Kəlbəcər sözü azərbaycan dilində

Kəlbəcər

Yazılış

  • Kəlbəcər • 99.4547%
  • KƏLBƏCƏR • 0.5235%
  • kəlbəcər • 0.0218%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kəlbəcər
Kəlbəcər — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun mərkəzi, Kəlbəcər şəhər inzibati ərazi dairəsində şəhər. == Etimologiyası == Şəhərin adının mənşəyi ilə bağlı bir neçə nəzəriyyə var. Versiyalardan birinə görə, şəhər ilkin olaraq qədim türkcə "çayların yuxarı axarında qala" (kevli – "çayın yuxarı axarları", çər – "qala") mənasını verən "Kevliçer" adlanırdı. == Tarixi == XVIII əsrin ortalarında Kəlbəcər Qarabağ xanlığının tərkibində idi. XIX əsrin ortalarında ərazi kürdlər tərəfindən məskunlaşmışdır. Yevgeniya Pçelina tərəfindən lentə alınan bölgədən kürd xalq nağılları kürdlərin bölgəyə gəlişindən bəhs edir. Şəhər 7 iyul 1923-cü ildən 23 iyul 1930-cu ilə qədər Azərbaycan SSR-in Kürdüstan mahalı (sonralar Kürdüstan qəzası) tərkibində olmuşdur. 1930-cu ildə Azərbaycan SSR-in tərkibində 1936 km2 ərazisi olan Kəlbəcər rayonu təşkil edilmiş, onun inzibati mərkəzi 1980-ci ildə şəhər statusu almış Kəlbəcər şəhəri olmuşdur. === İşğalı === Şəhər 3 aprel 1993-cü ildə, Birinci Qarabağ müharibəsinin sonuna yaxın Ermənistan Silahlı Qüvvələri zamanı işğal edilmişdir. Kəlbəcərin bütün azərbaycanlı və kürd əhalisi qovulmuşdur.
Dəvədaşı (Kəlbəcər)
Dəvədaşı (əvvəlki adı: Poqosoqomer) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çıldıran kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Poqosaqomer kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Poqosoqomer kəndi Dəvədaşı kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dəvədaşı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Dəvədaşı kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. == Toponimikası == Yaşayış məntəqəsini qonşu Dovşanlı kəndindən çıxmış ailələr Dəvədaşı adlı yerdə salmışlar. Kəndə ermənilər tərəfindən Poqosoqomer (erm. "Poqosun tövlələri, pəyələri") adı verilmişdir. 1992-ci ildən kəndin keçmış adı bərpa edilmişdir.
Fətalılar (Kəlbəcər)
Fətallar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Abdullauşağı kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Azərbaycana qaytarılıb. == Tarixi == Kəlbəcər rayonunun Abdullauşağı inzibati ərazi vahidində yerləşən kənd. Moz çayının sahilində, dağətəyi ərazidədir. Keçmiş adı Qaraçanlı olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Laçın rayonunun Qaraçanlı kəndindən köçüb gəlmiş Qara Fətalı adlı bir şəxs saldığına görə belə adlanmışdır. == Yaylaqlar == Motin yurdu, Orucalılar yurdu, Hacıalı yurdu, Dəlləklər yurdu, Qırxın yurdu, Baş yurd, Qanqallı yurd, Dərə yurdu, Kalafalıq yurdu, Kosalar yurdu, Kilisənin yanı, Mehdixanlı yurdu. == Bulaqlar == Buz bulaq, Baş yurdun bulağı, Novlu bulaq, Qoşabulaq, Səfqulunun bulağı. == Məşhur yerlər == Muncuqlu təpə, Məşədihəsən xırmanı, Yalınbeli, Qaraqaya, Həşimin yurdu, Cilin düzü, Küllü yer, İlanlı çala, Dikxaç, Yıxılıxaç, Hümbətalı gizlənən, Ağşırran, Kəmərqaya, Bataqlıq.
