Kadri sözü azərbaycan dilində

Kadri

Yazılış

  • Kadri • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kadri Aytaç
Kadri Aytaç (6 avqust 1931, İstanbul – 28 mart 2003, Türkiyə) — Türkiyə futbolçusu və məşqçisi. O, Beyoğluspor, Fatih Karagümrük, Qalatasaray, Fənərbaxça və Mersin İdman Yurdu komandalarında oynamışdır. Baş məşqçisi kimi çalışdırdığı 4 klub Birinci Türkiyə Futbol Liqasına (onun dövründə türk futbol liqası sistemində ən yüksək səviyyə) vəsiqə qazana bilmişdir. == Oyunçu karyerası == 1958/1959 mövsümündə Aytaç Qalatasaraydan Fatih Karagümrük klubuna keçdi, transferin dəyəri 57.000 Türk lirəsi idi. Türkiyə Milli Liqasının ilk mövsümündə, 25 fevral 1959-cu ildə Vefa klubu ilə matçda penalti zərbəsini uğursuz yerinə yetirən ilk oyunçu olmuşdur. Oyunçu karyerası boyunca Kadri Aytaç iki dəfə ölkə çempionluğunu qazanmışdır, 1961-ci ildə Fənərbaxça ilə və 1963-cü ildə Qalatasarayla. Kadri Aytaç Türkiyə millisinin heyətində 26 oyun keçirtmişdir.1966/1967 mövsümündə Aytaç ikinci dərəcəli liqada çıxış edən Mersin İdman Yurduna qatıldı. O, bu klubun kapitan sarğısını daşıyırdı. Mövsümün sonunda klub Birinci Liqaya vəsiqə qazandı və futbolçu klubun heyətində Birinci Liqada daha iki mövsüm keçirtdi. 1968/1969 çempionatının sonunda peşəkar karyerasını başa vurdu, vida matçında Mersin İdman Yurdu məşhurlar komandası qarşı çıxış etmişdir.
Mehmed Kadri Paşa
Mehmed Kadri Paşa (1832, Qaziantep, Hələb əyaləti – 11 fevral 1884, Ədirnə) — II Əbdülhəmidin səltənətində 3 ay 3 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Mənbə == Aslan, Adnan, "Mehmed Kadri Paşa" (1999), Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, İstanbul:Yapı Kredi Kültür Sanat Yayıncılık A.Ş. C.2 s.146-147 ISBN 975-08-0072-9 Kuneralp, Sinan (1999) Son Dönem Osmanlı Erkan ve Ricali (1839 - 1922) Prosopografik Rehber, İstanbul:ISIS Press, ISBN 9784281181 İnal, İbnülemin Mahmud Kemal, "Mehmed Kadri Paşa" (1982) Son Sadrazamlar 4 Cilt, İstanbul:Dergah Yayınları (3.
Arifə Kadriyə Sultan
Arifə Kadriyə Sultan (24 mart 1895 – 5 aprel 1933) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Kadriyə Sultan 24 mart 1895-ci ildə Ulduz sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin nəvəsi Tofiq Əfəndi, anası isə onun abxaz əsilli ilk xanımı Fövziyə xanımdır. Babası Burhanəddin Əfəndinin gənc yaşda vəfatı səbəbilə atası, Sultan Əbdülhəmidin himayəsində böyümüş, onun digər oğullarıyla birlikdə Ulduz sarayında yaşamışdır. Bu səbəblə Ulduz sarayında dünyaya gələn Kadriyə Sultan da burada mükəmməl şəkildə təlim-tərbiyə edilmişdir. 3 yaşında anasının vəfat etməsinin ardından, atasının ikinci xanımı Təsrid xanımın himayəsinə verilən Kadriyə Sultan, Sultan Əbdülhəmidin taxtdan endirilməsinin ardından digər ailə üzvləriylə birlikdə Nişantaşı köşkünə köçürüldü. 13 dekabr 1914-cü ildə Fənarizadə Mehmed Rəşid bəylə də məhz burada evləndi və bu nigahdan 2 qızı dünyaya gəldi. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Kadriyə Sultan da ailəsiylə birlikdə sürgün edildi. Ancaq qərar çıxarılan əsnada ağır xəstə idi və bu səbəblə, bir müddət səhhətinin düzəlməsi üçün o və ailəsinin paytaxtda qalmasına icazə verildi. Ancaq aprel ayının əvvəlində ailə ölkəni tərk etməyə məcbur oldu.
