işığın sözü azərbaycan dilində

işığın

Yazılış

  • işığın • 84.7826%
  • İşığın • 15.2174%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İşığın dispersiyası
İşığın dispersiyası mühitin sındırma əmsalının düşən işığın tezliyindən (dalğa uzunluğundan) asılılığı deməkdir. == Dispersiya hadisəsi == Ağ işıq şəffaf üçbucaqlı prizmanın yan səthinə düşəndə sınır və bu zaman 7 rəngə ayrılır. Bu rənglər bildiyimiz göyqurşağı rənglərinin eynisidir: qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi. Bənövşəyi işıq ən kiçik, qırmızı işıq isə ən böyük dalğa uzunluğuna malikdir. Ən çox sınan, yəni sındırma əmsalı ən böyük olan bənövşəyi işıq, sındırma əmsalı ən kiçik olan isə qırmızı işıqdır. Vakuumda rəngindən, yəni tezliyindən asılı olmayaraq bütün şüalar eyni sürətlə, yəni c=3*108 m/san sürətlə yayılır. Mühitdə qırmızı işıq ən böyük sürətlə, bənövşəyi işıq isə ən kiçik sürətlə yayılır.
İşığın interferensiyası
İşığın interferensiyası-işıqlı və qaranlıq zolaqların əmələ gəlməsinə səbəb olan işıq dəstələrinin toplanması hadisəsinə deyilir. İnterferensiya zamanı iki işıq dəstəsi toplanarkən bir birini gücləndirməklə bərabər həm də zəiflədə bilir. İşıq sellərin bu xassəsi onların dalğa təbiətli olmasını bilavasitə sübut edir. İşıqlı və qaranlıq zolaqların əmələ gəlməsini dalğa təsəvverləri ilə ilk dəfə Yunq izah etmişdir. Yunqun dalğa haqqında fikirlərini Frenel XIX əsrin I yarısında inkişaf etmişdir. === Yunqun nəticələri === Yunq apardığı təcrübələrdən aşağıdakı iki qanunu kəşf etmişdir. Yollar fərqi ( △ {\displaystyle \vartriangle } ) cüt sayda dalğa uzunluğuna ( λ {\displaystyle \lambda } ) bərabər olduqda eyni periodlu dalğalar bir birini maksimum gücləndirir. △ = ± k λ {\displaystyle \vartriangle =\pm k\lambda } burada k-tam ədəddir. Yollar fərqi ( △ {\displaystyle \vartriangle } ) tək sayda dalğa uzunluğuna ( λ {\displaystyle \lambda } ) bərabər olduqda eyni periodlu dalğalar bir birini maksimum zəiflədir. △ = ± ( 2 k + 1 ) λ 2 {\displaystyle \vartriangle =\pm (2k+1){\frac {\lambda }{2}}} Yalnız eyni fazada və ya sabit fazalar fərqi ilə rəqs edən mənbələr-koherent mənbələr müəyyən qaydada yerləşən interferensiya zolaqlarını verir.
İşığın qayıtması
İşığın qayıtması — iki mühitin (mühitlərdən heç olmasa biri şəffaf olmalıdır) sərhədinə düşdükdə işığın yayılma istiqamətinin dəyişməsi. İşıq mənbəyi olmayan сisimlərin görünməsinə səbəb işığın onların səthindən qayıtmasıdır. Qaytarıcı səth kələ-kötürdürsə, diffuz səpilmə (bütün istiqamətlərdə səpilmə), hamardırsa, güzgü qayıtması baş verir. == İşığın qayıtması qanunları == 1. Düşən şüa, qayıdan şüa və düşmə nöqtəsinlə qaytarıcı səthə çəkilmiş perpendikulyar bir müstəvi (düşmə müstəvisi) üzərindədir. 2. İşıqın qayıtma bucağı (qiymətcə) düşmə bucaqına bərabərdir.İşıq mənbəyi güclü olduqda işığın qayıtması qanunları pozulur. Qayıdan işığın intensivliyi işığın düşmə bucağından, polyarlaşmasından və mühitlərin sındırma əmsallarından asılıdır.