Göydərə (Kəlbəcər)
Göydərə — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun İstibulaq kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Gözlübulaq (Kəlbəcər)
Gözlübulaq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Güneypəyə (Kəlbəcər)
Güneypəyə — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Sarıdaş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Nadirxanlı kənd Sovetindən Güneypəyə kəndi Sarıdaş kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Kəndin ərazisi əvvəllər Qılıclı kəndinin qoyun binəsi olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə Qılıclı kəndindən gəlmiş ailələrin güneydə yerləşən bu binədə məskunlaşması nəticəsində yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd Şərqi Göyçə silsiləsinin ətəyində yerləşir. === Yaylaqları === Qonur yurd, Söyüdlü yaylağı, Palıdlıdərə yurdu, Ələmağacı yurdu, Kalvalılar yurdu, Ongözlər yurdu, Çırçır yurd, Sarıbulaq yurdu, Göydağ yurdu, Rüstəm ölən yurd, Atdaşı yurdu, Yalkənd yurdu. === Bulaqları === Sərçə bulağı, Almalı bulağı, Əlif bulağı, Novlu bulaq, Mədinə bulağı, Yalkənd bulağı, Mal su içən bulaq, Bərəyə bulağı, Dəvədabanı bulağı, Yastının bulağı, Uçuğun bulağı, Neftli bulaq, Göydağ bulağı, Həsənqulular bulağı, Camışbatan bulaq, Hürü bulağı, Süleyman bulağı, Sarı bulaq, Şırşır bulaq, Cajıxlı bulaq, Ayğır bulağı, Ongöz bulaq, Söyüd biçənəyinin bulağı, Qarama bulağı, Məhəmməd bulağı, Palıdlıdərə bulağlı, Sarışırran bulağı, Şeytanlı dərəsinin bulağı, Qoşabulaqlar, Qiblə bulağı, Sızqa bulaq. === Məşhur yerləri === Ələmağacının düzü, Qoşabulaqların təpəsi, Ağduzdağ, Çırçır biçənəkləri, Giləuçan təpə, Sarıyal dağı, Həsənqulular biçənəyi, Yelliyal biçənəyi, Göydağ, Rüstəmölən, Söyüd biçənəkləri, Süleymanəmi qanadları, Cəngəotlayan, Uçuqbiçənəyi, Atdaşının əkin yerləri, Süleymanəminin dam yerləri, Böyükyer, Palaxalı, Sarıburun, Kazımyeri, Bərəyə yerləri, Qasımın armudluğu, Goruz yeri, Qəhrəmanlı yeri, Qaraşın biçənəkləri, Dardərə, Almalının çüxuru, Məmişin yeri, Ələkbərin bostan yeri, Yastılar, Mal su içən dərəsi, Aralıq dərəsi, Kolavat, İsgəndərli yeri, Damın meşəsi, Aralıq biçənəyi, Cıqqagüney, Əyriağac, Tofiqtəpəsi, Sarışırran, Ortadolayı, Ünün tili, Xamınbaşı, Dikkalafalıq, Daşyolunun dərəsi, Şeytanlı dərəsi, Yalkəndin tili, Alapalıdıq, Batığın dərəsi, Lənətdaşı, Yanıqkalafa, Nəcəfdamı, Böyüksu, Xamın suyu, Sarışırran çayı.
Günəşli (Kəlbəcər)
Günəşli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Kəndin adı 1992-ci ilə qədər Kilsəli idi. Bu kəndin yerləşdiyi ərazidə bir neçə qədim alban kilsəsi olduğuna görə kənd belə adlanırdı. Sonradan kəndin adı dəyişdirilib Günəşli qoyuldu. Kəndin ərazisi güney olduğundan həmişə günəşli olurdu. Ona görə də sonradan kənd Günəşli adlandırılıb. == Yaylaqlar == Qaradağlı yurdu, Kovuxludüz yurdu, Qaçaydüşən yurd, Bahadurun düzü yurd, Aslanlar yurdu, Atqoruğu yurdu, Qırqovullu yurd, Qalayçıgələn yurd, Taplar yurdu, Arpayeri yurdu, Maralatan yurd, Göyüşün yurdu, Qancıq dərəsinin yurdu, Binə dərəsinin yurdu, Tozluq yurd, Gölyeri yurdu, Quşyuvalıdüşən yurd, Kolxozdüşən yurd. == Bulaqlar == Qaradağlı bulağı, Orta bulaq, Soyuq bulaq, Fətiölən bulaq, Xəlillər tələsi bulağı, Kişmiş bulaq, Sarı bulaq, Şırşır bulaq, Göy bulaq, Ağ bulaq, Qalayçıgələn bulaq, Taplar bulağı, Göl yeri bulağı, Baxacaq bulağı, Turşsu bulağı, At qoruğu bulağı, Baldırğanlı bulaq, Xırman bulağı, Tələlər bulağı, Qaramallıx bulaq, Ağdaş bulağı, Yurdlar bulağı, Uçuqluq bulaq, Cərgə bulaq, Korca bulaq, Süleyman bulağı, Novlu bulaq, Alçalı bulaq, Qiblə bulağı, Daş bulaq, Seyidalı bulağı, Şırran bulağı.
Hacıkənd (Kəlbəcər)
Hacıkənd (əvvəlki adı: Sınıqkilsə) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Hacıkənd kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ atəşkəs bəyənatına əsasən 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonunun digər məntəqələri ilə birlikdə işğaldan azad edilmişdir. Hacıkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Hacıkənd və Başkənd kəndlərini əhatə edir. == Tarixi == Kəndin əvvəlki adı Sınıqkilsə olmuşdur ki, bu da kənd ərazisində mövcud olmuş qədim Alban kilsəsinin qalıqları ilə əlaqədardır.Bu qalıqlar Sınıqkilsə kəndinin qədim yaşayış məskənlərindən biri olduğuna dəlalət edir. Kənd rayon mərkəzinə yaxın, olduqca səfalı bir yerdə yerləşir. Kəndin Başkənd, Gölyeri, Sınıqkilsə kimi hissələri vardır. Sovet dövründə Kəlbəcər rayonunun qabaqcıl kolxozlarından biri kəndin "Stalin" (sonralar "Qələbə" adlandırılan) kolxozu olmuşdur. Bu yaşayış məntəqəsində Tələlər, Çirişli, Batıq, Dərin Çökək, Ayı Qovan, Qara Qaya, Armudluq, Pişik Uçan, Qovuşuq, Lay Taya, Ardıclı Burun, Pir Palıd, Göy Təpə, və s. kimi çoxsaylı türk toponimlərinə rast gəlinir. == Mədəniyyəti == Hacıkənddə Nəcəf, Çərkəz, Bimar Əli, Eldar İsayev və s.