Kadriya Temirbulatova
Qədriyə Teymurbulatova və ya Kadriya Temirbulatova (rus. Темирбула́това Кадрия Уразбаевна; d. 14 dekabr 1948, SSRİ, RSFSR, Dağıstan MSSR, Noqay rayonunun Terekli-Məktəb kəndi – ö. 30 iyun 1978, SSRİ, RSFSR) — görkəmli noqay şairi. == Həyatı == Qədriyə Orazbay qızı Teymurbulatova 14 dekabr 1948-ci ildə Rusiyanın Dağıstan MSSR-nın Noqay rayonunun Terekli-Məktəb kəndidində çoban ailəsində anadan olmuşdur. Qədriyəni 1954-cü ildə, hələ 5 yaşı tamam olmamış kəndlərindəki orta məktəbin birinci sinifinə aparırlar. Həmin illərdə uşaqlar 7 yaşından birinci sinifə qəbul edilirdilər. Ona görə də Qədriyə sinifdəkilərdən həm yaşca kiçik, boyca da balaçaymış. Buna baxmayaraq iti qavramasıyla, dərin zəkasıyla sinif yoldaşları arasında seçilərək müəllimlərinin sevimlisinə çevrilir. 1965-ci ildə Terekli-Məktəb kənd orta məktəbini bitirərək, Həmzət Sadasa adına Mahaçqala Dövlət Pedaqoji İnstitutunun Filalogiya fakültəsinə daxil olmuşdur.
Kadriye Nurmambet
Kadriye Nurmambet (rum. Kadriye Nurmambet, krımtat. Qadriye Nurmambet, 21 avqust 1933, Dobriç[d] – 31 yanvar 2023, Buxarest) — Rumıniyada krımtatar əsilli xalq mahnılarının ifaçısı və folklorşunas. Kadriye ölkədə Dobruca bülbülü adını almışdır. == Bioqrafiyası == Kadriye Nurmambet 21 avqust 1933-cü ildə Rumıniya krallığı, Doburca vilayəti ərazisində (indiki Dobriç, Bolqarıstan) krımtatatr ailəsində anadan olmuşdur. Onun atası artileriya zabiti olmuşdur. Runımiya İkinci Dünya müharibəsinin əvvəllərində Cənubi Doburcanı Bolqarıstana güzəştə gedərkən, atası şimala, Mecidiyəyə köçür. Burada qarnizon komandiri vəzifəsində çalışır. O, Buxarest Universitetində hüquq fakültəsinə daxil olur. 1957-ci ildə isə universiteti bitirir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.27 dəfə / 1 mln.
2006 •••• 0.23
2009 ••••••••• 0.48
2010 •••••••• 0.45
2012 •••••••••••••• 0.77
2013 •••••••••••••••••••• 1.17
2014 ••••••••• 0.51
2019 ••• 0.14
2020 ••• 0.13

"kadri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kadri nədir? #kadri sözünün mənası #kadri nə deməkdir? #kadri sözünün izahı #kadri sözünün yazılışı #kadri necə yazılır? #kadri sözünün düzgün yazılışı #kadri leksik mənası #kadri sözünün sinonimi #kadri sözünün yaxın mənalı sözlər #kadri sözünün əks mənası #kadri sözünün etimologiyası #kadri sözünün orfoqrafiyası #kadri rusca #kadri inglisça #kadri fransızca #kadri sözünün istifadəsi #sözlük