İşığın sürəti
İşığın sürəti (c) vakuumda elektromaqnit dalğalarının yayılma sürətidir, əsas fiziki sabitlərdən biridir. İşıq boşluqda işıq sürəti ilə gedər və bu eyni zamanda kainatda müşahidə edilən ən yüksək sürətdir. == İşığın sürəti ideyasının kəşfi == İşıq dedikdə hər cür işıq nəzərdə tutulmur. Günəşdən və ya təbii olaraq ulduzlardan və s. gələn işıqlar nəzərdə tutulur. Günəşdə gələn şüaların yerə çatma müddəti 8 dəqiqədir . Əgər biz işıq sürəti ilə hərəkət edə bilsəydik dünyanın ətrafını saniyədə 7 dəfə dövr edə bilərdik Bəs nə üçün işıq bu qədər sürətlidirsə bizim planetə 8 dəqiqəyə çatır ? İşıqın sürəti təsvir edilə bilməyəcək qədər böyükdür . Əgər özümüzü işıq sürəti kimi təsvir edə bilsəydik Günəşdən çıxdığımız an Yer planetində olardıq amma planetdə hər şeyin dayandığını görərdik hətta saatın , suyun , ürək döyüntüsünün və s. Yalnız 8 dəqiqədən sonra hər şeyin hərəkət etdiyini görə bilərdik.
İşığın sınması
İşığın sınması — iki şəffaf mühitin sərhədindən keçərkən işığın yayılma istiqamətinin dəyişməsi. Hələ Aristotelə məlum olduğuna baxmayaraq sınma qanununu Snellius müəyyən etmiş, riyazi ifadəsini isə Rene Dekart vermişdir. İşıq şüası sıxlıqları müxtəlif olan iki şəffaf mühiti (məsələn, hava-su, hava-şüşə, şüşə-su və s.) ayıran səthə düşdükdə onun bir hissəsi səthdən qayıdır, digər hissəsi isə bu iki mühitin sərhədindən keçərək yayılma istiqamətini dəyişir. • İşıq şüasının bir mühitdən digər mühitə keçərkən bu mühitlərin sərhədində öz istiqamətini dəyişməsi işığın sınması adlanır. Burada, AO – düşən şüa, OB – sınan şüa, CD – düşmə nöqtəsindən (O nöqtəsi) iki mühiti ayıran səthə çəkilən perpendikulyar, α – düşmə bucağı, γ (qamma) – sınma bucağıdır. Suyun sıxlığı havanın sıxlığından böyük olduğundan işıq şüası havadan suya keçərkən öz istiqamətini dəyişir və CD perpendikulyarına yaxınlaşır. Əgər su daha böyük sıxlığa malik mühitlə, məsələn, şüşə ilə əvəz olunarsa, sınan şüa perpendikulyara daha çox yaxınlaşar. İşıq şüası sıxlığı kiçik olan şəffaf mühitdən sıxlığı böyük olan şəffaf mühitə keçdikdə sınma bucağı düşmə bucağından kiçik olur. Sıxlıqları müxtəlif olan iki şəffaf mühiti ayıran sərhədə perpendikulyar düşən işıq şüası ikinci mühitə sınmadan keçir. Aparılan araşdırmadan işığın sınma hadisəsi üçün iki nəticə müəyyən etdiniz: birincisi, hava-su səthinə düşən şüa, sınan şüa və düşmə nöqtəsindən bu iki mühitin sərhədinə qaldırılan perpendikulyar müstəvi lövhə üzərində yerləşir; ikincisi, düşmə bucağını böyütdükdə sınma bucağı böyüyür, düşmə bucağını kiçiltdikdə isə sınma bucağı da kiçilir.
