında xanlıqlar dövrünə aid 22 orijinal sənəd toplanıb. Kitab xanlıqlar dövrünün siyasi təhlilinə və tarixi dəyərləndirilməsinə həsr olunub. == Haqqında == Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında kitabı akademik Ramiz Mehdiyev tərəfindən yazılıb. Kitabda o dövrdə xanlıqlar tərəfindən yazılmış məktubların əsli toplanıb tərcümə edilib. Azərbaycan oxucusuna ana dilində ilk dəfə təqdim edilən 22 sənəd arasında Qacar şahlarının Azərbaycan xanlarına məktubları, həmçinin xanların o dövrdə Rusiya komandanlığı ilə yazışmaları da var. Fətəli şahın 1796-cı ilin noyabrında bütün Tiflis əhalisinə ünvanlandığı fərman, yaxud İstanbuldakı İran səfirliyinin ermənilərə sığınacaq verilməsi barədə Xarici İşlər Nazirliyinə məktubu, Cavad xanın Knyaz Sisianova cavab məktubu və digər sənədlər həmin dövrün real mənzərəsinə aydınlıq gətirir.
Yenidənqurmanın işığında... (film, 1988)
== Məzmun == Filmdə Bakıda keçirilən XXI Ümumittifaq kinofestivalı günlərində mətbuat konfranslarının keçirilməsi, festival iştirakçılarının Bakının tədris və sənaye müəssisələrində, Naxçıvanda, Gəncədə zəhmətkeşlərlə görüşləri canlandırılmış, kinorejissor Oqtay Mirqasımovun "Şeytan göz qabağında" bədii filminə görə Baş mükafata layiq görülməsi öz əksini tapmışdır. Burada festival iştirakçıları respublikamızdakı görüşlərdən aldıqları təəssüratlardan, eyni zamanda yenidənqurma şəraitində kino xadimlərinin vəzifələrindən söhbət açırlar.
Yenidənqurmanın İşığında... (1988)
== Məzmun == Filmdə Bakıda keçirilən XXI Ümumittifaq kinofestivalı günlərində mətbuat konfranslarının keçirilməsi, festival iştirakçılarının Bakının tədris və sənaye müəssisələrində, Naxçıvanda, Gəncədə zəhmətkeşlərlə görüşləri canlandırılmış, kinorejissor Oqtay Mirqasımovun "Şeytan göz qabağında" bədii filminə görə Baş mükafata layiq görülməsi öz əksini tapmışdır. Burada festival iştirakçıları respublikamızdakı görüşlərdən aldıqları təəssüratlardan, eyni zamanda yenidənqurma şəraitində kino xadimlərinin vəzifələrindən söhbət açırlar.
İblislərlə dolu dünya. Elmin şam işığında (əsər)
İblislərlə dolu dünya. Elmin şam işığında - əsər elmi metodu sadə insanlara izah etməyi və insanları tənqidi və şübhəli düşünməyi öyrənməyə təşviq etməyi hədəfləyir.
İşığın dispersiyası
İşığın dispersiyası mühitin sındırma əmsalının düşən işığın tezliyindən (dalğa uzunluğundan) asılılığı deməkdir. == Dispersiya hadisəsi == Ağ işıq şəffaf üçbucaqlı prizmanın yan səthinə düşəndə sınır və bu zaman 7 rəngə ayrılır. Bu rənglər bildiyimiz göyqurşağı rənglərinin eynisidir: qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi. Bənövşəyi işıq ən kiçik, qırmızı işıq isə ən böyük dalğa uzunluğuna malikdir. Ən çox sınan, yəni sındırma əmsalı ən böyük olan bənövşəyi işıq, sındırma əmsalı ən kiçik olan isə qırmızı işıqdır. Vakuumda rəngindən, yəni tezliyindən asılı olmayaraq bütün şüalar eyni sürətlə, yəni c=3*108 m/san sürətlə yayılır. Mühitdə qırmızı işıq ən böyük sürətlə, bənövşəyi işıq isə ən kiçik sürətlə yayılır.