Kaha (Kəlbəcər)
Kaha — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Keşdək kənd Sovetindən Kaha kəndi Yellicə kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Toponimikası == Kəndin ərazisi əvvəllər Keşdək kəndinin binəsi olmuşdur. Sonralar həmin kənddən ayrılmış ailələr burada daimi məskunlaşmışlar. Kənd öz adını ərazisindəki qədim kahadan (zağadan) almışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Kilsə (Kəlbəcər)
Kilsə — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Kilsə Kəlbəcər rayonunun Çaykənd inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə indiki Laçın rayonunun Alxaslı kəndindən gəlmiş Qasım Məhərrəmoğlu saldığına görə ona Qasımlı da deyilir. Kənd meşənin ortasında, köhnə kənd yerində, qədim alban kilsəsinin ətrafında salındığına görə belə adlandırılmışdır.
Kəlbəcər-Laçın
Kəlbəcər-Laçın iqtisadi rayonu — Azərbaycanın Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarını əhatə edən iqtisadi rayon. Kəlbəcər-Laçın iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Laçındır. Azərbaycan ərazisinin 7,5%-i, əhalisinin isə 2%-dən bir qədər çoxu bu rayonun payına düşür. Ümumi ərazisi 6398 km² (yuvarlaq 6,4 min km²), ümumi əhalisi 231,3 min nəfər (1 yanvar 2011-ci il), 1 km²-ə düşən əhali sıxlığı isə 36 nəfərdir. == Rayonlar == === Kəlbəcər inzibati rayonu === 08.08.1930-cu ildə təşkil edilmişdir. Rayon Kiçik Qafqazın mərkəzində, Tərtər çayının hövzəsində yerləşir, qərbdən Ermənistan Respubilkası ilə həmsərhəddir. Sahəsi 3054 km², əhalisinin sayı 83,9 min nəfər, o cümlədən şəhər əhalisi 11,5 min nəfər,kənd əhalisi 72.4 min nəfərdir(01.01.2012). Mərkəzi Kəlbəcər şəhəridir. Rayonda 1 şəhər, 1 qəsəbə, 53 kənd ərazisi,145 kənd yaşayış məntəqəsi vardır. Rayon 02 aprel 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdir.
Kəlbəcər abidələri
== Tarixi abidələr == Qayaüstü təsvirlər və arxeoloji qazıntılar Dəniz səviyyəsindən iki-üç min metr yüksəklikdə yerləşən Zalxa və Pəriçınqılı Qara göllərin sahillərində, Dəlidağın ətəklərində, Ayıçınqılında, Pəriçınqılında və başqa ərazilərdə yerləşən çınqıllıqlarda daşların, qayaların üzərində ulu babalarımız tərəfindən çəkilən rəsm əsərləri geniş yayılmışdır. Bu yerlərin qədim sakinləri ibtidai daş alətlərindən istifadə etməklə möhkəm qayalar üzərində məişət və təsərrüfat səhnələrini, müxtəlif vəhşi heyvanları təsvir edən gözəl rəsmlər çəkə bilmişlər. Bu rəsmlərin müəyyən bir qismi qədim əkinçilik məşğuliyyətini əks etdirir. Ayrı-ayrı daşlar üzərində öküzlərə qoşulmuş ibtidai xışla yerin şumlanması, taxılın biçilməsi və döyülməsi kimi səhnələr, çiynində toxa tutmuş adam təsviri və s. verilmişdir. Bəzi daşlar üzərində ən qədim nəqliyyat vasitələrini göstərən ikitəkərli arabalar təsvir edilmişdir. Qədim ovçuluğa aid səhnələri təsvir edən çox sayda əsərlər də tapılmışdır. Yeni tapılan qayaüstü təsvirlərdə ulu babalarımızın dini təsəvvür, mərasim və etiqadlarına aid maraqlı səhnələr də var. Bunlara əyani misal ayrı-ayrı daşlar üzərindəki kütləvi rəqs səhnələri, rəmzi öküz təsvirləri, mücərrəd işarələrdir. == Elmi tədqiqatlar == Azərbaycanın məşhur arxeoloq-alimi, Bakı Dövlət Universitetinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, tarix elmlər doktoru, professor Qüdrət İsmayılzadə 1976-cı ildə tədqiqatlar zamanı ilk dəfə olaraq Azərbaycanın belə yüksək dağlıq zonasında eramızdan əvvəl III minilliyə aid qədim yaşayış yerinin qalıqlarını aşkar etmişdir.
Kəlbəcər döyüşü
Kəlbəcər döyüşü — Qarabağ müharibəsi zamanı, 1993-cü il martın 27-dən aprelin 3-ünə kimi gedən döyüş. Döyüş Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsi ilə nəticələnmişdir. Kəlbəcər rayonu Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibinə daxil olmasa da, Qarabağ bölgəsinin hissəsi olduğundan, Ermənistan və Azərbaycan ordusu buraya görə beş il döyüşmüşlər. Döyüş nəticəsində, erməni qoşunları Dağlıq Qarabağ hüdudlarından kənara çıxmışdı. DQMV və Ermənistanın sərhədləri arasında yerləşən Kəlbəcər rayonuna bir neçə kəndlər və onun paytaxtı Kəlbəcər aiddir. Rusiya mənbələrinə görə, Ermənistanda yerləşdirilən 128-ci alayın (7-ci Rusiya Ordusu) dağ qoşunları Kəlbəcəri blitzkriq əməliyyatı ilə ələ keçirdi. İlk ağır müqavimətdən sonra, Azərbaycan qoşunları tezliklə dağıldı və rayon mərkəzi 1993-cü il aprelin 3-də işğal olundu. == Zəmin == Kəlbəcər rayonu bir neçə kanyon və Murovdağ kimi tanınan yüksək dağ silsiləsi ilə əhatə olunmuşdur. Dörd istiqamətdə hücüm edən erməni qüvvələri Kəlbəcər döyüşündə 1900 kvadrat kilometrdən çox ərazini ələ keçirdi. Bu, Ermənistanı Dağlıq Qarabağla əlaqələndirdi və Ermənistana yardım göndərmək üçün ikinci "dəhliz" açdı.