İşığın tam daxili qayıtması
İşığın tam daxili qayıtması - işıq optik sıx mühitdən optik seyrək mühitə keçdikdə düşmə bucağının müəyyən αlim<90° qiymətində sınma bucağını β≥90° olması və tamamilə düşdüyü mühitə qayıtması hadisəsidir. Limit bucağı sınma bucağının 90°-nə uyğun gələn düşmə bucağına deyilir. İşığın sınma qanunu - düşmə bucağı sinusunun sınma bucağı sinusuna nisbəti ikinci mühitin birinci mühitə nisbətən sındırma əmsalına bərabərdir: sinα/sinβ=n2/n1. Onda sinαlim/sin90°=1/n1. Yəni, bu üsulla mühitin havaya(təqribən vakuuma)nisbətən sındırma əmsalını hesablamaq olar. Mütləq sındırma əmsalı - vakuuma nisbətən sındırma əmsalıdır və işıq sürətinin mühitdə vakuuma nisbətən neçə dəfə azaldığını göstərir: n=c/v. Sındırma əmsalının (n) vahidi yoxdur. Optik sıx mühit - sındırma əmsalı böyük olan mühitdir. Məsələn, işıq sudan havaya, şüşədən havaya keçdikdə tam daxili qayıtma baş verir. Nisbi sındırma əmsalı mütləq sındırma əmsallarının nisbətinə bərabərdir və sındırma əmsalı böyük olan mühitdə işığın sürəti kiçikdir.
Nizami işığında
"Nizami işığında" - Azərbaycan rəssamı Vaqif Ucatayın 1987-ci ildə yağlı boya ilə kətan üzərində çəkdiyi rəsm əsəri. Əsər hazırda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılmaqdadır. == Tarixi == === Fon === Rəssam "Nizami işığında" tablosunu 1987-ci ildə işləsə də, onu yaratmaq barəsində hələ Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib ali təhsil almaq üçün Leninqrada yollananda düşünməyə başlayıb. Uzun müddət mövzunun bədii ifadəsini daha real göstərməyə kömək ola biləcək materialları toplayıb. Əsərdə Nizami Gəncəvinin 1941-ci ildə qeyd edilmiş 800 illik yubiley mərasimi təsvir olunub. 1941-ci ildə SSRİ məkanında Nizami Gəncəvinin 800 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi planı hazırlansa da, Böyük Vətən Müharibəsinin başlaması bu planların həyata keçirilməsinə imkan verməmişdir. Şairin yubileyi Peterburqda Rusiya alimlərinin və ədəbiyyatşünaslarının iştirakı ilə keçirilmiş tədbirlə qeyd edilmişdir. Məhz bu tədbir Vaqif Ucatayın "Nizami işığında" əsərinin mövzusu olmuşdur. === Çəkilməsi === Rəssam əsəri işləməmişdən əvvəl təsvir edəcəyi tarixi hadisə ilə bağlı kifayət qədər material toplaya bilmişdi. Bu da ona yubiley mərasimini bütün reallığı ilə göz önündə canlandırmağa imkan verib.
Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında (kitab)
Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında — kitabında xanlıqlar dövrünə aid 22 orijinal sənəd toplanıb. Kitab xanlıqlar dövrünün siyasi təhlilinə və tarixi dəyərləndirilməsinə həsr olunub. == Haqqında == Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında kitabı akademik Ramiz Mehdiyev tərəfindən yazılıb. Kitabda o dövrdə xanlıqlar tərəfindən yazılmış məktubların əsli toplanıb tərcümə edilib. Azərbaycan oxucusuna ana dilində ilk dəfə təqdim edilən 22 sənəd arasında Qacar şahlarının Azərbaycan xanlarına məktubları, həmçinin xanların o dövrdə Rusiya komandanlığı ilə yazışmaları da var. Fətəli şahın 1796-cı ilin noyabrında bütün Tiflis əhalisinə ünvanlandığı fərman, yaxud İstanbuldakı İran səfirliyinin ermənilərə sığınacaq verilməsi barədə Xarici İşlər Nazirliyinə məktubu, Cavad xanın Knyaz Sisianova cavab məktubu və digər sənədlər həmin dövrün real mənzərəsinə aydınlıq gətirir.