İşığın interferensiyası
İşığın interferensiyası-işıqlı və qaranlıq zolaqların əmələ gəlməsinə səbəb olan işıq dəstələrinin toplanması hadisəsinə deyilir. İnterferensiya zamanı iki işıq dəstəsi toplanarkən bir birini gücləndirməklə bərabər həm də zəiflədə bilir. İşıq sellərin bu xassəsi onların dalğa təbiətli olmasını bilavasitə sübut edir. İşıqlı və qaranlıq zolaqların əmələ gəlməsini dalğa təsəvverləri ilə ilk dəfə Yunq izah etmişdir. Yunqun dalğa haqqında fikirlərini Frenel XIX əsrin I yarısında inkişaf etmişdir. === Yunqun nəticələri === Yunq apardığı təcrübələrdən aşağıdakı iki qanunu kəşf etmişdir. Yollar fərqi ( △ {\displaystyle \vartriangle } ) cüt sayda dalğa uzunluğuna ( λ {\displaystyle \lambda } ) bərabər olduqda eyni periodlu dalğalar bir birini maksimum gücləndirir. △ = ± k λ {\displaystyle \vartriangle =\pm k\lambda } burada k-tam ədəddir. Yollar fərqi ( △ {\displaystyle \vartriangle } ) tək sayda dalğa uzunluğuna ( λ {\displaystyle \lambda } ) bərabər olduqda eyni periodlu dalğalar bir birini maksimum zəiflədir. △ = ± ( 2 k + 1 ) λ 2 {\displaystyle \vartriangle =\pm (2k+1){\frac {\lambda }{2}}} Yalnız eyni fazada və ya sabit fazalar fərqi ilə rəqs edən mənbələr-koherent mənbələr müəyyən qaydada yerləşən interferensiya zolaqlarını verir.
İşığın qayıtması
İşığın qayıtması — iki mühitin (mühitlərdən heç olmasa biri şəffaf olmalıdır) sərhədinə düşdükdə işığın yayılma istiqamətinin dəyişməsi. İşıq mənbəyi olmayan сisimlərin görünməsinə səbəb işığın onların səthindən qayıtmasıdır. Qaytarıcı səth kələ-kötürdürsə, diffuz səpilmə (bütün istiqamətlərdə səpilmə), hamardırsa, güzgü qayıtması baş verir. == İşığın qayıtması qanunları == 1. Düşən şüa, qayıdan şüa və düşmə nöqtəsinlə qaytarıcı səthə çəkilmiş perpendikulyar bir müstəvi (düşmə müstəvisi) üzərindədir. 2. İşıqın qayıtma bucağı (qiymətcə) düşmə bucaqına bərabərdir.İşıq mənbəyi güclü olduqda işığın qayıtması qanunları pozulur. Qayıdan işığın intensivliyi işığın düşmə bucağından, polyarlaşmasından və mühitlərin sındırma əmsallarından asılıdır.
İşığın sürəti
İşığın sürəti (c) vakuumda elektromaqnit dalğalarının yayılma sürətidir, əsas fiziki sabitlərdən biridir. İşıq boşluqda işıq sürəti ilə gedər və bu eyni zamanda kainatda müşahidə edilən ən yüksək sürətdir. == İşığın sürəti ideyasının kəşfi == İşıq dedikdə hər cür işıq nəzərdə tutulmur. Günəşdən və ya təbii olaraq ulduzlardan və s. gələn işıqlar nəzərdə tutulur. Günəşdə gələn şüaların yerə çatma müddəti 8 dəqiqədir . Əgər biz işıq sürəti ilə hərəkət edə bilsəydik dünyanın ətrafını saniyədə 7 dəfə dövr edə bilərdik Bəs nə üçün işıq bu qədər sürətlidirsə bizim planetə 8 dəqiqəyə çatır ? İşıqın sürəti təsvir edilə bilməyəcək qədər böyükdür . Əgər özümüzü işıq sürəti kimi təsvir edə bilsəydik Günəşdən çıxdığımız an Yer planetində olardıq amma planetdə hər şeyin dayandığını görərdik hətta saatın , suyun , ürək döyüntüsünün və s. Yalnız 8 dəqiqədən sonra hər şeyin hərəkət etdiyini görə bilərdik.