Kəndyeri (Kəlbəcər)
Kəndyeri — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Azərbaycana qaytarılıb. == Tarixi == Kəndyeri kəndi Tərtər çayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə Laçın rayonunun Alxaslı kəndindən köçmüş ailələr qədim kəndin xarabalıqlarının qalıqları olan və Kəndyeri adlanan ərazidə salmışlar. Həmin ərazinin adı da yeni kəndə verilmişdir.
Kərəmli (Kəlbəcər)
İmarət Qərvənd (bir müddət işlənilən adı: Kərəmli) — Azərbaycan Respublikasının Ağdərə rayonununda kənd, İmarət Qərvənd kənd inzibati ərazi dairəsinin mərkəzi. == Toponimikası == Kəndi Qarabağda yaşamış qərvənd tayfasına mənsub ailələr salmışlar. Oykonimin birinci komponenti imarət (vaxtilə burada mövcud olmuş mülkə işarədir) sözü yaşayış məntəqəsini eyniadlı digər kəndlərdən fərqləndirmək üçün artırılmışdır. 1933-ci il üçün tərtib olunan Azərbaycan Sosialist Şura Cümhuriyyətinin (Azərbaycan SSR) inzibati-ərazi bölgüsündə o vaxt mövcud olmuş Muxtar Dağlıq Qarabağ Oblastın (Dağlıq Qarabağ Muxtar Vilayətinin) tərkibində İmarət Qərvənd kənd şurasının tərkibində iki məskun yeri qeyd olunur: İmarət Qərvənd və Kərimli. Bundan sonra, Azərbaycan SSR-nin 1961-ci, 1963-cü, 1968-ci, 1977-ci il üçün tərtib olunan inzibati-ərazi bölgüsündə o vaxt mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olan Mardakert (1991-ci ildən sonra Ağdərə) rayonunun tərkibində İmarət Qərvənd kənd Sovetinin mərkəzi olaraq İmarət Qərvənd kəndi qeyd olunur, amma həmin rayonun tərkibində Kərəmli kəndi artıq qeyd olunmur. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonunun bir sıra yaşayış məntəqələri Tərtər rayonunun tərkibinə verilmişdi, o yaşayış məntəqələrinin arasında İmarət Qərvəndin, Kərimlinin və ya Kərəmlinin adı qeyd olunmur. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonu ləğv olunmuş, ərazisi isə Ağdam, Kəlbəcər və Tərtər rayonları arasında bölünmüş, yaşayış məntəqələri də qeyd olunan rayonların tərkibinə verilmişdi - bu yaşayış məntəqələri arasında Kərimli və ya Kərəmli adında yaşayış məntəqəsinin adı keçmir, amma İmarət Qərvənd kəndinin adı keçir, bu Qərara əsasən İmarət Qərvənd kəndi Kəlbəcər rayonunun tərkibində verilmişdi. Bundan sonra İmarət Qərvənd kəndi Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü təsnifatında bir müddət Kərəmli adlanırdı. Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il tarixli Qanunu il Ağdərə rayonu yenidən yaradıldı. Bu Qanunla bir sıra yaşayış məntəqələri Ağdam, Kəlbəcər və Tərtər rayonlarının tərkibindən yeni yaradılan Ağdərə rayonunun tərkibinə verildi, və o yaşayış məntəqələrinin sırasında Kərəmli və ya Kərimli adında yaşayış məntəqəsinin adı qeyd olunmur, amma İmrarət Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindəki İmarət Qərvənd kəndi qeyd olunur - bu Qanunla İmarət Qərvənd kənd inzibati ərazi dairəsi İmarət Qərvənd kəndi ilə Kəlbəcər rayonunun tərkibindən yeni yaradılan Ağdərə rayonunun tərkibinə verildi.
Laçın (Kəlbəcər)
Laçın — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Almalıq kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Laçın kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı. == Tarixi == Kənd Laçın dağının ətəyindədir. XIX əsrin əvvəllərində Laçin rayonunun Alxaslı kəndindən gəlmiş Xudayarli və Çiraqli nəsillərinin məskunlaşması nəticəsində yaranmişdir. Kəndin adı Laçın dağının adı ilə bağlıdır. Kəndin bünövrəsini XVIII əsrdə Laçın rayonundan gələn Xudayar, Allahyar və Bərxudar qoymuşlar. Xudayar və Allahyar qardaşdırlar. Kəndin adını öz rayonlarının adı ilə adlandırmışlar. Digər bir varianta görə kənd Laçın dağının ətəyində yerləşdiyinə görə belə adlanır.