Yenidənqurmanın işığında... (film, 1988)
== Məzmun == Filmdə Bakıda keçirilən XXI Ümumittifaq kinofestivalı günlərində mətbuat konfranslarının keçirilməsi, festival iştirakçılarının Bakının tədris və sənaye müəssisələrində, Naxçıvanda, Gəncədə zəhmətkeşlərlə görüşləri canlandırılmış, kinorejissor Oqtay Mirqasımovun "Şeytan göz qabağında" bədii filminə görə Baş mükafata layiq görülməsi öz əksini tapmışdır. Burada festival iştirakçıları respublikamızdakı görüşlərdən aldıqları təəssüratlardan, eyni zamanda yenidənqurma şəraitində kino xadimlərinin vəzifələrindən söhbət açırlar.
Yenidənqurmanın İşığında... (1988)
== Məzmun == Filmdə Bakıda keçirilən XXI Ümumittifaq kinofestivalı günlərində mətbuat konfranslarının keçirilməsi, festival iştirakçılarının Bakının tədris və sənaye müəssisələrində, Naxçıvanda, Gəncədə zəhmətkeşlərlə görüşləri canlandırılmış, kinorejissor Oqtay Mirqasımovun "Şeytan göz qabağında" bədii filminə görə Baş mükafata layiq görülməsi öz əksini tapmışdır. Burada festival iştirakçıları respublikamızdakı görüşlərdən aldıqları təəssüratlardan, eyni zamanda yenidənqurma şəraitində kino xadimlərinin vəzifələrindən söhbət açırlar.
İblislərlə dolu dünya. Elmin şam işığında (əsər)
İblislərlə dolu dünya. Elmin şam işığında - əsər elmi metodu sadə insanlara izah etməyi və insanları tənqidi və şübhəli düşünməyi öyrənməyə təşviq etməyi hədəfləyir.
İşığını Əsirgəmə (1990)
== Məzmun == Kinolentdə Respublika Korlar Cəmiyyətinin fəaliyyətindən, mövcud problemlərindən, bu cəmiyyətdə çalışan adamlardan söhbət gedir. == Film haqqında == Film Respublika Korlar Cəmiyyətinin sifarişi ilə çəkilmişdir.
İşığını əsirgəmə (film, 1990)
== Məzmun == Kinolentdə Respublika Korlar Cəmiyyətinin fəaliyyətindən, mövcud problemlərindən, bu cəmiyyətdə çalışan adamlardan söhbət gedir. == Film haqqında == Film Respublika Korlar Cəmiyyətinin sifarişi ilə çəkilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.08 dəfə / 1 mln.
2002 ••••••••••••••••••• 3.43
2003 ••••••••••• 1.97
2004 •••• 0.67
2005 ••••••••••• 2.02
2006 •••••••••• 1.80
2007 •••••••• 1.48
2008 •••••••••• 1.71
2009 •••••••••••• 2.08
2010 ••••••••••••• 2.45
2011 •••••••••••• 2.14
2012 ••••••••••••••••• 3.10
2013 •••••••••••• 2.19
2014 •••••••••••••••••••• 3.78
2015 ••••••••• 1.53
2016 •••••••••••••• 2.60
2017 •••••••• 1.46
2018 ••••••••• 1.65
2019 •••••••••• 1.81
2020 ••••• 0.93

"işığın" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#işığın nədir? #işığın sözünün mənası #işığın nə deməkdir? #işığın sözünün izahı #işığın sözünün yazılışı #işığın necə yazılır? #işığın sözünün düzgün yazılışı #işığın leksik mənası #işığın sözünün sinonimi #işığın sözünün yaxın mənalı sözlər #işığın sözünün əks mənası #işığın sözünün etimologiyası #işığın sözünün orfoqrafiyası #işığın rusca #işığın inglisça #işığın fransızca #işığın sözünün istifadəsi #sözlük