İşığın sınması
İşığın sınması — iki şəffaf mühitin sərhədindən keçərkən işığın yayılma istiqamətinin dəyişməsi. Hələ Aristotelə məlum olduğuna baxmayaraq sınma qanununu Snellius müəyyən etmiş, riyazi ifadəsini isə Rene Dekart vermişdir. İşıq şüası sıxlıqları müxtəlif olan iki şəffaf mühiti (məsələn, hava-su, hava-şüşə, şüşə-su və s.) ayıran səthə düşdükdə onun bir hissəsi səthdən qayıdır, digər hissəsi isə bu iki mühitin sərhədindən keçərək yayılma istiqamətini dəyişir. • İşıq şüasının bir mühitdən digər mühitə keçərkən bu mühitlərin sərhədində öz istiqamətini dəyişməsi işığın sınması adlanır. Burada, AO – düşən şüa, OB – sınan şüa, CD – düşmə nöqtəsindən (O nöqtəsi) iki mühiti ayıran səthə çəkilən perpendikulyar, α – düşmə bucağı, γ (qamma) – sınma bucağıdır. Suyun sıxlığı havanın sıxlığından böyük olduğundan işıq şüası havadan suya keçərkən öz istiqamətini dəyişir və CD perpendikulyarına yaxınlaşır. Əgər su daha böyük sıxlığa malik mühitlə, məsələn, şüşə ilə əvəz olunarsa, sınan şüa perpendikulyara daha çox yaxınlaşar. İşıq şüası sıxlığı kiçik olan şəffaf mühitdən sıxlığı böyük olan şəffaf mühitə keçdikdə sınma bucağı düşmə bucağından kiçik olur. Sıxlıqları müxtəlif olan iki şəffaf mühiti ayıran sərhədə perpendikulyar düşən işıq şüası ikinci mühitə sınmadan keçir. Aparılan araşdırmadan işığın sınma hadisəsi üçün iki nəticə müəyyən etdiniz: birincisi, hava-su səthinə düşən şüa, sınan şüa və düşmə nöqtəsindən bu iki mühitin sərhədinə qaldırılan perpendikulyar müstəvi lövhə üzərində yerləşir; ikincisi, düşmə bucağını böyütdükdə sınma bucağı böyüyür, düşmə bucağını kiçiltdikdə isə sınma bucağı da kiçilir.
İşığın tam daxili qayıtması
İşığın tam daxili qayıtması - işıq optik sıx mühitdən optik seyrək mühitə keçdikdə düşmə bucağının müəyyən αlim<90° qiymətində sınma bucağını β≥90° olması və tamamilə düşdüyü mühitə qayıtması hadisəsidir. Limit bucağı sınma bucağının 90°-nə uyğun gələn düşmə bucağına deyilir. İşığın sınma qanunu - düşmə bucağı sinusunun sınma bucağı sinusuna nisbəti ikinci mühitin birinci mühitə nisbətən sındırma əmsalına bərabərdir: sinα/sinβ=n2/n1. Onda sinαlim/sin90°=1/n1. Yəni, bu üsulla mühitin havaya(təqribən vakuuma)nisbətən sındırma əmsalını hesablamaq olar. Mütləq sındırma əmsalı - vakuuma nisbətən sındırma əmsalıdır və işıq sürətinin mühitdə vakuuma nisbətən neçə dəfə azaldığını göstərir: n=c/v. Sındırma əmsalının (n) vahidi yoxdur. Optik sıx mühit - sındırma əmsalı böyük olan mühitdir. Məsələn, işıq sudan havaya, şüşədən havaya keçdikdə tam daxili qayıtma baş verir. Nisbi sındırma əmsalı mütləq sındırma əmsallarının nisbətinə bərabərdir və sındırma əmsalı böyük olan mühitdə işığın sürəti kiçikdir.
İşığını Əsirgəmə (1990)
== Məzmun == Kinolentdə Respublika Korlar Cəmiyyətinin fəaliyyətindən, mövcud problemlərindən, bu cəmiyyətdə çalışan adamlardan söhbət gedir. == Film haqqında == Film Respublika Korlar Cəmiyyətinin sifarişi ilə çəkilmişdir.
İşığını əsirgəmə (film, 1990)
== Məzmun == Kinolentdə Respublika Korlar Cəmiyyətinin fəaliyyətindən, mövcud problemlərindən, bu cəmiyyətdə çalışan adamlardan söhbət gedir. == Film haqqında == Film Respublika Korlar Cəmiyyətinin sifarişi ilə çəkilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 4.81 dəfə / 1 mln.
2002 ••••••••••••••• 6.85
2003 •••• 1.57
2004 •••••••••••• 5.39
2005 •••••••• 3.37
2006 ••••••••••• 4.96
2007 ••••••• 3.17
2008 ••••••••• 4.14
2009 ••••••••••• 4.96
2010 ••••••••••••• 5.99
2011 •••••••••• 4.72
2012 ••••••••••••••• 6.80
2013 ••••••••••••••• 6.86
2014 •••••••••••••••••••• 9.44
2015 ••••••• 3.23
2016 •••••• 2.60
2017 •••••••••• 4.72
2018 ••••••• 2.85
2019 •••••••• 3.34
2020 ••••••• 3.18

"işığı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#işığı nədir? #işığı sözünün mənası #işığı nə deməkdir? #işığı sözünün izahı #işığı sözünün yazılışı #işığı necə yazılır? #işığı sözünün düzgün yazılışı #işığı leksik mənası #işığı sözünün sinonimi #işığı sözünün yaxın mənalı sözlər #işığı sözünün əks mənası #işığı sözünün etimologiyası #işığı sözünün orfoqrafiyası #işığı rusca #işığı inglisça #işığı fransızca #işığı sözünün istifadəsi #sözlük