Kəlbəcər rayonu
Kəlbəcər haqqında sxemlə məlumat: Kəlbəcər rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Kəlbəcər şəhəridir. Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 1993-cü il aprelin 3-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci ildə üç tərəfli bəyanətə uyğun olaraq 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir. Rayonun 1 şəhəri Kəlbəcər şəhəri, 1 qəsəbəsi İstisu qəsəbəsi və 127 kəndi Abdullauşağı, Ağbulaq, Ağcakənd, Ağdaban, Ağdaş, Ağqaya, Ağyataq, Alaqaya, Alçalı, Alıbəyli, Alırzalar, Allıkənd, Almalıq, Alolar, Armudlu, Aşağı Ayrım, Aşağı Qaraçanlı, Aşağı Şurtan, Babaşlar, Bağırlı, Bağırsaq, Bağlıpəyə, Barmaqbinə, Baş Qaraçanlı, Başkənd, Başlıbel, Bəzirxana, Birinci Milli, Boyaqlı, Bozlu, Böyükdüz, Böyürbinə, Cəmilli, Comərd, Çaykənd, Çayqovuşan, Çəpli, Çıraq, Çobangərəhməz, Çopurlu, Çorman, Çovdar, Dalqılınclı, Daşbulaq, Dəmirçidam, Dərəqışlaq, Əsrik, Fətallar, Göydərə, Güneypəyə, Günəşqaya, Günəşli, Hacıdünyamalılar, Hacıkənd, Həsənlər, Hopurlu, Xallanlı, Xoləzəy, İkinci Milli, İlyaslar, İmanbinəsi, İstibulaq, Kaha, Keçiliqaya, Keşdək, Kəndyeri, Kilsə, Kilsəli, Qalaboyun, Qamışlı, Qanlıkənd, Qaragüney, Qaraxançallı, Qasımbinəsi, Qasımlar, Qazıxanlı, Qılınclı, Quzeyçirkin, Laçın, Lev, Məmmədsəfi, Məmməduşağı, Mərcimək, Mişni, Mollabayramlı, Moz, Mozqaraçanlı, Nadirxanlı, Nəbilər, Nəcəfalı, Orta Qaraçanlı, Orta Şurtan, Oruclu, Otaqlı, Otqışlaq, Pirilər, Rəhimli, Sarıdaş, Seyidlər, Soyuqbulaq, Susuzluq, Şahkərəm, Şaplar, Şeyinli, Tağılar, Taxtabaşı, Tatlar, Təkdam, Təkəqaya, Təzəkənd, Tirkeşəvənd, Tövlədərə, Üçüncü Milli, Vəng, Yanşaq, Yanşaqbinə, Yellicə, Yenikənd, Yuxarı Ayrım, Yuxarı Şurtan, Zağalar, Zallar, Zar, Zərqulu, Zəylik, Zivel, Zülfüqarlı Azərbaycana qaytarılıb. Azərbaycan Respublikasının Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonu ləğv edilərkən həmin rayonun 24 kəndi Kəlbəcər rayonunun tərkibinə verilmişdir. Həmin kəndlərdən 2-si Kərəmli və Narınclar kəndləri 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Yerdə qalan 22 kənd isə Bazarkənd, Çapar, Çərəktar, Çıldıran, Çormanlı, Damğalı, Dəvədaşı, Dovşanlı, Hayad, Heyvalı, Həsənriz, İmarət Qərvənd, Kolatağ, Qızılqaya, Qozlu, Qozlukörpü, Mehmana, Şahmansurlu, Vəngli, Yayıcı, Yuxarı Oratağ, Zardaxaç 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində həmin ərazilər də Azərbaycanın suverenliyinə keçmişdir. Hər il noyabrın 25-i Kəlbəcər günü kimi qeyd olunur.
Kəlbəcər əməliyyatı
Kəlbəcər əməliyyatı — 1993-cü ilin sonlarında, Birinci Qarabağ müharibəsinin axırlarında, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri və separatçı Qondarma Dağlıq Qarabağ Respublikasının döyüşçülərindən ibarət erməni qüvvələrinə qarşı Kəlbəcərin nəzarəti uğrunda başladılan hərbi hücum əməliyyatı. Kəlbəcər Azərbaycanın ən dağlıq və ən böyük rayonlarından biridir və Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) xaricində yerləşirdi. Şimalında yerləşən hündür Murov silsiləsi ilə əhatə olunmuş ərazi əsasən sıx meşələr, çaylar və bulaqlardan ibarətdir. Rayon o dövrdə qərbdən Ermənistannın Basarkeçər şəhəri, şimaldan Daşkəsən və Xanlar (indiki Göygöl) rayonları, şimal-şərqdən Goranboy və Şaumyan rayonları, şərqdən Ağdərə və Əsgəran rayonları, cənubdan isə Laçın rayonu ilə həmsərhəd idi, Ermənistan və seperatçı Qondarma Dağlıq Qarabağ Respublikası arasında yerləşirdi. Müharibədən əvvəl təxminən 60 min əhalisi olan bölgədə əsasən etnik azərbaycanlılar və kürdlər məskunlaşmışdı. Strateji əhəmiyyətə malik olan Kəlbəcər qızıl və xrom yataqları ilə zəngindir. Erməni qüvvələri 1992-ci ilin martında Laçın şəhərini işğal edərək Ermənistanı Dağlıq Qarabağa bağlayan ensiz bir dağ keçidi olan Laçın dəhlizinin nəzarətini ələ keçirmişdir. Onlar daha sonra Ağdaban kəndini işğal etmiş, oradakı yerli əhaliyə qarşı soyqırım törətmiş və kəndi yandırmışdır. Erməni qüvvələri növbəti il Kəlbəcərə hücum əməliyyatı başlatmış, çoxlu sayda müharibə cinayəti törədərək 1993-cü ilin aprelində rayonu tamamilə işğal etmişdir. Onlar həm də Qarabağın ən yüksək zirvəsini – strateji Murovdağı ələ keçirmişdir.
Lev (Kəlbəcər)
Lev — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Lev kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfinndən işğal edilib. Kənd 2020-ci il 25 noyabrda işğaldan azad edilib. ının sahilində, Burovar silsiləsinin ətəyindədir. Tam adi Levkənddir. Kəndin adı oradakı Lev (və ya Leh) adlı qədim qalanın adındandır. Qala Tərtər çayının sahilində, sıldırım qaya üstündədir. Xalq arasında qala Lev (Ləkərqişlaq) Loktim də adlanır. Qalanın adi XII əsrdən məlumdur. Bəzi tədqiqatlara görə, lev/ldv fars dilindəki bb sözündən olub “dodaq”, məcazi mənada “dag çixintisi, irəli çixmiş qaya” mənasındadır.
Ləmbəran (Kəlbəcər)
Ləmbəran — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati-ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == İqtisadiyyatı == 1900-cü illərin əvvəllərində kənddə müxtəlif çoxrəngli və incəşəkilli ipək xalçalar toxunurdu.
Meydançay (Kəlbəcər)
Meydançay — Kəlbəcər rayonu ərazisində çay. Qamışlı çayının qoludur. Murovdağda Meydan düzü adlı düzün yaxinlığında olduğuna görə onun adı ilə adlandırılmışdır. “Düzənlik”, “açıqlıq sahə” mənasında olan Meydan düzü maldarların mövsümi yaylaq yurdudur. Çay aşağı axıninda Yanşaq kəndinin yaxınligından keçdiyinə görə Yanşaqçay da adlandırılır.
Mişni (Kəlbəcər)
Mişni — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd kənd inzibati ərazi dairəsində kənd. Yerli məlumata görə, yaşayış məntəqəsi XIX əsrdə indiki Gədəbəy rayonunun Şınıx zonasından gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Qoturlu kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Qoturlu Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Kənd Tərtər çayının yuxarı axarında, dağətəyi ərazidədir.
Moz (Kəlbəcər)
Moz, Mozkənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Abdullauşağı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Moz kəndi Moz çayının sahilində, dağlıq ərazidədir. XIX əsrə aid sənədlərdə kəndin ərazisi qışlaq yeri kimi qeydə alınmişdir. Yaşayış məntəqəsində sonralar indiki Laçın rayonunun Pircan və keçmiş Muncuqlu kəndlərindən köçmüş ailələr məskunlaşmişdir. Yerli məlumata görə, keçmişdə buraya Xaraba Moz deyilirmiş. Kəndin ərazisindəki maddi-mədəniyyət qalıqları burada qədim yaşayış məskəni olduğunu göstərir. Keçmişdə Şərur-Dərələyəz qəzasında Moz adlı kənd və şəhər xarabalıği qeydə ahnmişdir. Tovuz rayonu ərazisində da Moz kəndi mövcud olmuşdur.
Mərcimək (Kəlbəcər)
Mərcimək — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Mərcimək kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Mərcimək kəndi dağətəyi ərazidədir. Mərcimək fitooykonimdir. Yerli məlumata görə, yaşayış məntəqəsini Kolanı (Ağdərə rayonu) kəndindən gəlmiş ailələr mərcimək (paxlalilar fəsiləsindən birillik bitki) bitən ərazidə saldığı üçün belə adlanmışdır. Kəndin ərazisində yaşayan iki nəfər mərc gəlirlər ki, filan bitki burada bitməz. Biri deyir bitər, o birisi deyir bitməz. Bu bitkinin burada bitməsinə əmin olan adam o birisinə deyir ki, mərcimi ək, o birisi həmin bitkini orada əkir və bitki bitib, inkişaf edir. Mərcimək dənli bitki növüdür.
Nəbilər (Kəlbəcər)
Nəbilər — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Dəlidağ (dağ, Kəlbəcər)
Dəlidağ — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Mıxtökən silsiləsinin zirvəsidir. Hündürlüyü 3616.9 m(3618 m). Zirvənin Şimal yamaclarında qədim buzlaşmanın izləri vardır. Qarabağ vulkanik yaylasına daxil olan ən hündür zirvə. Qarabağ ərazisindəki Dəlidağ Kiçik Qafqazın maqmatik mənşəli dağdır. Ermənistan sərhəddindən ucalır. Lava örtüyündən şərqə Mezozoyun turş intruziv süxurlarından ibarət Dəlidağ yerləşir. Mıxtökən silsiləsinin ən yüksək zirvəsi olan bu dağda alp və subalp çəmənlikləri vardır. Yamaclarında qədim buzlaq izləri qalmışdır.
Gömürdağ (dağ, Kəlbəcər)
Gömürdağ — Azərbaycan Respublikası Kəlbəcər rayonunun qərb hissəsində dağ. İstisu qəsəbəsi yaxınlığındadır. Hündürlüyü 3037 m. Vulkan mənşəlidir. Oronim Kömürdağ variantında da qeydə alındığından tədqiqatçılar cox vaxt bu dağı kömürlə (yanacaq) əlaqələndirirlər. Əslində, bu oronim "pik, zirvə" mənası ilə bağlıdır və bunu həmin coğrafi obyektin malik olduğu yüksəklik də təsdiq edir.
Kəlbəcər-Laçın avtomobil tuneli
Kəlbəcər tuneli — Kəlbəcər rayonu ərazisində, Ağdərə-Kəlbəcər yolundan cənubda, Lacın-Kəlbəcər yolunun üzərində yerləşən strateji əhəmiyyət daşıyan tunel. Tunel 1960-cı ildə istifadəyə verilmişdir. Tərtər çayının qollarından biri olan Tutqun çayının kanyona bənzər dar dərəsinin qarşısında inşa edilmişdir. Tunel rayonun 35 kəndini rayon mərkəzi ilə birləşdirir. Azərbaycanda avtomobil nəqliyyatı üçün nəzərdə tutulan ən uzun tuneldir. == Göstəriciləri == Əhəng daşından təşkil olunmuş qayanın daxilindən oyulmuş tunel təxmini olaraq 200 m uzunluğa malikdir. Tunelin hündürlüyü 4.70 mt, eni isə 4 mt olmaqla yalnız bir avtomoibilin hərəkətinə hesablanmışdır. Tuneldə işıqlandırma həyata keçirilməmişdir. 1993-cü ilin aprel ayının 2-sindən erməni birləşmələri tərəfindən ələ keçirilmişdir. Tunelin yerləşdiyi ərazi 10 noyabr 2020-ci ildə imzalanan atəşkəs bəyanatına əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələrinin Kəlbəcər rayonunu boşaldması ilə Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir.
Kəlbəcər-Laçın iqtisadi-coğrafi rayonunun nəqliyyatı
Kəlbəcər-Laçın iqtisadi rayonu — Azərbaycanın Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarını əhatə edən iqtisadi rayon. Kəlbəcər-Laçın iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Laçındır. Azərbaycan ərazisinin 7,5%-i, əhalisinin isə 2%-dən bir qədər çoxu bu rayonun payına düşür. Ümumi ərazisi 6398 km² (yuvarlaq 6,4 min km²), ümumi əhalisi 231,3 min nəfər (1 yanvar 2011-ci il), 1 km²-ə düşən əhali sıxlığı isə 36 nəfərdir. == Rayonlar == === Kəlbəcər inzibati rayonu === 08.08.1930-cu ildə təşkil edilmişdir. Rayon Kiçik Qafqazın mərkəzində, Tərtər çayının hövzəsində yerləşir, qərbdən Ermənistan Respubilkası ilə həmsərhəddir. Sahəsi 3054 km², əhalisinin sayı 83,9 min nəfər, o cümlədən şəhər əhalisi 11,5 min nəfər,kənd əhalisi 72.4 min nəfərdir(01.01.2012). Mərkəzi Kəlbəcər şəhəridir. Rayonda 1 şəhər, 1 qəsəbə, 53 kənd ərazisi,145 kənd yaşayış məntəqəsi vardır. Rayon 02 aprel 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdir.
Kəlbəcər-Laçın iqtisadi rayonu
Kəlbəcər-Laçın iqtisadi rayonu — Azərbaycanın Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarını əhatə edən iqtisadi rayon. Kəlbəcər-Laçın iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Laçındır. Azərbaycan ərazisinin 7,5%-i, əhalisinin isə 2%-dən bir qədər çoxu bu rayonun payına düşür. Ümumi ərazisi 6398 km² (yuvarlaq 6,4 min km²), ümumi əhalisi 231,3 min nəfər (1 yanvar 2011-ci il), 1 km²-ə düşən əhali sıxlığı isə 36 nəfərdir. == Rayonlar == === Kəlbəcər inzibati rayonu === 08.08.1930-cu ildə təşkil edilmişdir. Rayon Kiçik Qafqazın mərkəzində, Tərtər çayının hövzəsində yerləşir, qərbdən Ermənistan Respubilkası ilə həmsərhəddir. Sahəsi 3054 km², əhalisinin sayı 83,9 min nəfər, o cümlədən şəhər əhalisi 11,5 min nəfər,kənd əhalisi 72.4 min nəfərdir(01.01.2012). Mərkəzi Kəlbəcər şəhəridir. Rayonda 1 şəhər, 1 qəsəbə, 53 kənd ərazisi,145 kənd yaşayış məntəqəsi vardır. Rayon 02 aprel 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdir.
Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi
Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi – Azərbaycanın Kəlbəcər şəhərində 1982-ci ilin sentyabrında yaradılmış muzey. İşğal olunmuş ərazilərdəki muzeylər içərisində yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan ən əhəmiyyətli muzeylərdən biri idi. == Muzeyin tarixi == 1975-ci ildə AMEA-nın konfrans zalında Azərabycan geoloqlarının qurultayı keçirilirdi. AMEA-nın foyesində Kəlbəcər məktəblərinin müəllim və şagird kollektivinin diyarşünaslıq materiallarından və hazırladıqları təhsil vasitələrindən ibarət sərgi nümayiş etdirilirdi. Sərgi alimlər tərəfindən yüksək qiymətləndirildi. Akademik Həsən Əliyev özünün qurultaydakı çıxışında yeni bir təklif verdi: Kəlbəcərdə tarix-diyarşünaslıq muzeyi yaratmaq lazımdır. Muzey üçün baza artıq mövcutdur. Təklif qurultay nümayəndələri tərəfindən yüksək qiymətləndirildi. O gündən akademik Həsən Əliyev Respublika səviyyəsində muzeyin açılışı üçün qərarların verilməsi və sənədləşdirmə işlərinin həll edilməsi üçün fəaliyyətə başladı. Bu barədə ilk öncə Azərbaycan SSR I Katibi işləyən Heydər Əliyevə müraciət etdi.
Kəlbəcər memarlıq abidələri
== Məbədlər, qalalar == Kəlbəcər rayonun ərazisinin müxtəlif yerlərində çox sayda qədim alban qalaları, məbədləri, məbəd kompleksləri var. == Xudavəng məbəd kompleksi == I–II əsrlərdə Qafqaz Albaniyasında xristianlıq yayılandan sonra tikilən ilk məbədlərdən biri Xudavəng məbəd kompleksidir. Bu kompleks "Alban bazilikası" adlanır. İlk məbəd tikintiləri kümbəzsiz uzun binalardan ibarət olub. Xudavəng məbəd kompleksinin ilk tikintisi ilk orta əsrlərin bir nefli bazilikasına aiddir. Kompleksə bazilika tipli baş məbəd, bir neçə əlavə məbədlər, sövmə, təsərrüfat və yaşayış evləri daxildir. Qafqaz Albaniyası memarlarının yaratdığı bu abidə qonşu xalqların dini memarlıq əsərlərindən tamamilə fərqlənir. Baş məbəd binasının plan və kompazisiya quruluşu assimetriya formasında həll olunmuşdur. Bizim dövrümüzə gəlib çıxana kimi bu məbədə bir neçə dəfə başqa tikililər əlavə edilib, onun yanında düzbucaqlı formalı bir neçə məbəd və sövmələr inşa edilmişdir. Beləliklə, bunun nəticəsində böyük bir dini kompleks yaranmışdır.
Kəlbəcər qızıl yatağı
Söyüdlü – Zod qızıl yatağı — Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşir. Söyüdlü – Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Zod qızıl yatağının istismarı eramızın III minilliyinə təsadüf edir. Söyüdlü sahəsində 1970 – 80-ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağaralar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4–5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə "Şəhrizər", yəni qızıl şəhəri adı ilə məşhur olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir ki, işğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 1993-cü ildə 2020-ci ilə qədər Ermənistan respublikasının işğalçı rejimi tərəfindən talan edilmişdir. Mədəndə çıxarılan 1 ton filizin tərkibində minimum 0,6 qram qızıl var, qızılın aşkar olunan miqdarı olduqca böyük intervalda (0,6–22,6 q/t) dəyişir. Zod qızıl yatağının ümumi potensialı 8 milyard dollar dəyərində qiymətləndirilir. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu ərazisindən çıxan Ermənistan qoşunları bu yatağı tam ələ keçirməyə çalışaraq noyabrın 25-də sərhədi 1,5 km irəli çəkmiş, yolda "sərhəd darvazası" quraşdırmışdı. Bir gün sonra Azərbaycan hərbçiləri həmin darvazanı sındıraraq Zoda daxil olublar.
Kəlbəcər rayon Tarix-diyarşünaslıq muzeyi
Kəlbəcər rayon Tarix-diyarşünaslıq muzeyi — Azərbaycanın Kəlbəcər rayonunda muzey. İçərisində 30 mindən artıq tarixi əhəmiyyətli əşya olan Kəlbəcər tarix-diyarşünaslıq muzeyi 1980-cı illərin əvvəllərində ədəbiyyatçı alim Şamil Əsgərov tərəfinden yaradılmışdır. Müzeyin həyəti 900 m² artıq idi. Müzey eksponatları zəngin bir dəhlizdən, 3 kabinetdən, 9 nümayiş salonundan və içərisində 30 mindən çox eksponat olan bir fonddan ibarət idi. Muzeyin çöl divarlarında 2037 rəng çaları olan daşlardan istifadə edilib, divarlarda da bir muzey yaradılmışdır. Bu divarlarda daşdan düzəldilmiş müxtəlif naxışlar, kənd təsərrüfatı alətləri, bəbir və çöl keçisi fiqurları, nehrə, qazan, tuluq və bir çox əşyaların daşdan çəkilmiş şəklini görmək olardı. Muzeyin həyətində daşdan yonulmuş 14 qəbirüstü at və qoç heykəli nümayiş etdirilirdi. Burada "Bəzir daşı" deyilən iki qədim abidə nəzərə çarpırdı. Dəyirman daşlarından 10 dəfə böyük olan bu bəzir daşlarını qoşqu vasitəsilə dikinə fırladıb zəyərək adlı bitkidən yağ alırmışlar. Deyilənə görə bu yağlar ilə bədxassəli şişlər müalicə olunurmuş.

kəlbəcər sözünün fransız dilinə tərcüməsi

"kəlbəcər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kəlbəcər nədir? #kəlbəcər sözünün mənası #kəlbəcər nə deməkdir? #kəlbəcər sözünün izahı #kəlbəcər sözünün yazılışı #kəlbəcər necə yazılır? #kəlbəcər sözünün düzgün yazılışı #kəlbəcər leksik mənası #kəlbəcər sözünün sinonimi #kəlbəcər sözünün yaxın mənalı sözlər #kəlbəcər sözünün əks mənası #kəlbəcər sözünün etimologiyası #kəlbəcər sözünün orfoqrafiyası #kəlbəcər rusca #kəlbəcər inglisça #kəlbəcər fransızca #kəlbəcər sözünün istifadəsi #sözlük